30 Ağustos 2013 Cuma

Səfəvilərin Qəzvin türklərini qətl etməsi



Şah İsmayıl gəbərdikdən sonra, sarayda iqtidar savaşı başladı. Şah Təhmasib yerini möhkəmləndirənə qədər ölkədə siyasi boşluq ortaya çıxdı. Qızılbaşların himayəsindən məhrum qalan təbərrayan nə edəcəyini bilmirdi. Təbərrayan Şah İsmayılın əmri üzərinə sünni türkləri qətl etmək və ölkəni şiələşdirmək üçün qurulan təşkilat idi. Şah İsmayılın gəbərməsi ilə ölkədə ortaya çıxan nisbi boşluqdan yararlanan Qəzvin türkləri öz əski məzhəblərinə geri dönməyə başladılar. Əskidən olduğu kimi, abdəst alarkən topuqlarına qədər ayaqlarını yuyyub, əlləri göbəklərində namaz qılmağa başladılar. Bu zaman Qəzvində təbərrayan təşkilatının başçısı Heyrani adında bir molla idi. O, Şah İsmayıl tərəfindən Qəzvini şiələşdirməklə görəvlənmişdi. Qəzvin əhalisinin əski məzhəblərinə geri dönməsini önləyə bilmirdi və Şah Təhmasibdən bunları qətl etmək üçün əmir bəkləyirdi. Şah Təhmasibə şeirlə yazdığı məktubunda “bunların hamısını bir yerdə qətl etmək mümkün olmasa da, heç olmazsa öncülərini və rəhbərlərini öldürəlim” deyə yalvarırdı. O şeiri bu şəkildə yazmışdı: 
پادشاها مدت نُه ماه شد کین ناتوان
مانده در قزوین خراب و خسته و مجروح و زار
یافتم وضع تسنن در وضیع و در شریف
دیدم آثار تخرج در صِغار و در کِبار
در مقابر پای شسته از فقیر و از غنی
در مساجد دست یسته از یمین و از یسار
در زمان چون تو شاهی دست بستن در نماز
هست کاری دست یسته ای شهِ عالی تبار
قاضی این مُلک نسل خالد بن الولید
مفتی این شهر فرزند سَعیدِ نابکار
کشته گردیده ز تیغ شاه غازی هر دو را
هم برادر، هم پدر، هم یار و هم خویش و تبار
قتل عامی گر نباشد قتل خاصی می توان 
خاصا از بهرِ رضای حضرتِ پروردگار

Hiç yorum yok: