15 Temmuz 2013 Pazartesi

Misirli aydın qadın gözü ilə Misir olayları





Nəval Əlsəədavi

Misirdəki xalq inqilabıdır, hərbi çevriliş deyil

Tarix boyunca hər inqilabın ziddi də olmuşdur. Son zamanlar daxili və xarici qüvvələr 2011-ci il Misir Yanvar İnqilabını məğlubiyyətə uğratmaq üçün birləşmişlər. Ancaq “İxvan əl Müslimin” inqilabı yox edə bilməyərək 2013-cü il 30 iyunda yenildi. Onların məğlubiyyəti davam edəcək. Çünkü onlara qarşı çıxan xalq öz keçmişindən ibrət dərsi almışdır. Xalq təşkilatlanaraq öz şüurunu dərinləşdirmişdir.
          34 milyon insan; qadın-kişi, gənc-yaşlı İxvana etiraz etmək üçün meydanlara çıxdı. Onlar İxvanın kontrolunda olan məzhəbi dövləti devirməkdə qərarlıydılar. Bu böyük xalq kütləsi ölkədə və yurd dışında İxvanın və onun dəstəkləyicilərinin qarşısında tək vücud oldu. Xalq, siyasi və iqtisadi mənafelərə məzhəbi alət etməyə çalışanlara qarşı çıxaraq, Mursini uzaqlaşdırmaq istəyirdi. Xalqın iradəsi ordudan, polisdən və hər türlü məzhəbi və iqtisadi silahdan üstündür. Bəşər tarixinin verdiyi bir dərs var: İnsanın ədalət və azadlıq duyğusundan, ədalət və azadlıq axtarışından daha üstün bir şey yoxdur.
          İqtidarı sürəsincə İxvan xalqı möminlər və mürtədlər olaraq iki cəbhəyə ayırmağa çalışdı, ancaq yenildi. Mursiyə qarşı çıxanlar arasında da möminlər var idi. Milyonların etirazı özünü göstərərək cinlərin, ruhların dalğalarını uzaqlaşdırdı. İxvanın silahlı dəstələri qadınları və kişiləri öldürdülər. Buna baxmayaraq, xalqın etiraz səsi daha da gücləndi. Xalq İxvanın silahından qorxmayaraq bir addım da geri çəkilmədi. İxvanın məğlubiyətinə qədər müqavimət etdilər. İnqilabçı xalq ordunu görəvə çağırdı və ordu ilə polis xalqa qatıldı. Cinlərin və ruhların iqtidar dövrü bitdi. Elm, həqiqət, eşq və yaradıclıq işığı hər gün bir az daha artacaq. Amerikalılar hələ də iddia edirlər ki, bu bir inqilab deyil, hərbi çevrilişin demokrasiyə qarşı törətdiyi krizdir. İyul ayının 5-de CNN kanalında danışan bir neçə amerikalıları gördüm. Onlar Misir inqilabçılarını təhdid edirdilər ki, yardımlarını kəsəcəklər. Mən yüksək səslə gülməyə başladım. Ümid edirəm ki, onlar bu yardımı kəsərlər. Çünkü 1970-lərdə Ənvər Sadat dönəmində onların bu yardımları Misirin iqtisadi və siyasi həyatını məhv etdi. Bu yardımlar hər kəsdən öncə amerikalıların özlərinə yararlı olur. Bu yardımlar dirək olaraq hakim təbəqənin cibinə axışaraq, Amerikaya bağlı fasid bir aristokrasi oluşdurur. Bu yardımlar ölkəmiz üzərində Amerika və israilin sömürgəçi üstünlüyünü bərqərar edir. Bu yardımlar qarşısında Misir xalqının qazncı yoxsulluq və həqarət olur.
Demokrasi seçimlərlə sınırlı bir olay deyildir. Demokrasinin seçimdən üstün bir anlamı var. Legitimlik sadəcə sandıqla sınırlı deyildir. Legitimlik xalqın iradəsi anlamındadır.  Biz misirlilər inqilabın amacını və üsullarını gerçəkləşdirə biləcək yeni anayasaya möhtacıq. Sinif, cinsiyət, məzhəb ayrımçılığı etmədən hər kəsə eşit davranan anayasaya ehtiyacımız var. Bu, bizim etməmiz gərəkən ilk işdir. Məclis, cümhurbaşqanlığı kimi seçimlərə də tələsmədən, öncə bunu etməliyik. Öncə araba axtarmamalıyıq, öncə arabanı sürükləyəcək at axtarmalıyıq. Əski xətalara yol verməməliyik. Bizə sadəcə bir rəhbər lazım deyil, bütün xalqın ortaq istəklərinə cavabdeh olacaq rəhbər lazımdır. Bu, uğursuz hərbi bir çevriliş deyil, tarixi bir inqilabdır. Ədalətsizliyə qarşı sadə bir üsyan deyil, bir inqilabdır. Bu, bütün hədəfləri gerçəkləşənə qədər davam edəcək olan bir inqilabdır.
Qaynaq:

Hiç yorum yok: