12 Nisan 2018 Perşembe

Kunduri


Vəzir Əmid-ül-Mülk Kundiri haqqında bilgi və oldürülməsi : Sultan Tuğrul Səlcuqlunun Əmid-ül Mülk deyə zikr olunan və Əbunəsr demək ilə məşhur bir vəriri vardı. Babası b;r dehqan idi. Kəndisi çocuq ikən bilginlərdən Müvəffəq Nişaburinin xizmətinə gedib, elmlə məşğul olmuşdu. Əli ibni Hüseyn Baharzi dəmək ilə məşhur, ağıl və anlayış ilə vəsflənmiş bir şəxsi, kəndisinə dərs arxadaşı edib, bir-birlərini gecə və gündüz elm oyrənməyə təhrik edib, ikisi də oxuyub, hər elmdə başarılı və sonsuz bilgi sahibi oldular. Sonra Əbunəsr Səlcukluların xizmətinə girib, öncə hacibi- bab, daha sonra da əmiri-hüccab oldu. Sultan Tuğrulun zamanında vvət və qüdrət sahibi bir vəzir oldu. Bir gun Bağdadda Sultanın divanında oturmuşdu. Dərs arxadaşı Şəyx Əli ibni Hüseyn Baharzi gəlib divana girdi. Əbu Nəsrə salam verdi. Əbunəsr də arxadaşına tam bir sayqı göstərib, cox kəramətdə bulundu və bir-birlərinə sevgi göstərib, durumlarını sorub, qonuşdular. Şəyx Əli ibni Hüseyn Baharzi gedərkən, Əbunnəsr “yarın yenə gəlib bizimlə bir neçə gün qalasın” dedi. Şeyx Əli o gecə Əbunəsri öyən axıcı və gözəl bir qəsidə yazaraq ertəsi gün gəlib, Əbunəsrə oxudu. Əbunəsr də ərəb bəylərinə “ iştə əcəmdə bunun kimi olqun, fazil və alim kimsələrimiz vardır” dedi. Bütün əmirlər Çəyx Əlini bəyənib, təqdir ettilər. Sonra Əbunəsr, Şəyx Əliyə min altun ərməğan verib, onu məmnun etti. Tuğrul Xan vəfat etdiyində ondan sonra yerinə Alparslan sultan oldu. O da Əbunəsr Kundurini vəzirliyə təyin etdi. Bir gün Alparslan, Xarəzmşah ilə əkrəbalıq qurub və müttəfiq olmağı niyyət etdi. Xarəzmşahın qızı ilə evlənmək istədi. Əbunəsr Kundurini məktub və ərməğan ilə “bizə qızını xatunluğa vərsin” deyə vəkil edib göndərdi. Əbunəsr də məktub və ərməğanla Xarəzmşahın hüzuruna vardı. Məktubu verib, xəbəri söylədi. Xarəzmşah bunu qəbul etdi. Qızını Alparslana nikahladı. Kunduri vəkalət yoluyla Alparslanı təmsil etdi. Sonra bütün cehizi ilə qızı alıb, Alparslan tərəfinə yola şıxdı. Əbunəsr Kunduri yolda ikən, daha qızı aparıb, xizməti yərinə gətirmədən, düşmənləri Kunduri haqqında Alparslana pis sözləri söylədilər. “Əbunəsrin üsyan etdiyi və Xarəzmşahın qızını öz nəfsi üçün nikahladığını” dedilər. Alparslan bunu eşidib Əbunəsrə cox qızar. Sultanın Kunduriyə olan münasibəti dəyişdi. Kundurinin edamına niyət etdi. Kunduri bunu eşidib, qorxu və dəhşətindən erkəklik orqanını kəsib, kəndisinin erkəkliyi yox etdi. Kunduri kəndisinə isnad olunan iftiranı yapmadığını Alparslana inandıraraq, edam cəzasından və öfkəsindən bu yolla qurtulmaq istəmişdi. Kunduri Alparslanın hüzuruna vardığında Səlcuqlu sultanı vəzirliği Nizam-ul Mülkə verdi. Kundurini də zindana atdırdı. O həbsdə bir cox şeir yazıb söylədi. Vəzir Əbunəsr Kunduri öncə Nişaburda Xorasan Amidinin evində, sonra Mərv’ə aparılıb, bir evdə eşi və çocuğu ilə həbs edildi. Öldürmək üçün cəlllad gəldiyi zaman qurtulmaqdan ümidini kəsdi. Bir qızı və bir xatunu vardı. Şair xizmətkarları bir yerdə toplanıb bağrışıb ağlaşaraq Kunduriyə vida etdilər. Ondan sonra Amid-ul Mülk hücrəsinə girdi. Qüsl edib, iki rəkət namaz qılaraq Allah’a dua eylədi. Onu öldürməyə gələn cəllada yüz altun verdi və “mənim sənin üzərindəki xizmət haqqım və sənə vəsiyətim budur : Məni asanca öldürüb, acıma və şəfqət yoluna gedəsən, sonra zəmzəm suyu ilə yuyulmuş kəfənimimlə kəfənləyəsən və ağzımdan Nizam-ul Mulkə böylə söyləyəsən ki, zərərli bir iş görüb, zülm yoluna getdin. Turklərə vəzir və divan sahiblərini öldürməyi öyrətdin. Bir kimsə bir quyu qazarsa, icinə düşən ölər və adəti ortaya qoyan, qiyamət qədər, hər o adəti edən qədər gqnah bular. Bunları Nizam-ul Mülkə söylərsən. Bundan sonra Allahın qəzasına təslim oldu. 29. 01. 1064 tarixində bazar günündə öldürüldü. Kundurinin öldürülməsinə ağlayıb, çox üzülmüş və mərsiyələr söylənmişdir.[1]


[1] Əhməd onbi- Mahmud, Səlcuqnamə I, hazırlayan Ərdoğan Merçil, İstanbul-1977, s. 51, 52, 53, 54.

Hiç yorum yok: