13 Ocak 2012 Cuma

Varlığın peyqəmbəranə oxunuşu



Məhəhəmməd Müctəhid Şəbistəri
(Üçüncü bölüm)

               Varlığın peyqəmbəranə oxunuşu 3

                  Quran üzərinə hürr açıqlamanın ön varsayımı

                  Qavrama gərəkliliyi və iman gərəkliliyi

                  Qutsal kitablarla ilgili ibrahimi dinlərin teoloji və irfanında önəmli qonular önə sürülmüşdür. Bunları dörd bölümə ayırmaq mümkündür:
1-     Tanrı kəlammı yaradır, yoxsa qonuşurmu?
2-     Musa və Məhəmməd və ya digər peyqəmbərlər üçün vəhy olayının həqiqəti nədir?
3-     Yəhudilər və xristianlar “Yeni əhd”i və müsəlmanlar Qurani-kərimi necə açıqlayırlar?
4-     Çağımızda bu açıqlamaların fəlsəfi, teoloji və ya bilimsəl açıdan nə kimi önəmləri var? Bu açıqlamaların üstün və əksik yönləri nələrdir?
                  Birinci və ikinci qonu fəlsəfəyə, teolojiyə və kəlama aiddir. Üçüncü qonu təfsir (açıqlama) tarixinə aiddir. Dördüncü qonu bir açıdan fəlsəfi hermenevtiyə və bir başqa açıdan teoloji və kəlama aiddir. Mənim ələ alıb incələmək istədiyim dördüncü qonunudur. “Tanrı, kəlam yaradır, yoxsa qonuşur” kimi soruya cavab vermək fikrində deyiləm. Vəhy olaraq adlandırılan özəl hadisələrin həqiqətlərini də yanıtlamaq fikrində deyiləm. Quran təfsirinin tarixini də yazmıram. Bu günə qədər edilmiş təfsirləri də tənqid etmək, ya da dəyərləndirmək istəmirəm. Quranla ilgili somut (konkret) olaraq böylə bir qonuyu incələməyə çalışıram: Ərəbcə bir mətn olaraq Quran çağımızda hansı ön anlama və ya ön varsayımla (hipotezlə) hər kəsin anlaya biləcəyi ussal (rasional) təfsirlə (interpratation) açıqlana bilər? Bu haqda müsəlmanlar arasında bir ön anlama və kəlami ön varsayım vardır. Mən bunu ələşdirmək fikrindəyəm. Çünkü müsəlmanlar arasında yayqın olan bu ön anlama və ön varsayım Quranın özgürcə anlaşımına, təfsirlərin gəlişməsinə əngəl olmaqdadır. Müsəlmanlar arasında yayqın olan ön varsayım bu şəkildədir: Quran sözlər, cümlələr və məna olaraq olduğu kimi Tanrı qatından peyqəmbərə verilmişdir. O da bir oxucu kimi heç bir müdaxilə etmədən bu mətni dinləyicilərinə sunmuş və söylədiklərinin O´nun deyil, Tanrı kəlamı olduğunu iddia etmişdir. Mənim iddiam böylədir ki, bu ön anlama və ön varsayıma dayanaraq Quranı söyləyicisi olmayan bir mətn kimi anlamaq olmaz. Anlamadan amac, hər kəsin anlaya biləcəyi ussal açıqlamadır. Bu tür anlama hərşeydən öncə Quranı daha dərindən açıqlamağı hədəf seçmişdir. Ayrıca, mənim savunduğum yorum ussaldır, yəni hər kəs öz ağlını qullanaraq, ya da yorumcuların yardımı ilə bu anlama eyləminə qatıla bilər.
             Bu yazqamda (məqaləmdə) ussal yorumumün anlaşılması ilə ilgili daha geniş izahat verəcəyəm. Daha sonra bu izahlardan sonuc almağa çalışacağam.

             Ussal açıqlama anlayışının çeşidli türləri var:

             Hermenevtikdə yayqın və ilginç olan yeni dartışmalardan biri də dil fenomenoljisi ilə ilgili çeşidli qavramalar, qavrama özəllikləri və qavramanın hədəfidir. Bütün bunlar hermenevtik qavrama olaraq nitələnir. Ünlü filosoflardan biri çox verimli bir yazqasında (məqaləsində) 17 hermenvtik anlama türləri saymışdır. O, məktub bir mətnin 17 çeşidli amaca görə açıqlana bilirliyini anlatmaqdadır. Hər açıqlama türü bu 17 təfsir türünün bir özəlliyini yansıtmağa yönələr. Hər bir anlamanın da içəriyi bir-birindən fərqli olaraq ortaya çıxar.1 Bu yazqa böylə uzun bir qonunun dartışılması gərəkən bir ortam olmadığından bu mövzuya daha dərin açıqlama gətirmək istəmirəm. Ancaq bir qonu üzərinə deyinməm gərəkəcək. Söyləyici və dinləyici arasında ilətişim (kommunikasion) sağlayan bir mətni anlamaq üçün ussal açıqlamanın qavrayışı söz qonusudur. Bu yazqada bizim üzərində durduğumuz da budur. Böylə bir sorunun yanıtlanması gərəkir: Söyləyici və dinləyici arasındakı ilətişimi göz önündə bulunduraraq öncə sözəl (şifahi) daha sonra yazılı olaraq şəkillənmiş olan bu mətni hansı ön anlama və ön varsayıma görə idrak etmək olar?

             Yazılı mətnə dayanan sözəl (şifahi) qonuşmanın ussal  (rasional) hermenevtik anlamı necə şəkillənir?

             Dil fəlsəfəsində ən önəmli qonulardan biri budur: söylənilən və ya yazılan bir sözü anladıq dediyimizdə buradakı “anladıq” nə anlama gəlir? Bu soruya cavab vermək üçün dil fəlsəfəsində iki teori mövcuddur: 1- Öncə “məna”nın həqiqətinin nə olduğunu bəlli etmək gərəkir. Bundan sonra hər kəlamın mənasını anlama evrəsi gələr. Bu teorinin yanlıları böylə düşünürlər ki, qonuşan və yazan kimsə, düzəninin bilincində olduğu bəlli bir dili (Farsça, türkçə, Ərəbcə, İngilizcə kimi) araç kimi qullanmaqda və bu dil aracılığı ilə uslarında (ağıllarında) dolaşan anlamları dinləyicilərinə (müxatiblərinə) ulaşdırmaqdadır. Bu üzdən kəlamıanlama, ifadə olunması gərəkən mənanı anlamaqdır. 2- Mənanın həqiqətini anlamadan öncə kəlamın və anlamanın şəkillənmə sürəcini araşdırmaq gərəkir. Bir şeyin “mənası” hər sözün və ya yazının qavranılması sürəcində ortaya çıxan olqudan başqa bir şey deyildir. Kəlam qavranılmadan öncə heç bir yerdə hansısa məna mövcud deyildir. Məna qavranılma sürəcində “sonradan” gələn bir olqudur, ifadə olması gərəkən və daha öncədən mövcud olan bir qonu deyildir.
             İkinci nəzəriyəyə görə böylə bir tablov ortaya çıxmaqdadır. Örnəyin Türkçə qonuşan birisi bu dili daha öncədən mövcud olan bəlli mənaları müxatiblərinə ifadə etmək üçün qullanmaz. O, öz qonuşması ilə qonuşma feelini, ya da dil oyununu gerçəkləşdirər. Bu yolla yenə dil oyununun bir parçası olan qavranılma olayı ortaya çıxar. Bu sürəç içində “məna”ya eşit olan “qavranılma” olayı gerçəkləşmiş olar. “Məna” və “mənanın qavranılması” ilə ilgili birinci teorinin əksikliklərinin bəlli edildiyindən dil üzərinə hermenevtik yanaşma kimi ikinci teori ortaya çıxdı. Bu yazqa (məqalə) böylə qonunları  eninə uzununa dartışılacaq yer deyildir. Ancaq anlatmaq istədiyimiz qonu ilə ilgili oxucularda ön anlama hazıırlığı oluşsun deyə, özət açıqlamaya ehtiyac var idi. Məktub bir qonuşma üzərinə hermenevtik qavrama, ayrıntıları açıqlana biləcək bir “sürəç” kimi şəkillənər. Biz burada qavranılma sürəcini doqquz yöndə açıqlamağa çalışacağıq. Bu açıqlamaların bir bölümü fiziksəl gerçəkliklərlə ilintilidir. Bir bölümü qavrayıcının zehni ilə bağlantılıdır. Bir bölümü də söyləyicinin və dinləyicinin içində yaşadıqları toplumsal yaşam və nəsnəl qoşullardan asılıdır.

             Bunları özət olaraq bu şəkildə açıqlamaq mümkündür:

1-     Eşitmək, ya da oxumaq yoluyla bir cümləni, ya da cümlələr bütününü düşünsəl alqılama. Bu alqılama səs duyumu və söz oxunumu kimi fiziksəl gerçəkliklərlə bağlantılıdır. Bu, kəlamın ilk qavranılma evrəsidir. Adam bir cümləni doğruca duymazsa, “nə söylədiyini yaxşı anlamadım” söylər. Ya da bir cümləni hansısa bir mətndən yaxşı oxuyamazsa, “mətndəki xətt oxunur deyil, anlayamadım” söylər.
2-     Eşidilənin və ya kağız üzərində gözlə görünənlərin anlaşılması, dəlilləri olan “işarələr” bütünündən oluşmaqdadır. Eşidilən bütün səslər və ya gözlə görünən mətnsəl görüntülər anlama dəlili olan “işarələr”dən ibarət deyillər. Ancaq məktub bir kəlamın işarələri, anlama dəlili olan işarələr bütünüdür.
3-     Anlama aracları olan işarələr insan dilinə özgü işarələrdir. Bu işarələri insanlar toplumsal ilişkilərində sözləşməli olaraq qullanırlar. Onlar insanlar tərəfindən bir eyləmin yapılmasına dəlalət etdiklərindən, toplumsal və tarixsəl yaşamın mətnindən və bətnindən bir şeylər anlatdıqlarından dolayı “işarələr” olaraq nitələnirlər. Onlar doğal işarələr deyillər. “Doğal” işarələr sözləşməli qullanıma ehtiyac duymadan kəsin anlamalara səbəb olarlar. Örnəyin insan bədəninin fazla sıcaqlığı xəstəliyə işarə edər və bunun başqa sözləşməli anlamı yoxdur. Bu düzeydə anlama, insanın qonuşma sırasında bəlli cümlə və ya cümlələri işarələr kimi qullandığının göstərgəsidir. Burada önəmli bir qonuya diqqət etmək gərəkir. Dil, işarələr insan tərəfindən sözləşməli olaraq qullanıldığı zaman işarə özəlliyi qazanmış olar. Bunlar bir heyvanın ağzından eşidildiyində işarə sayılmaz, çünkü anlama sözləşməsi sayılmazlar. Örnəyin bir papağan “salam” söylərsə, eşidilən bu səs kəlam sayılmaz və bunu gerçəkdən “salam vermək” anlamında kimsə alqılamaz. Çünkü papağanın qonuşmasında qonuşma feelinə özgü çeşidliliklərin heç birini təsəvvür etmək olmaz. Bu üzdən eşitdiyimiz papağan səsi insanlar tərəfindən kəlam olaraq alqılanmaz.
4-     Bu işarələr insan dili cinsindəndir. Yəni dinləyicinin eşitdikləri və oxuduqları, örnəyin Türkçə, Farsça və ya deyəlim ki, İngilizcə bir qonuşma və ya mətndir.
5-     Bəlli bir dildə cümlə və ya cümlələrin mənasını anlamaq edimi (əməli). Anlamanın bu evrəsində semantik “məna” ortaya çıxar. Bu evrə dəlillər elminin (semantic) sahəsidir. Mənanın anlaşılmasına aid olan bu evrədə gerçək bələdçi “dil bilgisi”dir. Dil bilgisi hansısa cümlənin hansısa dildə nə anlama gəldiyini göstərmiş olar. Pozitivistlərin hansı önərmənin doğru və hansının yanlış olması ilə ilgili başqaları ilə ünlü dartışmaları da anlamanın bu evrəsinə aiddir. Bu evrə dillərdə anlamların transformasionu ilə ilgili önəmli qonuları da içərməkdədir.
6-     Ancaq yazılı bir kəlamın cümlə və ya cümlələrindən qolayca məna yoğrulmaz. Bu durumda dilbilgisi hər zaman sorunların çözümü kimi ortaya çıxmaz. Dilsəl qarmaşalar bəzi sorunlar oluşdurar. Bu qarmaşa ilə qarşılaşan dinləyici və ya oxucu sorunu gedərmək üçün başqa “anlama” çalışmaları içinə girməlidir.
7-     Məktub bir kəlamda söylənmiş olanların ayrıntılarını anlama sorunu. Məktub kəlamdan öylə bir hadisə anlaşıla bilər ki, o, gerçəkdən olmuşdur, ancaq onun ayrıntıları haqda bilgi mövcud deyildir. Örnəyin böylə bir cümlə eşidə bilərik: “Dün universitetdə bir öyrənciyə birincilik ödülü verildi.” Bu cümlədə o öyrəncinin kimliyi, fakultəsi, ödülü kimin əlindən aldığı bəlli deyildir. Bu kəlamın ayrıntılarını anlaya bilməmiz üçün kəlamın dışındakı verilərə müraciət etməmiz gərəkəcək.
8-     Məktub kəlam söyləyicisinin öz qonuşmaları ilə nə etdiyini anlamağa çalışmaq qonusu. Hər söyləyici qonuşaraq türlü feelləri gerçəkləşdirə bilər. Rica edə bilər. Əmr verə bilər. Uyara bilər. Dua edə bilər. Xəbər verə bilər. Sora bilər. Rəvayət edə bilər. Təhdid edə bilər. Səhnə təsvir edə bilər. Təəssüflənə bilər. Sevincini göstərə bilər. Qonuşma performansı ilə söyləyicinin nə yapmaq istədiyini anlamaq, kəlam üzərinə qavrayıcılıq olanaqlarını genişlədər. Bu anlama, daha öncə anlatdığım anlama türlərindən fərqlidir. Daha öncəki anlamaların hamısının əldə edilməsinə qarşın, söyləyicinin gerçəkdən nə söyləmək istədiyi anlaşılmamış ola bilər. Sadə bir örnək anladacağam. Bir yaz günüdür və siz evdən dışarı çıxmaq istəyirsiniz. Qadınınız sizə “Yağmur yağır” söyləyir. Bunu eşidən üçüncü şəxs bu kəlamı daha öncə anlatdığım bütün boyutlarda anlayır. Ancaq yenə də tam olaraq onu anlamış deyildir. Çünkü bu cümlə ilə çeşidli eyləmlər yapmaq və müxtəlif oyunlar oynamaq olar. Qadınınız bu cümlə ilə sizə “Yağmur yağdığı üçün şəmsiyə götürməlisən” demiş ola bilər (bu bir uyarıdır). “Yağmur yağdığı üçün gəziyə çıxamayacağıq” söyləmiş ola bilər. Bu durumda bu, bir təəssüf bildirisidir. “Uzun sürədən sonra sonunda yağmur yağdı” anlamında söyləmiş ola bilər. Bu, sevinc göstərgəsidir. Anlaşıldığı kimi o, bu tək cümləsi ilə müxtəlif mənaları anlatmış ola bilər. Üçüncü şəxsin sizin qadınınızın söylədiyini tam olaraq anlaması üçün, o bağlamdan (kontekstdən), yəni mətnin mətnindən xəbərdar olmalıdır. Yəni bu qonuşmanın hansı doğrultuda olduğunu və nəyi amacladığını bilməlidir. Üçüncü şəxs sizin qadınınızla daha öncəki söhbətləriniz və qərarlarınız, niyətləriniz haqda bilgi sahibi olmalıdır. Yağmurla ilgili sizin öncəki qonuşmalarınız və bəkləntiləriniz bəlli olmazsa, üçüncü şəxs bu kəlamı anlayamaz. Yağmur yağarkən şəmsiyə götürmək sizin aranızda qərarlaşmış, yoxsa gəzini ibtal etməkmi? Dildə fenomenoloji olayı ortaya çıxdığı andan bəri “bir feel” olaraq qonuşmanı incələmək filosoflar üçün çox önəmli olmuşdur. Vitgenestein´in düşüncələri və Austin´in teoriləri çağımızda dil fəlsəfəsində böyük dəyişikliklər yaratdı. Bir qonuşmanı anlamaq insani bir feeli anlamaya eşit oldu. Bu da tam olaraq başqa feellərlə ilişkilidir. Onun bütün ayrıntıları, rüknləri və özəllikləri insanın toplumsal-tarixi yaşamının bətnində və mətnində şəkillənmiş olur. Söyləyici bu ortamda sürəcin başlatıcısı kimi meydandadır. Kəlamın bu şəkildə anlaşılması son onilliklərdə çox yayqınlaşmışdır. William p Alston kimi ünlü filosoflar anlamanın bu düzeyi ilə ilgili diqqət çəkici dartışmalar başlatmışlar. Bu dartışmaları ayrıntıları ilə burada açıqlamaq qonunu dağıtmış ola bilər. Bu qədəri ilə yetinsək yaxşı olar.
9-     Anlamanın bu səviyəsi sözəl (şifahi), ya da yazılı bir qonuşmadan əldə edilən mənadan asılıdır. Örnəyin biri mənə “Mənə bir bardaq su gətirə bilərsənmi?” söylərsə, bu şəxs öz kəlamını soru biçimində bəyan etmişdir. Ancaq onun kəlamının gerçək anlamı bir “rica”dır. O, əslində “Mənə bir bardaq su gətirmənizi rica edirəm” demək istəmişdir. Bu sadə örnək gerçək və davranışsal anlamın hər zaman qolay anlaşıldığı fikrini təqlin etməməlidir. Bir çox hallarda mənanı bu biçim anlamaq ciddi çətinliklərlə qarşılaşar.2
             Bizim amacımızın “hər kəs üçün ussal hermenevtik anlama”dan nə olduğu sanıram bu açıqlamalarla bəlli olmuşdur. Burda özətlə anlatdığım anlama türü söz qonusudur. “Kəlamın mənalandırılmasından sizin amacınız nədir?” sorusu sorulsa, cavabımız böylədir: Kəlam anlaşılmasının müxtəlif səviyələrində ortaya çıxan olqunun adı mənalandırmadır. Anlaşılma gerçəkləşimi və məna gerçəkləşimi eşanlamlıdırlar.

             Hər kəs üçün anlaşılır olan kəlam, yalnız insan dünyasında ortaya çıxar:

             İndi bu açıqlamalardan bir sonuca varmanın zamanıdır. Insanlar dünyasında insanlar aracılığı ilə toplumsal-tarixsəl yaşamın bətnində və mətnində məna gerçəkləşimi ilə anlaşılma sürəcinin gerçəkləşimini eşanlamlı olaraq qəbul edərsək, mənalı kəlamla ilgili təsəvvürümüz də aydınlığa qovuşacaqdır. Mənalı kəlam insanlar aracılığı ilə insanların toplumsal-tarixsəl yaşamında ortaya çıxmışdır və başqa tür mümkün deyildir. Kimsə insanların dünyasının dışında başqa mənaların da olduğunu təsəvvür edərsə, bu qonuya diqqət etməsi gərəkir ki, o kəlamın gerçəkliyi nə olursa olsun, mənim anlatdığım qonularla heç bir ilişkisi olamaz. Çünkü mənim anlatdıqlarım məna insanların zehnlər arası ilişkisindən yoğrulmuşdur. Anlatdıqlarımın dışında mənalandırma bu cinsdən olamaz. Böylə bir iddiada bulunmaq olmaz ki, mənalı cümlələr (məna üzərinə bizim anladığımız kimi) başqa bir dünyada (insan dünyasının dışında) bir şəkildə yoğrulmuş və peyqəmbər aracılığı ilə insanlıq aləminə gətirilmişdir. Böylə mənalı cümlələrin insan aləmi ötəsində bir söyləyici tərəfindən yoğrulması mümkün deyildir. Söyləyicisi insan olaraq bəlirlənməyən cümlələri təsəvvür etmək mümkün deyildir, böylə bir şey olamaz. Olamaz, çünkü dinləyici tərəfindən ancaq söyləyicisi insan olan cümlələr anlaşıla bilər, başqa tür anlaşılma söz qonusu olamaz.

             Anlama gərəksinimləri və iman gərəksinimləri:*

             Insanlar üçün anlamlı Tanrı kəlamı olaraq Qurandakı cümlələrin insan dünyasının ötəsində olması qəbul edilə bilir deyildir. Böylə anlamlı cümlələri İslam peyqəmbərinin insan ötəsi dünyadan gətirib zehnlər arası ilişkilər dünyasına sunması və “bu cümlələr Tanrıya aiddir, mənə aid deyildir” söyləməsi təsəvvür ediləməz. Şübhələrimizi gücləndirib və peyqəmbərin bu şəkildə söylədiyini qəbul edərsək, o zaman böylə bir soru ortaya çıxar: qəbul ediləməyəcək və anlaşılamayacaq bir iddiada bulunmanın nə anlamı ola bilər? Peyqəmbər bu kəlamla xalqı İslama dəvət etmək istəmirdimi? Onun dinləyiciləri hansı ön varsayımla böylə kəlamı anlaya bilərdilər? Bu anlamlı cümlələrin insan aləmində və insan tərəfindən yaradıldığını qəbul etməkdən başqa yolumuz yoxdur. İslam dinində Quran ayətləri Hz. Məhəmmədin xalqa söylədiyi qonuşmalardır və bunu hər kəs qəbul etmişdir. Bu yazılı mətni daha öncə sözəl olaraq söylədiyi olmuşdur. Müsəlmanların ussallıq (rasionallıq) məqamında Quranı peyqəmbərin kəlamı kimi qəbul etməkdən başqa seçənəkləri varmı? Şübhəsiz ki, bu iddia ussal (rasional) anlama məqamını gərəkdirər. Ancaq iman məqamında böylə bir inanış ortaya çıxa bilər ki, İslam peyqəmbəri bu kəlamı dolaylı və dolaysız olaraq Tanrıdan almış və Quranda vəhy olaraq nitələnən qeybi yardımlar aracılığı ilə söyləmişdir. Vəhy isə sözlər, cümlələr və mənalar olmamış, bunların ötəsində bir şey olmuşdur. Dini etiqadı bir yana buraxsaq da, tarixi açıdan İslam peyqəmbərinin Tanrıya müxatib olurkən böyük təcrübələr yaşamış olduğunu inkar etmək olmaz. Öyrətməni Tanrı olan, peyqəmbərin yaşadıqları təcrübələr. Bu durumda bu etiqad onların imanının əsasını təşkil edəcəkdir. Mən burada kəlamın necə mənalanması və Quranın müxatiblər tərəfindən necə anlaşılmasını anlatmaq istəmişəm. Filosofların, ariflərin və mütəkəllimlərin məhəmmədi vəhy haqqında söylədikləri bu qonuya aidd deyildir. Onların görüşlərini rədd etmək üçün əlimizdə bir bəlgə olmadığı kimi, onların görüşlərini onaylamaq üçün də əlimizdə bəlgə mövcud deyildir. Ancaq onların söyləmləri Quranı “bir söyləyicinin kəlamı” olaraq anlaşılmasını imkansız edərsə, bu, qəbul ediləməz. Kəlam qonusu ilə ilgili müsəlmanlar arasında yayqın olan görüşlər Qurani-Kərimin anlaşılmasını imkansız etdiyindən, onu qəbul edə bilmərik.
             Bu yazqanın sonunda bir şeyi xatırlatmam gərəkəcək. Kimsə Quranı “bir söyləyicinin kəlamı” olaraq deyil, “yazılı mətn” kimi inclərsə, ussal anlamaya aid bəzi hesablamalarında dəyişikliklər ortaya çıxa bilər. Bu durumda mətnin söyləyicisinin kimliyini anlatmaq gərəkməyə bilər. Çünkü söyləyicisiz də mətn anlaşıla bilər. Ancaq önəmli bir qonu var ki, onu unutmamaq gərəkir. İslam dünyasında yayqın olduğu kimi, Quran bir söyləyicinin (Tanrının, ya da peyqəmbərin) kəlamı olaraq anlaşılacaq olursa, bu durumda bu yazılı mətnin sözəl anlatımının peyqəmbər kəlamı olduğunu qəbul etməkdən başqa ayrı bir seçənəyimiz qalmamaqdadır.
Çevri tarixi:
13.01.2012



1 Hermeneutik , Herausgeegeben von Axel Bahler , 2003 s 99-121.
2 Ayrıntılı bilgi üçün baxın: Oliver R. Scholz Verstehen and Rationalitat s 235-314
* gərəksinim- ehtiyac.

Hiç yorum yok: