Bağdad işğal edildikdən sonra Bağdadın sünnilərini qətl etməyə başladılar. Barıqın bütün soyunu qətl etdilər. İsmayılın əmri üzərinə sünni fəqihləri yaxaladılar. Sünnilikdə qalmaqda israrlı olanları öldürüb ailələrini qızılbaşlara buraxdı. Qızılbaşlar Bağdadda o qədər adam öldürdülər ki, Şah İsmayılın məddahlarının yazdığına görə Fıratın suyu qan rənginə döndü.30-2 Bağdadda bir çox sünni memarlıq abidələrini yox etdilər. Bu memarlıq abidələrindən biri də Hənəfi məzhəbinin qurucusu olan Əbuhənifənin məzarının üstündəki yapım idi. Bu məzar bir məsciddən və ona bitişik bir də mədrəsədən ibarət idi. Əbuhənifənin məzarı üstündəki mədrəsini və məscidi Səlcuqlar yapdırmışdılar. Şah İsmayılın əmri üzərinə mədrəsə və məscidi yerləbir etdilər. Əbuhənifənin də məzarına bir dəlik açdılar. Əbuhənifənin kəmiklərini çıxarıb onun yerinə bir köpək basdırdılar. Sonra Əbuhənifənin məzarının üstündə bir tualet düzəltdilər. Bağdadın küçələrində qızılbaşlar car çəkdilər ki, kim bu tualetə gedib hacətini bərtərəf etsə, ona 25 Təbriz dinarı veriləcəkdir.31 Bu zaman Qumlu bir şair İsmayılın yanında idi. Bu şairin yazdığı bir beyt şeiri tualetin divarına yazdılar. Şeir bu məzmundadı idi: Şiə Əbuhənifənin məzarına sıçdı, şiənin sıçdığı məzara sünni səcdə etdi. Şiənin sıçdığı yer sünninin səcdəgahı oldu.32
Bu zaman İsmayıl 22 yaşındadır və ölkəsinin sınırlərini gündən günə genişlətmək üzrədir. Qısa sürədəki uğurları artıq qızılbaşların təsəvvüründə onu Allahın özü kimi təsvir etmişdi. Onun yeniləcəyinə inanmırdılar. Allahın ruhu olan bu adam sünniləri tarixdən silmək və Əlinin, Hüseynin intiqamını onlardan almaq üçün göndərilmişdi. Bu şəkildə inanırdılar. “Şiə əhli qızılbaşlar Allahın adını tam olaraq unutmuş, yalnız İsmayılın adını zikr edirlər. Biri qaranlıqda atdan yıxılsa, Allahdan deyil İsmayıldan yardım diləyir. Müsəlmanlar “Lailaə illəllah, Muhəmməd rəsulullah” deyirlər. Şiə qızılbaşlar isə “Lailahə illəllah, İsmayıl vəliullah” söyləyirlər.33 İsmayıl qızılbaşlar üçün həm Allah, həm peyqəmbər, həm də təriqət şeyxidir.34 Qızılbaş ozanlar şeirlər yazıb Xətai adına yayımlayırdılar. Onu Əlinin qılıcı “zülfüqar” adlandırır, şeirlə İsmayıl kimliyini təbliğ edidirlər. Daha sonra bütün bu anonim şairlərin, xətailərin yazdığı şeirlərin hamısı Şah İsmayıl adına tarixə keçiriləcəkdi. Bu haqda irəlidə ayrıntılı bilgi verəcəyəm. Burda isə, qızılbaş ozanların İsmayıl kimliyini necə anladıqlarından bir örnək gətirmək istəyirəm:
Ta kəlamullahi-natiq höccəti-tənzildir
Əlləməl əsmai-hüsnün surəti-təvildir
Ləşkəri- ərvahə bu söz qüvvəyi-təhsildir
Kim Əlinin Zülfüqarı Şah İsmaildir.
*
Mətlə-i həcci imamətdən doğub xurşidi-zât
Ərsə-i nuri təcəlli oldu xəlqi-kainat
Çağırır əflaku, əcramu, cəmadatu nəbat
Kim Əlinin zülfüqarı Şah İsmaildir.
*
Getdi ərş üstündə rəhman surətin, ruh-ul əmin
Lövhi-məhfuzi ilahi oldu Qurani-mübin
Zahiri eyn-ül yəqindir, batini həqq-ül yəqin
Kim Əlinin zülfüqarı Şah İsmaildir.
*
Çün Xətaidir kəlamullahi-natiq çakəri
Oldu “Heydər” qullarının kəmtərindən kəmtəri
Pəs hidayət kim ona oldu bu ismin rəhbəri
Kim Əlinin zülfüqarı Şah İsmaildir.35
Şah İsmayılı Əbuhənifənin məzarına belə sayqısız davrandığa zorlayan inanc nə idi? Hənəfi Məzhəbi İslamiyətdə ən liberal məzhəbdir. Əbuhənifəyə görə Yəzid-Hüseyn qarşıdurması müsəlmanların əbədiyən davam edən sorunu olmamalıdır. Bunu tarixi şərtlərinə görə dəyərləndirmək gərəkir. Bu üzdən də Əbuhənifə “Allah Yəzidə lənət eyləsin!” söyləməyi caiz bilməmişdir. Əbuhənifənin bu fikrini İmam Məhəmməd Qəzzali “Kimya-i səadət” əsərində daha da geniş açıqlar. Qəzzali dilin 20 afətini sayar. Bədənin ən aktiv üzvü dil olduğundan ən çox zərərlər də dildən gələr. Qəzzali, yalan, sancma, kötü sözlər söyləmə, qiybət, qarayaxma kimi özəllikləri sayar və sonra da bu “lənət” məsələsi üzərində durar. Qəzzali “Yəzidə lənət!” söyləmənin doğru olmadığını izah edər. Çünkü gerçəkdən də biz Yəzidin suçlu olduğunu bilmirik. Onu bilən Allahdır və suçlu isə, cəzasını Allah verməlirdir, “Allah Yəzidə lənət eyləsin!” deməklə Yəzid cəzalanmaz. Zatən bizim cəzalandırma imkanımız da yoxdur. Ayrıca, İslamda müsəlmanlardan “Allah lənət eyləsin” kimi bir söylənim istənməmişdir. Bu üzdən də o dünyada “Allah Yəzidə lənət eyləsin” demədiyimiz üçün yaxamızdan yapışmazlar. Çünkü belə bir istək olmamışdır. Ancaq Yəzid suçlu deyilsə və biz “Allah Yəzidə lənət eyləsin!” deyiriksə, o dünyada adamın yaxasından yapışarlar ki, nədən bilmədiyin işə burnunu soxmuşsan?36 Səfəvilərdən bizə miras qalan sürülər şəklində camilərdə toplaşıb mələşərək “Allah Yəzidə və onun dədə-babasına lənət eyləsin!” söyləmək olmuşdur. Şah İsmayılın uçurub dağıtdığı Əbuhənifənin məzarını Sultan Süleyman Bağdadı aldığında yenidən onarıb əski durumuna qovuşduracaqdı.
Şah İsmayıl İraqı aldıqdan sonra Kərbəlaya ziyarətə gedər. Kəlbəlada Hz. Hüseynlə bir yerdə şəhid olmuş Hürrün məzarını açar. Görər ki, Hz. Hüseynin Hürrün yarasına təpdiyi dəsmal yerindəcə durmaqdadır. Dəsmalı çıxardığında qan axmağa başlar. Sonra Dəsmalı nə qədər yerinə qoysa da, qan durmaq bilməz! İsmayıl xəta etdiyini anlayıb təxəllüsünü “Xətai” qoyur! Bütün bunlar Şah İsmayılı tanrılaşdırmaq uydurulmuş yalanlardan başqa bir şey deyildir. İran-İraq savaşında xalqın gənclərini anlamsız bir savaşda dəstə-dəstə ölümə göndərən və modern səfəvilik olaraq dirilən xumeynizm bu yalanları qullanmaqda və radio-tv-lərdə İsmayılın bu yalan macərasını anlatmaqda idi. İnsan ağlının soru sormasını yasaqlayacaq şəkildə sunulan yalanlar. Hürr sanki, sadəcə kiçik bir bıçaqla yaralanmış ki, o yaraya da Hz. Hüseyin dəsmalını qoymuş. O savaşda insanları param-parça doğradılar. Hz. Hüseynin başını kəsdilər. Hürrü doğram-doğram doğradılar. Ayrıca, İsmayıl nədən Hürrün qəbrini açmalı idi? Buna bir yetkisi varmı idi? Bu, yalandan və uyduruqdan başqa bir şey olmamışdır. 900 ildən sonra torpağın altında qanmı qalar? Tamam çürüyüb torpağa qarışar. Anlaşılan odur ki, İsmayıl Hürrün qəbrini də açmamışdır. Çünkü 900 ildən sonra Hürrün qəbrinin harda olduğunu necə tapmaq olardı? Sadəcə o zaman və sonrakı modern səfəviyə dönəmində bu yalan, kütləni aldatmaq üçün gərəkli olmuşdur. Şah İsmayıla aid olub olmadığı bəlli olmayan bu yalan hekayəni anladan qəzələ baxalım:
Ey müsəlmanlar, əsir-i zülfi yarəm doğrusu,
Bir sitəmkarın əlindən biqərarəm doğrusu.
Derdim ol dilbər yanında etibarım var mənim,
Yoxladım etdim yəqin, bietibarəm doğrusu.
Şah Xətai gəştə çıxdı, açdı Hürrün qəbrini,
Bar ilahi əfv qıl, kim tövbə karəm doğrusu.37
Şah İsmayılın farsca və türkçə şeirləri qarşılaşdırıldığında önəmli bir gerçək ortaya çıxır. Farsca şeirlərdə şiə, türkçə şeirlərdə ələvi dünyagörüşü hakimdir. Türkçə şeirlərdə Anadolu ələviliyinin duyquları yansımaqda ikən, farsca şeirlərdə İran şiə zehniyəti daha ağırlıq təşkil etməkdədir. Sanki bunları eyni adam yazmamışdır. Ayrıca, İsmayılın dil bilinci şəkilləndiyi zaman tam olaraq fars-gilək mühitində yaşamışdır. Eytimini farsca almış, türkçənin incəlikləri yayqın olan ortamda böyüməmişdir. O zaman Bu şeirləri necə yaza bilmişdir? Türk dilinin dərinliyini bilməyən türkçə necə şeir yaza bilər? Şeirin əski çağlarda siyasətlə dərin ilişkisi olmuşdur. Petroşeviski yazır ki, Orta Çağlarda günümüz media işlərini şeir öz üzərinə götürmüşdü. İqtidarların mədhi şeirlə edilir və şeirlə şahlar xalq içində bəyəni (sempati) toplayırdılr. Bu açıdan baxdığımızda İsmayılın tanrılığını təbliğ etmək üçün ona tapınan ozanlar Anadolunun coşqulu ələvi-bəktaşilərini daha da coşdurmq üçün Xətai adına şeir yazmış ola bilərlər. Çünkü bu şeirlər ideoloji xarakterlidir. İsmayılın timsalında qızlıbaşlıq ideolojisini təbliğ etməkdədir. Ömrü savaşlarda keçən Şah İsmayılın, özəlliklə iqtidara gəldiyi ilk illərdə bu qədər şeir yaza biləcəyi mümkün deyildir. İlk illərdə yazılan şeirlərin amacı Səfəvi dövlətinin qurulmasını gerçəkləşdirmək üçün təbliğatdan başqa bir şey olmamışdır. “Xətai” ləqəbi ilə Anadoluda şeir yazan bir çox ələvi-bəktaşi ozanlar olmuşdur. İrene Məlikoff yazır: Xətai nüsxələri çox çabuq kopyalar yapıldığı üçün pozuldu. Ona aid olmayan şeirlər içinə qatıldı. Digər tərəfdən daha çox aşırı dini fikirləri daşıyan şeirləri yazmalardan çıxarıldı. Bu nədənlə Anadolu bəktaşi vəələviləri arasında şeirlərin daha çox qarışdığı görülməkdədir.38 Fuad Köprülü yazır: “Xətai, bütün təzkirələrin rəvayətinə görə “Şah İsmayıl Səfəvi”nin təxəllüsüdür. Buna baxıb da bütün “Xətai” təxəllüslü əsərlərin Şah İsmayıla aid olduğu düşünülməməlidir. Klasik şairlərimiz arasında nasıl eyni təxəllüsü daşıyan müxtəlif adamlar mövcud isə, bu təkyə şairləri arasında eyni duruma təsadüf olunur. Özəlliklə Bəktaşilərdə, tarixi vəsiqələrin əksikliyindən dolayı, bu kimi məsələləri qəti surətdə həll etmək mümkün deyildir.39 Ziya Gürəl yazır: Şah Xətai təxəllüslü bu deyişin əsil “Xətai”nin, Şah İsmayıl Xətainin olamayacağı və bu təxəllüsü bu biçimdə qullanan başqa bir kimsə bulunduğu ap-açıq ortaya çıxmış bulunmaqdadır. Bu da Xətai təxəllüsünün bir ünvan bir sifət əkləmək yolu ilə pərvasızca örnəklərindən biri olmaqdadır.40 Xətai divanındakı şeirlərin həpsi əruzla yazılmış. Kəndindən öncəki Azəri şairlərinin də əruzla yazdıqları diqqətlə alınırsa, Şah İsmayıl Səfəvinin onları izləməsi doğru görülməlidir. Bu baxımdan qoşmatərzindəki nfəslər istər Sultan Xətai olsun istər Şah Xətai olsun heç biri İsmayıl Xətainin olamaz. Dil və anlatım yönündən başqa Azəri şairlərinə də mal ediləməz. Bunların gerçək sahiblər 16-20-ci əsr arasında Anadolu xətailəridir. Qul Xətai, Can Xətai, Dərdmənd Xətai, Dərviş Xətai, Sultan Xətai tapşırmalı nəfəslər ən çox Toqat, Sivas, Yozqat, Çorum, Malatya, Elazığ və Tinceli yörəsində düzənlənən cönklərdə yer almaqdadır. Bu şairlərin də o çevrələrdə yaşaması icab edər. Özəllikllə Ələvi köylərində yapılacaq araşdırmalar qonuya açıqlıq gətirəcəkdir. Şah İsmayıl Xətai həm pir, həm də bir mürşiddir. Onun başqa bir pirə xitabən şeir yazması düşünüləməz. 336 Anadolu Xətailəri bölümündə 219 heca, 23 qəzəl olmaq üzərə 242 şeir yer almaqdadır.41
Anlaşıldığı kimi “Xətai” adı ilə şeir yazan bir tək kişi olmamış, başqaları da olmuş və amac isə, qızılbaşlıq fikirlərini bu yolla təbliğ etmək olmuşdur. Bu şeirlərin estetik dərinliyi də olmamışdır. Hətta 19-cu əsrin Ələsgər, Alı kimi ozanlarının da qoşmaları şeirləriyət baxımından xətailərin yazdıqlarından daha daha anlamlı və etkiləyici olmuşdur. Anadoluda öz tarixi yerini bulmamış ələvi kütləsini coşduraraq siyasi səfərbərliyə hazırlamaq üçün təbliğat içərikli şüarlardır. Geniş bəşəri məzmundan yoxsundur. Qapalı bir inanc sisteminin sirlərini anlatan siyasi şüarlar bütünüdür. Sırf siyasi həyəcana xidmət etdiyindən bu şeirlərin bir çox xətaiyə aid olması doğaldır. Xətailərin ortaq siyasi çalışmalarının ürünüdür. Sırf siyasi bir ideolojinin mənzum olaraq bəyanatıdır. Eyni dönəmdə yazıb yaratmış Füzulidə var. Füzuli adına şeir yazmaq mümkün olamazdı. Bunun üçün fəlsəfi dərinlik, şeirlə düşüncənin, musiqinin və varlığın sənət duyumunda bütünləşməsi gərəkir. Ancaq xətailərdə bu imkan olmamışdı.
Şah İsmayılın oğlu Sam Mirzə “Töhfə-i Sam” adlı əsərində atasına aid olan farsca bir beyt örnək şeir vermişdir.* Orta Çağlarda və indi də böyük bir imperatorluğun başında duran adam şeir yazası olsaydı, onun şeirinə onlarca təqdirlər, təşviqlər, mədhlər və yaltaqlanmalar yazılardı. Həm də imperatorunun yazdığı dildə. Şah İsmayıl bu qədər türkçə şeir yazmış, ancaq çevrəsindəki məddahlar və yaltaqlar, vəzifəyə göz dikmiş olanlar, nədənsə onun yazdığı türkçə şeirləri təfsir etməmiş, haqqında onlarca deyil, yüzlərcə kitab yazmamışlar. Şah İsmayıl yazmış və çevrəsindəki təzkirə yazanlar, hətta oğlu da buna işarə etməmiş! İskəndər bəy Türkmən öz əsərində əsərində sadəcə Şah İsmayılın “Xətai” təxəllüsü ilə şeir yazdığına kiçik bir işarə edər: Şeir yazmaqda o həzrətin yüksək yetənəyi vardı. Ancaq Türkçə şeir yazmağa meyli daha çoxdu. Təxəllüsü “Xətai” idi.** Şah İsmayılın bu şeirləri əzbər söylədiyi və Anadoludan axın edən qızılbaşları coşdurmaq istədiyi ola bilər və olmuşdur. Ancaq bu, onun əzbər söylədiyi şeirlərin kəndisinə aid olduğu anlamına gələməz. Şah İsmayıldan çox öncələr Anadoluda bu tür şeir yazmalar yayqın idi. Bu şeir türü və dünyagörüşünün Azərbaycanda kökləri olmamışdı, bütünüylə Anadolu ələvi-bəktaşilərinin dünyagörüşüdür. Bu dünyagörüşünün doğruluğu və ya yanlışlığı söz qonusu deyildir. Səfəvilik iki əsas üzərində qurulmuşdur: 1- İrançılıq. 2- Şiəşilik. Hər ikisi də fars kimliyinin təməllənməsinə xidmət etmişdir. Bu üzdən də Azərbaycan-türk kimiliyi hər tərəfdən sıxışdırlmışdır. Kitabi-Dədə Qorqudda övülən bayındırlı türk kimliyi yox edilərək üzərinə şiə-fars kimliyi təsis edilmişdir. Azərbaycan tarixində ən milli özəlliklər daşıyan bayındırlılar dövləti olmuşdur. Kitabi-Dədə Qorqud da bayındırlı varlığının ürünüdür. Əsər “Xanlar xanı Bayındır xan...” ifadəsi ilə başlar. Qaraqoyunlu və Ağqoyunlu kültür uzantısının ürünü olan Həqiqi, Kişvəri, Həbibi, Füzuli kimi şairlər Səfəvilər dönəmində, daha sonrakı dönəmlərdə də yetişmədi, yetişəməzdi. Çünkü Səfəvi-qızılbaş Azərbaycanda soyu olmayan köksüz bir ideoloji idi.
30-2 Xandəmir 499, Əhsən-ül təvarix 103, Lobb-ul təvarix 249.
32 اسناد و نامه های دوره صفویه، گردآوری ا. ثابتیان، ص 99/ Səfəviyə dönəmi sənədlər və məktublar, hazırlayan A. Sabityan, s. 99.
شیعه بر گور حنیفه رید و سنی سجده کرد
هست ریدشگاه شیعه سجده گاه سنیان
34 Eyni qaynaq.
35 Şah İsmayıl Səvəfi “Külliyat” hazılayan Rəsul İsmayılzadə Əlhüda nəşriyatı Tehran 1380 (h.c)
36 İmam Məhəmməd Qəzzali “Kimyai-səadət” 2-ci ild, Elmi fərhəngi intişarat şirkəti 9-cu yayım Tehran 1380 (2002)- Tehran s. 67.
37 Şah İsmayıl Səvəfi “Külliyat” hazılayan Rəsul İsmayılzadə Əlhüda nəşriyatı Tehran 1380 (h.c)
38 İbrahim Arslanoğlu “Şah İsmail Hatayi (Divan, Dehname, Nasihatname ve Anadolu hatayileri) DER YAYINLARI İstanbul-1992 s. 334.
39 Eyni qaynaq s. 333-334.
40 Eyni qaynaq s. 334-335.
41 Eyni qaynaq s. 337.
** İskəndər bəy Türkmən “Tarixe-Aləmaraye-Abbasi”, çevirən Şahin Fazil, “Şərq-Qərb” Bakı-2010, s. 111.
Hiç yorum yok:
Yorum Gönder