Şüubiyə
637-ci
ildə müsəlman ərəblərlə Sasani orduları arasında Qadisiyyə savaşı başladı. Bu
savaş 3-4 gün davam etdi. Savaşın son günündə qorxunc külək əsib qum
fırtınasını Sasani ordularına doğru apardı. Ərəblər bunu Tanrı yardımı olaraq
anlayıb daha da həvəsləndilər. Sasani ordularının başında Rüstəm Fərruxzad
adında bir komutan durmaqda idi. Bu savaşda Sasani orduları yenildi. Rüstəmin
yenilgə xəbərini duyan şah başkənd Tisfun´dan Zaqros dağlarına fərar etdi. Başkəndin
ərəblərə təslimi ilə bağlı bir anlaşma olmadığından şəhər yağmalandı, əhali
öldürüldü. Diri qalanlar da kölə bazarlarına aparıldı. Ərəblər ölkənin içlərinə
doğru irəlilədilər. Həmədanın güneyində Nihavənddə son savaş başladı. Nihavənd
savaşında da Sasani komutanı Firuzan öldürüldü. Sasani şahı sürəkli qaçmaqda
idi. Çünkü vardıqları yerlər ərəb orduları tərəfindən işğal edilirdi.
Ordularını itirmiş və yalnız qalan Yəzdgərd bir dəyərmançıya sığınar. Dəyərmançı
onun üzərindəki cəvahirləri əldə etmək üçün yatdığı yerdə Sasani şahını öldürər.
651-ci ildə Sasanilərin son padşahı Yəzdgərd də öldükdən sonra Sasani dövlətinin
həyatına son verildi.[1]
Qadisiyyə savaşına qədər farslar ərəblərin əfəndisi idi. Qadisiyə savaşında
Sasanilər devrildikdən sonra ərəblər farsların əfəndisi oldular.[2]
Sasani imperatorluğunda islamlaşma başladı. Ancaq bu yenilgənin təsirini
farslar unutmaq istəmədilər.[3]
Ərəb saldırısı və Sasani yenilgəsi ilə böhran keçirən fars kimliyi yeni bir
kimlik arayışı içinə girdi. Əməvilərin sonlarına doğru fars milli kimliyi mərkəzli
milli İslam oluşdurma çabaları başladı.[4]
Bu mövzunu davam etmək üçün bir az ərəb tarixi və toplumsal psixolojisi üzərində
durmaq gərəkəcək.
Ərəblər
arasında birisi suç işlərsə, bütün qəbilə o suçu üzərinə alırdı. Qəbilə, suç
işləyən bir fərdini himayədən vaz keçərlərsə, o kimsə başqa qəbiləyə sığınar və
kəndini o qəbilənin bir fərdiymiş kimi sayardı. Bu devirdə ərəblərin vətəndaşlığı
milliyət vətəndaşlığı deyil, qəbilə vətəndaşlığı idi. Ərəblərdəki bu qorunma və
qoruma üçün qəbiləyə bağlanma şüuru əsəbiyət olaraq anılırdı.[5]
Cahiliyə ərəblərində əsəbiyət qəbilənin ruhuydu. Bu da qəbiləyə və qəbilə mənsublarına
sınırsız və şərtsiz bir sədaqət göstərərək aşırı bir tutquyla bağlanmaqdan ibarətdi.
Onlarda qəbiləyə bağlılıq və sədaqət, ər-arvadın bir-birlərinə olan bağlılıq və
sədaqətindən fərqsiz idi... Fərd daima, qəbilənin başarısının kəndi başarısı
olduğunu düşünürdü.[6] İslam öncəsindəki bu
baxışa görə ərəb milləti, bütün millətlərin ən əsilidir. İslamiyətin gəlişindən
sonra isə, bu baxışın yerini təqvada üstünlük fikri almış, irq yerinə iman və fəzilətə
böyük önəm verilmişdir. Xüsusən səhradakı bədəvilərin qürurlu, yüksəkdən baxış açısına görə, yerləşik həyat
sürən mədəni insan daha az mutlu və daha aşağı idi. Qanlarının saflığında, fəsahət
və bəlaqətlərində, şeir sənətlərində, qılıc və atalarında, hər şeydən ötə əsil
soy və nəsəblərində ərəblər sonsuz bir iftixar duyurdular. Onlar uzayıb gedən
fövqəladə nəsəb şəcərələrindən son dərəcə xoşlanır və genəlliklə bunu Hz. Adəmə
qədər aparırdılar. Ərəblərdən başqa heç bir millət nəsəb qonusunu bir elm dərəcəsinə
çıxarmış deyildir.[7] İbni-Xəldun, əsəbiyətin
insan fitrətindəki təbii özəlliklərdən biri olduğunu, nəsəbin uzaqlığı və
yaxınlığı ilə çoxalıb azaldığını, ərəblərin o devirdəki həyatlarına damqasını
vuran şeyin, onların qıtlıq və məşəqqət içindəki yaşantılarının, susuz və çöl
halındakı vətənlərinin, sürəkli köçlərinin olduğunu; bu həyat şərtlərinin
onlarda bir dostluq və yaxınlıq havası yaratdığını söylər.[8]
Ərəblərdəki əsəbiyət şüuru o qədər yüksək olmuş ki, qzılarını bilə Sasani
şahlarına vermək istəməmişlər. “Numan ibni əl- Munzir qızına elçi gələn Sasani
padşahının elçilərinə rədd cavabı verərək “əcəmlərlə evlilik qonusunda ərəblərin
çəkingənliyi var” söyləmişdi.”[9]
Əməvilər devrində ərəblərə müxalif bir hərəkət haqqında şüubi və ya şüubiyə ləfzinin
qullanıldığı görülməmişdir.[10]
Yalnız Üçüncü xəlifə Osman bəzi işlərin idarəsini Əməvi soyundan gələn əqrəbalarına
buraxması bir əsəbiyət zuhur etməsinə fürsət hazırlamışdı. Fəqət bu əsəbiyət ərəblərlə
məvali arasındakı kimi irqə dayanan bir əsəbiyət deyil, Haşimilərlə xəlifənin tərəfi
Əməvilər arasındakı bir qəbilə əsəbiyəti idi ki, nəticədə Xəlifə Osmanın
öldürülməsinə səbəb oldu.[11]
Əməvilər bir qanun icad edərək ərəblərin Ərəbistan yarımadası dışında özlərinə ərazi
almalarına izn verdi. Bu istək Əbubəkir və Ömər dönəmində yasaqlanmışdı. Bu
qanunun üzərindən əlli il keçdikdən sonra ərəblər Misir, Suriyə, İraqi-Ərəb və
İraqi-Əcəmdə (İranda) ən verimli ərazilərə sahib oldular. Qısa sürədə ərəblər
feodallara dönüşdülər. Bu durum ərəb olmayan əhalininin qəzəbinə səbəb oldu. Əməvi
düşmənləri gündən günə artmağa başladı.[12]
Şüubiyənin
Abbasilər devrindəki fəaliyəti və öncüləri, Əməvilər devrindəki hazırlıq devrəsindən
sonra ortaya çıxmış və geniş bir ədəbi, siyasi, dini mücadilənin qapılarını
açmışdır. Əməvi idarəsinin son illərində İslamiyətin bərabərlik fikrinə, Quran
və hədisdə bu fikri dəstəkləyən ilkələrə dayanaraq əhli-təsviyə (bərabərlik tərəfdarı)
adı ilə yavaş-yavaş yüksələn şüubiyə propaqandası Abbasi xəlifəsi Səffahın
(750-754) xilafət günlərindən Harun-ul Rəşid (786-809) devrinin sonunadək çoxu
fars olan tərəfdarları sayəsində sonsuz bir həyəcanla səsini duyurma təlaşı
içinə girmiş və imkan daxilində irəliləmişdir.Məmun və Mötəsəm devrində isə hər
yönü ilə qüvvətlənmişdir. Bəzən xəlifələrin də dəstəyi ilə məvalinin ərəblərdən
intiqamını almaq istəmişdi. Sadəcə irqi deyil, eyni zamanda elmi əqidə
görünümündə olan şüubiyə, əsrlərcə sürən mücadiləsinə davam etmişdir.[13]
Bu
hərəkətin amacı ərəblərə qarşı toplumda nifrət duyqusu oluşdurmaq idi. İslamı
da öz çıxarlarına görə açıqlayırdılar. Ərəbsiz fars İslamından yanaydılar. Bu hərəkət
özünü “şüubiyə” olaraq tanımlayırdı. Şüubiyə deyilincə ərəblərin fəth
etdikləri yerlərdə hüquqi, siyasi təhəkkümə və üstünlüklərinə qarşı çıxan bir axım
və mənsublarını ifadə edər.[14]
Ancaq cahiliyə devrində bir şüubilik fikri ərəblərdə mövcud deyildi. Çünkü
ictimai, dini, iqtisadi və siyasi amillər hələ şüubiyə hərəkətinin oluşmasına ərişəcəyi
bir havaya girməmişdi. Qənaətimizcə bu da farslara qarşılıq vermək üçün ərəblərin
İslami devirdə anlaşıldığı mənada bir millət olmamalarından irəli gəlirdi.[15]
Şüubiyə
əməvilərin devrilməsində böyük rol oynadı. Onlar özlərini ərəblərdən üstün
bilirdilər. Ərəblərin ərəb olmayanlara məvali (ikinci dərəcəli insan) müamiləsinə
qarşı farslarda ortaya çıxan bir antitez idi. Məvaliyə, ərəb ünsürün siyasi və
hüquqi təhəkkümü Əməvilər devrində son həddinə vardı. Ərəb olmayan müsəlmanlar
İslamın dini və sosial eşitlik prinsipinə rəğmən, əsla ərəblərlə müsavi
sayılmır, onların köləsi qəbul edilirdilər.[16]
Sasanilər dönəmində farsların ərəblərlə olan bütün münasibətləri əfəndinin kölə
ilə münasibətlərinə bənzədilə bilər. Çünkü farsların o devirdə kəndilərindən
başqalarını aşağılayan örnəklərə rastlanılmaqdadır. Farslar ərəblər üçün abd
(kölə) ləfzini qullanırdılar.[17]
Və farslar bunu unutmamışdılar. Əskidən kölə olaraq nitələdiklər ərəb qövmü
indi onların əfəndisi olmuşdu.
Əməvilər
ərəblik yönündən son dərəcə təəssüb içinə girdiklərindən məvaliyə kötü və həqarət
dolu nəzərlərlə baxdılar.[18]
Bu da İslamın ana ilklərinə qarşı tutum idi. “Hz. Peyqəmbər İslamn ədalət və
müsavat ilkələri çərçivəsində, irqi nə olursa olsun, bütün müsəlmanları birləşdirməyi;
özəlliklə ərəblərdə yayqın olan təəssüb və qəbilə qruplaşmasını ortadan
qaldırmağı hədəf almışdı. Bu hədisdə deyir: “Kim əsəbiyətə çağıraraq yaxud əsəbiyətdən
dolayı başqasına qızaraq qeyri-müəyyən bir cəmaatın bayrağı altında savaşırsa,
onun ölümü cahiliyədəki ölüm kimidir.”[19]
İslam peyqəmbərinin nəzdində qara dərili Bilal Həbəşi ərəblərlə eyni haqqa
sahib olmuşdu.
Əməvilərin
yıxılmasına nədən olan bu politikanın tərs üzü Abbasilər dönəmində də davam
etdi. Hətta 753-775 illəri arasında hökm sürən xəlifə Mənsur zamanından etibarən
farslar üstünlük iddialarına başladılar. Şüubiyə adı verilən ərəb əleyhdarı bir
firqə qurdular. Bu firqə mənsubları ərəb olmayan müsəlmanların ərəblərə eşit
olduğuna deyil, əksinə farslar və suriyəlilərlə müqayisə edildiyi zaman hər
baxımdan ərəblərin geri və ilkəl bir irq olduğuna qane bulunurlardı. Bu hərəkət
Məmun devrində (813-833) böyük bir sosio-politik axım nitəliyini qazanaraq
siyasi həyatda etkisini göstərdi.[20]
Fəqəqt Abbasilərin Samirə həyatı dönəmində türklər ön plana çıxmağa başladı.
“Farsların Abbasi xilafət sarayından kənara çəkilmələrindən və türklərin iş
başına gəlmələrindən sonra ərəblərin oturduqları bölgələrdə şüubiyənin fəaliyəti
zəifləmişdi. Ancaq farsların qalabalıq olduğu Xorasanda özəlliklə Tahirilər
(821-873), Səffarilər (867-900), Samanilər (875-999) dönəmində hökmranlıq edən
farslar bu hərəkəti kəndi gücləri ilə canlı tutmuşdular.”[21]
Ərəblər
cahiliyə devirlərində şüur birliyi içində bulunan və milli bir amac üçün
çalışan vahid bir millət deyildilər. Onlar qəbilə əsəbiyətinin kəndilərinə öndərlik
etdiyi dağınıq qəbilələrdən ibarət idilər. Milliyətləri lehindəki əsəbiyətləri
o devirlərdə hələ qəlblərində yer etməmişdi. Çünkü o sırada yaşadıqları bölgədə
onlarla qonşuları arasında bunu təhrik edəcək qüvvətli nədənlər mövcud deyildi.
Onlarla yarımadaya qonşu fars, rum, həbəş millətləlri arasında savaş nitəliyi
daşıyan bəzi toqquşmalar olmuşdu. Ancaq bunlar dünya savaş tarixində önəmli
sayılan türlərdən deyildi. Ərəblərin cahiliyə devrindəki qəbilə əsəbiyətlərinin
mövcudluğundan dolayı qövmi əsəbiyətləri İslamdan sonra da tamamı ilə yox olmuş
deyildi. Ərəb toplumunu bir araya gətirən, onu dağınıq qəbilə düzənindən toplu
bir dövlət nizamına soxan İslamiyət gəlincə gətirdiyi düzənin ilkələrinə bağlı
olaraq ərəblərdəki əsəbiyət fərddən topluma, qəbilədən millətə daşınmışdır.
Köklü bəzi səltənətləri yerlə bir edən, məğlub olan millətlərdən bəzilərinin qəlblərini
qalib ərəblərə qarşı öfkə və kinlə dolduran bu əsəbiyət İslami fəthlərdən sonra
bariz şəkildə ortaya çıxmışdı. Ona paralel olaraq digər millətlərdəki qövmi əsəbiyət
də qızışmış və şüubilik duyquları ərəb olmayanların qəlblərinə sirayət etməyə
başlamışdı.[22]
Şüubiyə
gücləndikcə ərəblər də üstünlüklərini bilinc planına daşımağa çalışırdılar. Bu
düşüncə savaşları dillərin üstünlüyünə çəkdi. Ərəblər, Allah Quranı ərəbcə
endirdiyindən ən üstün dil ərəbcədir deyirdilər. Farslar deyirdilər Allah
qızqın olduğu zaman Quranı ərəbcə endirmiş, ona görə Allahın qəzəbli ayətləri
Qurandadır. Ancaq Allah daha mərhəmətli olduğu zaman farsca qonuşmuş. Bu
anlamda Şüubiyə bir hədis də uydurdu. Buna qarşılıq da ərəblər cənnətin dilinin
ərəbcə olacağı ilə ilgili yalan və saxta hədislər uydurdular. Peyqəmbər “Ərşin ətrafındakı
mələklər farsca qonuşurlar” demişdir. Ərəbi sevməklə ilgili yüzlərcə hədis
uyduruldu. Üç səbəbdən ərəbi sevin! Mən ərəbəm, Quran ərəbcədir, cənnətin dili ərəbcə
olacaq. Bu şəkildə qarşılıqlı olaraq yüzlərcə hədis uydurdular. Üstünlüklərini
isbat etmək üçün bu saxta hədisləri kütləyə çatdırırdılar. Bu haqda ayrıntılı
incələmə İranlı araşdırmaçı tarixçi Nasir Purpirara aiddir. Bu qonuyla ilgili o
qaynaqlardan yararlanmaq yaxşı olar. Şafeinin ərəb olması və Hənəfinin ərəb
olmaması da dartışmalara qonu oldu. Hənəfinin ərəb olmamasını şüubiyə təqdir
edirdi. Şüubiyə Qurandan bir ayətə dayanaraq ərəblərin kafir və münafiq
olduqlarını, müsəlman olmadıqlarını və ola bilməyəcəklərini yazırdı. Quranın
9-cu surəsinin 97-ci ayətində “Ərəblər kafir və münafiqdir” deyilməkdədir. Bu
ayət şüubiyənin əlində bayraq edilmişdi. Şüubiyə kafir və münafiq olan ərəbləri
peyqəmbərin və Allahın düşməni sayırdı. Şüubiyə ərəblərə qarşı savaşını gücləndirmək
üçün zənciləri də yanına almağa çalışırdı. Çünkü zəncilər də ərəblər tərəfindən
aşağılanır və müsəlman olmaları önəmsənmirdi. Şüubiyənin hədisində “Kim həbəşli
bir erkək və ya qadını evinə soxarsa, Allah da onun evinə bərəkət soxar” Ərəb
isə, zəncinin aşağılanması ilə ilgili hədislər uydururdu. Həm Şüubiyənin, həm də
ərəblərin uydurduğu bu hədislər günümüzə qədər öz varlığını və etkisini sürdürməkdədir.
Ortalıqda gah ərəb, gah da fars kimi müsəlman olmaq istəyən türklər isə, hər iki
tərəfdən sömürülmüşdür. Farsların oluşdurduqları şüubiyə hərəkəti iki yöndə
davam edirdi. Şüubun (şöbələrin) və qəbilələrin Quranda bərabərliyi
vurqulanırdı.[23] Bu mərhələ şüubiyə həyatında
“əhli-təsviyə” (müsavat əhli) adlanır. Ancaq daha sonra şüubiyəçilik başlar.
İkinci dəstə ərəb irqçiliyinə qarşı aşırı fars irqçiliyi oluşdurdu. Əcəmin ərəbə
üstün olduğuna inandılar. Daha sonrakı dönəmlərdə “əhli-təsviyə” də şüubiyənin
içində yer aldı. Şüubiyə öz inkişafı sürəsincə kültürəl və ədəbi cərəyanlar
oluşdurdu. Şüubiyə sözü açıqca ərəb düşmənliyi çağrışdıran bir qavrama dönüşdü.[24] Şüubiyənin dini yorumları mütləq ərəb düşmənliyi üzərinə
qurulmuşdur. Şüubiyəyə görə ərəblər ən aşağı millətdir. Şüubiyə ərəb kültürünə
qarşı əski Sasani mədəniyətini canlandırmağa başladı. Maninin təlimlərini gündəmə
gətirdi. Bir sürü saxta qaynaqlar da oluşdurdu.
Araşdırmaçılar isbat edirlər ki, tarixdə İbni-Nədim
adında şəxs olmamış. Bunu Şüubiyə uydurmuş və İbni-Nədim adına “Əlfihrist” kimi
əsərlər yazmışlar. Əlfihrist əski Sasani mədəniyətini canladırma kitablarıdır.
Ayrıca “Şahnamə”ni Şüubiyə öncə nəsr halında yazmış. Nəzmə dönüşməsi üçün Dəqiqini
işə almışlar. Dəqiqi bir Qəznəvi türk əsgəri tərəfindən öldürüldükdən sonra
Firdovsini tapmışlar. Şüubiyə tərəfindən hazırlanan nəsr əsəri Firdovsi tərəfindən
nəzmə çəkilmişdir. Buna qarşılıq Samani dövləti ilə ilişkidə bulunan Şüubiyə
Firdovsini ödülləndirirdi. Lakin Samani dövlətinin devrilməsi və Sultan Mahmud
tərəfindən şüubiyə örügütü fəaliyətinin durdurlması “Şahnamə”nin yazılma işində
axsaqlıq oluşdurar.[25]
Şüubiyənin fikri və təşkilati həyatı sonraki dönəmlərdə davam etmişdir. Şüubiyə
bir məzhəbdən ibarət olmamışdır. Bütün məzhəblərdə fars-irani kimliyini
altdan-altdan, ya da açıqca yürütmüşdür. İsmailiyə ən önəmli şüubiyə hərəkəti olmuşdur.
Açıqca fars milliyətçiliyi etmişlər. Şüubiyənin amacı əski Sasani coğrafiyasını
içində barındıracaq olan bir dövlət qurmaq idi. Ən açıq fəlsəfi etkinlikləri
“ixvan-üs səfa” cərəyanında olmuşdur. İxvan-üs Səfa öz risalələrində fars
irqinin üstün olduğunu savunurdu.[26]
Şüubiyənin oluşdurduğu zəngin estetik və dini ədəbiyat fars olmayan bir çox
fikir adamlarını da öz etkisi altına almışdır. İbni-Xəldun ulusları iqtisadi
qaynaqlarına və çalışmalarına görə sinifləndirir. Şəhər həyatını birinci sırada
yerləşdirir və bunu farslara məxsus bilir. Sonra tarımla uğraşan millətlər gəlir
ki, kiçik uyqun yerlərdə səpələnmişlər. Daha sonra heyvançılıqla uğraşan
uluslar gəlir. Bərbərlər, türklər, türkmənlər kimi. Dəvəçiliklə uğraşan uluslar
ən sonda gəlir, ərəblər və kürdlər kimi.[27]
Ayrıca, dövlət işindən baş çıxarmayan millət varsa, o da ərəblərdir.[28]
“Batiniyə” açıqlamalar şüubiyənin fikri fəaliyətlərinin ürünü olmuşdur.
İsmaililər də özlərini batiniyə adlandırırdı. İsmaili hərəkəti Şüubiyənin
silahlı örgütü idi. Müxaliflərini terorla ortadan qaldırırdı. Həm silahlı, həm
də fikri hərəkəti. İsmailiyəni moğollar örgüt olaraq tarixdən silərlər və Ələmut
qalası ələ keçirildikdən sonra qaladakı kitabları yandıralar.
Ələmut qalasının işğalından sonra Cüveyni Hülakü Xanın hüzuruna
varıb qaladakı kitablara baxması üçün izn istəyir. Hülakü Xan əmr verdi ki, Əlaəddin
qalaya getsin və Həsən Səbbahdan bəri 170 il içində birikən ordakı xəzinəni və
kitabları kontrol etsin. Şaha uyqun olanlar gətirilsin, qalanları da yaxılsın.
Əlaəddin qalaya gedir və nücuma (uzaybiliminə) aid olan kitabları ayırıb gətirir
və qalanları da yaxılır. Bu kitabların içində bir də Həsən Səbbah haqqında
yazılmış əsər vardı. Bu əsərin özəti “Cahangüşa”nın 3-cü cildində verilmişdir.
Rəşidəddin Fəzlullah da “Əl təvarix dər tarixi- İsmailiyə-i Ələmut” (Ələmut
İsmailiyəsinin tarixi) kitabında bu haqda bilgi vermişdir.[29]
İsmailiyə hərəkəti moğollar tərəfindən silindikdən sonra da Şüubiyənin fikri cərəyanları
və siyasi idealı Gîlânın ormanlıqlarında davam etmişdir. 15-ci əsrdə Gîlân
hakimi olan Karkiya özünü Sasani soyuna mənsub bilməkdədir. Bu, şüubiyənin
ortaya qoyduğu tarix anlayışı və siyasi ideal idi. Şah İsmayılın öyrətməni olan
Şəmsəddin Lahici də bir şüubi. Şah İsmayıl Şüubiyə ilkələrinin barındığı
ortamda yetişmişdir. Daha sonrakı Şah İsmayıl tətbiqatı tamamən şüubiyənin
idealları doğrultusunda olacaq və İran adlı bir ölkə təsis ediləcəkdi.
Neo-şüubiyə Pəhləvi dönəmində Səfəvi və Sasani arasındakı 900 illik zaman
boşluğunu siyasi fətrət olaraq tanımlar. Yəni iki zaman arasındakı boşluq.
Modern şüubiyə, Səfəvi dövlətinin quruluşunu fətrət dönəminin qapanışı olaraq
nitələr və Səfəviliyi Sasaniliyin dirilişi olaraq dəyərləndirər. İran İslam
Cümhuriyətinin ideoloqları da özlərini modern səfəviyə kimliyi ilə tanımlarlar.
Bir
az da Şah İsmayılın yetişdiyi ortama diqqət edəlim. Onun müəllimi kim olmuş, o
ortam necə ortammış? Bu haqda ayrıntılı bilgi əldə etmək çətin işdir. Çünkü
tarixdə gizlin hədəflər üçün edilən işlər adətən arxalarınca iz buraxmazlar.
İsmayıl kimi tarixi bir dövlət adamının müəllimi olan Şəmsəddin Lahici haqqında
nədən ayrıntılı bilgi yoxdur? Ya da nədən bu ortamda İsmayıldan daha böyük olan
qardaşı İbrahim və ya digərləri üzərinə durulmamış da İsmayıl üzərinə fikri və
maddi sərmayə yatırılmış, onu Allah olaraq görmüşlər? Şeyx Heydərin oğlu
İbrahim və digərləri necə oldu, nədən onlardan xəbər yox? Onların haqqında nədən
bilgi yox? Ölümləri və həyatları haqda nədən tarix susqundur? Onların hansı əksik
yönləri varmış? Qanuna uyqunluq kimi varislik İbrahimin olmurdumu? Çünkü
İbrahim yaşca daha böyük və qardaşları Şeyx Əli öldürüldükdən sonra varislik
öz-özünə ona devr edilməli idi, ya da digər böyük qardaşlara. İskəndər bəy
Türkmən kimi səfəvilərin rəsmi tarixçiləri onu dərviş sifət kimi tanımlayaraq
bu sirrə toxunmaqdan oxucunu uzaqlaşdırmaq istəmişlər. Soylu bir ailənin digər
çocuqlarından xəbər yoxdur. Nədən Səfəvi soyundan İsmayıldan başqa kimsə
qalmamışdır? Bütün bunlar cavabsız suallardır. Bu suallar cavabını taparsa, o
dönəmin gizlin qatları da aydınlığa qovuşar.
15-ci
əsrin sonu və 16-cı əsrin əvvəllərində Gîlân iki xanidan tərəfindən yönətilirdi.
Fomən, daha sonra Rəşt mərkəzli Biyəpəs xanlığı sünni məzhəb idi. Lahican Mərkəzli
Biyəpiş xanlığı şiə idi. Lahican hakimi olan Karkiya özünü Sasani soyundan bilməkdə
idi və böyük İranı təsisetmə xəyalları ilə yaşayırdı.
İsmayılın
öyrətmənliyini etmiş Şəmsəddin Məhəmməd Gîlâni haqqında qaynaqlarda az bilgi
var. Ancaq İsmayılın məzhəbi tərbiyəsində və onun bir şiə olmasında Şəmsəddinin
böyük rolu olmuşdur. Ona Lahici və Gîlâni də deyilmişdir. Altı il İsmayılın öyrətmənliyini
etmiş, İsmayılın bilincini bu adam şəkilləndirmişdi. Bu üzdən də bu adamın
tarixdə sirli və gizli qalması çox suallar doğurur. Kimmiş bu adam? O dönəm
şüubiyənin ideolojik təmsilçisimi? Çünkü Səfəviliyin qurumsallaşmasında bu
adamın böyük rolu olmuş. Şah İsmayılın oğullarını da eyitmişdir. Tarix
kitablarında bir neçə yerdə Lahici haqqında cüzi bilgi verilmişdir.
İsmayıl
Gîlânda olduğunda Şəmsəddin Lahicidən ərəbcə və farsca öyrənir.[30]
Lahici İsmayıla, yalnızca din dərsləri, farsca və ərəbcə öyrətməmiş, dövlət
qurallarını da öyrətmişdir. Bu öyrətimdən amacı nə olmuşdur? Bir çocuğu nədən
dövlət adamı kimi eyitmək gərəkirdi? İsmayıl taxta çıxdıqdan sonra Şəmsəddin
Lahici imperatorluğun din işlərindən sorumlu şəxs və başbaxan olur. Şah İsmayıl
iqtidara gəldikdən sonra Şəmsəddin Lahicini başbaxanlıq görəvinə gətirir.[31]
Bir kəlmə Türkçə bilməyən Lahici nəyə güvənərək türk şəhərində dövlət vəzifəsində
çalışmağı üstlənmişdir? Üç il bu görəvi tək başına yürütdükdən sonra Məhəmməd
Kaşani ilə başbaxanlıq görəvini birlikdə yürüdürlər.[32]
Şəmsəddin Lahici Məhəmməd Kaşani ilə bir yerdə Osmanlı elçisini qarşılayırlar.[33]
Məhəmməd Lahici haqqında son bilgi onun Şah İsmayılla bir səfərdə bərabər
olmasıdır.[34] Sam Mirzənin təzkirəsində
onun haqqında yarım yarpaq bilgi var. Daha sonrakı təzkirələrdə verilən bilgilər
Sam Mirzənin “Töhfeyi-Sam” əsərindən alınmışdır. Sam Mirzə əsərində Məhəmməd
Lahicidən bu məzmunda bir şeir də vermişdir: “Gənclik getdi sənin yolunda,
artıq yaşlanmışam mən, sonsuz bəlalarla arxadaş olmuşam”[35] Şəmsəddin Lahici 90 ildən artıq yaşamış və gözəl şeirlər
yazmışdır.[36] 90
il yaşamış bir şəxsiyət, Şah İsmayılın düşüncələrinin, siyasi və məzhəbi görüşlərinin
gerçək memarı haqqında ancaq bu qədər bilgi var!
Bunlarin dışında bu gizəmli adam haqqında bilgi yoxdur. Pərdə
arxasının gizlin qəhrəmanları ortaya çıxmır. Bayındırlı dövlətinin sonlarında
Azərbaycanda, Şirazda, İsfahanda bu qədər iç savaşların olması istər istəməz
farsları da rahatsız edir, güvənsizlik ortamı oluşdururdu. Bu durumu ortadan
qaldırmaq üçün onlar sadəcə seyirci qalmamışlar. Onların da planları olmuş. Səfəviliyin
iqtidara gəlməsi və İranın bütünlüyünü təmin edərək əski Sasanı ehtişamını bərqərar
etmək farsların altdan-altdan yürüdülən planları idi. İndiki İranı şüubiyə
zehniyəti ilə Səfəvilər təsis etmişlər. Fars amili tarixi bir hədəf daşımaqda
idi. Bu hədəfi 9-cu əsrin əvvəllərindən etibarən şüubiyə bölgə tarixi üçün bəlli
etmişdi. Digər tərəfdən Bayındırlıların bir-birini parçalaması bölgəni rahatsız
edir, həyatı yaşanılacaq durumdan çıxarırdı. Ortam şüubiyənin hədəflərinin türk
gücü ilə gerçəkləşməsinə çox uyqun idi və öylə də oldu. şüubiyə tarixi hədəfinə
Səfəviyə adı ilə qovuşmuş oldu. Səfəvilərdən sonrakı tarixi sürəc qısa Nadir
Şah dönəmi istisna olmaqla Şüubiyənin bəlli etdiyi hədəfə görə yürümüşdür. Səfəvilərin
arxasınca gələn Qacarlar da şüubiyənin açdığı yolda fədakarlıq göstərmişlər.
Ağaməhəmməd Xan, Qacar dövlətini qurduqdan sonra Ərdəbildən
Şah İsmayılın qılıcını Tehrana aparıb belinə taxdı.[37]
Səfəvi şiəsi timsalında şüubiyə xidmətçisi olacağını göstərirdi. Bəlkə türklər
şüubiyənin oyununa necə gəldiklərinin bilincində olmamışlar. Çünkü türklüyün
özünəməxsus din anlayışı olmamışdır. Bu olmayış həm Səlcuqluda, həm Osmanlıda
türkülüyü içdən-içə gəmirmişdi. Şüubiyənin açdığı iz iqtidara gəlmək üçün
qolaylıq sağladığından iqtidar hirsi adına olsa da, bu yolda yürüməyə təslim
olmuşlar. Sonuç olaraq bu gün Şüubiyənin tarixi idealı əsasında gerçəkləşən və
İran adlanan geniş bölgədə türk dili, türk kimliyi tarixdən silinmək üzrədir.
Şüubiyənin də amacı bu idi: Türksüz və ərəbsiz bir fars ölkəsi qurmaq.
Burada bir az daha şüubiyənin kimliyi üzərinə düşünmək
mövzunun anlaşılmasına yardımçı ola bilər. Özü də modern bir şüubi olan və İran
İslam Devriminin gerçək ideoloqu sayılan Əli Şəriəti Şüubiyəni bu şəkildə
anladar:
·
Sasani dövlətini devirən Ömər şüubiyə əfsanəsində Əli ilə
qarşı-qarşıya gətirilir. Əli gerçək İslamın təmsilcisi, Ömər isə İblis
İslamının təmsilcisidir. Əli övülür, Ömər məhkum edilir.
·
Sasanilərin devrilməsində iç etkənləri göz önündə
bulundurmazlar, bir impratorluğun yüksəlişi və çöküşü yasalarına diqqət etməzlər.
Sasanilərin devrilişində bütün suçları Ömərə yüklərlər.
·
Sasani səltənəti ilə müxalif olan imamət deyil, xilafətdir.
Bu üzdən də səltənət və imamət arasında uyqunluq var.
·
Ömər sünniliyi sasanliyin düşməni və Əli şiəliyi
sasaniliyin dostudur.
·
Ömərin Sasaniləri məğlub etməsi ilə İslam Sasani ölkəsinə
girməmişdir. Hz. Fatimənin Sasani qızı Şəhrbanunun yuxusuna girməsi ilə İslam
Sasani ölkəsinə girmişdir. Hələ Sasanilər devrilmədən öncə Əlinin qadını Fatimə
Mədain sarayında Yəzdgərdin qızı Şəhrbanunun yuxusuna girmiş, onu İslama dəvət
etmiş və İslamın qurallarını yuxuda ona öyrətmişdir.
·
Ömər tərəfindən yenilib tarixdən dışlanan Sasanilərin son
padşahı Yəzdgərd əfsanəvi şəkildə peyqəmbər tərəfindən tarixə geri gətirilir və
peyqəmbərin əhli-beytinə daxil edilir.
·
Şüubiyənin Əbubəkirdən daha çox Ömərə nifrət etməsinin də
səbəbi budur. Sasaniləri devirən Əbubəkir deyil, Ömərdir. Şüubiyənin Əbubəkiri
sevməməsinin səbəblərindən biri də Fədəklə bağlıdır.* Əbubəkir Fədəki qəsb etmiş, Ömər
Sasaniləri. Ancaq Fədək olayı ərəb tarixinə aid olduğundan şüubiyəni bir o qədər
də ilgiləndirməmişdir.
·
Sasanilərin tək yadigarı olan Yəzdigərdin qızı yuxuda Hz.
Fatimənin dəvəti və yardımı ilə müsəlman olur. Müsəlman olduqdan sonra yenə də
yuxuda Fatimə onu oğlu Həsənlə deyil, Hüseynlə evləndirmək istəyir. Yuxuda
hansı ildə danışdıqları da bəlli deyil. Çünkü nə Hz Fatimə Sasani farscasını
bilir, nə Şəhrbanu ərəbcə bilir. Bunlar necə anlaşa bilmişlər? Əsir olaraq Şəhrbanu
Mədinəyə aparıldığında Mədinənin bütün cavanları içindən Hüseyni seçir, hətta
Hüseyndən daha yaraşıqlı olduğu söylənən Həsənə də könül vermir. Çünkü yuxuda
Fatimə onu oğlu Hüseynə istəyibmiş! Çünkü imamlıq Həsən soyundan deyil, Hüseyn
soyundan davam etmişdir. Böyləcə imamlıq Sasani və peyqəmbər soyu arasında
paylaşılır. İmamlıq bir tərəfdən peyqəmbər soyuna dayanır, bir başqa tərəfdən də
fars soyuna.
·
İmamlığın imam Səccad (4-cü imam) tərəfindən 12-ci imama
qədər davam etməsi Sasani səltənətinin əbədiyətə qədər, ya da “Mehdi” gələnə qədər
davam etməsi anlamındadır. Çünkü “Mehdi”nin qanında Sasani qanı var. Onun da gəlib
gəlməyəcəyi, ya da nə zaman gələcəyi bəlli olmadığı üçün Sasani səltənəti qeyb
dünyasında davam edəcək. Bu dünyada yaşayan şiə əhli o səltənətin gerçəkləşməsi
yolunda çalışmalı, çünkü bu, “Mehdi”nin də diləyidir.
·
Əhli-beytin bütün əxlaqi və üstün özəllikləri peyqəbər və
Sasani soyundan qaynaqlanır.
·
Allah qatından
qaynaqlanan peyqəmbər ışığı bu yolla əhuraməzda-Sasani ışığı ilə birləşmiş
olur. İmamların əbədiyətə qədər davam edəcək iqtidarında Sasaniliyin iqtidarı
da bu inancda əbədiləşdirilir.
·
Həm Əlinin Ömər tərəfindən haqqı yeyilmiş və xilafət
iqtidarından uzaqlaşdırılmışdır, həm də Sasani dövləti Ömər tərəfindən
devrilmişdir. Ömər həm Əliyə zülm etmişdir, həm də Sasanilərə. Ömərə qarşı və
dolayısıyla Ömərciliyə qarşı Əlilik və Sasanilik birləşmiş olur. Bu birləşmə
duyqusu Mehdinin varlığında davam edir. Mehdi zühur etdiyində həm dədəsi
Əlinin, həm də Sasanilərin intiqamını Ömərdən və Ömərcilərdən alacaqdır. Öməri
dirildib mühakimə edərək yenidən yaxacaq, Ömərciləri də, yəni sünniləri də
qılıcdan keçirəcək.[38]
Şüubiyə bu verilərdən yola çıxaraq Şah İsmayıl adında bir
Sasani casusu tərbiyə etmişdir. Çünkü islamşünaslıq uzun ömür tələb edən bir
hadisədir. 13 yaşında çocuq İslamı necə tanıya bildi ki, əhalisinin çoxu şafei
məzhəbində olan Azərbaycanda şiə inanışını tərcih edə bilsin? Əslində İsmayıl,
qızlbaşlığı və ələviliyi yayqınlaşdırmalı idi. Ancaq qızılbaşlıq İsmayılı tərbiyə
edənlər üçün uyqun olmadığından şiənin icabları ona öyrədilmiş, şiəni
yayqınlaşdırmağı ona tapşırmışdılar. Çünkü qızılbaş kütləsi pərdə arxasında nələrin
olub-bitdiyindən xəbərsiz idi və şüubi-şiə əlində qızılbaş kütləsi oyuncaqdan
başqa bir şey deyyildi. Amac Əməvilərin devrilişindən sonra Sasani ölkəsini
yenidən təsis etmək idi və bu niyyət üçün Şah İsmayıl adında Sasani inanclı
biri ortaya atılmışdı.
Anlaşıldığı kimi Sasaniləri devirən Ömər deyil, Əli
olsaydı şüubiyənin tarixdə icad etdiyi nifrət Ömərə qarşı deyil, Əliyə qarşı
yönələcəkdi. Əliyə qarşı yönəltilmiş olan sevgi də Ömərə, ya da bir başqasına
yönələcəkdi. Şüubiyənin 16-cı əsrdə bəlirgin şəxsiyəti Şah İsmayıldır. Şüubiyə
Azərbaycandakı soyqırımı öz ilkələri doğrultusunda tarixi bilinci olmayan
türk-qızılbaşları qullanaraq gerçəkləşdirmişdi. Siyasi səfəviyət birinci olaraq
türk dil birliyini, tarix birliyini və sonra da İslam birliyini parçalamışdı. Səfəvi
öncəsi heç bir türk-İslam dövləti insanların və kütlələrin dinini, məzhəbini
sorqulamamışdı. Türküstan və Anadolu arasında müsəlman türklərin gəl-getləri
üçün heç bir əngəl yox idi. Səfəvilər buna əngəl törətdilər. Şiə olanlardan 12
imam adına 12 il vergi almayacaqlarını bir qural olaraq duyurdular. 600 illik
doğal türk birliyi ortadan qaldırıldı. Türkçə pozulmağa və farslaşmağa başladı.
Islamda bütün insanlar başda peyqəmbər olmaqla Allahın qulu ikən şüubiyə Səfəviyəsi
bir də 12 imam qulu deyə İslam inancına şirk qatdı. İnsanları insanların qulu
halına gətirən inancı yayqınlaşdırdılar. Əlinin, Həsənin, Hüseynin qulları
olaraq əliqulu, həsənqulu, hüseynqulu kimi insan ləyaqətini və şəxsiyətini
aşağılayan adlar yayqınlaşdı. Köləlik çocuğun doğduğu ilk gündən qulağına
oxundu. Kimliklərini bilmədikləri adamların qulları olacaqdılar. İslam təlimlərində
isə, bu, açıqca şirk sayılmaqdadır. Məhəmmədin bilə, qulu deyə İslamda bir ilkə
yoxdur. Çünkü Hz. Məhəmməd özü də Tanrının quludur və qula qul olunmaz.
Şüubiyənin əsas əməllərindən biri tarixi saxtalaşdırmaq
olmuşdur. Tarixdə varlıqları olmayan şəxsiyətlər uyduraraq onların adına
kitablar yazmışlar. Bunlardan ən önəmlilərindən biri “İbni-Nədim”və guya onun
yazdığı “Əlfihrist” əsəridir. İbni-Nədim adlı kimliyi bilinməyən biri Sasani dönəminə
aid kitabları saxtalaşdırıb və ya kitablar yazaraq, bunların Sasani dönəminə
aid olduğunu qeyd etmişdir.[39] İbni-Nədim və onun “Əlfihrist” adlı kitabı şüubiyənin ən
böyük başarılarından biridir.[40] İbni-Nədim haqqında mövcud olan verilərin anlatdığına görə,
10-cu yüzilin sonlarına doğru Bağdadda İbni-Nədim adından biri yaşayırmış və Ərəb
dilinin dışında başqa dil bilmirmiş. İbni-Nədim tanış olduğu kitabları fihristləşdirməyə
başlamış. Bu günə qədər kimsə bu sualı sormamış ki, İbni-Nədiminin təqdim etdiyi
7530 kitabın müəllifləri kimlər olmuş? Bu qədər kitabların müəllifləri gerçəkdən
tarixdə olmuşlarmı? Əlfihristi Fars dilinə tərcümə edən cənab Təcəddüd yazır
ki, Bağdad civarına aid olan İbni-Nədimin işarə etdiyi bir sıra kitabların
varlıqları təsdiqlənməmişdir. Anlaşılan bəzi müəlliflərin varlıqları sadəcə
Əlfihristin içində olmuş və bu əsərin dışında öylə şəxslər həyatda və tarixdə
olmamışlar. Ayrıca, Əlfihristin işarə etdiyi millətlərin dini inanışları daha
çox röya və yuxuya bənzəməkdədir. Örnəyin Mani haqqında yazdıqları başdan sona
qədər gerçək dışıdır və tarixi etibarı yoxdur. Necə olmuş da onun İslami
inanışı ilə uyqun gəlməyən bir dini bu qədər övmüşdür?[41] İbni-Nədimlə müqayisədə daha aşağı düzeydə olan bütün
tarixi şəxsiyətlərin adı İbni-Xəlkanın əsərində keçmişdir. Həm də bunların çoxu
İbni-Nədimlə eyni dönəmdə yaşamışlar. Ancaq nədənsə İbni-Nədim kimi bu qədər
araşdırma ilə uğraşan birinin adı İbni-Xəlkanın əsərlərində keçməmişdir. Onun
adını çəkənlər də öyləsinə çəkmişlər ki, İbni-Nədimin kimliyi anlaşılmır. Sanki
qəsdən onun anlaşılmaz qalması üçün qarmaşıq ortam oluşdurmaq istəmişlər.[42] İbni-Nədim “Əlfihrist”in yazarıdır. Məhəmməd ibni Əbuyəqub,
İshaq ibni Məhəmməd ibni İshaq Vəraq olan müəllif “İbni-Nədim” adı ilə ünlənmişdir.
Onun haqqında özündən başqa kimsə bilgi verməmişdir. 17 noyabr 990-cı ildə
ölmüşdür. Bağdadda olmuş və onu şiəliklə ittiham etmişlər.” Dirnaq içində
verdiyimiz bu yazının tarixi yoxdur. Böyük olasılıqla Əhməd paşa moqriziyə
aiddir. Moqrizi 1421-ci ildə ölmüşdür. İbni-Nədim şiə olduğunu gizlətmirmiş.
Əli və onun torunlarının adı gəldiyində “Əleyissəlam” ifadəsini qullanırmış.[43] Onun məchul qalmasını sünnilərin şiələrə qarşı laqeyd
qalması ilə ilgiləndirənlər vardır.[44] “Əlfihrist” giriş bölümünü bir dəfə, iki dəfə, ya da ən az
on dəfə oxumaq gərəkir. Oxucu böylə böyük bir işin öhdəsindən gələ biləcək şiə
inanclı birini tarixin əsla tanımadığı qənaətinə varacaqdır. Demək olar ki, heç
bir nəzər sahibi İbni-Nədim və onun əsərləri haqqında tanıtım içərikli bilgi
verməmişdir. Necə ola bilər böylə çalışqan və bu qədər kitabların müəllifi
haqqında tarixdə heç bir tutarlı bilgi olmasın?[45] İbni-Nədimin
ölümündən altmış il sonra Xətib Bağdadi mötəbər “Bağdad tarixi” kitabında da
ona heç işarə etməmişdir. Heç şübhəsiz ki, “Əlfihrist” bu qədər həcminə və içərdiyi
bilgilərə görə araşdırmaçıların əl kitabı olması gərəkirdi. Müəllifin ölümündən
iki yüz il sonraya qədər onun adına heç bir qaynaqda rastlanılmır. Bu qədər
uzun zaman dilimi içində nədən “Əlfihrist” heç bir araşdırmaçının diqqətini cəlb
etməmişdir?[46] İbni-Nədim bütün rəvayətləri məchul şəxslər adından
vermişdir. Öz alqılamasının ürünü olaraq bilgi verməmişdir. Rəvayət etdiyi
bilgilər üçün uyqun adlar tapmadığında rəvayətçinin yerini boş buraxmışdır.[47] İbni-Nədim daha sonra Fars dili və ədəbiyatı bölümünə
girir. Burada İbni-Nədimi yaradanların saxtakarlıqları öz-özünə ifşa edilməyə
başlayır. Burada “Əlfihrist”i yazan şüubinin ustalığı da üzə çıxır. İbni-Nədimin
daha sonra “Şahnamə”nin məlzəməsi olaraq qullanılan bilgiləri hansı qaynaqdan
aldığı bəlli olmur.[48]
Daha sonra mədrəsələşən şüubiyə-şiə fiqhi aşura hadisəsi
ilə bağlı da bir sürü yalanlar uydurdu. Əli ilə daha öncəki xəlifələrin düşmən
olduqlarını isbatlamaq üçün aşura olayını da təhrif etdilər. Bu təhrif günümüzə
qədər davam etməkdədir. Aşura günü Əbutaliboğlu Əlinin, Həsənin və Hüseynin
öldürülən evladlarının adını xalqdan gizlədilər. Sadəcə Əlinin iki şəhid
oğlunun adını əzbərlətdilər. Hüseyn və Abbas dışında şəhid edilənlərin adlarını
xalqa söyləməz oldular. Bir də Həsənin oğlu Qasim və Hüseynin oğlu Əkbər və Əsğər
haqqında mərsiyələr söyləndi. Çünkü söyləsəydilər onların yalanları açıqca ifşa
olardı. Əli və Həsən necə daha öncəki xəlifələrlə düşmənmişlər ki, oğullarının
adlarını Əbubəkir, Ömər, Osman qoymuşlar? Hansı insan düşməninin adını öz
evladına ad olaraq seçər? Kərbəlada Əlinin öldürülən oğulları arasında bu adlar
var: Hüseyn, Osman, Əbubəkir, Ömər, Cəfər, Abbas, Abdulla. Ayrıca, Həsənin də
Əbubəkir adında bir oğlu Kərbəla olayında öldürülür. Hətta Kərbəlada şəhid edilənlərin
arasında iki “yəzid” adı da var: Yəzid ibni Səbit və Yəzid ibni Məğfəl. Şah
İsmayılı tərbiyə edib yetişdirən şüubiyə üçün bu tarixi gerçəklər lazım
deyildi. Lazım olan İsmayıl adında karizmatik bir gənc vasitəsi ilə fars-şiə
irqçiliyinin Azərbaycanda kök salması idi. Tarixi gerçəklərin bilinməsi onların
bütün yalanlarını ifşa edə bilərdi. “Yəzidə lənət”, “Ömrə lənət” kimi söyləmlərdə
“hansı Yəzidə və hansı Ömrə lənət?” sorusu ortaya çıxmasın deyə, bu adların Əli
soyundan olduğunu xalqa açıqlamadılar. Hələ də məhərrəmlik törənlərində
açıqlamazlar. Sanki Əlinin bu adlarda evladları və nəvələri yoxmuş! Böyləcə
nifrət və kin Şah İsmayıl tərəfindən bayındırlı türk yurdunda öyləsinə kök
salacaqdı ki, daha sonrakı dönəmlərdə köksü nifrət və kinlə dolub daşan xəstə
bireylər və dolayısıyla düşüncəsini bilimə, İslama və həqiqətə qapataraq fars
şiə-irqçiliyinin əlində oyuncaq olan bir toplum yetişəcəkdi. Şah İsmayıl dönəmində
yasaqlanan ədəbi qaynaqlardan biri də Mövlana Cəlaləddin Ruminin əsərləri
olmuşdur. Üç səbəb üzündən Mövlananın əsərləri yasaqlanmışdır:
1- Sünni olduğu üçün.
2- Məsnəvisində Hz. Öməri övmüş, özünü Ömərə, Şəmsi-Təbrizini
də Hz. Mustafaya bənzədərək demişdir:
“Ey mənə sən Mustafa, mən də Ömər,
Xidmətin çin bağlar oldum da kəmər”*
3- “Məsnəvi”sində qüllati-şiənin “aşura” günündəki əməllərini
tənqid etdiyi üçün. Mövlana Məsnəvinin 6-cı dəftərində bir hekayə anladar. Bir
şair aşura günü Antakiyadan keçərkən insanların sürülər şəklində
ağlayıb-sıtqadıqlarını görər. Kimin öldüyünü sorduğunda ona Əlioğlu Hüseynin bu
gün öldürüldüyünü söylərlər. Şair şaşaraq onlara “bu ki, çox uzun zaman öncənin
olayıdır, siz indimi eşitmisiniz?” söylər və deyər: Siz Hüseynə ağlamayın, öz
halınıza ağlayın. Hüseyn ağlanası biri olmamışdır. Öz inancı yolunda bədən zindanından
qurtulmuşdur. Dərin cəhalət yuxusundasınız, oyanın!**
İslam tarixində ən böyük şəxsiyətlərdən biri Hz. Ömər
olmuşdur. Hz. Əli çocuqluğundan Hz. Peyqəmbərin yanında böyüdüyündən onun böyük
insan oluşu doğaldır. Amma Ömər ən yobaz, ən saldırqan, ən aqressiv və qaba bədəvi
ərəb idi. Peyqəmbəri bilə, öldürmək istəmişdi. Eyitimin amacı böylə birini
eyitmək olmalıdır. İslam böylə birini eyitərək ölkələrin fatehi və ilk çağ
müslümanlarının əxlaq öndəri yapmışdır. Eyitim yəni bu. Böyüklük də yəni bu. Ömər
İslamın möcüzələrindən biridir. Hədəfi bəlli olmayan, İslam öncəsi törələrin və
batil inancların əlində oyuncaq olan Öməri İslam eyitdi və tarixi bir şəxsiyətə
dönüşdürdü. Hz. Ömər, Sasani-Pers imperatorluğunu devirmişdir. O dönəmdə də
devrilmiş Sasanilərin pers təbəələri Öməri sevməz olmuşdular. Bunu anlamaq da
mümkündür, çünkü Ömər onların dövlətlərini devirdi. Bu nədənlə Firuz Əbulolo,
Hz. Öməri öldürdü. Daha sonra şiə-pers məzhəbi Firuz Əbulolo´nun terorist
görüşü üzərinə gəlişdi. Şiə-Sasani quruntusu Ömər düşmənliyi üzərində quruldu.
Sasani dövlətini Ömər deyil, Əli devirsə idi, bugünkü Ömərə qarşı olan şiə-pers
nifrəti Əli´ni hədəf alacaqdı. Əslində heç bir 12 imam möcüzəsi söz qonusu
deyildir. Şiə-Sasani quruntusunun Sasani nostaljisinə dayanaraq Ömər düşmənliyi
yapması söz qonusudur. Bu amaç doğrultusunda Şah İsmail adlı Sasani casusu
çıldırmış qızılbaşları Sasani nostaljisi yolunda qullanmışdır. Son 500 ildə
tarixi İran mühitində İslam tarixi ilə ilgili yapılan bütün quramlar (teorilər)
şiə-Sasani inanışı üzərinə hazırlanmışdır. Türklərin ağlını son 500 ildə bu
yaxlaşımla çalmışlar. Arada Nadir Şah bu sorunu çözmək istəsə də, onun terror
edilməsi dolayısı ilə bu iş yarım qalmışdır. Amma İranda yaşayan Türklərin
İslam tarixi ilə ilgili doğruları bilməsi gərəkir. Ulusal oyanış dediyimiz olay
bütün uluslarda dini doğrular üzərinə yenidən yaxlaşımlarla başlamışdır.
Almanya, Fransa, Finlandya və ... örnəklərində olduğu kimi. Nədən bizim
xalqımız “Ömər´ə lənət!” söyləməkdən zövq alır? Nədən aşura namazında sürəkli
“Allah Ömər´ə lənet eyləsin!” deyilir? Bizim Türk ulusu olaraq Ömər´lə nə
sorunumuz var? Nədən Əbubəkir´dən, Osman´dan daha çox Ömər´ə nifrət edilməkdədir?
Bu, Ömər´in Sasani ölkəsini fəth etməsindən dolayı deyilmi? Gerçəkdən Ömər və
Əli düşmənmi olmuşlar? Gerçəkdən Ömər Əli´nin eşi və peyqəmbərin qızı Hz. Fatimə´ni
gəbə ikən dövərək öldürmüş mü? Ömər´lə bizim sorunumuz nə? Ömər bizə və İslam´a
nə kötülük etmiş? İslamı dünyaya yayan Ömər olmamış mı? Müsəlman isək, nədən Ömər´i
sevməz olmuşuq? Səfəvilərin içimizə doldurduğu bu qədər nifrətlə biz insan ola
bilərikmi?
Bütün bu gəlişmələr isə Sasaniliyin Səfəvi adı ilə
yenidən dirilişinə xidmət etməkdə idi.
Yeni
“İran”ın nütfəsi Səfəvilər zamanında bağlandı. Səfəvilər dönəmində (1501-1722)
Sasanilərdən sonra paramparça olan ölkə 900 ildən sonra bütünləşdi. Bu illər ərzində
isna-əşəri şiəsi ölkənin rəsmi məzhəbinə dönüşdürüldü. İran-Avropa ilişkiləri də
yeni mərhələyə girdi.[49]
Pəhləvilər dönəmində şüubiyə
Farslar ərəblərin təhqirləri altında əzilirdi. Bunun
sonucu olaraq ərəblərə qarşı fikri və mənəvi savaşa başladılar. Digər qövmlər
kimi ərəblər farsları məvali adlandırırdı. Onları hökümət işlərində çalışmağa
layiq bilmirdilər. Ərəb irqçiliyinə qarşı çıxanlar Quran ayətlərinə dayanaraq məntiq
arayırdılar. Quranda Hücərat surəsinin 13-cü ayətində qövmlərin eşit olduqları
söylənməkdədir. Ancaq bu da bir sonuca varmadığında ərəblərə qarşı yeni bilgilər
və yeni fars dünyagörüşü oluşdurmağa başladılar. Əski fars tarixini
canlandıraraq farslarda iftixar duyqusu oluşdurmağa çalışdılar. Bu çalışmaların
ən bariz örnəyi Şahnamə əsəridir. Xurəymi, Nəsəvi və Təxaristani kimi şüubi
şairlər ortaya çıxdı. “Əxbar-ul fərs” (Fars
xəbərləri) kimi kitablar şüubiyənin əsərləridir. Farsların hərbi və savaşsal
olaraq örgütlənmələri də şüubi düşüncənin ətrafında gerçəkləşdi. Bu düşüncə
farsların ürəyində üsyan toxumları əkərək onlara üsyana hazırladı. Hərbi və
siyasi üsyanların bəzən dini tərəfi də olurdu. Çünkü dinin hər tür siyasi,
sosial və hökümət işlərini etkilədiyi bir toplumda dindən yararlanmaq da kəndliyindən
məşru olaraq bilinər. Böylə bir toplumda dindən siyasi, sosial hədəflər üçün
yararlanmaqdan daha faydalı bir şey ola bilməz. Bu üzdən də şüubi görüşə
dayanaraq ilk böyük üsyan Əbumüslim Xorasani tərəfindən ortaya çıxdı. Əbumüslim
Xorasani din adı ilə ortaya çıxsa da, İslam Dünyasında siyasi sosial etkilər
doğurdu.[50] Əbumüslim Xorasaninin
arxasınca şüubi mehvərli tahiriyan dövləti quruldu.[51]
Ərəblərin öz irqlərini qutsayıb digər qövmləri
aşağılamaları, farsları çox rahatsız etmişdi. Buna təpki olaraq İslam peyqəmbəri
və digər İslam böyükləri tərəfindən hədislər uydurmağa başladılar. Həm panərəbizm,
həm də panfarsizm eyni ideoloji silahı qullanmağa başladılar. Şüubiyə basqı
altında olduğundan bu basqını azaltmaq üçün daha çox hədis uydururdu. Zərdüşt,
zərdüştilik, əski padşahlar, epik ədəbiyat haqqında bir çox saxta qaynaqlar
oluşdurdular. Ərəblər də bu yöndə saxta hədislər uydurdular.[52]
Şüubiyə Sasanilərin ərəblər tərəfindən yenildiyini heç vaxt qəbul etmədi.
Şüubiyənin nasionalist cinahı Sasanilərin məğlubiyətini Əhuraməzdanın qəzəbi
olaraq yorumladı. İslam təqdim olunur və Sasani şahı onu qəbul etmir. Bunun üzərinə
Əhuraməzadə sinirlənir.[53]
Əməvilərə qarşı ortaya çıxan şüubiyə hərəkəti çox
geniş qapsamlı və təsirli ideoloji hərəkət idi. Panərəbizm qarşısında
panfarsizmi bayraq etmişdi. Birinci Pəhləvi zamanındakı panfarsizm və aşırı
milliyətçilik istər-istəməz şüubiyəni xatırladırdı. Pəhləvilər dönəmindəki ədəbi,
kültürəl, tarixi milliyətçilik şüubiyənin daha modern şəkildə uyqulanan
planları idi.[54] Şüubiyənin önəmli işlərindən
biri də tərcümə idi. İslam öncəsi fars kültüründə və Sasanilərdə mövcud siyasi,
elmi, tarixi, gülməcə (lətifə) kimi nə vardısa ərəb dilinə tərcümə etdilər.Tərcümə
hərəkətinin başında duran İbni-Müqəffə olmuşdur. İbni-Müqəffə bilirdi ki, bir
millətin tarixdən silinməsi onun iqtisadi-siyasi qurumlarının çöküşü ilə mümkün
olmaz. Bir millətin yox oluşu əski dəyərlərinin, əxlaq anlayışın, özəlliklə dilinin
təxrib edilməsi ilə həyata keçər. İbni-Müqəffənin bu tərcümələrdən amacı həm
fars olmayan başqa müsəlmanları əski fars tarixi ilə tanış etmək, həm də farsların tarixi bilincini güncəlləmək
idi. Şüubiyə hərəkəti elmi və kültürəl olaraq iki cəbhədən İslama saldırmağa
başladı. Bu geniş hərəkətin bir bir bölümü tərcümə işi ilə məşğul oldu. Digər
bölüm isə İslam elmlərini öyrənməklə uğraşdı. Ədəbi fəaliyətlərinin tərsinə
olaraq elmi və kültürəl fəaliyətləri çox mürəkkəb, zərif və məxfi idi. Bir ərəb
yazarı şüubiyənin gizlin elmi fəaliyətini İslam öncəsi fars kültürünü İslam şəklində
yenidən canlandırmaq olaraq yorumlamışdır.[55]
İbni-Müqəffənin tərcümələri, Tarixi-Təbəri, Tarixi-Məsudi, Uyun-ul əxbar kimi
kitablar şüubiyənin əsərləri olmuşdur.[56]
Şüubiyənin siyasi fəaliyətləri Sasaniləri qutsamaq,
onları hər açıdan yüksəltmək olmuşdur. Sasani şahları qəhrəmanlar və adil
olaraq sunulmuşdur. Şüubiyənin siyasi-ideoloji fəaliyəti Ənuşirəvan dönəmindən
başlar. Bu tarixi dönəmi seçmələrinin səbəbi məlumdur: Çünkü İslam tarixi tam
olaraq Ənuşirəvanın zamanından başlar. İslam peyqəmbərinin doğumu da tam bu dönəm
tarixə aiddir.[57] Şüubiyə öz görüşlərini ədəbi,
siyasi və elmi-kültürəl olaraq üç cəbhədə sürdürmüşdür. Birinci Pəhləvi dönəmində
şüubiyənin bu planları on bir sahədə öz fəaliyət etkisini davam etdirmişdi.
Bunlar aşağıdakılardan ibarətdir: 1- Farsın ərəbdən və türkdən üstün olmasını
önə çıxarmaq. 2- Ərəbi aşağılamaq. 3- Əcəm (fars) böyükləri ilə fəxr eyləmək.
4- Əski tarixlə qürur duymaq. 5- Gerçək fars kimliyinə dönüş şüarlarını
toplumun içində yaymaq. 6- Ərəbə və ərəbiliyə, türkə və türklüyə qarşı nifrət
duyqusu oluşdurmaq. 7- İslam ərəbi ilə açıq və gizlin savaş. 8- Ərəbçiliyə və
türklüyə qarşı və ərəb-türk öldürməyə uyqun zəmin oluşdurmaq. 9- Ərəbsiz İslam
anlayışını doğurmaq. 10- Fars dilini, kültürünü, musiqi və gələnəyini canlandırmaq.
11- Ərəb xilafətini farsizə etmək.
Şüubiyə fəaliyət fəaliyətləri bu sahələrdə də çox
yayqın olmuşdur:
1-
Tarix.
Tarixi öz milli-siyasi amacları yolunda saxtalaşdıraraq bəzi görüşləri üçün
tarixi qaynaq oluşdurmuşlar. Tarixdə olmayanı varmış kimi göstərmişlər. Özəlliklə
Sasanilər dönəmini yüksəldərək tarix bilinci oluşdurmağa çalışmışlar.
2-
Təfsir.
Quran ayətlərini şüubiyənin görüşlərinə və milli-siyasi hədəflərinə görə
açıqlamışlar. Quran ayətlərini fars tarixindəki mitolojilərə uyqunlaşdırmaq istəmişlər.
Quranda keçən Zülqərneynin Koruş (Kir) olduğunu yaymışlar. Quranda hücərat (49)
surəsinin 13-cü ayətini irqi baxımdan təfsir etmişlər.
3-
Ədəbiyat.
İslam təsəvvüfündə fars dəyərlərini yerləşdirmişlər. Semit cisminə ari irqinin
ruhunu təzriq etməyə çalışmışlar. Sasani dönəmində yayqın olan dualizmi təsəvvüf
kültürünə soxmuşlar.
4-
Fiqh.
Özəlliklə yarqı düzənində İslam hüquq anlayışını qaldıraraq əski fars-Sasani
hüquq düzənini canlandırmağa özənmişlər. Ərəb dilini etibarsızlaşdırmağa
çalışmışlar. Fars feodal aristokrasisini canlandırmışlar.
“Müsəlmanın yəhudi və xristian qadınlarla evlənməsi
caiz, ancaq məcusi ilə evlənməsi caiz deyildi. Bir şüubi “Məcusi qadınla evlənmənin
gözəl tərəfləri” adlı bir kitab yazaraq müsəlmanın məcusi ilə evlənməsini caiz
bildi.”[58]
Şüubiyə Zərdüşt haqqında bəzi hədislər uydurdu. Hz. Peyqəmbər və Əbutaliboğlu
Əli dilindən Zərdüşt haqqında xoş sözlər uyduruldu. Bu da Zərdüştü sayqın biri
olaraq farslara İslam şəklində tanıtdırmaq idi. Bunlar fars şiə-şüubi tərəfindən
uydurularaq imamiyə şiəsinin etiqadına yerləşdirildi. Bu saxta rəvayətləri
uydurmanın amacı əski fars inancı ilə peyqəmbər soyu arasında bağlantı qurmaq
idi. Bu çalışmaların ürünü olaraq Üçüncü Yəzgərdin Şəhrbanu adında bir qızının
olduğunu da uydurdular. Bu saxta rəvayətə görə Şəhrbanu Əlioğlu Hüseynlə evlənməli
idi.[59]
Şüubiyə öz
saxtakarlıqlarını Ənuşirəvan dönəminə dayandırmışdı. Peyqəmbərin böylə ədalətli
Sasani şahı zamanında doğulduğunu bir fərqlilik olaraq göstərdi. Ənuşirəvanla
bağlı böylə bir yalan da uyduruldu: Bir gün Ənuşirəvan dönəmində önəmli bir
hadisə oluşdu. Ənuşirəvan minarəyə çıxaraq “əssəlat-un camiə”, yəni ey əhali
namaza gəlin” dedi. Əlinin farslarla ilgili ceyran dərisinin üzərinə yazdığı
bir məktubun da olduğunu iddia etdilər. Guya Əli ceyran dərisinə yazmış ki,
farsların inancına toxunmayın, onlarla xoşgörü ilə davranın.Əlinin bu məktubu
XIX əsrdə ortaya çıxdı.[60] Bu
məktub Pəhləvilər dönəmində təbliğ edildi, çünkü pəhləvilər Əlinin bu saxta məktubuna
dayanaraq Sasani kimliyini canlandırmaq və İranda yaşayan azınlıq zərdüştiləri
geniş imkanlara qovuşdurmaq istəyirdilər.
Şüubiyə və Novruz bayramı
Şüubiyə
novruz və bu kimi günlər üzərinə də ideolojik və duyqusal olaraq yatırım
yatırmışdır. Bəzi parçalar “əski qaynaq”ladan tərcümə edərək novruz günü və törəni
ilə ilgili mətnləşdirmişlər. Əslində isə bu qaynaqların hamısı saxta və xəyalın
ürünüdür. Sasanilərdə “Xuydudos” və “müqəddəs evlilik” adında guya bir törən
varmış. Bu evlilik Sasanilər dönəmində dini rüknlərdən (ilkələrdən) biri sayılırmış.
Bu evliliyi qutsamaq üçün ilkini Əhuraməzdanın və Zərdüştün yapdığını
uydurmuşlar.[61] Şiə-şüubiyənin altıncı
imamı sayılan Cəfər Sadiqə dayanaraq bu rəvayətləri şiənin “mötəbər” hədis
kitabı sayılan “Kafi”yə yerləşdirmişlər. Fars
tarixi ilə bağlı olaraq Müəlla ibni Xonəysin rəvayətlərinin hamısı saxtadır,
qaynaqsızdır, ancaq şiə-şüubiə əhli buna inanar... “Rəvayətlərdə Salmanın əcəmliyi
üzərinə çox durulmuşdur. Guya Novruzun önəmini, mənəvi dərinliyini və sirlərini
imamlara anladan Salman Farsi olmuşdur. İmamlar Novruz bayramında Sasani
şahları kimi səhabiləri ilə görüşür və onların hədiyələrini qəbul edirdilər.
Ancaq imamların ərəb olan səhabiləri bunun nə olduğunu anlaya bilmirdilər.”
Novruz əski fars kimliyinin bir parçası olmuş. Sasanilər dönəmində sinfi və rəiyətpərvər
özəlliyə sahib imiş. Ərəblərin Sasaniləri devirməsi ilə öncə Öməri-Əməvi panərəbizm
tərəfindən məhkum edildi. Öylə ki, müsəlman olan və olmayan farslar Novruz törənini
keçirmələri üçün cəziyə və cəza ödəməli olurdular.[62]
Hüccac ibni Yusif müsələman farslardan Novruz günündə bac alır və adını da
Novruz hədiyəsi qoyurdu.Bu durum Ömər ibni Abduləziz zamanına qədər davam etdi.[63]
Şüubiyənin qələbəsindən və ərəb xilafətinə nüfuzundan
sonra Novruz bayramı Sasani dönəmində olduğu kimi davam etdi. Fars
aristokratları Yahya ibni Xalid Bərməkidən Novruzu Sasani təqvimi ilə
uyqunlaşdırmasını istədilər. Xalid Bərməki bunu qəbul etdi, ancaq siyasi ərəb rəqibləri
onu məcusi olmaqla müttəhim etdilər. O da qorxaraq bu işdən vaz keçdi.[64]
Novruz ərəb təqvimi ilə qutlanırdı. Xəlifə Mütəvəkkil Abbasi Novruzun fars təqvimi
ilə keçirilməsini istədi. Guya xəlifənin böylə qərar verməsi şüubiyənin xilafətdəki
etkisi sonucu olmuşdur. Çünkü Bəlazəri bu olaya öz gözləri ilə tanıq olmuşdur.
Bəlazəri deyyir ki, Mütəvəkkil, İbrahim ibni Abbasa əmr etdi ki, bütün ölkələrə
məktub yazsın və Novruz bayramının bundan sonra bir ay geri çəkiləcəyini
duyursun ki, Ərdəşir Babəkanın Novruz törənləri ilə uyumlu olsun.Abbasi xəlifələri,
özəlliklə Məmun Novruz bayramında fars aristokratlarından hədiyələr alırdı.
Böyləcə fars aristokratlar şahlıq novruzunu xilafət sarayında qutlar oldular.[65]
Bundan sonra Novruz ərəb xilafətində yayılmağa başlasa da, ancaq bəzən panərəbistlərin
və bəzən şəriət fəqihlərinin sərt qəzəbinə səbəb olurdu. Anlaşılan ikinci qəməri
əsrdən başlayaraq dördüncü əsrə qədər farslar açıqca Novruz bayramı törəni
keçirirmiş, təbriklərini yazılı olaraq bir-birlərinin qapı-divarlarına
asırmışlar.[66]
Şiə-şüubiyənin
rəvayət etdiyi iddialara baxmayaraq imamlar farsları Novruz bayramı dolayısıyla
qəbul edəcək durumda olmamışlar. Ancaq şüubiyənin rəvayət etdiyi iddialara görə
imamlar Novruz bayramını tövhidin süzgəcindən keçirərək qutsayıb mənəviyatla
doldurmuşlar.[67] Abbasi ərəb panərəbizmi
şayiə yayaraq ələvilərin Novruzu sevmədiklərini yaydı. Bir ərəb rəvayətində
yazılır: Mənsur Abbasi iqtidarda etkili olan farsları məmnun etmək üçün novruz
törəni keçirərək imam Musa Kazımı da dəvət etdi. O həzrət söylədi: “Nəbəvi rəvayətləri
axtardım, ancaq Novruzla ilgili peyqəmbərin söyləmlərinə rast gəlmədim. Bu,
İslamın ortadan qaldırdığı məcusi bir gələnəkdir.”[68]
Səfəvi dövləti bir kökdənçi şüubi dövlət
idi. Səfəvilər dönəmində əski şüubi qaynaqlar yeniləndi və yeniləri də əkləndi.
Məclisinin “Bəhar-ul ənvar” adlı xurafatla dolu və fars milliyətçiliyini
qutsayan əsərinin bir bölümü də “Novruz hədisləri” adlanır. Məclisinin nəql
etdiyi bu saxta şüubi hədislərindən bir neçəsinə baxalım: “Bu rəvayət Müəlla
ibni Xonəysin “Müvəssəq kitab”ında nəql edilmişdir. Müəlla təsadüfən Novruz
günündə imam Cəfər Sadiqin hüzuruna varır. İmam ondan bu gün haqda bilgisinin
olub olmadığını sorur. Müəlla bu haqda bilgili olarsa sevinəcəyini deyir. İmam
Cəfər Sadiq deyir ki, Novruz Tanrının insanla əzəli əhdi-peyman bağladığı
gündür. Novruz günəşin ilk doğduğu gündür. Bu gündə peyqəmbərin həyatında çox
olaylar olmuş. Bu gündə Mehdi dəccala qalib gələcək. Bu gün imamlara xas olan
bir gündür ki, farslar onu qorumuşlar. Ancaq siz ərəblər bu günün önəmini yox
etməyə çalışmışsınız.[69]
Şiə-şüubiyənin bir başqa fiqhi qaynağı Şeyx Abbas Quminin “Məfatih-ul cinan” əsəridir.
Yazır: “Cəfər Sadiq, Müəlla ibni Xonəysə dedi ki, Novruz gəldiyində qusl et və
təzə paltar geyin. O gün oruc tut. Ayrıca dörd rükət novruz namazı qıl.”[70] Müəlla
ibni Xonəys kimdir, Cəfər Sadiq bunları haradan bilirmiş? Cəfər Sadiqin bu
xurafat nəyinə lazımdır? İslamın missionu budurmu? Bu kimi xurafatla doludur Səfəvi
dönəmində yazılan “din”i kitablar. Bunların hamısını burada vermənin bir anlamı
yoxdur. Bu verilərdən böylə bir nəticə çıxır ki, sanki imamların dünyaya gəliş
səbəbləri Sasani gələnəyini yenidən diriltmək olmuşdur.
Novruzla ilgili şiə-şüubiyə rəvayətlərinin
ötəsində Nusəyriyyə firqəsində də Novruzun imamlar tərəfindən qutsanması ilə
ilgili bilgi mövcuddur.[71]
Ayrıca, imamiyə şiəsinin bir çox fiqh qaynaqlarında da imamların Novruzu rəsmən
qutsadıqları haqda məlumat vardır. Bu rəvayətlərə dayanaraq şiə fəqihləri
Novruzu İslam bayramları cərgəsində yerləşdirmişlər. Bu üzdən də sünnilər
imamiyəni Novruza verdiyi aşırı önəmdən dolayı qınamışlar. Sünnilərə görə
Novruz məcusi bir bayramdır.[72]
Sasani dövlətinin düşüşündən öncə bir
çox dini və kültürəl özəlliklər kimi Novruz ərəb müstəmləkə ölkələrində bilinməkdə
idi. Sasani dövlətinin düşüşündən sonra da Novruzla ilgili gələnəklər
unudulmadı. İslamdan sonra Novruzla bağlı ilk xəbər İkinci Xəlifə Ömər dönəminə
aiddir. Xuzistanın valisi Hörmüzqan İslamı qəbul etmişdi. Dadlı yeyəcəkdən və
digər hədiyələrdən oluşan bir novruzluq xonça bağlayaraq Əbutaliboğlu Əliyə
göndərdi. Əli bunun nə münasibətlə olduğunu sorduğunda ona dedilər ki, bu,
Novruz hədiyəsidir. Əli onlara “külli yovmin Niruzana”, yəni hər gününüz Novruz
olsun”- dedi.[73] Şiə-şüubi qaynaqlarında
Novruzun qutsanması ilə ilgili gələnəklərin biri də Əlinin bu gündə peyqəmbərə
“varis!” (G.G) olaraq təyin edilməsidir. Şiə və şüubiyənin önəmsədiyi Qədiri-Xum
10-cu hicrət ili mart ayının 20-nə təsadüf edir. Ayrıca, rəvayət edilir ki,
659-cu ildə Osmandan sonra Əlinin xilafətə gəlməsi də 20 marta təsadüf edir.
Bunlar da Novruz gününə eşit rəvayətlərdir.[74]
Bu rəvayətlərin qaynağı əsasən Səfəvi dönəminə, Məclisinin əsərlərinə
dayanmaqdadır. Səfəvi dönəminə aid şüubi qaynaqlar, sanki Allahın özü kimi
yaradılış haqqında bilgi vermişlər. Məclisinin yazdığında görə “Adəm də Novruz
günündə yaradılmışdır.”[75]
Ancaq bu haqda din kitablarının heç birində bilgi yoxdur. “Dünya Novruz günündə
yaradılmış, Hz. İbrahim bu gündə bütləri qırmış, Musa bu gündə İsrail
oğullarını əsarətdən qurtarmış, Hz. Məhəmməd Novruz günündə peyqəmbərliyə yüksəlmiş.”[76]
Mehdinin də Novruz günündə zühuru edəcəyi şiə-şüubi qaynaqlarında yazılmışdır.
“Cəfər Sadiq söyləmişdir ki, Novruz, Mehdinin zühur edəcəyi gündür. əhli-beyt və
Tanrı Mehdinin dəccal üzərinə zəfərini sağlayacaq. Bu gündə Mehdi dəccalı Kufədə
bağlayıb döyəcək. Heç bir gün bizim duamız olmadan Novruz ola bilməz. Çünkü
Novruz farsların qoruduğu əhli-beyt günüdür.”[77]
Bu rəvayətlər Novruzu, yalnızca farsların gözündə önəmli etmədi. Həm də
Novruzun dini özəllik qazanmasına səbəb oldu ki, şiə-şüubiyənin də amacı bu
idi.
Diqqət etmək gərəkir ki, nə peyqəmbərin
bisəti, nə vəfatı, nə Əlinin xəlifə oluşu, nə də Qədiri-Xum məsələsinin heç
biri Novruza təsadüf etməmişdir. Farslar bütün bunları hiylə ilə təşkil etmişlər.
Sasani gələnəklərinə İslami rəng qazandırmağa çalışmışlar. Bu yolla da Abbasi
xilafəti dönəmində Novruz farsların ən önəmli bayramlarına dönüşdü. Məcusilərə
aid olan gələnəklərin yox edilməyə məhkum olduğu bir dönəmdə farslar saxta hədislər
uyduraraq əski Sasani gələnəklərini canlandırmağa çalışdılar. Səfəvilər
zamanında bu saxta hədislər üzərinə daha da geniş ideoloji və təbliğat yatırımı
yatırıldı. Bu gün də davam etməkdədir.[78]
Bütün bu əfsanələr şüubiyənin digər əsəri olan Şahnamədə də açıqlanmışdır. İlk
şah olan Kiyumərs Novruzda başına tac qoymuşdur və digər bu kimi tarixi
dayanağı olmayan dastanlar.
İslamdan sonra qurulan fars dövlətlərində
Novruz bayramına çox önəm verilmişdir. Şüubiyə fars dövlətçiliyinin gələnəyini
sürdürən Səfəvilər və Qacarlarda da bu şüubi gələnək davam etdirilmişdir. Şüubi
dövlətləri olan Səfəvi və Qacar dönəmlərində fars-Sasani nostalgiyasına
dayanaraq keçirilən novruzlar heç bir türk dövlətində daha öncə mövcud
olmamışdır. “Novruz bayramı Səfəvilər dönəmində İsfahanda dövlət qatılımı ilə
keçirilirdi. Birinci Şah Abbasın əyləncələrindən biri də Novruz günlərində
yumurta toqquşdurması oynamaq idi. Novruz günlərində Səfəvi şahlarının əmrləri
üzərinə İsfahan çılçıraq olaraq bəzənirdi. Şah öz çevrəsi və qadınları ilə gecə
gəzintisinə çıxırdı.”[79]
Qacarlar dönəmində də şüubi yöntəm hər sahədə, o cümlədən Novruz qonusunda da
uyqulanırdı. “Bayram törənləri Qacar sarayında qutlanırdı. Ölkənin əyanları bu
gün sarayda hazır bulunurdu. Tehranın da imam cüməsi digər mollalarla bir yerdə
şahın kənarında öz yerlərini alırdılar.”[80]
Novruz
bir çox xalqlarda, o cümlədən türklərdə, kürdlər də vədigər xalqlarda da
olmuşdur. Doğanın dəyişimi və torpağın
canlanması ilə istər-istəməz insanlarda mutluluq duyqusu oluşmuşdur. Ancaq şiə-şüubiyə
qaynaqlarında Novruz fars milliyətçiliyi ideologiyasının bir parçası olmuşdur.
21.03. 2013
[1] Petruşevski “İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam
yayınları, Tehran 1363 (h.ş) s. 41, 42, 43.
[2] Mustafa Kılıçlı, Arap Edebiyatında
Şuubiyye, İşaret yayınları, 1-ci baskı, 1992- Ankara, s. 37.
[3] Petruşevski
“İranda İslam” Farscaya çevirən Kərim Kəşavərz, Pəyam yayınları, Tehran 1363
(h.ş) s. 41, 42, 43.
[5] İslam Milletleri ve Devirleri Tarihi, s. 4;
Ferec-ul islam, s. 10; Mustafa Kılıçlı, Arap Edebiyatında Şuubiyye, İşaret
yayınları, 1-ci baskı, 1992- Ankara, s. 27.
[6] Mustafa Kılıçlı, Arap Edebiyatında
Şuubiyye, İşaret yayınları, 1-ci baskı, 1992- Ankara, s. 28.
[7] İslam tarihi, 1, 52; Mustafa Kılıçlı, Arap
Edebiyatında Şuubiyye, İşaret yayınları, 1-ci baskı, 1992- Ankara, s. 29.
[8] Əl- Mukaddime, s. 128, 129; Mustafa Kılıçlı,
Arap Edebiyatında Şuubiyye, İşaret yayınları, 1-ci baskı, 1992- Ankara, s.
29-30.
[9] Mustafa Kılıçlı, Arap Edebiyatında
Şuubiyye, İşaret yayınları, 1-ci baskı, 1992- Ankara, s. 31.
[10] Mustafa Kılıçlı, Arap Edebiyatında
Şuubiyye, İşaret yayınları, 1-ci baskı, 1992- Ankara, s. 85.
[11] Mustafa Kılıçlı, Tarix-ul islami-s siyasi,
I, 265, 354; Mustafa Kılıçlı, Arap Edebiyatında Şuubiyye, İşaret yayınları,
1-ci baskı, 1992- Ankara, s. 41.
[12] Həna
Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya
çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi),
s. 161.
[13] Mustafa Kılıçlı, Arap Edebiyatında
Şuubiyye, İşaret yayınları, 1-ci baskı, 1992- Ankara, s. 82.
[15] Mustafa Kılıçlı, Arap Edebiyatında
Şuubiyye, İşaret yayınları, 1-ci baskı, 1992- Ankara, s. 32.
[17] Yaqubi, Tarih, I, 215, 225; Mustafa
Kılıçlı, Arap Edebiyatında Şuubiyye, İşaret yayınları, 1-ci baskı, 1992-
Ankara, s. 32.
[18] De
Lacy O´leary “İslam Düşüncəesi ve tarihteki yeri” Çeviren Hüseyn
Yurdaydın-yaşar Kutluay, İlahiyat Fak. Yayınları, Ankara 1971 s. 48.
[19] Mustafa Kılıçlı, Arap Edebiyatında
Şuubiyye, İşaret yayınları, 1-ci baskı, 1992- Ankara, s. 33.
[20] Barthold,
w, “İslam Medeniyeti Tarihi” Ankara, 1963 s99, De Lacy O´leary “İslam Düşüncəesi
ve tarihteki yeri” s. 69-70.
[21] Mustafa Kılıçlı, Arap Edebiyatında
Şuubiyye, İşaret yayınları, 1-ci baskı, 1992- Ankara, s. 83.
[22] Mustafa Kılıçlı, Arap Edebiyatında
Şuubiyye, İşaret yayınları, 1-ci baskı, 1992- Ankara, s. 80.
[24] Hüseynəli
Mümtəhen, Şüubiyə hərəkəti və onun siyasi-ictimai nəticələri, tarixi
araşdırmalar, 1353 (h.ş), xordad və tir ayı, s. 188.
[25] Nasir
Purpirar, Keçmişə körpü, İkinci kitab, İslamın yüksəlişi, birinci bölüm, Karəng
nəşriyyatı, Tehran, 1380 (h.ş) s. 145-229.
[26] Həna
Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya
çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi),
s. 198.
[27] Həna
Əlfaxuri- Xəlil Əlcər, “İslam dünyasında fəlsəfə tarixi”, ərəbcədən farscaya
çevirən Abdulhəmid Ayəti 3-cü yayım “İslami inqilab yayınları” 1367 (hicri-şəmsi),
s. 728.
Gereftare bəla vo dərd o ahe bi şemarəm mən.
جوانی رفت در راه تو پیر روزگارم من
گرفتار بلا و درد و آه بی شمارم من
* Fədək peyqəmbərin kəndi qızı Fatiməyə verdiyi bir bağ olmuş. Peyqəmbərin vəfatından
sonra Əbubəkir “peyqəmbərin mirası olmaz” deyə bu bağı Fatimədən almışdı. İslam
alimləri də “peyqəmbərin mirası olmaz” fikri üzərində anlaşmışlar. Hz. Əlinin
özünün də bu duruma etiraz etdiyi bilinməməkdədir. Ortada bir haqsızlıq
olsaydı, haqdan yana olduğu vurqulanan Hz. Əli səssiz qalmazdı.
[39] Naser
Purpirar, “İslamın doğuşu” (Bər amədəne Eslam) ikinci kitab, birinci bölüm: bəlgələrin
araşdırılması, ikinci basqı, Karəng yayınları, Tehran- 1380 (2001), s. 156.
Ey məra
to Mostəfa mən çon Omər,
Əz Bəraye
xedmətət bəndəm kəmər,
ای مرا تو مصطفی من جون عمر،
از برای خدمتت بندم کمر.
**
Pəs əza bər xod konid ey xoftəqan
Zanke bəd mərgist in xabe geran
پس عزا بر خود
کنید ای خفتگان
زانکه بد مرگیست
این خواب گران.
[49] Melville, Charles, Safavid Persia: The History and Politics of an
İslamic Society. I. B. Tauris&Co published in Association with The Centre
of Middle Eastern Studies of The university of Cambridge. London. 1996, P. 426.
[50] Zəbihullah Səfa, İran ədəbiyat tarixi, I
cild, Qoqnus yayınları, 13-cü yayın, 1374 (h. ş), s. 20-21.
[51]
Eyni qaynaq, s. 23.
[52]
Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər
qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s.
419-420.
[53] Məhmudrza
Eftexarzadə, Şüubiyə, nasionalizm İrani, s. 229.
[54]
Gözəl sənətlər dərgisi, göstərili və musiqi sənətləri (Nəşriyəye honərhaye
ziba, honərhaye nemayeşi və musiqi) 1389 (h.ş), Mohsen Zəmani və Fərhad
Nazerzadə Kermani, Birinci Pəhləvi zamanında teatr əsərlərində milliyətçiliyin
inikası, (Enekase melli gərai dər ədəbiyate nemayeşiye ruzeqare Oəhləviye əvvəl),
s. 28.
[55]
Eyni qaynaq, s. 29.
[56] Məlik-üş
Şüəra Bahar, Səbk şenasi, I cild, s. 187.
[57] Məhmudrza
Eftexarzadə, Şüubiyə, nasionalizm İrani, s. 227.
[58]
Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər
qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s.
420.
[59]
Eyni qaynaq, s. 420-421.
[60]
Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər
qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s.
421.
[61]
Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər
qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s.
422.
[62] Məfzəl
ibni Ömər Cə´fi, Əl-həft uş şərif, hazırlayan Mustafa Qalib, Beyrut 1964, s.
26, 27, 84, 85, 86, 87, 89, 90, 127, 140; Haşem Rəzi, Əski İran tarixi və
bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane
bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 422.
[63]
Əbuhilal əl- Əskər, Kitab-ul əvail, II cild, Dəmeşq-1975, s. 101; Abdullah
Mehdixətib, Əməvilərin Xorasan höküməti, tərcümə: Məhmudrza Eftexarzadə,
Maarifi-İslami, Tehran-1375 (h.ş); Haşem Rəzi, Əski İran tarixi və bayramları
haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət
yayınları, Tehran-1380 (h.ş), s. 422.
[64]
Kitab-ul əvail, I cild, s. 391-395; Haşem Rəzi, Əski İran tarixi və bayramları
haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət
yayınları, Tehran-1380 (h.ş), s. 422.
[65]
Kitab-ul əvail, II cild, s. 101-102; Haşem Rəzi, Əski İran tarixi və bayramları
haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane bastan), Behcət
yayınları, Tehran-1380 (h.ş), s. 423.
[66]
Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər
qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 423.
[67] Eyni qaynaq, s. 424.
[68] Eyni qaynaq.
[69] Məclisi, Bəhar-ul ənvar,
59-cu cild Tehran yayını, s. 91-92, 65-ci cild, Beyrut yayını, s. 143.
[70] Abbas Qumi, Məfatih-ul
cinan, V yayın, s. 412.
[71] Haşem Rəzi, Əski İran
tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye
İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 424.
[72] Eyni qaynaq.
[73] Haşem Rəzi, Əski İran
tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye
İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 425.
[74] Məclisi, Bəhar-ul ənvar,
59-cu cild, Bab “Yovm-ul niruz”, s. 109-120.
[75] Haşem Rəzi, Əski İran
tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye
İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 426.
[76] Məclisi, Bəhar-ul ənvar,
Əmin-ul zərb yayını, XIV kitab, s. 206-209.
[77] İrşad-ul əvam, daş
basımı, 1271-Təbriz, III cild, s. 118; Haşem Rəzi, Əski İran tarixi və
bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane
bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 428.
[78] Eyni qaynaq, s. 436-437.
[79] Seyid Əli Mirniya, Xalq kültürü (Fərhəngi-mərdum)
İran folkloru, Parsa nəşriyatı, 1369-Tehran, s. 23.
[80] Eyni qaynaq, s. 36-37.
Hiç yorum yok:
Yorum Gönder