Məhəhəmməd Müctəhid
Şəbistəri
(Ikinci bölüm)
Varlığın
peyqəmbəranə oxunuşu teorisi
Varlığın
peyqəmbəranə oxunuşu 2
Tanrı və insan kəlamı
Quran üzərinə azad açıqlamanın ön idarkı
—
Yazqanın
(məqalənin) təməl iddiası:
Bu yazqa Tanrı kəlamı,
vəhy, ya da peyqəmbəranə təcrübə haqqında fəlsəfi, elmi və teolojik nəzəriyə deyildir. Quran
hörütünün (mətninin) “necə alqılanması” üzərinə teoridir. Bu teorinin iki savı
(iddiası) var:
1.
Dil
fəlsəfəsinin son 200 illik verilərinə görə Quranı hər kəsin anlaya biləcəyi
ərəb dilinin bir hörütü (mətni) kimi görmək gərəkir. Bu hörüt insan kəlamı olaraq anlaşılmalıdır. Ərəbcənin
bir hörütü kimi. Quranı birbaşa Tanrının kəlamı olaraq düşünmək onun hər kəs
tərəfindən anlaşılma imkanlarını ortadan qaldırmış olar. Quranı anlaşılmaz bir
duruma gətirər. Bu hörütü Tanrıya aid bilmək, onu Tanrı kəlamı adlandırmaq üçün
başqa bir “ortam”, ya da “baxış açısı” seçmək grəkir.
2.
Quran
ədəbi tür olaraq daha çox öykü və rəvayətlərdən ibarətdir. Quran dünya üzərinə
“peyqımbəranə hermenevtik təcrübə” əsasında şəkillənmiş tövhid əksənli
(mevərli) oxunuşdur. Öykü və rəvayət biçimində anlatılmamış peyqəmbəranə
təcrübələrin dəyişik türləri də bu hörütdə mövcuddur. Bu təcrübələr hermenevtik
təcrübəni daha da zənginləşdirməkdədir. Quran, varlıq gerçeklikləri üzərinə
xəbərcil, yəni xəbər bildirən həqiqətlərin xəzinəsi deyildir. Quran, varlıq
üzərinə tövhid əksənli oxunuşun təməlləndiricisidir. Bu yazqada (məqalədə)
keçən “peyqəmbəranə hermenevtik təcrübə” anlayışı Quran hörütünün
araşdırılmasından çıxarılmışdır. Bildiyim qədəri ilə fars dilində ilk olaraq
mənim tərəfimdən qullanılmaqdadır.
Birinci iddia
“modern fəlsəfi hermenevtik” olaraq bağnaz (doqmatik) hermenevtiyin qarşısında
yer almışdır. İkinci iddia isə, “ədəbiyat biliminə” aiddir. Əski
mütəkəllimcilərin (Quran üzərinə açıqlama yapanların) Quranın sözü və mənası
üzərinə etdikləri ixtilafları, Quranın qədim və ya məxluq olması kimi
dartışmaları birinci iddiada yer almaz. Bu, “qavramanın” və “necə qavramanın”
həqiqəti ilə ilişkili olan yeni fəlsəfi hermentik bir iddiadır. Əski
mütəkəllimcilərin modern hermenevtik yöntəmlərdən yararlanmadıqları bəllidir.
Birinci iddia ilə ilgili müvafiq və ya müxalif bir düşüncə yürüdə bilmək üçün
modern fəlsəfi hermenevtiyin bütün ayrıntıları haqda bilgi sahibi olmaq
gərəkir. Yalnızca əski mütəkəllimcilərin görüşlərini bilməklə modern
hermenevtikdən bir şeylər anlamaq olmaz. İkinci iddianı yarqılamaq üçün isə,
ədəbiyat elmindən yardım istəmək gərəkir.
2— Quran hörütü (mətni)
və modern dil fəlsəfəsi:
Ərəb dilində “Quran”
olaraq bilinən dilsəl insani mətn üzərinə diqqətimi mərkəzləşdirərək bu qonunu
açıqlamağa çalışmışam. Əsas amacım bu hörütlə (mətnlə) ilgili fəlsəfi
hermenevtik açısından öz görəvimi bəlli etmək olmuşdur. “Ərəbcə hörüt” olan
Quranı necə anlaya bilmək söz qonusudur. Hər “anlamaya aid”in qavranılması üçün
ön qavramanın gərəkdiyini bir neçə kərə söyləmişəm. “İnsani dilsəl” hörütün
qavranılması üçün qavrayıcının ilişkidə olduğu dil haqqında ön bilgi və ön qavramaya
sahib olması gərəkir. Bu ön bilgi və ön qavramaları dil fəlsəfəsi qavrayıcıya
suna bilir. Modern dil fəlsəfəsinin önəmli ilgi alanları bunlardır:
İnsan dili, imlər (işarələr) bütünündənmi oluşmaqdadır? Dil insanlığın
gerçəkləşim məcrasımı? “Dil varlığın evidir”mi? İnsanmı dilə egeməndir, yoxsa
dilmi insana? Dilin işləvsəlliyi (funksionallığı) nədir? Dilin rüknləri,
gerçəkləşim ögələri (ünsürləri) hansılardır sorusuna cavab verərək davam
edəlim. Dilin gerçəkləşim ögələri bunlardır: 1- Söyləyici. 2- Dinləyici. 3-
Hörüt (mətn). 4- Kontekst (bağlam) 5- Dilin içəriyi.
İnsan dili doğal, yoxsa sözləşməli fenomənmidir? Dilin doğru və ya yanlış
olma ölçüləri hansılardı? İnsan və heyvan dilinin ortaq və ayrışımlı
özəllikləri nələrdir? Dilin düzəni, dilin quruluşu, dilin yöntəmi, dilin iç
düzəni və qramatolojik özəlliyi nədir? Dilin kontekstini oluşduran tarixi
duruma və möhtəməl tarixi gerçəkliklərə bağlılığı nə qədərdir? Dil oyunu, insan
həyatının fərqli biçimləri və “məna”sı nədir? Əski teorilərin məna ilə ilgili
veriləri hansı ölçüdə qəbul edilə bilər? Məna ilə ilgili yeni teorilər. Dil və
düşüncə ilişkisi: söz və qavram. Düşünmək və qonuşmaq. Anlam və gerçək.
Gerçəklər fərqli və anlamlar sabitmidir? Dil və zehn ilişkisi. Dilin tarixi
oluşu mənanın tarixi olması üzündənmi? Hörütlərin (mətnlərin) anlamsal olaraq
dəyişimə uğraması və bu dəyişimlərin nədəni nədir? Keçmiş zamanda söylənmiş
olan bir cümələnin anlamını dəqiq olaraq bəlli etmək olmaz. Keçmiş zamanda
söylənmiş olan bir cümlənin anlaşılması üçün yeni açıqlamalar olmalıdır. Çünkü
anlamlar zaman axışı içində dəyişə bilərlər. Heç bir cümləni yeni açıqlamalar
yapmadan anlamaq olmaz. Bilginin, dilin və gerçəkliyin ilişkiləri. Gerçəkliyin
şəkillənməsində və tanımında dilin rolu. Dilin praqmatik inşaatı: “Söyləmsəl
feel” olaraq qonuşmaq, söyləmsəl feellərin çeşidli türləri. Dilin “xitab etmə”,
“dəyər vermə” və normativ işləvləri. Toplumsal ilətişim aracı olaraq dil. Dilin
toplumdakı etkisi və...
3-Quranın genəl
anlamı, Quran söyləyicisi olaraq insan:
Modern dil
fəlsəfəsindən yararlanmadan ərəbcə hörüt (mətn) olan Quran üzərinə açıqlamaları
qavramaq çox çətinləşəcəkdir. Quran üzərinə açıqlamalar etmədən öncə burada
gətirdiyimiz verilərlə ilgili fikir bəyan etməliyik. Dil fəlsəfəsinin ən önəmli
verilərindən biri də budur ki, bir hörütün (mətnin) insan dili olmadan, bir
söyləyicisi olmadan gerçəkləşimi olanaqsızdır. Vitgenistein və Austin´in də
bəlli etidikləri kimi istər dili söyləmsəl feel olaraq anlayalım, ya da
Heidggerin söylədiyi kimi dili varlığın evi
və ya dili, yalnızca imlər (işarələr) və ya hətta əski çağın
dilçilərinin söylədiyi kimi sözləri dış dünyanın dildəki yansıması kimi
alqılayalım, hər halda insan dilinin gerçəkləşimi bir söyləyicidən asılıdır.
Bir mikrofon kimi ortada olmayan söyləyici. Təcrübələrdən yola çıxaraq bu
“söyləyici qonuşur” deyə biləcəyimiz bir söyləyici. Öz söylədiklərindən sorumlu
olan bir söyləyici. Böyləcə dilsəl hörüt (mətn) üçün bir söyləyici təsəvvür
etmək hörütün alqılanmasına (idrak edilməsinə) yardımcı olacaqdır. Bizim burada
üzərində durduğumuz qavramadan amacımız genəl bir qavramadır, yəni hər kəsin
qavraya biləcəyi bir hörüt. Həm mömin və həm mömin olmayanın qavraya biləcəyi
durum. Böylə qavrama üçün Quranın da başqa hörütlər kimi, bir söyləyicisinin
olduğu var sayılmalıdır. Bu mətnin söyləyicisinin insan olduğuna kəsin olaraq
inanmalıyıq. İnsandan başqa bu hörütün bir söyləyicisi söz qonusu deyildir. Bu
hörütün (mətnin) söyləyicisini Tanrı olaraq düşünürsək, o zaman bu mətnin mömin
və mömin olmayan hər kəs tərəfindən qavranılması mümkün olamaz. Tanrıya inancı
olmayan bir ateist Tanrıya aid olan bir hörütü (mətni) necə anlaya bilər? Quran
mətninin bütün ayrıntıları ilə Tanrıya aid olduğunu və peyqəmbərin bu arada,
sanki ötürücü bir mikrofon kimi rol üstləndiyini iddia etmək Quran hörütünün
bir ateist tərəfindən qavranılmasını önləmiş olar. Ancaq Quran bir ateist
tərəfindən də oxunub anlaşılır. Mömin olmayan üçün nə Tanrı, nə də peyqəmbər
söyləyici olamaz. Tanrı söyləyici olamaz çünkü mömin olmayan adam Tanrıya
inanmamaqdadır. Peyqəmbər də söyləyici olamaz çünkü bir iddiaya görə bu mətn
Onun kəlamı deyil və O, sadəcə bir səs kanalı rolunu üzərinə götürmüş, O´na
gələn səsləri sadəcə transfer etmişdir. Bu duruma görə ateist Quranı anlayamaz.
Bu sözün anlamı bu deyildir ki, kəlamın anlaşılması üçün söyləyicisi gözə
görünmək zorundadır. Söz qonusu budur ki, kəlamın qavranılması üçün insan
olaraq bir söyləyici təsəvvür edilməlidir. Söyləyici olmazsa, dinləyici üçün
heç bir kəlam anlaşılır olmaz. Biz əski hörütləri onun söyləyicilərini görmədən
anlaya bilirik. Ancaq anlaya bilməmiz üçün ona bir yazıcı və ya söyləyici
təsəvvür edirik. Yazıcını və söyləyicini görməsək də onların insan olaraq var
olmuşluqlarını təsəvvür edirik. Oxuduğumuz əski hörütlər üçün bir söyləyici
təsəvvür etməzsək onu anlaya bilmərik.
4- Quranın genəl
qavranılmasını, yalnız möminlərə özgü olay olaraq görmək doğru deyildir.
Böylə bir iddiada
buluna bilərsiniz: Quranın hər kəs tərəfindən, o cümlədən ateistlər tərəfindən
anlaşılması xeyirindən vaz keçirik. O´nun söyləyicisinin Tanrı olduğu
teorisində qalaraq söyləyicisi Tanrı olan Quranı, yalnız möminlərin anlaya
biləcəyini qəbul edirik. Mömin olmayanlar Quranı qavramırlar. Ancaq gerçək bu
ki, bu iddianın iki önəmli qüsuru var: 1- Burada “qavrama” olaraq nitələnən
olay gerçəkdən “qavrama” deyildir. Doğru olan budur ki, genəl olaraq
anlaşılmayan, hər kəs tərəfindən qavranılmayan bir mətn özəl olaraq da
qavranılamaz. Kimsə bu, yalnız özəl olaraq möminlərin qavraması gərəkən bir
mətndir kimi iddiada bulunamaz. Burada sözünü etdiyimiz “qavrama” modern
hermenevtik fəlsəfədə ussal (rasional) bilgi olaraq nitələnmişdir. Bu bilgi,
öyləsinə bir bilgidir ki, onu hər kəslə, mömin və ateistlə dartışmaq mümkündür.
Bu bilgini analiz edərək şəkillənmə sürəcini də göstərmək mümkündür. Dəlillərlə
göstərmək olar ki, nədən hansısa qavrama hermenevtik həqiqətə yaxın və hansısa
daha uzaqdır. Qavrama və “yanlış qavrama” arasında necə fərq qoyulur? Bu
dartışmaların olmadığı yerdə qavrama da söz qonusu olamaz. Çünkü söyləyicinin
ortada olmadığı durumda qavramaq da mümkün olmayacaq. Bu durumda mömin olan
adam ussal (rasional) təməllərə dayanaraq Quran üzərinə qavrayışlarını mömin
olmayanlara anladamaz. Öz qavrama sürəcini başqalarına açıqlayamaz. Öz
qavramaları ilə ilgili dəlillər sunamaz. Qavrayışlarının doğruluğunu
isbatlayamaz. Bu nədənlə də heç bir qavrama gerçəkləşəməz. 2- Quran mətni
göstərir ki, peyqəmbər və Onun müxatibləri arasında dialoqlar, dartışmalar
olmuşdur. Peyqəmbərin müxatibləri arasında möminlər, mömin olmayanlar, müvafiqlər
və müxaliflər də olmuşdur. Quranın öz müxalifləri ilə dialoqa girdiyi hər kəs
tərəfindən bilinməkdədir. Quranın müxatibləri arasında mömin olmayanların da
olduğu bəllidir. Mömin olmayanlar da bu mətni anlayırmışlar və anlayırlar. Bu
hörütün iddiaları bütün dinləyicilər tərəfindən qavranılmaqda imiş.
5- Quran haqqında
kəlam dartışması necə ortaya çıxdı?
Mütəkəllimlərin
arasında dartışmaların ortaya çıxmasının dəyişik nədənləri var. Velson və Fanes´in
araşdırmalarına görə yəhudilərin və xristianların Tanrı “kəlmə və kəlam”ı
(Tanrı kəlamı olaraq Tanrının Musa və İsa ilə qonuşması) açıqlamaları ilə
qarşılaşan müsəlmanlar dərindən etkilənmişlər. Bu iki əski dinin mütəkəllimləri
müsəlmanlara deyirdilər ki, sizin dininiz “Tanrı sözünə” dayanmadığı üçün ya
möhkəm metafizik təməldən yoxsundur, ya da sizin dininiz müstəqil bir din
deyildir və bizim dinlərimizdən asılıdır. Bu iddialar vəhyin həqiqəti və Tanrı
kəlamı üzərinə müsəlmanların teorilər ürətmələrinə səbəb oldu. Velson və Fanes´in
araşdırmalarına görə yəhudilikdə və xristianlıqda yayqın olan kəlmə və Tanrı
kəlamı üzərinə dartışmalar bu teorilərin ortaya çıxışına səbəb olmuşdur.1 Məncə də bu qonuların yəhudilikdə və
xristianlıqdakı tarixini bilmədən islami kəlamın önəmini anlamaq mümkün
olmayacaqdır. Sadəcə bu qonunun deyil, Quranın yəhudi və nəsari haqqında
söylədiklərini bu dinlərin keçmişini bilmədən anlamaq olmaz. Müsəlmanlar
islamiyətin Tanrı kəlamına dayandığını göstərmək istəyirdilər. Bu sürəc içində
çox aşırı bir teori ortaya çıxdı. Buna görə Quranın bütün hərfləri, cümlələri
və anlamları istisnasız olaraq Tanrının əzəli və qədim sifətləri kimi
nitələnirdi, yəni Tanrı nəfsinin kəlamı. Ancaq kəlamın, nəfsi və ləfzi kəlama
ayrılması daha öncə Agustin tərəfindən sunulmuşdu.2
Daha ussal
(rasional) açıqlamalardan yana olan Mötəzilə məzhəbi Tanrı kəlamı ilə ilgili
böylə təsəvvürü qəbul etməyib başqa teori gəlişdirdi. Mötəziləyə görə Tanrı “bu
səsləri” bir bölgədə yaratdığından dolayı Quran Tanrı kəlamıdır. Quran
məxluqdur, qədim deyildir. Quranın yaradılışı da Tanrı “feelinin sifəti”dir.
Quran bütün sözləri, cümlələri və anlamları ilə bir yerdə Tanrı tərəfindən
yaradılmışdır və məxluqdur. Hz. Məhəmməd örnəyin Cəbraildən duymuş və
başqalarına transfer etmişdir. Bu, “Verbale İnspration” teorisidir, yəni “sözlü
ilham.” Bu teorini miladın birinci yüzilində yəhudi hüquqçu və arif Philon
ortaya atmışdı. Philon bu teorisinə dayanaraq Tanrının peyqəmbərlərlə
qonuşmasını ussal (rasional) yolla açıqlamaq istəmişdi. Daha sonra yəhudilik və
xristianlıq teolojisində dəyişik açıqlamalarda bu teoridən yararlanılmışdır.
Mötəzilə də bu teoridən etkilənmişdi. Mötəzilə bu teorini “Tanrının nəfsi və
ləfzi kəlamı” teorisindən daha ussal görürdü. Çünkü bu teori Quranı müstəqil
məxluq olaraq görür, Tövrat və İncil kimi Quranı Tanrı kəlamı olaraq qəbul
etmirdi. Bu teori İslam vəhyini müstəqil olaraq tanıdığı üçün İslamın
doğruluğuna dəlil kimi ortaya çıxırdı.3
Hər halda bilməmiz
gərəkir ki, bu teorilər Quran üçün metafizik əsas təsis etmək amacı ilə meydana
çıxmışdı. Günümüzdə yeni fəlsəfi hermenevtiyin yardımı ilə bu nəzəriyələrin
doğru olamayacağı qənaətinə varmaqdayıq. Çünkü Quranın qavranılmaması ilə
sonuclanmaqdadır. Bu teorini savunanlar Quranın açıqlanması və qavranılmasında
bu teorinin təxribat törədəcəyindən xəbərsiz idilər. Quranı fərqli şəkildə
anlamaqda olan onlar öz qavramaları ilə ilgili yanlış dil—kəlam teorisi
gəlişdirmişdilər.4
6- Filosofların və
ariflərin görüşləri:
Vəhy və peyqəmbərlik
qonusunda teorilər ürətən müsəlman filosoflar və ariflərin amacı Quranın
metafizik təməlini təsbit etmək idi. Filosoflar fəlsəfi metafizik sistemlərində
vəhy və peyqəmbərlik üçün uyqun yer bulmaq istəyirdilər. Bu üzdən onlar
peyqəmbərə fəal ağıl kimi özəlliklər tanıdılar. Ariflər Quranda bulunan
peyqəmbəranə təcrübələrlə “üfüqdəş” olaraq yeni təcrübələrə ulaşdılar.
Peyqəmbəranə vəhyi “tam buluntu” adlandıraraq bunu kəndi kəşflərini
dəyərləndirmə ölçüsü olaraq əsaslandırdılar. Filosoflar və ariflər Quranın dili
qonusunda böylə teorilərə varmışdılar: Quranın bir sözəl (zahiri) vücudu var,
bir də batini qatı var. Bu iki vücud bir-biri ilə uyum içindələr. Zahir əhli
sadəcə Quranın zahiri ilə uyum içində olur, yalnızca zahiri anlayırlar. Batin
əhli Quranın batini vücudu ilə uyum içində olur, batinlə birləşirlər. Quran,
surətsizliyin surətidir. Hz. Məhəmmədin dilinə axmış olanlar peyqəmbər
batininin Tanrı ilə birləşməsinin ürünüdür. Tamamlanmış olan bu birləşmə sonra
da zahirə enmişdir, zahiriliyi oluşdurmuşdur. Bu zahirə eniş kəlama dönüşərək
peyqəmbərin içində eşidilmişdir. Bu açıdan Hz. Məhəmmədin kəlamı Tanrının
kəlamıdır. Ilginç olan budur ki, bu teorilərin əsası yəhudilik-xristianlıq
teolojisi və irfanında daha öncədən var idi.5
İbni-Ərəbi və Molla
Sədra kimi əski filosofların və ariflərin bəyan etdikləri dilin varoluşu ilə
ilgili teorilər modern dil fəlsəfəsi tərəfindən qəbul edilməməkdədir. Modern
fəlsəfi hermenevtik verilərinə görə əski dil teoriləri Quran mətninin
anlaşılmasını çətinləşdirir. Peyqəmbər batininin Tanrı ilə birlik halında
olduğu zaman Quranın doğuşu teorisi doğru olursa, o zaman Tanrıya inanmayan, ya
da peyqəmbər batininin Tanrı ilə vəhdətinə inanmayan adam Quranı anlaya
bilməməlidir. Bu teori “Quran, yalnız ariflər tərəfindən anlaşılır” verisi ilə
sonuçlana bilər. Diqqət etsəniz, mən gerçəklikdə durumun necə olduğu haqda bir
şey söyləmirəm. Bu teorinin ön qavraması doğru olursa, Quranın qavranılması ilə
ilgili təxrib edici təsiri olar. Ön qavrama üçün öncə iman etmək gərəkir kimi
bir iddia olursa, bu durumda qavrama sorunla qarşılaşar. Verimsiz və artıq bir
teori kimi ortada qalar. Dil fəlsəfəsini və modern hermenevtiyi Quranın
qavranılması ilə ilgili bir yana buraxmaq bir çox qavrama sorunları oluşdura
bilər. Ariflərin ortaya qoyduqları dil metafiziyi teorilərini qəbul etmədən də
irfançı olmaq mümkündür. Gerçək olan budur ki, bizim əski mütəkəllimlərimiz,
filosoflarımız və ariflərimiz Quranı mömin olmayanlar üçün anlamsızlaşdırılar.
Onların Quran üzərinə qavrama girişimlərini çətinləşdirir, imkansız edirlər.
7- Fəlsəfi
hermenevtiyin və ədəbi elmlərin rolu:
Dil haqqında qəbul
edilir fəlsəfi bir teori olmadan nə filosof, nə mütəkəllim, nə də arif genəl
qavramanı anlatamazlar. Hər kəsin anlaya biləcəyi bir açıqlama ortaya
qoyamazlar. Bu açıqlama, yalnız hermenevtiyə dayanaraq oluşa bilər. Bu
doğrultuda mütəkəllimin, filosofun və arifin iddiaları doğruluğu bəlli olmayan
cüzi durumlar olaraq görünür. Bu nədənlə də modern hermenevtiyin qatqısı
olmadan mütəkəllim, arif və filosof arasındakı dartışmalar qavrama olayına
yardımçı olmadan sürüb gedər. Bu sorunlu dartışma, yalnız Quranın bir
söyləyicisinin var olduğunu qəbul etməklə çözülə bilər. Quranın söyləyicisinin
olduğunu qəbul etməklə, Onun hər kəs tərəfindən qavranılmasının mümkün
olacağını da qəbul etmiş oluruq. Mütəkəllim, filosofdan və arifdən “biz Quranı
nazil etdik” və ya “Hz. Məhəmməd bir söyləyicinin müxatibi olur” kimi qonular
haqda sorular sorur. Ya da dinləyicilər Tanrının müxatibi olaraq görünür.
Burada gerçək söyləyici Tanrı deyilsə, bunu necə anlaya bilərik? Mütəkəllimin
sorularıdır bunlar. Bu sorunun çözümü çox qolaydır. Sorunun çözümü bu
şəkildədir: Quranın söyləyicisini peyqəmbər olaraq qəbul etdikdən sonra ədəbi
bilimlər, anlamlar, bəyan və estetik anlatılar vadisinə qədəm qoyacağıq. Bu
bilimlərdə bəlli olmuşdur ki, mətndə qullanılan stillərdən və ədəbi
çeşidlilikdən yararlanaraq söyləyici və dinləyicinin kimlər olduğunu təsbit
etmək mümkün deyildir. Söyləyici və dinləyici dış dünyada bir kişidir, yoxsa
iki kişi? Bir kişi mətnin içində həm söyləyici, həm də dinləyici ola bilər. Həm
birinci şəxs kimi qonuşa bilər, həm də ikinci və üçüncü şəxs kimi. Ədəbi və
dini mətnlərdə ilginç sənət oyunları vardır. Mövlana Cəlaləddin Ruminin də
söylədiyi kimi, Tanrı kəlamından məst olaraq qonuşan peyqəmbər nədən öz
kəlamına çeşidli retorik və etkiləyici estetik özəlliklər qarışdırmasın ki?
Nədən Onun kəlamı dinləyicini heyrətləndirməməlidir ki? Nədən peyqəmbərin
kəlamı dinləyicini Tanrıya doğru və Tanrıdan insana doğru yönləndirməsin? Canlı
və yəqinləşdirici təcrübə ilə və ilahi imdadın təhriki ilə (vəhy), vücudu Tanrı
sözləri ilə dolub daşan (görəv) bir peyqəmbər nədən sanki Tanrı qonuşurmuş kimi
qonuşa bilməsin? Nədən öyləsinə dinləyicilərə xitab etməsin ki, sanki xitab
edib danışan Tanrının kəndisidir? Bu şəkildə qonuşub təcrübə icad etmək
peyqəmbərin peyqəmbərlik rəsaləti (görəvi) olmuşdur. Peyqəmbər dinləyicisinin
“Tanrının dinləyicisi” kimi görünməsi yenə də peyqəmbərin peyqəmbərlik
“rəsalət”inin (görəvinin) icabıdır. Peyqəmbərin olağanüstü etkiləyiciliyinin
göstərgəsidir. Bu biçim qonuşmaq bəlaqətin ecazkar səviyəsi deyilmi? Quranın
ərəbcədə ən arınmış, ən anlamlı mətn olduğunu qəbul etmirikmi? Peyqəmbər
sürəkli və düznli olaraq qonuşan filosof deyildir. Peyqəmbər Tanrı kəlamından
məst isə, o zaman Onun qonuşması da məstanə və pərişan olacaqdır. Peyqəmbərlər çox fərqli, fırtınalı və dalğalı
vücud durumları ilə qarşılaşmışlar. Bu, Quranda peyqəmbərliyin başlanqıc
nöqtəsi olan “bisət”in nəticəsidir. Bu üzdən peyqəmbəranə kəlamlar hər zaman
dalğalı və fırtınalı olmuş. Söz, cümlə və məna türündən olmayan Tanrı vəhyi ilə
peyqəmbərin “uyuqunluğu” Quranda görünən çeşidli qonuşmalar şəklində
gerçəkləşmişdir. Ədəbi bilimlərdə bu çeşidliliklər incələnmişdir. Çağımız
mütəkəllimləri bu bilim haqqında ayrıntılı bilgiyə sahib olmalıdırlar. Bu
doğrultuda çox qonuşmaq olar. “Peyqəmbəranə oxunuş”u anladan daha sonrakı
yazılarımda bu qonunu daha ayrıntılı anladacağımı ümid edirəm.
8- Qısır döngü və
sonuçsuz mücadilə:
Burada üzərində
ayrıca durmam gərəkən başqa qonu da vardır. Mütəkəllimlər deyirlər ki, bəzi
ayətlərdə Quranın vəhy kitabı olduğu söylənməkdədir. Quranın bu sözü ilə “Quran
peyqəmbərin kəlamıdır” iddiaları örtüşməməkdədir. Bu qonu ilə ilgili, yalnızca
üç önəmli nöqtəyə işarə edəcəyəm: 1- O ayətləri də, yalnız insan kəlamı
olduqlarını qəbul edərək qavrayıb açıqlaya bilərik. Bu üzdən Tanrınn bu
ayətlərdə Quranın vəhy kitabı olduğuna işarə etidiyini söyləyə bilmərik. Bunu
peyqəmbər söyləyə bilər. Yəni peyqəmbər Quranın vəhy kitabı olduğunu söyləyə
bilər. 2- Peyqəmbər Quranın vəhy kitabı olduğunu söylədiyində O´nun iddiasının
anlamına diqqət etməliyik. Vəhydən peyqəmbərin amacının nə olduğunu bəlli etmək
çox qarışıq və çətin işdir. Bu sorunun çözümü üçün həm Quran ayətlərindən, həm
ərəblərin İslam öncəsi kültüründən yardım almaq mümkündü, həm də bu qonunun yəhudiyət
və xristianlıqda qazandığı təcrübələrdən yararlanmaq gərəkir. Böylə bir
araşdırma, tarixi açıqlama ilə sonuclanır. Bu araşdırmaya dayanaraq kəlam
mühakimələrini rədd etmək mümkündür. Bu arada özət olaraq “vəhy” qavramının
anlamı haqda bilgi verməm gərəkəcək. Araşdırmacıların yazdıqlarına görə ərəb
dilində vəhy “hızlı işarə” anlamındadır.6
Peyqəmbərin amacı O´nun təcrübəsində Tanrı işarəsi sayılan “hızlı və gizlin
işarə”ni anlamaqmış isə, bu durumda altı mindən artıq olan ayətləri ilə Quran
bunu isbatlayamaz. Bu ayətlər uzun mətn oluşdurmaqdadırlar ki, Quranın
kəndisinin də anlatdığı kimi “anlaşılan ərəbcə”dədir və təlif düzənindən yoxsun
olsa da, hərkəs onu anlaya bilər. Şübhəsiz ki, hər kəs üçün anlaşılır olan bir
mətn hızlı işarə olamaz. O zaman Hz. Məhəmmədin “Tanrı işarəsi” ifadəsini necə
anlaya bilərik? Bu, Tanrının O´nunla işarələrlə qonuşması (Cəbrail aracılığı
ilə və ya...) anlamındadır. Bu incələmə göstərir ki, Quranın peyqəmbər nəzdində
vəhy anlamı daşıması ayətlərin vəhy yardımcılığı ilə şəkillənməsi anlamında
olmuşdur. Peyqəmbər vəhy yardımı ilə Quranda qonuşmaqdadır. Mən bu həqiqəti bu
biçim yorumlamışam ki, Quranın kəndi iddiasına görə, Quran vəhyin ürünüdür,
vəhyin özü deyildir. 3- Bu incə qonuya diqqət etmək gərəkir ki, heç bir ayətdə,
hətta üzərində durduğumuz ayətlərdə də Quranın Hz. Məhəmmədin kəlamı olmadığı
söylənməmişdir. Heç bir ayətdə “Bu ayətlər Hz. Məhəmmədin deyildir” deyə
söylənməmişdir. Quranda Quranın vəhy qaynaqlı olduğu yazılmışdır. Tanrı
qatından peyqəmbərin qəlbinə nazil edilmişdir. Peyqəmbərin qəlbinə nazil edilən
vəhydir, Quran da bu vəhyin ürünüdür, özü deyildir. Qurandan öncə peyqəmbər
kitabın və imanın nə olduğunu bilməzdi. Peyqəmbər hava və həvəs üzündən
qonuşmurdu. Quranın endirilişində Cəbrailin rolu olmuşdur. Lövhi—məhfuz´da
Quranın bir öncəki nüsxəsi olmuşdur. Ancaq bunların heç birisi Quranın
peyqəmbər kəlamı olduğunu inkar etməz. Çünkü bu ayətlər peyqəmbər kəlamı
olmazsa, anlaşılması da mümkün olmayacaqdır. Dəqiq olmayan kəlam
dartışmalarında vəhy, Quran, kitab, Tanrı kəlamı, ayətlər və bu kimi bir-birinə
bağlı qavramların dəyişik anlamları üzərinə qəflət edilməkdədir. Sanki bütün bu
qavramlar eşanlamlı (sinonim) olmuşlar. Quran mətnində bu qavramlardan biri
üzərinə söylənən anlamı digərinə də aid bilmişlər. Ayrıca, dəyişik durumlarda
hər kəlmənin Qurandakı fərqli anlamlarından qəflət etmişlər. Bu diqqətsizlik,
özəlliklə kəlam dartışmalarında anlaşılmazlıq və qarmaşa oluşdurmuşdur. Bu
sorun ilk növbədə bəzi dartışmacıların çox önəmli və incə bir qonunu yanlış anlamalarından
qaynaqlanmaqdadır. Onlar düşünürlər ki, Quran Məhəmmədin kəlamı isə, o zaman
“Tanrı Quranda böylə söyləyir” demək doğru olmaz. Bunun yerinə “Peyqəmbər
Quranda böylə söyləyir” demək gərəkir. Peyqəmbərin kəlamı Tanrı işarəsi ilə
söylənmiş olsa da, Quranda “Tanrı deyir” yerinə “peyqəmbər deyir” söyləmək
gərəkir. Bu qəflət qısır bir döngü oluşdurur və doğruluğu verimsiz bir
mücadilənin arxasında gizlətmiş olur. Bu haqda Quran mətnindən tarixi tanıqlar
gətirərək önümüzdəki dartışmalarda açıqlamalar yapacağam. Quran qaynaqlı tarixi
tanıqların Quranın peyqəmbər kəlamı olduğunu söylədiyini isbatlayacağam. Tanrı
dilində “bisət” və “işarə” Tanrının feeli və kəlamıdır. Quranda varlığı tövhid
mehvərli oxumaq peyqəmbərin ərəb dilində feelidir.
9- İbrahimi dinlərdə
“Tanrı dili və Tanrı kəlamı”
Dinşünaslıq
açısından baxıldığında Yəhudiyətdə, Xristianlıqda və İslamda “Tanrı kəlamı”
adında “gerçəkliyin” olduğuna tanıq olmaqdayıq. “Əhdi-ətiq”də yaxlaşıq 300 kərə
“Tanrı kəlamı”ndan söz edilməkdədir.7
Qurani-Kərimdə neçə kərə “Tanrı kəlamı”, “Rəbb sözü” və... keçmişdir. Tanrı
kəlamının həqiqəti ilə ilgili yəhudi, xristian və müsəlman mütəkəllim və
ariflər çox cazibəli sözlər söyləmişlər. Peyqəmbərlərdən başqa dərin
mənəviyatlı insanlar da Tanrının onlarla qonuşduğunu söyləmişlər. İbrahimi
dinlərin irfan ədəbiyatı bu haqda geniş bilgi içərməkdədir. Ariflər və
teoloqlar bu doğrultuda “Tanrının dilləri” anlayışını ortaya qoymuşlar. Onlara
görə Tanrı dilləri insan dilindən fərqlidir və insan dilinin sözlərinə, cümlələrinə
və qavramlarına bənzəməz. O zaman Tanrı kəlamı da insan kəlamına bənzəməz.8 Peyqəmbərlər və digər mənəvi insanlar
Tanrı dilini sözlərdə, cümlələrdə və mənalarda deyil, varlıq aləminin “afaq və
ənfos”*unda bulmuşlar. Bir peyqəmbər Tanrı
kəlamını sözlər, cümlələr və ya səslər olaraq duymuş ola bilər. Ancaq o, Tanrı
kəlamı həqiqətinin duyduqları cinsdən olmadığını da təcrübə edir. Tanrı dili və
kəlamı “insan dili və kəlamı” kimi sözlərdən, cümlələrdən və mənalardan
oluşmadığından insan kəlamına aid olan sınırlılıq da Tanrı kəlamında bulunmaz.
Tanrının dəyişik türdə qonuşmalarını da sınırlamaq mümkün deyildir. “Hızlı və
gizlin işarə”dən, yəni vəhydən tutmuş, “təcəlli”, “işraq”, “dualar”,
“peyqəmbəranə sadiq röyalar”, “insanın batini olaraq Tanrını bilməsi” və
Tanrının məktub kitabı olaraq bütün varlıq, “vicdan səsi”, “kəsin lazımlı
məntiq” hamısı Tanrı kəlamı olaraq sayılmışlar. Bunlardan bir bölümünü
İbni—Meymun peyqəmbərliklə ilgili “Qutsal kitab”a dayanaraq “Dəlalə-i hairin”
kitabında vermişdir. Son zamanlar bu qonu üzərinə odaqlanmalar vəhyin
qavranılması və açıqlanması ilə ilgili ilginç teorilər ortaya qoymuşdur.9 Onların Tanrı kəlamı ilə ilgili
verdikləri bilgilərə görə peyqəmbərin dinləyiciləri peyqəmbərə gələn Tanrı
kəlamını həmən təcrübə edib, dinləyib anlayamazlar. Onlar Tanrı kəlamının
uyarması ilə ortaya çıxan peyqəmbər kəlamını anlamağa çalışarlar. Sadə bir
örnək bu qonunu açıqlaya bilər. Bir insan əl işarəsi ilə bir qonunu ikinci
şəxsə anladar və ikinci şəxs sözlər və səsli cümlələr, ya da yazılı olaraq bu
qonunu üçüncü şəxsə açıqlarsa, bu durumda üçüncü şəxs ikinci şəxsin kəlamını
duyub anlayar birinci şəxsinkini deyil. Çünkü birinci şəxs söz və cümlə
cinsindən olan bir kəlam söyləməmişdir. Tutalım ki, Hafizin bir beyt şeirini
birisi bizə oxuyur. Bu şeiri oxuyanın Hafiz olmadığını bilirik. Ancaq bu şeiri
oxuyan şəxsin aracılığı ilə biz Hafizin kəlamını eşidirik, anlayırıq o şeiri
oxuyanın kəlamını deyil. Peyqəmbərin də Tanrı kəlamını təcrübə edərək bizə
söylədiyinə nədən inanmayalım. Biz peyqəmbərlər aracılığı ilə Tanrı kəlamını
duymuş oluruq. Bu örnəkdə incə bir əksikliyin olduğuna diqqət etməliyik.
Hafizin kəlamı insan kəlamı türündəndir, yəni sözlərdən və cümlələrdən
oluşmaqdadır. Ancaq ariflərin və teoloqların anlatdıqlarına görə Tanrı kəlamı sözlər,
cümlələr, mənalar türündən deyildir. Peyqəmbərlərin də Tanrı kəlamından
anlayışları insanların bir-birinin kəlamlarından anlayışlarına bənzəməz. Bu
durumda Tanrı kəlamı (vəhy) olduğu kimi dilə gətirilib anlatılamaz. Bu qonu çox
önəmlidir.
10- Peyqəmbərlərin
kəlamını dinləmə, Tanrının kəlamını eşitmə:
Peyqəmbərlərin dinləyiciləri Tanrının peyqəmbərlə necə qonuşduğu ilə ilgili
bilgi əldə edəməzlər. Ancaq peyqəmbər kəlamının dinləyiciləri dinlədikləri
peyqəmbər kəlamı üzərinə diqqətlə düşünərək Tanrı kəlamının peyqəmbəri necə
etkilədiyini qismən anlaya bilərlər. Peyqəmbər kəlamının dilsəl və ədəbi türünə
diqqət edərək və peyqəmbərlik üzərinə toplumsal—tarixi əsərləri oxuyaraq
Tanrının peyqəmbərlə qonuşduğu sürəc içində O´nunla nə etdiyini anlamaq mümkün
ola bilər. Örnəyin, Tanrı dili ilə peyqəmbərə bir hikmət öyrətilmişmi? Tanrı
Peyəqəmbərə bəlli davranışlarda bulunması üçün bilgi vermişmi? (İbrahimin öz
oğlunu qurban etməsi kimi). Bəlli bir qövmü əsarətdən qurtarmaq üçün Tanrı
peyqəmbərə bir görəv vermiş və şəriət göndərmişmi? (Musanın İsrail oğullarını
qurtarıb onlara Tövrat şəriətini gətirməsi kimi). Varlığı (doğa, tarix, insan
və toplum) tövhid əksənli qiraət etmək amacı ilə Tanrı peyqəmbərə bir
dünyagörüşü vermişmi? Bütün görünənləri Tanrının feeli və “təcəllisi” olaraq
görərək varlığı “tam tövhid mehvərli” qavrayan və bəşər tarixində yeni mədəniyət oluşduran dünyagörüşünü Tanrı
peyqəmbərə vermişmi? (Bizim bu an üzərində durduğumuz Hz. Məhəmməd
dünyagörüşünün bəşər tarixində oluşdurduğu mədəniyyət və Qurani-Kərimin varlıq
üzərinə gətirdiyi peyqəmbəranə oxunuş kimi). Yenə də təkid edirəm ki, Tanrı
peyqəmbərlə qonuşduğu zaman O´nunla nə etdiyini sezmək üçün peyqəmbər kəlamının
ədəbi dərinliyini və bəşər tarixində oluşdurduğu nəticələri öyrənmək gərəkir.
Bu iş isə, nə ussal (rasional) yolla olar, nə də nəqli və rəvayət yolu ilə.
Teoloqlar və ariflər deyirlər ki, insanlar peyqəmbər kəlamı dolayısıyla Tanrı
kəlamını duya bilərlər. Tanrı kəlamını duymaq, peyqəmbər kəlamına könül
verməklə gerçəkləşər. Bu duyma eyləmini gerçəkləşdirmək peyqəmbər kəlamı
üzərinə təfsir və açıqlama gətirən açıqlayıcıların görəvidir. Şübhəsiz ki,
burada duymaqdan amac, qulaq yoluyla duymaq deyldir. Burada amac Tanrının
müxatibi olma təcrübəsidir.10
11- Məhəmmədi vəhy
sözlər, cümlələr mənalar deyildir:
Daha öncəki dartışmalarda Quran mətninin anlaşılması üzərinə çalışmışam,
peyqəmbəranə təcrübə, tövhid əksənli kəlam və ya Tanrı kəlamı üzərində
durmamışam. Yazılarımın bəzi yerlərində vəhyi, peyqəmbəranə təcrübə olaraq
təbir etmişəm. “Tanrı sözünün gözəlliyi və insan üfüqünün açılması” adlı
yazqamda (məqaləmdə) Tanrı kəlamı üzərinə tanımlar gətirmişəm. “Varlıq üzərinə
peyqəmbəranə oxunuş” adlı yazqam Tanrı kəlamının həqiqəti ilə ilgili bir teori
olmasa da, ancaq Quranın bəzi ayətlərinə istinad edərək demişəm ki, İslam
peyqəmbərinə nazil olan Tanrı kəlamı Quranda “vəhy” olaraq nitələnmişdir. Quran
mətnindən anlaşıldığı üzərə vəhy peyqəmbərin qonuşmasına səbəb olmuşdur. Ya da
Quran Tanrı kəlamını içərməkdədir və ya Quran vəhyin məhsuludur. Bu kimi
yorumlarda bulunmaq mümkündür. Ancaq “Quran Tanrı kəlamının tam özüdür”
söyləmək olmaz. Yazqamda (məqaləmdə) yazmışam ki, Tanrının “özəl yöntəmi ilə”
peyqəmbər bütün varlığı Tanrının ayətləri kimi oxumağı təcrübə və varlığı
tövhid mehvərli qiraət edirdi. Qurandan ayətlərə dayanaraq və “estefa” (seçim),
“vəhy”, “kitabın tənzili”, “kitab”, “Quran”, “kitabın açıqlanması”,
“peyqəmbərin Tanrıdan öyrənməsi”, “vəhyin qiraətində peyqəmbərin tələsməməsi”,
“Vəhyin Quranda dəyişik anlamı” və bu kimi anlayışları incələyərək “imkan
yaratma təcrübəsi” (özəl Tanrı yardımı) ilə ilgili ayrıntılı bilgi ürətmək
olar. Bu doğrultuda ərəb kültüründə vəhyin mənaları və vəhyin peyqəmbərə
endirilişi ilə bağlı tarixi rəvayətlərin incələnməsi qonunun aydınlamasına yardımcı
ola bilər. Bu dartışmada durumun aydınlığa qovuşmasında yardımcımız ola biləcək
etkən teoloqların və ariflərin Tanrı kəlamı—dili ilə insan kəlamı—dili
arasındakı fərqləri bəlli etmələridir. Tanrının özəl yardımı qonusunda
peyqəmbərin təcrübəsi bir tür Tanrı kəlamı təcrübəsidir. Bu təcrübədə vəhy
işarəsi (Tanrı yardımı) kəlamın tam özüdür. İnsan kəlamı ilə zehni təmassımız
bizi Tanrı dili—kəlamı ilə insan dili—kəlamını qiyaslayacaq yanlışlığa sövq
edir. Bu yanlışlığın sonucu olaraq da Quran kəlamını “sözlərə” və “mənaya”
dayalı olaraq anlamağa çalışırıq. Ancaq Tanrı kəlamı mənalar və sözlərlə
şəkillənməmiş. O zaman “Məhəmmədi vəhy” sözlərin, cümlələrin və mənaların
türündən olmamışdır. İslamda “Tanrı kəlamı” ifadəsi olduğundan söz-cümlə-məna
olaraq Tanrı kəlamına inanmaq açıqladığım qiyas xətasından qaynaqlanmaqdadır.
Müsəlmanlar Tanrı kəlamına inanırlar. Ancaq bu kəlam sözlər, cümlələr və
mənalarla toxunulmamış, hörülməmişdir. Bu haqda irəlidə daha geniş biçimdə
danışacağam. Quranı açıqlama sənəti nədir? Açıqlayıcı Quranı öyləsinə
açıqlamalıdır ki, dinləyici özünü açıqlayıcının müxatibi və dinləyicisi deyil,
Tanrı kəlamının dinləyicisi kimi hiss etməlidir. Tanrı kəlamını dinləməyi
təcrübə etməlidir. Bütün bu söylənənlərin ötəsində Tanrı Quranında olanla “bəşər”
Quranında olanlar bir-birindən ayırd edilməlidir. Varlığın peyqəmbəranə oxunuşu
yazqasında (məqaləsində) bu ayrım açıqlanmışdır. Bu haqda ayrıntılı olaraq
qonuşacağam və bu ayrımın necə mümkün olduğunu açıqlayacağam.
12- Quranın hürr
açıqlanması necə şəkillənir?
Günümüzə qədər müsəlmanlar Quranı bağnazca (doqmatik) açıqlamışlar.
Bağnazca açıqlamalar ön anlamalara, ön fərziyələrə və ön inanışlara
dayanmışdır. Bu tür yanaşmalar açıqlamaların doğru doğrultuda dərinləşməsini
önləmişdir. Qurani-Kərim hər kəsin anlaya biləcəyi bir hörütdür (mətndir).
Bağnazlığa dayanmayan, özgürcə açıqlamalar Quranın dini göndərisinin
(məsajının) daha doğru anlaşılmasına olanaq sağlar, bu göndərilərin ussal
(rasional) qavranımına yardımcı olar. Bu, mənim “peyqəmbəranə oxunuş” yazqamda
(məqaləmdə) savunduğum qonudur. Quranın özgürcə anlaşımı və açıqlanması onu
öncədən bir vəhy kitabı olaraq görmək yöntəminə dayanmamalıdır. Varlıq üzərinə
peyqəmbəranə oxunuş yazqası (məqaləsi) hürr bir açıqlamadır.
Bu özgürcə
açıqlamanın ön anlamalarının bir bölümünü özət olaraq anlatmağa çalışdım.
Gələcəkdə bu açıqlamanın digər ön anlamalarını bəyan edəcəyəm. Bu hürrcə
açıqlamanın necə şəkilləndiyini anladacağam.
Çevri tarixi:
09.01.2012
2
wort Historische Worter buch der philosophie.
4
«نهایت الاقدام فی علم الکلام» شهرستانی. تصحیح آلفرد کیوم، صص
341- 278 و فلسفه علم کلام ولفسون، فصل قرآن و نیز در منبع شماره یک.
5
نصر حامد ابو زید در باب سوم
از کتاب فلسفه التاویل: دراسه فی تاویل القرآن عند محی الدین عربی، تحت عنوان
«القرآن والوجود» وجود شناسی زبان قرآن از نظر بن عربی را بررسی کرده است کلاوس
اوتو نیز کتاب
Von Alexandrien Das Sprach verstän bfi philo
(چاپ توبینگن 1968) (نظریه زبان نزد فیلو) را به
وجود شناسی زبان از نظر فیلو اختصاص داده است. مقایسه این دو بر رسی کاملا نشان می
دهد که آنچه در میان عرفای مسلمان مبنای نظریه ظاهر و باطن و مباحث مربوط با آن
قرار گرفت، پیشتر در الهیات یهودی و مسیحی سابقه داشته است.
6
Theologische Realenzyklopädie.
7
Wort Gottes.
8
Sprache Gottes und der menschen Luis Alonso Schö kel.
Vahyin
anlamı üçün bir də baxınız İbni Ərəbinin “Müsəlman teoloqlar nəzdində vəhy
kökənli sözlərin dəyişik anlamları” əsərinə. Mənim “Hermenevtik, kitab və
sünnət” əsərimdə də bu qonu üzərinə deyinilmişdir.
* Afaq və ənfos— varlıqlar və
nəfslər.
9 Din dili ilə ilgili olaraq
analistik fəlsəfə tərəfindən ortaya çıxmış olan teorilər İbrahimi dinlərin və
vəhyin anlaşılması üçün yeni imkanlar oluşdurmaqdadır. Bu arada hər şeydən öncə
diqqəti daha artıq öz üzərinə çəkən qonu budur ki, bu fəlsəfəyə dayanaraq
açıqlamalar yapan yəhudi və xristian filosoflar və mütəkəllimlər vəhyi Tanrı
xəbəri olaraq anlayıb təfsir etmədən öncə onu tarixin axışını “yönləndirən” etkən kimi təfsir etmişlər. Başqa bir deyişlə vəhyi, təsirlərinə görə
incləmişlər, içəriyinə görə deyil. Bu teori müsəlman ariflər arasında yayqın
olmuşdur. İslam Dünyasında bu doğrultuda düşünən ilk ariflərdən biri İbni-Ərəbi
olmuşdur. “Müsəlman teoloqların vəhy üzərinə dəyişik yorumları” adlı yazqamda
İnbi-Ərəbinin görüşlərindən yararlanmışam. Gələcək yazqalarımda bu qonuyu daha
geniş biçimdə anladacağam.
10 Baxın mənim “Din üzərinə rəsmi qiraətin
tənqidi” kitabıma.

Hiç yorum yok:
Yorum Gönder