Məhəhəmməd Müctəhid
Şəbistəri
Molla Sədranın tənqidi
Molla Sədranın Quranı anlaşılmaz
edən teorisi
Daha öncəki yazılarımda söylədim ki, sadəcə yayqın və ünlü kəlam teoriləri
deyil, müsəlman ariflərin vəhylə bağlı bəyanları da Quranı hər kəsin anlaya
biləcəyi asanlıq durumundan uzaqlaşdırmışdır. “Hər kəsin anlaya biləcəyi”
qonunu öncəki yazılarımda anlatmış olsam da, bu qonu üzərinə bir daha dönmək
istəyirəm. Ancaq təkrar söyləməliyəm ki, burada filosofların və ariflərin görüşlərini
dəyərləndirmək fikrində deyiləm. Bu yazqaların (məqalələrin) başqa görəvi var.
Bu yazqaların görəvi sadəcə kəlami, fəlsəfi və irfani teoriləri bu açıdan
dəyərləndirməkdir ki, bu teorilərin qəbul edilməsi ilə Quranın hər kəs üçün
ussal (rasional) baxımdan anlaşılır olması mümkündürmü? Mənim bildiyim
qədəriylə İslam tarixində ilk kəz olaraq bu haqda sorular sorub düşüncələr
irəli sürən bu məqalələrin yazarı olmuşdur. Bu günə qədər vəhy olaraq Quranın
kəlami, fəlsəfi və irfani necəliyi bəyan edilmişdir. Bu, metafizik bir qonu
olmuşdur. Mən indilik bu qonu üzərinə deyinmədən bu soruyu sormaq istəyirəm:
Quran necə anlaşıla bilər? Bu isə, metafiziksəl bir qonu deyil, bizim təcrübi
dünyamızla əlaqəlidir. “Məhəmmədi vəhyin həqiqəti nədir?” sorusunun cavabı “iman”
sirləridir söyləmişdim. Ancaq “Quranı necə anlamaq olar?” sorusu ussal
(rasional) bir sorudur. Söz qonusu vəhyin sirrini anlamaq deyil. Söz qonusu
Quranı necə anlamaq mümkündür sorusuna cavab bulmaqdır. Bu soru ətrafında
düşünmək, özəlliklə seçkinlər üçün zövqlü olmalıdır. Önümüzədəki
açıqlamalarımda bir çox fəqihlərin tərsinə olaraq nədən bu qonu üzərində
israrla durduğumu anladacağam. Bu soruya cavab doğrultusunda son on ildə bütün
çalışmalarımı “Quranın hermenevtiyi” üzərinə odaqlandırmışam. Çağımızda Tanrı
kəlamının fəlsəfi bəyanı son şəkli ilə Molla Sədranın əsərlərində
görülməkdədir. Molla Sədra öz əsərlərində bu qonu üzərinə açıqlamalar
gətirmişdir. Dini mərkəzlərdə öyrətim görəvliləri də genəldə Molla Sədranın
görüşlərindən yararlanmaqdadırlar. Bu haqda Molla Sədra öz görüşlərini dəyişik
şəkildə ortaya qoymuşdur. Məncə, Molla Sədranın bu haqda fars dilində mövcud
olan əsərləri ərəbcə olanlardan daha dəqiqdir. Burada mən Molla Sədranın
teorisini bir bütün olaraq incələmişəm. Əsasən də farsca əsərlərindən
yararlanaraq tənqidimi yazmağa çalışmışam. Bu tənqidi yazımda Molla Sədranın
Quranı “hər kəs üçün anlaşılır” olma durumundan necə də uzaqlaşdırdığını izah
edəcəyəm. Molla Sədranın açıqlamaları Quranı daha qolay anlamaq yerinə, anlaşılmanı
və anlama düzənəyini daha da çətinləşdirmiş, hətta imkansız hala gətirmişdir.
Molla Sədraya görə
peyqəmbərin insani özəllikləri, bilgiləri, iradəsi və irfanı Quran mətninin
şəkillənməsində etkili olmamışdır. Quran mətni sözlər, cümlələr və məna olaraq
bir yerdə peyqəmbərə göndərilmiş və ya bir mələk gətirmişdir. Peyqəmbər də bu
mətni başqalarına olduğu kimi ilətmişdir. Bu mətnin ortaya çıxışı “təmsili”
olduğundan dili də təmsilidir. Peyqəmbər mənaları öncə “huzuri bilim”lə*
gözləmləmiş (müşahidə etmiş) sonra o mənalar təmsili sözlərə və
cümlələrə dönüşmüşdür. Bu mətni yaradan “hüsuli elm”**
olmuşdur. Sözlər və cümələlər vasitəsi ilə mənalara ulaşan adi insanların
dünyasının tərsinə olaraq peyqəmbər mənalardan sözlər və cümlələr ürətmişdir.
Molla Sədranın görüşlərinin özəti bu şəkildədir.
Molla Sədranın
nəzəriyəsinə görə peyqəmbərin vücudunda oluşan və Tanrı kəlamı adlanan olay
insan dünyasında oluşan və kəlamın ortaya çıxışına nədən olan olaydan tamamən
fərqlidir. Peyqəmbər vücudundakı oluşum tam olaraq başqa cinsdəndir. Burada
böylə bir varsayımda bulunalım ki, İslam fəlsəfəsi doğrultusunda və bu fəlsəfi
sistem daxilində bu teorinin savunulması mümkündür. Ancaq sorun bununla
bitməməkdədir. Çox önəmli bir soru bu teorinin qarşısında baş qaldırmaqdadır.
İnsan dünyasının özəlliklərinə bənzəməyən “təmsili” dil və kəlam olaraq
nitələnən böylə bir dil və kəlam peyqəmbərin dinləyiciləri tərəfindən necə
anlaşıla bilər? Daha öncəki yazqalarda (məqalələrdə) “mənalı kəlam” və
“genəlləşən anlama” anlayışlarını açıqlamışdıq. Biz “kəlam” və “kəlamın
anlaşılması” qonusu ilə ilgili anlatdıqlarımın ötəsində bir şeylər
bilməməkdəyik. Sözləşməli olaraq dil içi işarələr və rəmzlərin qullanımı ilə
toplumsal-tarixi yaşamın axışında ortaya çıxıb mənalanan olquya “anlaşılan
kəlam” deyirik. Peyqəmbər Quran ayətlərini oxuduğunda ərəb dili üzərinə olan öz
bilgilərindən yararlanmamış, sadəcə ona verilmiş olanları olduğu kimi
dinləyicilərinə ulaşdırmışsa, dinləyici müxatiblər bu “peyqəmbər vasitəsi ilə
oxunmuş olanı” necə anlaya bilmişlər? Quran mətnində ərəb dilinin işarələri
olaraq qullanılmayan sözlər və cümlələr başqaları tərəfindən necə anlaşıla
bilər? “Zehnlər arası” dünyada insanlar tərəfindən işarə olaraq qullanılan və
məna oluşduran işarələr ancaq işarə sayıla bilər. Bunlar Quran mətni üçün
keçərli deyilsə, o zaman Quranın sözləri və cümlələri insan dilinin özəllikləri
kimi sayılmaz və məna oluşdurmazlar. Bu durumda sadə insanların qonuşmasında
olduğu kimi Quran mətninin dili məna yaradamaz.
Görünürdə burada üç görüş
mövcuddur:
1-
Quran
mətninin hər kəs tərəfindən anlaşıldığını, ancaq anlaşılmanın mənası öncəki
məqalədə açıqlandığı kimi “zehnlər arası” ilişkidən asılı deyildir. Böylə bir
iddiada bulunan olursa, o zaman o, genəl ussal anlamanın düzənəyini
(mekanizmini) açıqlamaq zorundadır. Hər kəs üçün anlaşılır olan anlama
düzənəyini izah etməlidir. Çünkü bizim o düzənəklə ilgili heç bir bilgimiz
yoxdur. Genəl ussal anlama iddia edilirsə, onun ussal açıqlaması da olmalıdır.
Bu açıqlama anlamanın necəliyini anlatmalıdır. Nədir və necə şəkillənir?
2-
Bu
mətnin hər kəs üçün anlaşılır olmadığını söyləyib, onun anlaşılma düzənəyinin
ussal olmadığını iddia edənlər ola bilər. Ussallığın düzənəyi haqqında
bilgiləri olmadan, ussal açıqlaması olmayan bir yöntəmlə bu mətni sadəcə çox az
bir kəsim anlaya bilər. O zaman bu teorinin anlamı bu olacaq ki, Quran mətninin
necə anlaşıldığı ilə bağlı ussal dialoqa girmək mümkün deyildir və bu bir
sirdir! Yəni Quran heç bir zaman ussal açıdan anlaşılmayacaqdır. Bütün
çağlarda, yalnızca sirli şəkildə bu sirrə ərmişlər Quranı anlaya biləcəklər! O
zaman bu kitab bütün insanlar üçün deyil, yalnızca hər çağda azınlıq seçkinlərə
göndərilmişdir kimi bir məna ortaya çıxar.
3-
Peyqəmbərin
təmsili mətn alması O´nun iradəsi, bilinci, maarifi və insani özəllikləri ilə
ayqırılıq oluşdurmamaqdadır kimi iddiada bulunanlar ola bilər. Peyqəmbər
toplumsal-tarixi yaşamının bətnində və mətnində müxatibləri ilə ilişkidə
olduğunda bu təmsili mətnin söz və cümlələrini dilin işarələri kimi qullanmaq
yoluyla insan dili dünyasında etkinləşdirmişdi. Bu şəkildə də düşünülə bilər.
Əslində isə, peyqəmbər başqaları ilə ilişkisi ortamında bütün insanlar kimi
kəndisi qonuşmuş və kəndi qonuşmaları ilə ilgili sorumlu olmuşdur. Bu üzdən
insan kəlamının hermenevtik anlaşılması ilə ilgili həm kəlamın mənası, həm də
mütəkəllimin özəllikləri bağlamında bütün söylənənlər Quran kəlamı üçün də
keçərlidir.
Duyduqları kəlam
peyqəmbərin öz kəlamı imiş və bu kəlamı “peyqəmbər insan” olaraq Hz. Məhəmməd
kəndisi söyləmişdir düşüncəsini bu teori əslində qəbul etməkdədir. Böylə bir
kəlam ancaq hər kəs tərəfindən anlaşıla bilər. Ancaq böylə bir yaxlaşımda kəlam
teorisinə və təmsili dilə necə bağlı qalınacağı bəlli deyildir. Bəlkə də
təmsili kəlam və dil izahında hər tür iradə, bilinc, eyitim və insani
özəlliklər inkar edildiyindən üçüncü olasılıq irəli sürülməmişdir. Sonuç isə
budur ki, günümüzdə dini oxullarda tədris edilən Molla Sədranın da quramı
(nəzəriyəsi) bir kəlam mətni olaraq Quran mətnini anlaşılmaz duruma
gətirmişdir.
Çevri tarixi
14.01.012
*
Elm iki bölümə
ayrılmaqda bu sinifləndirmədə: 1- Huzuri elm. 2- Husuli elm. Huzuri elm
şeyin kəndisi haqqında bilgi sahibi olmasıdır. Burada vasitəsiz idrak söz
qonusu olur. İnsanın öz zehni ürünləri haqdakı bilgiləri huzuri elm hesab
olur. Husuli elm (hasil ediləm elm)
insanın kəndi zehnindəki doğuşdan gətirdiyi elm deyil, insanın şey haqqında
zamanla əldə etdiyi bilgilərdir. Husuli elmdə şeyin təsviri idrak vasitəsi
rolunu oynar. Yəni zehn öncə şeyin təsvirini əldə edər sonra da huzuri elm
vasitəsi ilə onu özümsər, özü ilə birləşdirər. Bu üzdən husuli elm huzuri elm yoluyla
əldə edilmiş olur. Özü haqda bilgisiz olan bir vücud başqa şey haqqında da
bilgili olamaz. Hər türlü husuli tanım huzuri tanımla sonuçlanır. Ancaq divar,
kağız, daş kimi nəsnələr özləri haqqında bilgi sahibi olmadığından husuli bilgi
də əldə edəməzlər. Huzuri elmi bilim yetənəyi” və husuli elmi də “bilim biçimi”
anlayışları ilə nitələmək mümkündür. Bilim yetənəyini insan doğuşdan özü ilə
gətirir. Bilim biçimi isə bilim yetənəyi aracılığı ilə varlıq üzərinə
qazanılmış bilgilər olaraq əldə edilmiş olur. (Güntay)
** Üstdə açıqlaması verilmişdir.

Hiç yorum yok:
Yorum Gönder