Dərinlik və dayazlıq üzərinə
Boğulmaq da olmur, dayazdı dünya…
(Salam Sarvan)
(Salam Sarvan)
Qustav Lebon Doğu və Batı insan tiplərini qiyaslayaraq böylə söylər: Batı insan tipi gələcəkdə nə olacağının həyəcanını yaşarkən Doğo insan türü keçmişin nostalgiyası içində duyqulanıb durar.
Bu açıdan Batı düşüncəsi indiki zamanda yaşamağı dənər, Doğu düşüncəsi mutluluğu ölmüş tarixdə arar, indiki sorunlardan da qurtulmaq üçün tarixə fərar edərlər. Gələcəyə doğru yönəlmişlik indiki zamanda yaradıclığı gərəkdirər. Hərkəs indiki zamanda özünü realizə etmə təcrübəsini denəməlidir. Ancaq keçmişin nostaljisi ilə yaşamaq oluşum eyləmi gərəkdirməz. Dini düşüncələrin keçmişi idealizə etməsi üzündən din mühafizəkar və dəyişməzliyi doğru yol olaraq görər. Ancaq ki, hər bir qopuş bir oluşla sonuclar.
“Orta Çağ Şərq hörütlərinə (tekstlərinə) yanaşmanın metodolojisində” bu tür yanaşma biçimi açıqca sezilməkdədir. Azərbaycan Cümhuriyətində “Kitabi-Dədə Qorqud dövlətçilik və demokratiya” başlıqlı anlamsız yazqalar (məqalələr) tarix heyranlğından başqa bir şey deyildir. Kitabı Dədə Qorqud bir dil nəsnəsi ötəsində heç bir şey deyildir və düşüncə dərinliyi daşımaz. O zaman bu, hardan qaynaqlanır? İnsan gələcəklə zehnlər arası ilişkilər içinə girə bilməz. İndiki zamanla danışdığı dil aracılığı ilə ilişi qurar. Tarixlə ilşiki qura bilər bir də. Bu ilişkinin də tək yolu var. Keçmişdə yaşayanların zehnləri ilə ilişi quramanın tək yolu onların beyin ürünləri olan hörütləri (mətnləri) oxumaqla mümkün ola bilər. Örnəyin Dədə Qorqudun içəriyinin nə olmasından asılı olmayaraq bəlli bir dönəmin xəyallarının, arzularının göstəricisi olan mətndir. Bu mətn dolayısı ilə biz torpağa dönümüşlərin zehnləri ilə ilişki qura bilirik. Ancaq türk tarixində ən böyük axsaqlıq bu mətnlərin türkçə olmamasındadır. Bu üzdən də biz əski zamanlarla beyinlər arası münasibət qura bilmirik. Ortada bir axsaqlıq var. Örnəyin İran mühitindəki türklərin dərin tarixlə ilişki qurma dilləri farscadır. Bu üzdən də, özəlliklə Səfəvilərdən sonra könüllü olaraq və hızlıca asimilə olurlar. Çünkü indiki zamanla dar kənd və ailə mühitində duyqular və düşüncələr arası ilişki qurduqları dillərinin tarixi mətni yoxdur.
“Bu baxımdan Orta çağ tekstlərinə səbəb kimi baxmaq gərəksizdir” düşüncəsində gerçəklik payı var. Bunları, yalnızca tarixilik bağlamında incələmənin yararı ola bilər. Əskini günümüzün sorunlarını çözücü olanaq kimi görmək indiki zaman imkanlarını tarixə görmmək kimi ortaya çıxar. Əski mətnlər çağımızda dilin olanaqlarını genişlədən fürsət kimi ola bilər. Çünkü “Dil varlığın evi” olduğundan tarix və gələcək də indiki zamandakı dildə yuvalanaraq anlam qazanarlar. İnsan bir yönü ilə zamansal varlıqdır. İndiki zamandakı ehtiyaclarına görə yaşar. Bir toplum və tarixə mənsubiyət duyqusu ilə. Əsas yönü ilə isə, birey olaraq öz vicdanındakı zamana mənsubdur. Yəni sonsuzluğa mənsubdur. İki yönlü bir zaman paralelliyində yaşar. İndiki zamanda yaşaya bilməsi üçün məntiqli olmalıdır. Sezgisəl zaman içində yaşamaq üçün məntiqsiz olmalıdır. Çünkü məntiq indiki zamanda həm də çıxar və mənafe peşində qoşar. Ancaq kəndi vicdanında alqıladığı zaman meyarı ilə kişi, indiki zamana sığmaz. “Dayazalıq” və “dərinlik” də buna görə bir anlam qazansa gərək. Sezgisəl (intuation) zaman alqılayışı dışında hər şey dayazdır. Ən zövqlü duyqular bilə, dayazdır. Dərinlik bunların ötəsində. Bunların ötəsindəki mutluluqda. Biz həyatımız boyunca bu dərinlik və dərinsizliyi içdən-içə yaşamış olarıq. “Boğulmaq da olmur, dayazdı dünya” bir sarsılışı ifşa etməkdədir. Heçliyə yuvarlanmışlığı ifşa etməkdədir. Varlıq və yoxluq arasındakı ilişkilər bu biçim sarsılışlarla ifşa edilər. Dünya dar gəlməyə başlamışsa, heçlik içindəyik. Bu heçliyi ifşa edən də içdən və başqasının görə bilməyəcəyi sarsılışdır. Bu sarsılış heçliyin və ya yoxluğun var olduğunu açıqca bizim iç gözlərimizə göstərər. Gerçək bir dərinlik. Dərinlik böyləcə yoxluqda imiş sezgisi ortaya çıxar. Ən böyük oyanış da budur. Yəni ölüm ən son öyanış və dərinlik kimi bizi bəklər.
Bu yazıda da vurqulandığı kimi gerçək dərinlikdən danışan və yoxluq haqqında bilgi verən tekstlərin bizim öz dilimizdə olmaması, dilimizin və dolayısıyla zehnimizin dərinlik sınırlarını dayazlaşdırmışdır. Örnəyin Füzulinin əsərlərində, ancaq və ancaq Füzulinin əsərlərində və başqasında deyil, bu dərinlik dilin qonusu edilmişdir.
“Biz Cahan məmuurəsin mənada viran bilmişiz
Afiyət küncün bu viran içrə pünhan bilmişiz”
Məmur burada varolanlar deməkdir. Füzuliyə görə varolanlar varlığa bərabər deyildir. Varolanlar dayaz, varlıq dərindir. Çünkü varlıq və yoxluq Füzulidə eyni içərikli qavramlar. Varolanların varlıqlarında gerçək dərinlik var. Ontik və ontolojik bir yaxlaşım. Varolanlar bütün tarixi mətnlər, xəyallar və nəsnəl görünənlər. Varlıq isə, olmamış olanlar və olacaq imkanlarını daşıyanlar. Birincisi ontik və ikincisi ontolojik. Sənət və özəlliklə şeir bu anlamda ontolojik dərinlik axtarar.
08.03.2012
Hiç yorum yok:
Yorum Gönder