10 Şubat 2012 Cuma

Qopuş


Şah İsmayılın törətdiyi bütün bu cinayətlər Türküstan və Azərbaycan arasında izləri silinməyəcək nifrət və kin toxumu əkirdi. Azərbaycan Türküstanın və Anadolunun orataq tarixi mədəniyətindən qoparılıb dar bir tarixi məkana sıxışdırılaraq Fars ili, Fars kimiliyi qarşısında savunmasız buraxılırdı. Şah İsmayılın tətbiqatının mərkəzi Azərbaycan olduğundan, Azərbaycan ölkəsi ildırım sürəti ilə öz soyundan, dilindən, kimliyindən və ortaq Türk-İslam tarixindən ayrılıb şüubəyənin görəvli məmuru olan Şah İsmayılın təxribatına meydan olurdu. Daha sonra şüubiyə Şah İsmayıl təxribatının nəticələrini yozlaşaraq Farscalaşan və Türkçələrdən bağlarını qoparan dilimizin yazqısında görəcəyik. Ölkəmizdə əski mədəniyəti, memarlıq abidələrini məhv edən şüubi Şah İsmayıldan bir tək mədəni miras qalmamışdır. Şüubiyə Səfəvilərlə Azərbaycan tarixin qaranlğına gömüldü. Ölkə doldu imamzadalarla. İslamın kitabı, peyqəmbəri bir yana buraxılıb imamzadalara tapındırıldı. Hər kənddə, hər şəhərdə onlarca imamzada məzarları təsis edilib ziyarətə açıldı. Təbrizin tarixi pozisinu dəyişdi. Türk mədəniyətinin beşiyi olan Təbrizin çevrəsini imamzada məzarları ilə doldurdular. Təbrizə bitişik təpələrin adlarını dəyişdirib Əvnəli (xalq ağzənda Eyi-Əli (Eynalı) və Zeni-Əli (Zeynalı) qoydular.
Quma yaxınlaşdığımda hər yanda kiçik məscidlər və üstü yaxşıca yapılmış qəbirlər görürdüm. Bu qəbirlər Hz. Əlinin törəmələrinin məzarlarıdır. Iranlılar bunlara imamzada deyirlər. İsanın həvariləri kimi. İranın (Səfəvilərdən öncə Azərbaycan adlanırdı-G.G) hər tərəfində imamzadalar var. Onların hamısına müqəddəs məzarlar kimi baxırlar. Qum və çevrəsində 400-dən artıq imamzada var.1 Sadəcə xalqı qılıcdan keçiməmiş, iqtidar uğruna öz ailələrini qılıcdan keçirən Səfəvi soylarının da məzarları İsmayıldan Şah Abbasa qədər imamzadalar cərgəsinə qatıldı. Çünkü özlərini imam soyundan bilməkdə idilər.
Təbrizdə Eynalı və Zeynalı imamzadələri: Bu məzar Sorxabın ən yüksək yerindədir. Bu məzarlardakılar Əli oğulları Əvnəli və Zeynəli olaraq bilinir. Belə inanılır. Ancaq mötəbər qaynaqlar Əlinin bu adda oğullarının olmadığı yazır. Böyük olasılıqla bunların heç birisinin gerçək aləmdə varlıqları olamışdır.2 
Şüubiyə Səfəvilərin “mənəvi” mirası Azərbaycan üçün bunlar olmuşdur. Şəmsi-Təbrizinin şəhri xürafatla, imamzadalarla doldurulmuşdu.           



1 İqbal Yəğmayi, “Səfərnamə şardon”, s. 519 (Nasir Purpirarın “Səfəvilər” kitabından alıntı.)
2 İran İslam Tarixində Binaların Ensiklopediyası, Məzar binalar, s. 197.  دایره المعارف بناهای تاریخی در دوره اسلامی، بناهای آرامگاهی، ص 197.

Hiç yorum yok: