Hürufiliyə Füzuli rəddiyəsi
Füzuli ilə hürufiliyi qiyaslayacaq olursaq, ilk gözə çarpan bu olacaqdır ki, hürufilik fars dili və kimliyindən, Füzuli isə türk dili və kimliyindən yana tutum sərgiləmişlər. Onların milli taxıntıları bu şəkildə olmuşdur. Hürufilik hesab edirdi ki, fars dilinin devri başlamışdır və bu üzdən də zikrlərində fars dilinin 32 hərfini yerləşdirmişdilər. Füzuli isə, türk dilinin geniş imkanlarının var olduğunu düşünürdü. Hürufilərin fars dilində ibadətlərinə qarşın (rəğmən), Füzuli öz ibadətlərində türk dilinin yüksəlməsini dilə gətirir və deyir:
“Ey ərəbin, türkün və əcəmin (farsın) sorunlarını çözən, ərəb dilini külli-aləmin bəyan dilinə dönüşdürdün, əcəm (fars) şairlərini İsa nəfəs etdin. Mən türk dillidən də mərhəmətini əsirgəmə.”[1] Türk dilində yazıb-yaratmanın gözardı edildiyi bir dönəmdə Füzuli türk dilini yüksəltməyi ilahi görəv olaraq öz üzərinə götürmüşdü. Özünü Əlişir Nəvai məktəbinin davamçısı olaraq tanımlayan Füzuli “Leyli və Məcnun” əsərini türkçə yazmasının səbəbini bu biçim açıqlar:
“Leyli və Məcnun əcəmdə (farsda) çoxdur,
Ətrakdə (türklərdə) bû fəsânə yoxdur.”[2]
Bu yoxluğu ortadan qaldırmaqda qərarlı olan Füzuli türkçə yazmağı mümkün və asan edəcəyini böylə izah edər:
“Ol səbəbdən Fârsi ləfziylə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfziylə ikən düşvâr (çətin) olur.
Məndə tövfiq olsa, bû düşvarı asân eylərəm,
Növbahar olqac dikəndən bərgi-gül (gül yarpağı) izhar olur.”[3]
Kimlik qonusunda hürufi və Füzuli fərqliliklərini anlatdıqdan sonra varlıq qonusundakı açıqlamalara keçəlim. Varlıq qonusunda hürufilər və Füzuli necə düşünmüşlər, fərqləri və ayrışım nöqtələri nələr olmuşdur? Burada biz Nəsiminin və Füzulinin şeirlərindən yararlanaraq düşüncə ayrışımlarını açıqlamağa çalışacağıq.
Hürufilər kainatın üç mərhələsi olduğunu qəbul edirdilər: 1- Peyəqmbərlik dönəmi. 2- İmamlıq dönəmi. 3- Allahlıq dönəmi.[4] Adəm ilə başlayıb İslam peyqəmbəri Hz. Məhəmmədlə sona ərən dönəm peyqəmbərlik dönəmi olmuşdur. 2- Əbutalib oğlu Əli ilə başlayıb 11-ci imam Həsən Əsgəri ilə sona ərən dönəm imamlıq dönəmi olmuşdur. Bütün peyqəmbərlər Fəzlullah Nəiminin gələcəyini öncədən xəbər verdikləri üçün Fəzl ilə başlayan dönəm Allahlıq dönəmi olmuşdur.[5] Fəzl, Allahın ilk təzahürüdür.[6]
Hürufilər bu yolla da bütün bilinməzliklərin Fəzl tərəfindən bilindiyinə inanmışdılar. Bu, ilk baxışda “İxlas”[7] surəsinə qarşı bir yanaşmadır. Çünkü Allah doğmaz və doğurmaz. Fəzl isə, dünyaya gəlib və ölən bir fani olmuşdur. Bu da Tanrının əzəli və əbədi olması ilə çəlişməkdədir (ziddiyətdədir). Hürufilər Fəzli oxumaq və ona uymaqla varlığın sirrinin çözüləcəyinə inanırdılar. Varlıq isə, sonsuzdur. Uzay boşluğunda varlıq özü sonsuzdur. İslamda iki kitaba işarə edilmişdir. “O kitab” və “Bu kitab” Uzağa işarə edən “O kitab”[8] varlığı göz önündə bulundurmağa çalışmışdır. “O kitab”, yəni uzay boşluğunda yazılmış olanlar, şübhəsiz ki, düşünmək üçün geniş və sonsuz əsərdir. Oraya baxıb və oranı oxuyanlar üçün sonsuz hikmət mövcuddur. Bir də “Bu kitab”[9] var. Yəni əlimizdə olan mətnləşmiş vəhy ürünü. “Kəsin olaraq bu kitab qüvvətli olanı hidayətə ərdirər.”[10] Füzuli əhli-feyzi “bineş”ə (görməyə) çağırır. “Doğanın matematik oranlarla hörülmüş olduğu”[11] görüşü üzərində insanın düşünməsi gərəkdiyini vurqular Füzuli. Füzuli “vacib-ul vücud”un isbatı düşüncəsinə “... Ey bəsirət sahibləri ibrət dərsi alın”[12] ayətinə işarətlə başlar. “Şübhəsiz, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün ard arda gəlişində, insanlara yararlı şeylər ilə dənizdə üzən gəmilərdə, Allah'ın yağdırdığı və kəndisiylə yerüzünü ölümündən sonra diriltdiyi suda, hər canlını orada ürətib-yaymasında, küləkləri əsdirməsində, göylə yer arasında boyun əydirilmiş bulutları evirib çevirməsində düşünən bir topluluq üçün gerçəkdən ayətlər vardır.”[13] Bu vəhy əksənli bilgilərdən əsinlənən Füzuli yaradılışın özü haqqında böylə düşünməyə başlar:
“Etmәk gәrәk әhli-feyz biniş,
Tәhqiqi-vücudi-afәriniş.”[14]*
Hürufilər isə, bütün bu hikmətlərin və insanın memarının Fəzl olduğunu savunmaqdadırlar. İnsan bilincinin aydınlatıcısı, yaradıcısı və memarı Fəzldir. Bütün işlərin qurucusu və yönləndiricisi Fəzldir, çünkü Fəzl Allahdır. Fəzldən heç bir sirr gizlin deyildir. Işığın da qaynağı Fəzldir:
“Fəzl həqdir vaqifi-əsrarımız,
Fəzl həqdəndir bütün ənvarımız.
Fəzl həq göstərmiş idi karımız,
Fəzl həqdir Fəzl həq memarımız.”
Ancaq Füzuliyə görə insan Allah ola bilməz, çünkü Allah
olursa, o da kainatı yarada bilmə sirrinə varar və yeni bir kainat yaratmaq istər.
O zaman Allahların sayı artar və kainatda da düzən pozular. Kainatdakı düzən
Allahın birliyi əsasındadır. Insanın Allah ola bilməyəcəyini Füzuli bu
misralarla açıqca anladar:
“Bir kimsə əgər olaydı agah,
Kim xalqı necə yaratmış Allah.
Mümkün ki, iradət ilə ol həm,
Xəlq etmiş olardı özgə aləm.”[15]
Peyqəmbərlik və imamlıq devri sona ərmiş, Fəzllə birlikdə
Allahlıq devri başlamışsa, Fəzlin bu özəlliklərə sahib olması hürufi baxışına
görə doğaldır. Çünkü, yalnız Allah hər şeyi bilən, hər sirrə vaqif olandır. Fəzl
də Allahdır. Bu üzdən də varlığı, kainatı öyrənməyə gərək qalmır. Tək yol Fəzlin
röyalarını və düşüncələrini öyrənməkdir və həqiqət də budur.
Hz. Peyqəmbərdən rəvayət edilən bir hədis var: “Mən gizlin xəzinə idim. Bilinmək üçün kainatı yaratdım.”[16] Bu kəlam “cəvahir”, “gənci-nihan” (gizlin xəzinə) və “küntə kənz” (gizlin xəzinə) kimi ifadələrlə irfan ədəbiyatında qullanılmışdır. İnsan ağlı sürəkli bu varlığın necə icad edildiyi qonusunda düşünüb durmuşdur. Hürufilərin inancına görə Fəzl bu sirrə ərmişdir, çünkü o, Allahdır. Xəyyam kimi bir çox ariflər bu sirrə əriləməyəcəyini söyləmişlər:
“Sirri-əzəli nə sən bilərsən, nə də mən,
Bu bilməcəyə nə sən ərərsən, nə də mən.
Biz pərdələr arxasında həp söyləşirik,
Nə mən qalaram pərdə düşərsə, nə də sən.”[17]
Ancaq insan ağlı da bu cəvahirin bir parçasıdır və sürəkli bu yolda düşünmək onun yaradılış nədənidir. Sirrə ərməzlik onun uğrunda düşünməməyi gərəkdirməz. Bu doğrultudakı düşüncələr hər kəsin və ya hər hikmət əhlinin öz mənqibəsini (doğruları bulma yolunda arama sərgüzəştini) oluşdurar. Füzuli düşüncəni bu yönə yönləndirər və bu cəvahirin nəliyi və necə təzahür etdiyi qonusunda dərin-dərin və heyrət içində düşünməyi önərər. Fələklərin hərəkətində, torpağın (yerin) yaşam mərkəzi olmasında nə hikmət var? Füzuli hürufilərin tərsinə cavab vermək yerinə soru soraraq heyrətli düşüncəyə dəvət etməkdədir.
“Bilmək gərək ânı kim, cəvahir,
Nə gənci-nihandan
oldu zahir?
Nə dairədir
bu dövri-əflak,
Nə zabitədir bu mərkəzi-xak?” (xak-torpaq)[18]
Hürufilərdə isə, bütün cavablar bəllidir. Fəzl hər şeyi biləndir. Fəzl həqdir. Sorun isə Fəzlin həqq olduğunu cahillərin anlamamasıdır. Çünkü “cəfr və camiə” elmini imamlar röyada Fəzlə vermişlər. Bu üzdən də Fəzl hər şeyə vaqif olmuşdur.
“Çün Nəsiminin qəmindən Fəzli-həq vaqifdürür
Qəm deyil gər kimsə olmaz müttəle (agah) əsrarına.”[19]
Qurani-kərimin 7 ayətində “kun fə yəkûn” ifadəsi keçmişdir.[20] Bu “ol dedi və oldu” anlamındadır. Ədəbiyatda “kaf” və “nun” olaraq keçər. Tanrı iradəsindən “ol” keçdiyi zaman o nəsnə oluşar. Aləm də Tanrı iradəsini yansıdan “ol”un ürünüdür. Füzuli varlığın yaradılış nədənini “kaf və nun”da, yəni “ol”da görər və bu görmək onun üçün yetərsizdir. O zaman bu “ol”un səbəbi nədir deyə sorar:
“Gər
kaf ilə nundan oldu aləm,
Aya, nədən
oldu kafü nun həm?”[21]
Hürufilər
isə, Füzulinin ortaya qoyduğu sorunun cavabını bulmuşlar sanki. Hürufilərə görə
istər natiq olsun, istərsə samit bütün varlıq Fəzldən aşkar olmuşdur.
“Natiq
oldu cümlə əşya Fəzli-həqdən aşikar.”[22]
Fəzl kaf və nundan da üstündür. O, kaf və nunu, yəni
“ol”u Tanrısal iradəsindən keçirən Allahın özüdür. Kaf və nun düzeyinə ərmiş
olanlarsa, Fəzlin müridləri hürufilərdir. Yəni Fəzldən bir mərtəbə aşağıda olan
ərişmişlik düzeyi.
“Məkanü
kanə sığmaz çün qədimin zati-bimisli,
Nəsimi
kafü nun oldu, məkanın laməkan etdi”[23]
Hürufilərin
şeirlərində çox cüzi olaraq şübhələrə rastlanmaqdayıq. Hürufilər bütün sirlərin
Fəzldə saxlı olduğunu açıqca söylərlər. Fələklərin gərdişindən amacın nə
olduğunu Fəzl bilməkdədir. Füzuli bu qonuda da sorularını yönəltməkdədir və
varlığın sürəkli hərəkətdə olmasının bihudə olmadığını açıqlar. Öncə Füzulinin
açıqlamalarına baxalım. Zamanların keçişi, ulduzların, gəzəgənlərin (planetlərin)
hərəkəti yersiz olmamalıdır. Burada bir hikmət söz qonusu olmalıdır. Çünkü bu hərəkət
bəlli bir niyyət üzərində olmasa və bu niyyət bu hərəkətə sürəkli hakim
olmazsa, varlıq bir-birinə girər. Bu rəsm əsəri rəssamının diqqətindən bir an
bilə yayınarsa, nələr olmaz ki? İnsanın fikirləşməsi və bunun nədən böylə
olduğunu düşünməsi gərəkməzmi? Insanın dışında bütün
varlqıların bəlli etkilərə bəlli təpkiləri var. Bütün varlıqda etki-təpki məsələsi
öncədən bəlli edilmişdir. İnsanda öylə deyil. İnsanı Allah bir az eyitimdən
keçirərək varlığa buraxmışdır. “İnsana bilmədiyi şeyləri öyrətdi.”[24]
Bilimin də yapmaq istədiyi əsas şey etkiləri və təpkiləri anlamaya çalışmaqdır.
“Bihudə
degil bu karxanə,
Bifaidə
gərdişi-zəmanə.
Haşa
ki, bu bargahi-âli,
Bir dəm
iyəsindən ola xali.
Haşa
ki, bu türfə nəqşi-qərra
Nəqqaşından
ola mübərra.”[25]
Kainatda
ölçü var. Möhtəşəm ölçü. Din, elm və ağıl ürünləri olan nə varsa bu ölçünü, bu
miqdarı kəşf etmək üçün gərəklidir. Bu da varlığı ağıl gözü ilə, yəni “fikirlə”
görməklə mümkün ola bilər:
“Fikr
eylə və gör, nədir bu üslub,
Hürufilər
bu qonuda anlaşılan şübhəyə girmişlər. Sanki Fəzl hər şeyi bilməməkdədir. Fəzl
bu qonuda hürufilərə, sanki gərəkən bilgi və sirləri sunmamışdır. Varlığın
sonsuzluğu, günəşin ışıq saçması, fələklərin düzənli hərəkəti qarşısında
hürufilər də cavab vermək yerinə soru sormaqla yetinmişlər. Allah hər şeyi biləndir.
Biləndirsə, Nəsiminin bu sual sorması nə üçündür? Allahsan və ənəlhəq deyirsənsə,
hər şeyi bilməlisən, hər şeyi bilmirsənsə, niyə mən Allaham deyirsən? Allah “nədir?”
deyə sorarmı?
“Dünü
gün müntəzirəm mən ki, bu pərgâr nədir,
Günbədi-çərxi-fələk,
gərdişi-dəvvâr nədir?
Fələyin
əsli nədəndir, mələyin əsli nədən,
Adəmin
surətinə bunca tələbkâr nədir?
Günəşin
qursu nədən yer üzünə şö´lə verir,
Füzulinin görüşündə heç bir zərrə yalnız başına və etkiləşimsiz* olaraq uzayda mövcud deyildir. Uzay sonsuz ilişkilər yumağıdır. İlişkilər yumağı olan uzayda bir zərrə bir başqasına və bir başqası da digər sonsuz var olanlarla ilişkilər içindədir. Bu ilişkilər bağlamında nəsnələr sahib olmadıqları özəllikləri bir araya gəldikləri zaman qazanarlar. Su kimi. İki hidrujen və bir oksijen kimi. Oksijən atəşi söndürməz, ancaq hidrujenlə birləşdiyində söndürücülük özəlliyi əldə edər. Molekülü tək başına düşündüyümüzdə bu özəlliyə sahib deyiyllər. Nədən? Çünkü:
“Hər zərreyi-zahirin zühuri,
Bir özgəyə bağlıdır zəruri.”[28]
Burada bir səbəb-nəticə dönüşümü söz qonusudur. Varlığın nədən-sonuc ilişkisi ilə çalışır olması dünyanın məntiqli olmasını da sağlayır. Hər bir zərrənin hərəkəti nəticə olaraq dönüşümlü səbəblər silsiləsindən asılıdır. Kainata baxdığımızda bir məntiq görürüksə, bunun nədəni etki-təpki ilkəsi, ya da nədən-sonuc ilişkisidir. Səbəblər nəticələr meydana gətirir, nəticələr başqa bir şeyə səbəb olur. Bu etki-təpki (action-reaction), ya da səbəb-nəticə silsiləsi davam etdiyi üçün kainatı anlaya bilirik. Kainatda səbəb-nəticə ilişkisi olmasaydı, o zaman kainatı anlamamız mümkün olmazdı. Hər yaradılışın bir səbəbi var. Səbəbin də səbəbi var. Səbəbin səbəbi nədir? Elmin və ağlın da bunun peşində olduğu söz qonusudur və Füzuli bunu sorar:
“Hәr xilqәtә gәrçi bir sәbәb var,
Aya, sәbәbi kim etdi izhar?”[29]
Hürufi verilərinə görə səbəb-nəticə ilkəsi Fəzl tərəfindən bilinməkdədir. Sırf Fəzlə səcdə etməklə mütləq həqiqət qarşısında təslimiyət ortaya çıxar və Fəzli-rəhmanın sirlərindən təslimiyətçi hürufi feyzyab olar:
“Cövri-cəfası
çox fələk tufan gətirdi başıma,
Andan məni qurtarmağa, ey Fəzli-rəhman, qandasan?”[30]
Mənanı var edən biz deyilik. Kainatı ölçdüyümüzdə onu idrak edə bilirik. Bu ölçmə əməli bizə düşüncə verir. O böyüklüyün idrakına varmamız böyüklüyə məna qazandırır. O zaman böylə bir soru ortaya çıxar: Qayda-qanunu qoyan kim? Ölçənmi, ölçdürənmi? Kainatı bu qədər böyük yaradan biz deyiliksə, kimdir? Nədən hər şeydə bir ölçü var? Örnəyin yağmur danələri o qədər ölçülü ki, gül yarpağı bilə ondan zərər görməz, zövq alar. Bu yağmur danəcikləri bir qarpuz boyda böyük olsaydı, nə olardı? Güllər bir yana dursun, insanın da boynu bükülmüş su kütləsi zərbəsi ilə qırılmazdımı? Bütün bu ölçümlər Füzuliyə görə görünənlərin arxasında “bir” olanı anlamağa çalışmaqla çözülə bilər. Onun varlığını sezməklə bu, mümkün ola bilər. Yəni küll ilə irtibatlar və tam olana yönəlmişliklə bu sorulara cavab tapa bilərik. Küllün, yəni bütünün parçadakı görünümü zahir olur:
“Gәr ğayәtә eylәsәn tәәmmül,
Zahir olur onda mәzhәri-küll.”[31]*
Bu isə Füzuliyə görə, fənayi-mütləqlə idrak edilər. Hürufiliyin anlatdığı kimi insanın Allah oluşu ilə idrak edilməz. Haqqın isbatı Füzuliyə görə fənayi-mütləqlə mümkündür:
“Versәn özünә fәnayi-mütlәq,
İsbat olur ol fәna ilә hәqq.”[32]
Fəlakətləri, sevincləri də ölçən
insan bilinci və mərifətidir. İnsan olmazsa, fəlakətlərin də anlamı
qalmaz. İnsan olmaz, ancaq Allah olursa fəlakətlərin də mənası olmaz. Ona görə
də insan Allah olmamalıdır, insanlığında qalmalıdır. Çünkü fəlakətlərin,
sevinclərin Allah üçün heç bir anlamı yoxdur, insan üçün anlamı vardır. “İnsana
bilmədiyi şeyi öyrətdi”[33]
ki, varlıqda bu özəlliyi ilə səciyələnsin. Mərifət sahibi olması üçün
ona “qələmlə yazmağı öyrətdi.”[34]
Bunların hamısı insana xas özəlliklərdir və heç birisinə Allahın ehtiyacı
yoxdur. İnsan bu özəlliklərini itirsə, ya heyvan, ya mələk, ya da cansız nəsnə
ola bilər. Çünkü Allah dörd tür varlıq yaratmışdır: 1- Nə ağlı, nə də nəfsi
olan varlıqlar (cansız nəsnələr). 2- Nəfsi olan, ancaq ağlı və bilinci olmayan
varlıqlar (heyvanlar). 3- Ağlı olan, ancaq nəfsi olmayan varlıqlar (mələklər).
4- Həm nəfsi, həm də ağlı olan varlıq (insan). İnsan bu açıdan bütün
yaradılmışların ən üstünüdür və onun Allah olmasına da gərək yoxdur. Nə gərək
var, nə də izin. Bilincində olmazlıq olarsa, mərifət olmazsa, dəprəm
kimi doğal afətlər də bir anlam daşımazdı.
Yeddi böyüklüyündə dəprəm olduğunda bir çox ziyana yol açır. Bu nədir
ki? Başqa gəzəgənlərdə, örnəyin marsda öylə dəpərmlər olur ki, səkkiz
kilometrəlik dərinliyində çatlaq meydana gətirir. Yəni Everestin yüksəliyindən
də dərin. Ya da dəprəm üzündən Everestdən daha yüksək dağlar ortaya çıxır. Bu
an bəlkə Marsda, ya da başqa gəzəgəndə dəprəmlər meydana gəlir. Kimsənin vecinə
deyil, çünkü insan ağlının ərişmədiyi yerdir. Bunu idrak edən insanlar orada
yoxdur. Mars gəzəgəni istərsə yerindən qopsun. İnsanın mərifətini və həyatını
etkiləməzsə, heç bir anlamı yoxdur. Dünyada kiçik bir sarsıntı olduğunda bir
anlam qazanmağa başlar. Çünkü onun arxasına düşüncəsini qoyan insan var. İnsan
olmasaydı, dünya istərsə ikiyə bölünsün. Kimsə fərq etmədikdən sonra bu
olayların nə anlamı ola bilər ki? Bilincin önəmi budur. Füzulinin üzərində
diqqətlə durduğu “mərifət” məsələsi də budur. Ölçüb biçmə də budur.
Dünyada kimsə olmasa, bir tək kişi olaraq qalsaq, yaşamanın bir anlamı qalarmı?
O böyüklükdə yalnızlıq sırf Allaha xas deyilmi? Yaşamamızın və ölməmizin
kimsəyə təsiri olmadığında varlığımız da önəmsizləşər. Bir insan ağlı ortada
olmadıqdan sonra maddə aləminin önəmi qalmaz. Məna aləmində davam edər, orda
bir sorun yox. Füzuliyə görə maddə aləminin önəmi düşüncədən və mərifətdən
gəlir. Mərifət Füzuliyə görə ölçünün və anlamanın əsasıdır. Mərifət
dediyimiz olay, bəsit qavram olmaqdan çıxıb kainata anlam qazandıran çox önəmli
gerçəklik halına gəlir. Böyləcə varlığa anlam qazandıran insanın Allah olması
deyil, insanın mərifət zövqünə sahib olmasıdır. Mərifət məzaqı (zövqü)
olmazsa, varlığın da anlamı qalmaz və mərifət zövqü də sırf insana
özgüdür. İnsanın önəmliliyi də budur və Allah olmasına gərək yox. Çünkü Allah
olacaq düzeydə insana mərifət verilməmişdir:
“Gәr var isә mәrifәt mәzaqi,
Fani sәnә bәs dәlili-baqi.”[35]
Füzulinin açıqlamalarına görə gerçək həyat ilahi məntiq silsiləsi içərisində irəliləyir. Etki-təpki (aksiya və reaksiya) düzənəyinin (mexanizmasının) varlığı bərabərində başqa bir düşüncəni də gətirər. Etkiləri və etkilərə necə təpki gələcəyini bilməyişimiz bilinməzliyi doğurar. Çünkü biz kainatdakı ölçünün və miqdarın nə olduğunu tam olaraq bilmirik. Yalnız bütün var olanların “birləmə” (tövhid) mehvərli olduğuna iman etməklə bu sorunun sezgi yolu ilə çözülmüşlüyünü sağlaya bilirik. Çünkü Füzuliyə görə gerçək vücud birdir və bir olana münhəsirdir. Bütün etki-təpkilər də birləmə (tövhid) mehvərində gerçəkləşməkdədir:
“Hәqqa ki, hәmin vücud birdir,
Bir zâtә vücud münhәsirdir.”[36]
Ancaq bu “bir” olan varlığın təməlidir. Ona ərmək və onunla bərabər duruma gəlmək mümkün olamaz. Var olanlar isə, məna gözgüsünün üzərindəki toz kimidir. Necə ki, tozu güzgünün (ayinənin) üzündən sildiyimizdə özümüzü görürük, var olanların görüntüsü də yox olursa, haq-təala görünər. Ancaq var olanları (yeri, ayı, günəşi, ulduzları, planetləri) necə yox etmək olar? Bu qədər ulduzları, gəzəgənləri (planetləri), suyu, havanı necə yox etmək olar? Yox etmək olmazsa, onu görmək də mümkün olamaz. Ayrıca, kəndi vücudumuz da O´nunla öz aramızda bir sınır oluşdurmuşdur. Etibarsız və fani olan vücudumuz da O´nunla aramızda keçilməz sınır oluşdurmaqdadır:
“Yoxdur bu vücudun etibarı,
Həq ayinədir, cahan qübarı.”*[37]
Bu məna isə, hər zərrənin və hər nəsnənin içindədir. Varlıq yox olsa da, O, əzəli və əbədidir. Çünkü “O, Əvvəl və axırdır, zahirdir və batindir və hər şeyi ən yaxşı biləndir.”[38] Vücudu vacib olan bu məna isə, heç bir şəkildə zavala uğramaz:
“Biz cahan məmurəsin mə´nidə viran bilmişiz,
Afiyət küncün bu viran içrə pünhan bilmişiz.”[39]*
Füzuliyə görə xalq var olanlarla ilgilənir varlıqla deyil. Çünkü varolanlar varlıq deyil. Varlıq isə, yoxluğa eşitdir. Çünkü varlıq və yoxluq Füzulinin görüşündə eşit qavramlardır. Gerçək var olan Füzuliyə görə yoxluqdur. Yox olan isə var olanlandır. Yoxluqdakı varlığı alqılamaq gerçəyi anlamaqdır. Çünkü O, bütün bu var olanların varlıq səbəbidir və gerçək varlıq O´dur. O da var olanlarda təzahür etsə də, varlığı yoxluqdadır:
“Var olanı xalq yox sanırlar,
Yox varlığına aldanırlar.”[40]
Gerçək varlıq yoxluqdadır, ancaq oraya da yol yoxdur. Anlaya bilməsək də gerçək varlığın orada olduğunun bilincindəyik. Bunu bizə, içimizdən fitri sezgilərimiz söyləməkdədir. Yalnız təhqiq və tədqiq ilə oraya râh (yol) bulunmaz:
“Ol pәrdәyә kimsә rah bulmaz,
Tәhqiq ilə, onu bilmәk olmaz.”[41]
Hürufi öyrətilərində bütün sirlərin hamısı Fəzlə tapınmaqla əyan olur:
“Fəzli-ilahə
canını eylə fəda, Nəsimi, sən,
Olma məlul,
ayıtma kim, bəndü hasar içindəyəm.”[42]
Hürufilikdə
surətin vəsfi çox edilmişdir. Fəzlin surəti ayinədir və orada Allahdan başqa
heç bir şey görünməməkdədir. Fəzli-əbəd sonsuzluğun canlı görüntüsüdür. Allah əvvəl
və axır, əzəli və əbədidirsə, Fəzl də əzəli və əbədidir:
“Kə´bə
üzündür, ey sənəm, üzünədir sücudumuz,
Ta ki,
görə bu səcdəyi, narə yana həsudumuz.
Düşmən
üçün Nəsimiya, olma məlul, qəm yemə,
Oldu əzəl
günündə çün Fəzl əbəd vədudumuz.”[43]
Fəzl,
yalnızca bəşər surətli rəhmandır. Ondan yardım istənildiyində fəth də
yaxınlaşarmış! Füzuli surətin insanla Tanrı arasında sınır oluşdurduğunu
savunmaqdadır. Surət idrak ayinəsini (güzgüsünü) tozla doldurmaqdadır. Mani
peyqəmbər həm də rəssam idi. Onun rəsm əsərlərini içərən “Jəng” adlı kitabı surətlərlə
Tanrını anlatmışdır. Oysa ki, Füzuliyə görə insanın cismaniliyi və surəti Tanrı
və insan arasında sınırdır və idrakın önündə əngəldir:
“Ey səfayi-surətin
qeydin çəkən bil kim hənuz,
Jəngdən,
ayineyi-idrakını pak etmədin.
Jəngdir
ayineyi-idrakə hər surət ki, var,
Sən hənuz
ey sadə bu məzmuni idrak etmədin.”[44]
Hürufilik fani olan surətdə Allahı tam olaraq
görməkdədir:
Ey bəşər surətli rəhman, vey mələksima həbib.”[45]
Füzuliyə görə içində vəhy daşıyan Hz. Məhəmmədin O´nun nəliyini anlamış deyilsə, bəşər heç bir şəkildə anlayamaz. Anlamaq ağıl işidir, O´na isə iman edilər. İman könül verilərinə dayanar. İçində vəhy daşıyan peyqəmbər “Səni yetərincə tanıyamadım”*** söyləyir. Çünkü O, idrakın ötəsindədir:
“Gər yetsə idi, bu sirrə idrak,
Deməzdi rəsul” “mâ ərəfnak”[46]
Eyni düşüncəni Füzuli başqa bir beytində də açıqlar:
“Ey
sifatînə xirə hər müdrik!
"Ma ərəfnakə həqqə mə'rifətik"[47]
Ancaq Fəzl “mən bilirəm” deyir. Çünkü vəhy Allahdan aşağıdır. Vəhy Allahın özü deyil. Fəzl isə, Allahın özüdür. Doğru yola ərmişlik və hidayət də Fəzlə tapınmaqla mümkündür:
Ta ki,
üzünü görmüşəm, hüsnünə heyran olmuşam,
Düşdüm
saçın sevdasına, gör nə pərişan olmuşam.
Gənci-nihanın
sirriyəm, həm küntə kənzin məzhəri,
Həm cövhərəm,
həm cövhəri, həm cövhərə kan olmuşam.
Adım Nəsimidir
bu gün, oldum kəlami-natiq uş,
Həm ayinə,
həm nuri-həq, həm Fəzli-yəzdan olmuşam.[48]
Füzuliyə görə, varlığın sirrinin çözülməyişinin səbəbi yaradılmış olanların bir ucunun görünməzlikdə olmasıdır. Hər riştənin, zərrənin və varlığın gerçək yaradılış səbəbi gizlindir, O´nun yanındadır:
“Hәr riştә ki, hәqq әyan edibdir,
Sәrriştәsini nihan edibdir.”[49]
Hürufilər isə, “cəfr” elminə vaqifdirlər. Guya Hz. Peyqəmbər inək dərisinə bir sözlər əbcəd rəqəmləri ilə yazaraq Hz. Əliyə vermiş. Əli də torunlarına ötürmüş. Sonunda 12-ci imam bu sirli yazını alıb Samirədə quyuya düşərək qeybə çəkilmiş və bütün sirlər də cəfrdədir. “Mehdi” ara-sıra Fəzl kimi peyqəmbər soyundan olan seyidlərin yuxusuna girərək cəfr elmi ilə onları bilgiləndirir. Bu əfsanə peyqəmbəri də siyasiləşdirməkdədir. Bu əfsanəyə görə, peyqəmbər öz çevrəsi ilə dürüst davranmamışdır. Onlardan cəfr elmini gizlin saxlamışdır. Ancaq peyqəmbər öz başına davranan biri olmamış ki. Onu yönləndirən Tanrı vəhyi olmuşdur. Peyqəmbər necə belə yanlış işə girişə bilərdi? Peyqəmbər üçün Hz. Əli ilə Hz. Əbubəkirin və Hz. Ömərin heç bir fərqi yox idi və olamazdı, çünkü Hz. Peyqəmbər irqçi deyildi. İslamda da irqə dayanan bir öyrəti söz qonusu deyildir. Bu üzdən də İslamda Əbubəkir, Ömər yolu olmadığı kimi, əhli-beyt, imamlar və Fəzl yolu deyə də bir yol yoxdur. İslamda bir tək yol var o da Hz. Məhəmməd yoludur. Hz. Peyqəmbər, Əli haqqında gözəl sözlər söylədiyi kimi Əbubəkir, Ömər haqqında da gözəl sözlər söyləmişdi.
Füzuliyə görə heyrət olmasaydı, yaşamın anlamı olmazdı. Kainat qorxunc boşluqdan ibarət olardı. Kainatın sonsuzluğunu boşluqdan qurtararaq ona içərik qazandıran heyrətdir. Uzay boşluğuna anlam qazandıran heyrətdir. Işıq niyə bu qədər hızlı? Atom niyə bu qədər kiçik? Kainatda bu qədər dəngəli və heç bir şəkildə pozulmayan ölçünün qaynağı nədir? “Su nədir?”, “ışıq nədir?” və sonsuz cavabsız suallar. Bunların qarşısında, yalnız heyrətlənərək varlığın özündəki “bir” olana iman etmək gərəkir. Heyrət insanı imana ərdirən yoldur. Füzuliyə görə Xaliqlə (yaradanla) xalq (yaradılan) arasındakı əsas fərq heyrətdədir. Xaliq heyrət etməz, xalq heyrət edər:
“Xalq oldu bu bәhri-heyrәtә qәrq,
Ta xәlqdәn ola xaliqә fәrq.”[50]
Çox böyük dahi insanın zəkası qarşısında da heyrət etmək olar. Ancaq heyrətin də mərhələləri var. Burada ona girməyəcəyik. Bir heyrət insanı başqa heyrətlərə götürməli və sonunda heyrət “doğmayan və doğurmayan”da[51] odaqlanmalıdır. Yəni Fəzlin dahi olması heyrətin də yalnız onun üzərində tamamlanmasına səbəb ola bilməz. “İnsan gerçəkdən də kəndini yetərli gördüyündə azar”[52] Anlaşılan hürufilik də Qurani-kərimin verilərinə görə azmışılıqdan başqa bir şey olmamışdır. Heyrət isə bir yoldur və bu yol Füzuliyə görə yolçuya bir şey anladar: haqqın sirri gizlin və nişansızdır:
“Faş oldu ki, sirri-hәq nihandır,
Alәmdә nişanı binişandır.”[53]
Hürufilikdə isə heyrət bir insanda son bulur. Fəzlin kamalında heyrət sona ərir. Fəzlin fiziksəl və ruhsal varlığı kamil varlığın, yəni Allahın özüdür. Çox ilginç olan budur ki, hürufilərin yaradıcılığında bu anlamsızlıq bəzən özünü açıqca göstərmişdir. Hürufilər bir-birlərinin sirrini də anlamamış kimi görünməkdədirlər. Bir-birinin sirrinə məhrəm olmamışlar sanki. Baxalım bu beytə:
“Bir əmin məhrəm bulunmaz ey Nəsimi çün bu gün,
Xəlqə faş etmə bu sirri, kəşfi-əsrar istəmə!”[54]
Sir və insanın yaradılışı məsələsində Tanrı Qurani-kərimdə bilgilər açıqlamışdır. Kimsəni sir bilməməklə suçlamağa gərək yoxdur. Tanrı qatında ölçülərin nələr olduğunu tam olaraq bilmirik. Tək bildiyimiz budur ki, insan bir dahi olsa da, Tanrı qatında təqvası üstün olan adi bir insandan daha aşağı mərtəbədə ola bilər. “Və kimsəni imkanının dışında sorumlu tutmarıq.”[55] Bu ayəti Füzuli bir qəzəlində daha gözəl açıqlar:
“Hər kəsin aləmdə miqdarıncadır təb´ində meyl,
Mən ləbi-cananımı Xızr abi-heyvanın sevər.”[56]
Tanrı hər kəsə bir ölçü, bir miqdar bəlli etmişdir. Hər kəs öz miqdarını kəşf edib və Tanrıya doğru yolçuluğuna davam etməlidir. Bu açıdan əbədi həyata ərmiş olan Xızırla bir qızı sevən, ya da qız isə, bir oğlanı sevən adamın fərqi yoxdur. Önəmli olan niyyətin duruluğu və doğruluğudur.
***
Nəticə
Hürufilik kökəni və
tarixi etibarı ilə özündən daha öncə mövcud olan fars-Sasani görüşlərinin İslam
anlayışı cərəyanlardan etkilənmiş və onların fikri uzantısı olmuşdur. Böyük
dövləti, imperatorluğu itirmək asan iş deyil. Farslar Sasani imperatorluğunu
itirdikdən sonra öz məzhəbi və siyasi fəaliyətlərini sürdürdülər. İsmaili,
şüubi, hürüfi, qızılbaşlıq kimi hərəkətlər Sasani-İslam anlayışını təşkil etmək
amacı ilə ortaya çıxmışdır. Sonunda da bu amaclarına qızılbaşlaşan türklərin
vasitəsi ilə çatdılar. Bütün bu cərəyanlar “seyid”ə mütləq iqtidar sahibi
tanıyır və seydi Allah kimi görürdülər. Qızılbaşlar Şah İsmayılı Allah kimi görərək
onun yardımına quşdular. Onlar inancları gərəyi “Mehdi”nin Şah İsmayıla cəfr
elmini verdiyinə inanırdılar. Təbrizdə soyqırım törədərək Sasani-Səfəvi dövlətini
qurdular. Hürufilərin Fəzli Allah gördükləri kimi qızılbaşlar da Şah İsmayılı
Allah olaraq görürdülər. Hürufilik və qızlbaşlıq aralarındakı zaman fərqliliyini
nəzərə almazsaq, eyni sistem olmuşlar. Hər ikisi Sasani nostalgiyasından
doğmuşdur. Türk-İslam birliyi və bütünlüyünü parçalayan bu sapıq inanclardan
vaz keçib türk kimliyimizlə İslamın Quran qaynaqlı bilgilərinə sığınmanın
zamanı gəlmişdir. Unudulmamalıdır ki, İslamın tək kitabı və tək qaynağı,
yalnızca və sadəcə olaraq Qurandır və başqa şey deyildir.
[1]
Məhəmməd Füzuli, Əsərləri, IV cild, ŞƏRQ-QƏRB, Bakı-2005, s. 7
“Еy fеyzrəsani-ərəbü türkü əcəm,
Qıldın ərəbi
əfsəhi-əhli-aləm,
Еtdin
füsəhayi-əcəmi Isadəm,
Bən türk zəbandan iltifat еyləmə kəm.”
[2]
Məhəmməd Füzuli, Əsərləri, IV cild, ŞƏRQ-QƏRB, Bakı-2005, s. 40.
[3]
Məhəmməd Füzuli “Divani-Türki”, hazırlayan Mirsaleh Hüseyni, 1-ci cild, Fəthi
yayınları, Tehran-1992 (1371 h.ş), s. 401.
[4]
İrine Melikoff “Uyur idik uyardılar” Alevilik-Bektaşilik Araştırmaları Cem evi
yayınları- İstanbul Türkçeye çeviren Turan Alptekin s. 188.
[5]
Eyni qaynaq.
[6]
Petruşevski, İranda İslam, Farscaya çevirən Kərim Kəşavərz, Pəyam Yayınevi-
1363 (h.ş), 323.
[7]
112-ci surə: De ki, o Allah birdir. Allah möhtac deyil. Doğmadı və doğurmadı.
Onun bir bənzəri olmadı.
[8]
Quran, Bəqərə 2-ci surə, 2-ci ayət:
ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ
هُدًى لِّلْمُتَّقِينَ.
[9]
İsra (17) surə, 9-cu ayət:
إِنَّ هَذَا الْقُرْآنَ يِهْدِي
لِلَّتِي هِيَ أَقْوَمُ
[10]
İsra (17) surə, 9-cu ayət:
إِنَّ هَذَا الْقُرْآنَ يِهْدِي
لِلَّتِي هِيَ أَقْوَمُ
[11]
Prof. Macit Gökberk, “Felsefe tarihi”, Remzi kitabevi, 14. basım, 2003,
Galilei: “Doğa
matematik oranlarla hörülmüşdür.” s. 213.
[13] Bəqərə (2), ayət 164.
BAKI-2005, s. 19.
[15] Eyni qaynaq.
[16] کُنتُ کَنزاً مَخفیاً، فَاَحبَبتُ اَن اُعرَف، فَخَلَقتُ الخََلقَ لِکی اُعرف
[17] Farscadan Türkçəyə çevirəm: G. G.
BAKI-2005, s. 19.
[19]
İmadəddin Nəsimi “Mən bu cahana sığmazam”, Bakı Gənclik nəşriyatı- 1991
hazırlayan Əlyar Səfərli, s. 71.
[20]
Bu surələrdə: 2-17, 3-47, 6-73, 16-40, 19-35, 36-82, 40-68.
BAKI-2005, s. 19.
[23] Eyni qaynaq, s. 84.
[24] Ələq surəsi (96), 5-ci ayət: عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ
BAKI-2005, s. 19.
BAKI-2005, s. 19.
* Saniə, yəni yaradılış, sənət əsəri. Fikr
eylə və üslubun nə olduğunu anla. Bu vəziyət necə bir yaradılışdır?
[27]
İmadəddin Nəsimi “Mən bu cahana sığmazam” hazırlayan Əlyar Səfərli, Bakı, Gənclik
nəşriyyatı- 1991, s. 235.
BAKI-2005, s. 19.
BAKI-2005, s. 19.
BAKI-2005, s. 19.
*
Son niyyətə, bütün olana diqqət etsən, bütün və mütləq olanın təzahürünü orada
görərsən.
BAKI-2005, s. 19.
[33]
Ələq Surəsi (96), 5-ci ayət.
[34]
Ələq (96), 4-cü ayət.
BAKI-2005, s. 19.
[36]
Eyni qaynaq.
*
Qübar-toz.
BAKI-2005, s. 19.
[38]
Hədid (57) surəsi, 3-cü ayət: هُوَ الْأَوَّلُ وَالْآخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ
وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
[39]
Məhəmməd Füzuli “Divani-Türki”, hazırlayan Mirsaleh Hüseyni, 1-ci cild, Fəthi
yayınları, Tehran-1992 (1371 h.ş), s. 181.
*
Məna aləmində bütün bu görüntülər viran ola bilər. Ancaq bu viranəlikdə zavala
uğramayan bir afiyət var.
BAKI-2005, s. 19.
[41]
Eyni qaynaq.
[43]
İmadəddin Nəsimi “Mən bu cahana sığmazam”, Bakı Gənclik nəşriyatı- 1991
hazırlayan Əlyar Səfərli, s. 88-89.
[44]
Məhəmməd Füzuli “Divani-Türki”, hazırlayan Mirsaleh Hüseyni, 1-ci cild, Fəthi
yayınları, Tehran-1992 (1371 h.ş), s 412.
*
Allahdan yardım
**
Fəthin yaxın olması. (61-ci surə, 13-cü ayət).
[45]
İmadəddin Nəsimi “Mən bu cahana sığmazam” hazırlayan Əlyar Səfərli, Bakı, Gənclik
nəşriyyatı- 1991, s. 39.
***
Mâ ərəfnakə həqqə mərifətik.
BAKI-2005, s. 19.
BAKI-2005, ”Bəngü
badə”, s, 229.
[48]
Nəsiminin əsərləri,
BAKI-2005, s. 19.
BAKI-2005, s. 19.
[51] İxlas surəsi.
[52]
Ələq (96) surəsi, ayət: 6-7.
BAKI-2005, s. 19.
[54]
İmadəddin Nəsimi “Mən bu cahana sığmazam”, Bakı Gənclik nəşriyatı- 1991
hazırlayan Əlyar Səfərli, s, 75.
[55]
Mominun (23), 62-ci ayət.
[56]
Məhəmməd Füzuli “Divani-Türki”, hazırlayan Mirsaleh Hüseyni, 1-ci cild, Fəthi
yayınları, Tehran-1992 (1371 h.ş), s.150
Hiç yorum yok:
Yorum Gönder