8 Eylül 2021 Çarşamba

Sokratese şikayet

 

O zaman izin ver səni Sokratesə şikayət edəlim. Nə dersən? Sokrates boşuna mı "bilgi ərdimdir" demiş? Söylər misiniz? Bir addım sonra demək Tövrat və digər din kitablarının söylədiklərini mi yeyləyəcəksiniz əcəba? Din kitablarında "beyin" deyə bir söz geçməz. Sanki bu orqan bizim boğazdan yuxarıda olan kürəvi baş varlığımızın içində yoxmuş kimi. Halbuki, insan beyinlə düşünər. Ona görə də diqqət etsəniz din kitablarında beyin ürünü olan düşüncədən söhbət getməz. İman və kor inanca bağlanma işləmini sağlayan ürəkdən söz edilər. Bütün səmavi dinlər beyin düşməni və hamısı qəlbə xitab edər. Halbuki, qəlb düşüncənin yatağı deyil, duyum və duyquların yatağıdır. Ancaq bu duyquları süzgəcdən geçirən nədir? Ağıl deyilmi əcəba? Ağıldan başqa bir şeymi var? Ağıl harda olur? Beyində olmur mu ağıl? Ümumiyyətlə ağıl və beyin arasında nə fərq var? Söylər misiniz? Ağıl insan beyninin hərəkətinin adıdır. Hərəkətdə olmayan beyin gərəksizdir. Orta Çağ Qaranlığında da beyin deyilən orqan hərəkət edə bilmir, hərəkət etməsinä əngəl olurdu kilsə. Çağımızda islam və camilərin əngəl olduqları kimi. Renesansdan etibarən beyin hərəkətinin adı olan ağlın yolu açıldı. Günümüz Batı ölkələrinin rihafı, demokrasisi, insan haqları, gözəlliklərə sayqı, qadına insanca baxma, sekulyarizm, pluralizm, çocuq haqları və digərləri hamısı beyin hərəkətinin cövhəri olan ağlın yaratdıqlarıdıdır, ürəyin deyil. Ürək zamanların dərinliyini etkiləyən əsər istəyə bilməz, yarada bilməz. Ürək görünür olandan ya xoşlanar, ya da yox. Ancaq görünməz olanlarla ilgilənməz. Məsələn deyəlim ki, biz ortaq dədəmiz olan "))))" Sokratı görə bilmirək, ya da tarixin dərinliklərində olan hər hansı bir filosofu görə bilmirik. Ancaq onların düşüncələri bizim yolumuzu aydınlada bilir. Demək ki, ağla dayanaraq bir ölçü bəlirləmə məhdud ömrümüzlə sınırlı deyil, ömrümüzdən öncə və sonranı da ehtiva etməkdədir. İştə problem də budur bayan! Problem budur ki, ulus olaraq bizim ağlımızın tarixi, kökü, təcrübəsi yoxdur. Orta Şərq xalqlarının ağıl tarixləri və təcrübələri yoxdur. Ağıl təcrübələri olmadığından ağıl süzgəcindən sorqulanan duyu təcrübələri dəə yoxdur. Bu üzdən türkcədə var olan "laşma-ləşmə" şəkilçisini ağıl təcrübəsi olan xalqların adına əkləlyirik: ruslaşma, avropalaşma, .... Bərk iyi (pəki) mən bunları nədən yazıram? Sormaz mısınız ki, bunları nədən yazırsan deyə? Çünkü bizim tariximizdə beyin hərəkəti deyə heç bir zaman bir mərhələ olmamışdır. Saçmalıqlar yığını olan əski ədəbiyyatımızı bir-bir aradım bir yerdə bədənimizin ən ülvi üzvü olan beyni öyən bir cümləylə qarşılaşmadım. Çünkü bizim tariximiz ağıl tarixi deyil, iman və kor inanc tarixi. Çöllükdür, qumlu çölluklər. Bu səbəblər üzündən sənin bu yazını Platonun Akademiyasına post etmək gərəkəcək ki, orada özəlliklə Aristotelin sorqulamasına sunulsun. Əlbəttə Sokrates öncəsi filosofların görmələrini istəmərəm doğrusu. Çünkü onlar aşırı rasionalist olduqları üçün inciyə bilərlər. Yalnız qadınların da fəlsəfəylə uğraşmalarını səmimiyyətlə istədikləri üçün sənə küsməmiş ola da bilərlər. Nə dersin əcəba? Antik Yunana göndərilsinmi bu yazı?

Hiç yorum yok: