Pirlik nədir?
“Pir” sözü anlamının Səfəvi
öncəsi və sonrası olaraq iki mərhələyə ayrılmaqdadır. ”Pir”
irfanda sözlük anlamının fövqündə bir anlam ifadə etməkdədir. “Pir” sözlük
anlamında, yaşlı, qoca, təcrübəli insan deməkdir. Ancaq irfanda “pir” ruhən gənc
və zamanlar keçsə də, mənəviyatı dərin olan insandır. İrfandakı “pir” qavramını
Mövlana Cəlaləddin Rumi “Məsnəvi”sində bu şəkildə açıqlar: “Pirlik, bəxti gənc,
adı pir olan bir növ üstün şəxsiyətdir. Onun pirliyi Tanrı tərəfindəndir,
zamanların keçməsi və yaşlanması ilə deyildir.”[1]
Anlaşıldığı kimi “pirlik” Tanrı vergisi kimi bir məsələdir. Çox gənckən də kişi
əxlaqi özəlliklərinə, xarakterindəki cazibəsinə görə, pir ola bilər. İrfanda
pirliyin kiminə görə üç, kiminə görə dörd və kiminə görə isə beş özəlliyi var.
Az danışmaq, az yemək, az yatmaq, toplumla çox qaynayıb qarışaraq şöhrət peşində
qoşmamaq və sürəkli olaraq Tanrını zikr eyləmək bu özəlliklərdən sayılmaqdadır.
Bu beş ünsürün kimisi ilk üçünü, kimisi dördünü və kimisi də beşini qəbul edər.[2]
“Pir” olmaq üçün imamlar soyundan olmaq gərəkməz. Pirliyi imamlar soyuna
bağlamaq Səfəvilərdən sonra başladı. Məsələyə siyasət qatıldığı üçün ölkəmiz
saxta və saxtakar imamzadalarla dolduruldu. Pirlik kişinin öz nəfsi üzərinə
hakimliyi nəticəsində Tanrının ona bağışladığı əxlaqi və ruhi üstünlüklə
sağlanır. Örnəyin Mövlananın “mənim pirim” adlandırdığı Şəmsi-Təbriz imam
soyundan deyil, Mövləvilərin pirinə dönüşən Mövlana özü də imam soyundan
deyildi. Səfəvilərdən sonra bütün irfan qavramlarının içi boşaldılıb yeri yalan
və iftira ilə doldurulduğundan pir sözü də təhrif edildi.
Mövlanaya görə, seçkinlər (pirlər) üçün hidayətedici
və doğru yönləndirici olan eşqdir. Onları sürəkli canlı, həyəcanlı tutan və
sanki yel kimi sürəkli səfərdə olmalarını sağlayan, yalnız və yalnız eşqdir.
Mövlana “Məsnəvi”sində düşüncəsini bu biçim açıqlar: “Eşq seçkinlər üçün
fırtınalı dənizdə qurtarıcı gəmi kimidir. Eşqin bəlası az, yararı çoxdur.”[3]
Əski türk gələnəyində mövcud
olan pirpərəstlik XIII əsr Səlcuqlar zamanından etibarən, yayqınlaşmağa
başlamışdı. İslamda pirpərəstlik şirk sayılsa da, bu gələnək bəzi İslami özəllikləri
və qavramları da öz varlığına yükləyərək yeni şəkli ilə davam etdi. XIII əsrdə,
özəlliklə moğolların yüksəlişi ilə Mərkəzi Asiyadan Azərbaycana və Anadoluya təriqət
axınları başladı. Xorasan ərənləri olaraq nitələnən anlayış da ümumən bu dönəmə
rastlanır. Əski çağlarda Xorasan, Mərkəzi Asiyanı təmsil edən coğrafi məkan
idi. İndiki Xorasan qismən İranda, qismən Əfqanistanda və qismən də Türkmənistanda
yerləşməkdədir. Məzarların üzərini qaldırıb onu ziyarətgah durumuna gətirmək də
Xorasanda gerçəkləşmiş olan bir olaydır. İslamiyətdə belə bir istək müsəlmanlardan
istənilmədiyi halda məzarların ziyarətgaha dönüşməsi Qəznəvi və Səlcuqlar dönəminə
rast gəlməkdədir. Böyük olasılıqla bu, ölülərə olan sayqının göstərgəsi kimi
İslam sonrası dönəmə daşınmışdır. Məzar ziyarətinin kültür halına gəlməsi də
Xorasanda gerçəkləşmişdir. Əbulfəzl Beyhəqi bu olaylarla ilgili bilgi verməkdədir.
Xorasanda şiələrin VIII imamı sayılan Rzanın məzarının üstünə Məsud Qəznəvinin elbayı (valisi) olan Əbulfəzl Suri günbəd
tikdirdi. Əbulfəzl Suri əhalidən aldığı vergilərdən şiələrin VIII imamı Rzanın
məzarının üstünə günbəd təsis etdi.[4]
Pirpərəstlik və məzarların üstündə günbəd düzəldərək onu ziyarətgah durumuna gətirmək
İslam ölçülərinə görə şirk sayılsa da, bu şəkildə bir kültür oluşub günümüzə qədər
davam etdi. Qurani-Kərimdə isə, məzarların ziyarəti yasaqlanmışdır. Qurani-Kərim
“Təkasür-102” surəsində insanların məzarları ziyarət edib qürur duymalarını
doğru olaraq görməz. Ayrıca, Hz. Məhəmməd də öz oğlunun və çox sevdiyi xanımı
Hz. Xədicənin qəbrini ziyarət etməmişdir. 124 min peyqəmbərdən də sadəcə bir
neçəsinin məzarı bəllidir. Hz. Məhəmmədin məzarı Hz. Ayişənin evi olduğu üçün məlum
olaraq qalmışdır. Çünkü İslamda Hz. Məhəmmədin məzarının heç bir önəmi yoxdur.
Önəmli olan onun vəhyə dayanan və insanlığa miras buraxdığı bigilərdi. İslamın
teoriyası Qurani-Kərim və praktikası isə, Hz. Məhəmmədin sünnəti olmuşdur.
Bunun dışında heç bir şeyin dini dəyəri yoxdur. Bunun dışında ortaya çıxanların
dini deyil, sosiolojik dəyəri olmuşdur. Yəni hər toplumda sosial durumlarına
görə bəlli törələr İslam anlayışlarına qarışmışdır. Ancaq bunların heç birinin
İslamla əlaqəsi yoxdur. İslamın qaynağı, yalnızca və sadəcə olaraq Qurani-Kərimdir.
Bu baxımdan da Hz. Məhəmmədin məzarını ziyarət etmənin dini dəyəri mövcud
olmamışdır. Dini dəyərin qaynağı vəhy mehvərli Qurani-Kərimdir.
Gələnəklərdə yayqın olan pirpərəstliyi
bəzi başarılı insanlar dəyişik dönəmlərdə öz siyasi amacları yolunda
qullanmışlar. Onlar özlərini qeyb işlərindən xəbər verənlər kimi tanıdaraq pirpərəst
kütlənin yanında böyük hörmət qazana bilmişlər. Sağalmaz xəstəlikləri
sağaldacaq iddialarda bulunub toplumun diqqətini özlərinə çəkə bilmişlər. Daha
sonra bu pirlərdən bəziləri arxalarına aldıqları kütlənin dəstəyi hesabına
siyasi macəralara qatılmışlar. Onların duaları ilə bütün istəklər Tanrı
qatından cavablanacaqmış kimi bir inanc şəkillənməyə başlamış. Bu pirlərin çoxu
avam xalqın yanında peyqəmbər qədər sayqı qazanmışlar. Bütün bunlar isə İslamda
şirk sayılsa da, coğrafi sərtliklər, quraqlıqlar üzündən avam xalq kütləsi pirlərdən
yardım diləməkdən başqa çarə düşünə bilməmiş. Böyləsinə iqtisadi və sosial
ortamda zaman keçdikcə pirlər özəl sosial statusa sahib olmuşlar. Hətta istədiklərində
ailə işlərinə belə, müdaxilə etmişlər. Moğolların yüksəlişi ilə ortaya çıxan
savaşlar, qıtlıq və iqtisadi böhranlar pirpərəstlik inancını daha da
yayqınlaşdırdı. XIII əsrdən başlayaraq xanigahlar artmağa başladı. Xanigah
Farsca söz birləşməsidir. “Xan”, yəni süfrə, “gah” da zaman deməkdir.
Xanigahların sosial həyatda,
özəlliklə XIII əsrdə çox böyük etkisi oldu. Azərbaycanda və Anadoluda iqtisadi
və sosial həyatda etkili olan əxilik də bu zaviyələrin ürünü olmuşdur.
Bu zaviyələrdə din, əxlaq, dilçilik, fən bilimləri, musiqi, gözəl yazı yazma, ədəbiyat,
teoloji dərsləri verilirdi.[5]
Xanigahlarda aclara süfrə açıldığından bu ad ortaya çıxmış ola bilər. Bu aclar
istənildiyində xanigahın amacları yolunda qullanılırdılar. Acların olması
xanigah sahiblərinə yaramaqda idi. Bu xanigahların şeyxləri zamanla “vəliullah”
ləqəbi alırdılar, yəni Allahın tam ixtiyarlı vəkili. Pirpərəst kütlə bu şeyxlərin
ölməzliyini qəbul edir və Allahla bir şəkildə sirli ilişkidə olduqlarına
inanırdı. Bu səbəbdən də verilən nəzirlər və “dini” vergilər hesabına
xanigahlar böyük zənginliyə sahib olurdu. Zamanla bu xanigahlarla dövlət
qurumları da hesablaşır və dövlətə əsgərvermə qarşılığında onlara geniş
tarlalar bağışlanırdı. Xanigah şeyxləri bir növ quldarlıq düzəni yaratmişdılar.
Xanigah qaydalarına görə yaşayanlar onların əmrlərinə mütləq anlamda tabe olan
kölələr idilər. Böyləcə xanigah şeyxləri feodal bir struktur içində böyük
iqtidara sahib olurdular. Kütlənin maddi və mənəvi iqtidarı onların əlində
bulunurdu. İslamda soy və irq olmasa da, xanigah şeyxləri özünə “seyyid” və “şərif”
kimi ləqəb taxdılar. Seyyid, Hz. Hüseyn, şərif də Hz. Həsənin soyundan gələnlərə
deyilirdi. Peyqəmbərin isə soyu olmaz, ola bilməz, çünkü İslam irqçi bir din
deyildir. Peyqəmbərin inanc və düşüncə soyu ola bilər ki, o da bütün müsəəlmanlardır.
Ancaq bunun bilincində olmayan cahil kütləni aldadan bir çox sözdə seyid və şərif
özünü peyqəmbər soyuna bağlayaraq özləri haqda müqəddəslik inancı oluşdurdular.
Bunlar öldükdən sonra da məzarları ziyarətgaha dönüşdü. Hz. Əli öz məzarını
gizlin saxlamışdı. Vəfatından yüz il sonra onun məzarını kəşf etdilər. Necə ki,
Hz. Peyqəmbərin qızı və Hz. Əlinin xanımı olan Hz. Fatimənin məzarı heç bəlli
deyil. Çünkü İslamda məzar önəmsiz bir şeydir. Ölünün arxasınca üç gün kədərlənmə
və yas tutub ağlama ola bilər, üç gündən sonra normal həyata dönülməlidir.
İslamın qaydaları budur. Bu xanigah
şeyxləri özlərini imamzada soyundan bildikləri üçün imamzada məzarlarını ziyarət
etmə kimi sapıq və İslama zidd olan bir kültür də ortaya çıxdı. Bunların heç
biri Quranda və İslamda yoxdur. Heç bir hədis kitabında Hz. Peyqəmbərin müsəlmanlarla
birlikdə oğlunun və ya xanımın, ya da savaşda şəhid olan əmisi Həmzənin məzarınının
ziyarətinə getdiyi yazılmamışdır. Çünkü Allah bu törələri yasaqlamışdır.
Bunların heç birisi İslam həyat şəkli deyildir.
Sonrakı əsrlərdə Sasanilikdən şiəliyə və
şamançılıqdan qızılbaşlığa yüklənən məzar ziyarəti İslam adına təqdim edildi.
Ölkə imamzadalarla dolub daşdı. Ömründə bir kərə də Qurani-Kərimi başdan sona qədər
oxumayan adamlar dəstə-dəstə Kərbəla, Məşhəd, Nəcəf ziyarətinə getdilər. Ya da
öz ölkələrində, özəlliklə Səfəvilərdən sonra “imamzada”ların məzarına tapınaraq
bir növ bütpərəstlik etdilər. İslamın kitabı və peyqəmbəri bir yana buraxılıb
imamzadalara tapınıldı. Hər kənddə, hər şəhərdə onlarca imamzada məzarları təsis
edilib ziyarətə açıldı. Təbrizin tarixi pozisionu dəyişdi. Türk mədəniyətinin
beşiyi olan Təbrizin çevrəsini imamzada məzarları ilə doldurdular. Təbrizə
bitişik təpələrin adlarını dəyişdirib Əvnəli (xalq ağzında Eyin-Əli (Eynalı) və Zeni-Əli
(Zeynalı) qoydular. “İslamın ilk yüz ilində qəbirlərin ziyarəti ilə ilgili heç
bir bilgi mövcud deyildir.”[6]
Bu doğrultuda mövcud olan hədisləri doğru olaraq qəbul etsək, qəbirlərin ziyarəti
peyqəmbər tərəfindən yasaqlanmışdır. “Hz. Peyqəmbər buyurmuşdur ki, qəbirləri
ziyarət edənlər bizdən deyillər.”[7]
Əski çağlardan qalma qəbir var idi. Bu qəbirlərin əski peyqəmbərlərə aid olduğu
söylənirdi. Hz. Peyqəmbər bu qəbirlərin heç birini ziyarət etməmişdir. Peyqəmbərin
öz xanımı Hz. Xədicənin və oğlunun məzarını ziyarət etməsi qonusunda da heç bir
bilgi mövcud deyildir.[8]
Hətta peyqəmbərin şəhid əmisi Həmzənin də məzarı ziyarət edilməmişdir.[9]
Peyqəmbərlərdən yalnız üçünün qəbri bəllidir: 1- Yəməndə qumsal bir təpənin
başında olan Hud peyqəmbərin qəbri. 2- İsmayılın Kəbəyə yaxın olan qəbri. 3-
Hz. Məhəmmədin Mədinədəki qəbri. Bu qəbirlərin ziyarəti ilə ilgili olaraq
İslamda heç bir bilgi yoxdur. Peyqəmbərlərin məzarının ziyarəti ilə ilgili
olaraq heç bir bilgi olmazkən, nədən imam və imamzadaların məzarları ziyarət
edilməli, nəzirlər verilməlidir?[10]
Peyqəmbərin qızı Hz. Fatiməni Hz. Əli gizlincə dəfn etdi, məzarının harada
olduğu bilə bəlli deyil. Qəbir ziyarəti gərəkli olsaydı, Hz. Fatimənin qəbri
ziyarətgah kimi olardı, həm də peyqəmbərin qızı idi.[11]
İslamda qəbirlərin ziyarəti ilə bağlı olaraq heç bir sifariş olmazkən Səfəvilərdən
sonra İslam öz təməl qaynaqlarından sapdırılaraq imamzada ziyarəti səviyəsinə
düşürüldü. Peyqəmbərin qızı ilə ilgili heç bir məzar qalmazkən, Qumda “Məsumə”
adında möhtəşəm imamzada ziyarətgahı təsis edildi.
Quma yaxınlaşdığımda hər yanda kiçik məscidlər və
üstü yaxşıca yapılmış qəbirlər görürdüm. Bu qəbirlər Əlinin törəmələrinin məzarlarıdır.
İranlılar bunlara imamzada deyirlər. İsanın həvariləri kimi. İranın hər tərəfində
imamzadalar var. Onların hamısına müqəddəs məzarlar kimi baxırlar. Qum və çevrəsində
400-dən artıq imamzada var.[12]
Təbrizdə Eynalı və Zeynalı imamzadələri: Bu məzar
Sorxabın ən yüksək yerindədir. Bu məzardakılar Əli oğulları Əvnəli və Zeynəli
olaraq bilinir, belə inanılır. Ancaq mötəbər qaynaqlar Əlinin bu adda
oğullarının olmadığını yazır. Böyük ehtimalla bunların heç birinin gerçək aləmdə
varlıqları olamışdır.[13]
Görüldüyü kimi İslamda pirlik və pirpərəstlik deyə
bir törə olmamışdır. Bunlar tam olaraq İslama qarşı olan həyat tərzi kimi gəlişdirilmişdir.
Natəmamane
cəhan ra konəd in pənc təmam.
[5] Ayşe
İrmiş “Bir örgüt kültürü örnəyi olaraq Türk milli kültüründə ahilik” Türk Yurdu
dergisi, Şubat 1998 sayı 126.
[13] İran
İslam Tarixində Binaların Ensiklopediyası, Məzar binalar, s. 197. دایره المعارف بناهای تاریخی در دوره اسلامی،
بناهای آرامگاهی، ص 197
Hiç yorum yok:
Yorum Gönder