12 Eylül 2012 Çarşamba

Ölçü nədir


Ölçü nədir?
Ölçü nədir və nədən ölçüyə uymadığımız zaman sorun ortaya çıxır? Kainatda ölçü var. Din dediyimiz olqu da insanın kainatdakı ölçüyə uyumluluğudur əslində. Gerçək bilinir qılınmadığı sürəcə xəyaldır, gerçək deyildir. Bilinir qılınmaq idrak etmək deməkdir. Evrənsəl gerçək olsa bilə, idrakına varmadığımız şey bizim üçün yoxdur. Gerçək necə bilinir qılınar? Onu ölçülü duruma gətirməklə. Ölçü bəlirləmək şübhəni ortadan qaldırmaq və durumu ölçüsü bəlli olan aydınlığa qovuşdurmaqdır. Deyəlim ki, ormanlıqdayıq. Orada bir ev var. Bu evin içində adam olub olmadığını bilmirik. Durumu aydınlığa qovuşdurmaq üçün onu idarakımızın ölçüsünə buraxmalıyq. Uğrayıb qapını çaldıqdan sonra evin içində kimsənin olub olmadığını ölçmüş olacağıq. Ölçmədən gerçəyə ərişmək olmaz. Buna zaman və sürəc lazım. Çünkü ölçmək olayı alqıda var etməkdir. Ölçü çox zor bir qavram, bu qavramın dərinliyinin bəlli qismi inanc və bəlli qismi isə idarkla bəlirlənir. Ölçə bildiyimiz varlıqları idarakımızla, ölçəmədiyimizləri inancımızla bəlli etməyə çalışarıq. İştə ölçünün bəlirginləşməsi üçün inancın ussalıq qonusu ortaya çıxar. Ölçəmək fərqindəliyi, bilincində olmayı gərəkdirər. Kainatın içində bir şey var və o, insan bilincində olanla uyum içindədir, bənzər şeylərdir. Bu bənzərlik olmasa, alqılama da olmaz. Ölçən bir ağıl olmasa, ölçülənlərin bir anlamı qalmaz. Kainatın böyük olduğunu kainatmı söyləyir? Yox, biz fərq edirik. Niyə bu qədər böyük? Nə anlamı var bunun? Sanki bu böyüklükdə bir israf varmış kimi görünməkdədir. Kainatın böyüklüyü bir şeyə xitab edir. İnsan ağlına xitab edərək insanı heyrətləndirir. Heyrət olmasaydı, yaşamın anlamı olmazdı. Kainat qorxunc boşluqdan ibarət olardı. Kainatın sonsuzluğunu boşluqdan qurtararaq ona içərik qazandıran heyrətdir. Uzay boşluğuna anlam qazandıran heyrətdir. Kainatın böyüklüyünün ölüçütü ağıldır. Işıq niyə bu qədər hızlı? Atom niyə bu qədər küçük? Yağmur tanəcikləri nədən bu qədər incə və dəngəli? Bu tanəciklər qarpuz böyüklükdə olsaydı, su kütləsinin vuruşu ilə boynumuz qırılmazdımı? Oysa ki, yağmur tanəcikləri bir gül yarpağına bilə zərər verməz. Gül isə, bunu idrak etməz. Ölçmənin nə olduğunu bir az daha məna qapısını aralayaraq davam edəlim. Ölçəmə nə işə yarayır? Kaç çeşit ölçü var? Hər şeyin bir ölçüsü var. Ölçü də quralı kim qoyar? Mənanı var edən biz deyilıik. Kainatı ölçdüyümüzdə onu idrak edirik. Bizə düşüncə verir. O böyüklüyün idrakına varmamız böyüklüyə məna qazandırır. O zaman böylə bir soru ortaya çıxar: quralı qoyan kim? Ölçənmi, ölçdürənmi? Kainatı bu qədər böyük yaradan biz deyilik. Kainatın necə ölçüləcəyini yaradan da biz deyilik. O zaman kainatı var edən, həm də ölçü quralını qoymuş olur. Başqa bir soru da şu: Səmimiyətdə ölçünü bəlirləyən önəmli etkən hansıdır? Burada insanlar arası etkidən söz edilməlidir. Bunun eyitimlə və kültür düzeyi ilə ilintisi var. Hər insanın bizimlə bəlli səmimiyətə ərişməsinə izn vermərik. Bu sürəcin oluşması üçün bir qiyas, bir ölçü yapılar. Qiyası gerçəkləşdirən dəyər yarqıları hər insan üçün fərqlidir. Mən kəndi açımdan insan deyilən varlığın daşıdığı mənaya görə qiyas yaparam. Səmimiyət olayını adamın mənasına görə bəlirlərəm. İnsan olmanın mənası idrak edildiyində orada doğal olaraq səmimiyət də olacaqdır. İslam dini bir səmimiyət və ixlas dinidir. İslamda ixlas və səmimiyət olmadan yapılan davranışların heç bir mənası yoxdur. İxlas olmadan yararlı bir iş yapmaq mümkün olamaz. Səmimiyəti bəlirləyən də fitrətdir. İnsan fitrəti o ölçü ilə yaradılmışdır, ölçülü yaradılmışdır. Insan fitrəti gözəl işlər yapacaq ölçü ilə yaradılmışdır. Bu gözəl fitrəti mühafizə edən insanlar səmimiyəti də kəndi içlərində barındırmış olarlar. O fitrəti pozmuş olan insanlar səmimiyəti kəndi içlərində barındırmazlar. Böylə insanlarla zatən kimsə səmimi olmaq istəməz. Ən azından mən istəməm. Bu nədənlə mənə görə bu qonuda ölçünü bəlirləyən şey insan fitrətidir. Şeytanın insan fitrətini pozma iddiası da budur. Allah insanı yalancı və politik varlıq olaraq yaratmamış. Yalancı və politik olan şeytandır, insan deyildir. Şeytan insanın fitrətini dəyişdirirkən insanlara hansı fitrəti önərir? Kəndi fitrətini önərir. Bu durumda da bütün səmimiyət və ixlas ortadan qalxmış olur. Insanın məna aləmində qarşılığı o qədər böyükdür ki, min illərdir bu qonuda düşünülməkdədir. Ölçü qavramının geniş anlamı olduğunu söylədik. Fəlakətləri də ölçən insan bilincidir. İnsan olmazsa, fəlakətlərin də anlamı qalmaz. Dəprəm kimi doğal afətlər də insan olmasa, bir anlam daşımazdı.  Yeddi böyüklüyündə dəprəm olduğunda nə qədər hisara yol açır. Bu nədir ki? Başqa gəzəgənlərdə öylə dəpərmlər olur ki, səkkiz kilometrəlik dərinliyində çatlaq meydana gətirir. Yəni Everestin yüksəliyindən də dərin. Ya da dəprəm üzündən Everestdən daha yüksək dağlar ortaya çıxır. Bu an bəlkə Marsda, ya da başqa gəzəgəndə dəprəmlər meydana gəlir. Kimsənin umurunda deyil, çünkü insan ağlının ərişmədiyi yerdir. Bunu idrak edən insanlar orada yoxdur. Mars gəzəgəni istərsə yerindən qopsun, önəmsəmirik. Dünyada kiçik bir sarsıntı olduğunda bir anlam qazanmağa başlar. Çünkü onun arxasına düşüncəsini qoyan insan var. İnsan olmasaydı, dünya istərsə ikiyə bölünsün. Kimsə fərq etmədikdən sonra bu olayların nə anlamı ola bilər ki? Bilincin önəmi budur. Ölçüb biçmə də budur. Dünyada kimsə olmasa, bir tək kişi olaraq qalsaq, yaşamanın bir anlamı qalırmı? Yaşamamız və ölməmizin kimsəyə təsiri olmadığı üçün varlığımız da önəmsizləşir. Bir insan ağlı ortada olmadıqdan sonra maddə aləminin önəmi qalmaz. Məna aləmində davam edər, orda bir sorun yox. Maddə aləminin önəmi düşüncədən gəlir. İdrak ölçünün əsasıdır. Ölçüdüyümüz zaman idrak edərik. Ölçməklə idrak etmiş oluruq. Dolayısıyla ölçmə dediyimiz olay, bəsit qavram olmaqdan çıxıb kainata anlam qazandıran çox önəmli gerçəklik halına gəlir. Anlaşıldığı kimi, hər şeyin bir ölçüsü var və bu ölçünü bəlirləmənin düşünsəl, inancsal və əxlaqsal yönləri vardır. Birey olaraq var oluşumuzun ailədən, işdən və toplumsal yaşamdan qaynaqlanan ölçüləri vardır. Ölçü həm kainatda, həm toplumsal yaşamda mövcuddur. Kainatın ölçülərini biz qoymamışıq, ancaq bizə onu kəşf etmə olanağı sunulmuş. Toplumsal ölçülərin də bir qismini biz qoymamışıq, fitrətimizdə yerləşdirilmişdir. Bu ölçüləri biz çağların gərəksinimlərinə görə kəşf edib və ona hüquqi anlam qazandırırq. Ölçü ilə etki-təpki arasında da ilişki var. Bunu da açıqlamaq gərəkir.    
Zamanın axması etki-təpki sonucudur. Etki-təpki olmadığında zamanın axışından da söz edə bilmərik. Nədən-sonuc ilişkisi də deyirik buna. Həpsi, əslində eyni anlama gəlir. Dünyanın nədən-sonuc ilişkisi ilə çalışır olması dünyanın məntiqli olmasını da sağlayır. Kainata baxdığımızda bir məntiq görürsək, bunun nədəni etki-təpki prinsipi, ya da nədən-sonuc ilişkisidir. Nədənlər sonuclar meydana gətirir, sonuclar başqa bir şeyə nədən olur. Bu etki-təpki, ya da nədən-sonuc silsiləsi davam etdiyi üçün kainatı anlaya bilirik. Kainatda nədən-sonuc ilişkisi olmasaydı, o zaman kainatı anlamamız mümkün olmazdı. Kainat bir bilinməzdən ibarət olurdu. Kainata baxdığımızda məntiqli və mənalı bir axış, bir tablov görməzdik. Deyəlim ki, bir kitab oxuyuruq. Oxuduğumuz kitab bir roman isə, ya da bir film seyr ediriksə, bu romanı və ya bu filmi bəyənib bəyənməməyimiz əsərdəki nədən-sonuc ilişkilərinə bağlıdır. Nədən-sonuc ilişkisini yazar çox gözəl şəkildə ifadə etməyi başarmışsa, o zaman kitabda keçən olay oxucunun rahat anlaya biləcəyi bir biçim təşkil edər. Ya da bir filmdə nədən-sonuc silsiləsi işləyər və etkilər-təpkilər bir-birini təqib edərsə, o zaman o film axıcı olar. Xoşumuza gedər və seyr edərik. Filmin içərisində böylə bir düzənək yoxsa, o zaman film sıxıcı olar. İzlədikdən sonra ağlımızda bunun mənası nə idi deyə bir soru işarəsi oluşar. Heç bir anlamının olmadığı sonucuna vararıq. Oxuduğumuz kitabda da eyni şəkilədə məna bulamadığımız üçün xoşumuza gəlməz. Ancaq etki-təpki ilişkisi gözəl bir şəkildə təsvir edilərsə, o zaman xoşlanarıq, əsəri bəyənərik. Əsərin başarılı olduğunu düşünərik. Çünkü gerçək həyata yaxın olduğunu sezərik. Gerçək həyat ciddi bir məntiq silsiləsi içərisində irəlilər. Gerçək həyata yaxınlığından dolayı oxuyub izlədiyimiz şeyi məntiqli və mənalı buluruq. Əsərdə etki-təpki, nədən-sonuc silsiləsini görəmədiyimizdə alqılamada sorun ortaya çıxar. Əsəri bəyənməz olarıq. Baxış açımızda əksiklik meydana gələr. Qarşımıza anlamsızlıq çıxdığından ilgimizi çəkməz. Etki-təpki düzənəyinin varlığı bərabərində başqa bir düşüncəni də gətirər: Filosoflar düşünüb determinizm qavramını ortaya ataraq demişlər ki, kainatda var olan bütün etkiləri bilsək, hər etkiyə də necə bir təpki göstəriləcəyini bilsək, kainatın bütün qədərini öncədən bilərik. İştə bilinməzlik harda ortaya çıxır? Etkiləri və etkilərə necə təpki gələcəyini bilməyişimiz bilinməzliyi doğurar. Çünkü biz kainatdakı ölçünü tam olaraq bilməyiz, onu bilən Allahdır. Örnəyin insanlarla ən iyi ilətişim quran kişi kimdir? Qonuşduğu zaman necə bir təpki alacağını bilən kişidir. Çox iyi politikacılar kimə nə söylədiyində necə təpki alacaqlarını bilən kişilərdi. Onlar hər kəsi də çox etkiləməyi başarırlar. Nədən? Çünkü söylədiyi şeyə qarşı necə bir təpki gələcəyini bilər. Böyləcə də kütlələri yönləndirməyi başarar. Bir insanla yeni tanışır və bizə necə təpki göstərəcəyini bilməzsək, bu durumda çəkingənlik ortaya çıxar. Onu yavaş-yavaş öyrənməyə, ölçməyə çalışarıq. Bilinməzliklər etkilərin və ya etkilərə təpkilərin nə olacağınından qaynaqlanar. Bu ortamda bilimin görəvi nədir? Bilimin görəvi etkiləri və təpkiləri anlamaya çalışmaqdır. Kainatda nə tür etkilərə qarşı, nə tür təpkilərin meydana gəldiyini araşdırmaq bilimin görəvidir. Örnəyin günəşdə bir partlama meydana gəlsə, bu bir etkidir. Bu etkiyə qarşı dünyadakı xəbərləşmə sistemi necə təpki göstərər? Ya da vücudumuza bir virusun girməsi bir etkidir. Vücudumuz buna necə təpki göstərər? Xəstəmi oluruq?, Başımızmı, qarnımızmı ağrıyar? Dolaysıyla, bilimin də yapmaq istədiyi əsas şey etkiləri və təpkiləri anlamaya çalışmaqdır. Bunları anlarsaq, nəyin necə çalışdığını da qolayca anlaya bilərik. Bir araba qullanmayı öyrənmək bilə, etki-təpki məsələsidir. Araba qullanmayı öyrəndiyimizdə bizim etkilərimizə qarşı necə təpki göstərəcəyini öyrənirik. Araba qonusunda etki-təpki məsələsini çözdüyümüzdə araba qullanmayı da öyrənmiş oluruq. Bu zaman arabanı heç düşünmədən qullana bilərik. Ancaq öyrənənə qədər diqqətli bir şəkildə hər addımı düşünərək atarıq. Çünkü hələ denətim bilgisinə sahib deyilik. Bu nədənlə etki-təpki ilişkilərini çözməyə çalışmaq həyatda insanı bir addım önə çəkər. İnsanlarla olan ilişkilərimizdən tutmuş ən güncəl sorunlarımıza qədər bizə üstünlük sağlar. Etki-təpki ilişkisi kainatın içindəki axışın təməl quralıdır. Hərəkətə keçirici hər ünsürü mən bir etki olaraq görürəm. Kainatda bir taxım standart etki-təpkilər də var. Örnəyin doğada var olan qüvvətlər. Kainatda var olan qüvvətlərdəki etki-təpki quralları standartdır, dəyişməz. İnsanlar arasında eşitsizliyin oluşuna qarşın kainatda böylə bir eşitlik ilkəsi var. Insanlar kəndi iradələrinə sahib olduqları üçün haqsızlıq var, baxış açısı dediyimiz şeylər var. Insanlar fərqli-fərqli təpki göstərə bilər. Kainatda böylə bir şey yox, etki-təpki həp standartdır. Hər tür etkiyə standart təpki göstərilər. Doğa qanunları da bu üzdən var. Kainat etkilərə insan kimi təpki göstərsəydi, doğa qanunları olmazdı. Havaya daş atdığımızda sürəkli dönüb yerə düşər. Daş insan kimi davransaydı, bir gün yerə düşmək istəmirəm, bir sürə havada qalmaq istəyirəm deyə bilərdi. Böylə olsaydı kainat böyük qarqaşa içinə girərdi. Nəyə necə təpki göstəriləcəyini biləməzdik. Ancaq kainat standart etki-təpki düzənəyi ilə çalışdığı üçün onu anlaya bilirik. İnsan öylə deyil, insanın kəndi iradəsi var. Hər insan kəndi iradəsinə görə bir təpki göstərər. Kimi çox bəsit bir şeyə çox ağır, kimi isə, çox ağır bir şeyə çox bəsit təpki göstərirkən kimisi də heç təpki göstərməz. Bu üzdən kimin nəyə necə təpki göstərəciyini biləmərik. Insanın ruh halları və düşüncələri dəyişdikçə təpkiləri də dəyişər. Bugün bir şeyə qızan insan bir sonrakı gün ona təpkisiz qala bilər. Bu gün bir şeydən xoşlanmayan yarın eyni şeydən xoşlana bilər. Etki-təpki düzənəyimiz dəyişkəndir. Bu açıdan kainatda bizlər birər asi çocuqlarıq. Insanın dışında bütün varlqıların bəlli etkilərə bəlli təpkiləri var. İnsanda öylə deyil. İnsanı Allah bir az eyitimdən keçirmiş, ama insana iradə də bağışladığı üçün etki-təpki qonusunda insan fərqlidir. Duyqular işin içərisinə girdiyində fərqli etkilərə fərqli təpkilər ortaya çıxar. Bu üzdən hər insanın yaxlaşımı fərqli olur. Örnəyin diploması etki-təpki sənətidir. Ən iyi diplomatlar ən sağlam təpkiləri verən kişilərdir.
Kainatdakı etki-təpki ölçüsünü Allah bəlli etmişdir. İnsanlar arası etki-təpkinin bəlirlənməsi üçün də dinlərin böyük rolu olmuşdur.

Hiç yorum yok: