18 Kasım 2013 Pazartesi

Dəyərlər və normlar


Dəyərlər və normlar

Günümüzdəki anlamına görə, yayqın olan “dəyər” sözünün kökü çox əskilərə dayanmamaqdadır. XIX əsrin ortalarına qədər “dəyər” qavramı günümüzdəki anlamda qullanılmamaqda, daha çox maddi, iqtisadi, kəmiyyət və ölçü anlamında qullanılmaqda idi. Dəyər sözü daha çox miqdar və meyar bildirməkdə idi. “Dəyər” qavramının mənəvi anlam qullanılması əvvəllərdə məcazi funksion daşımaqda idi. Yəni maddi şeylərə verilən dəyər kimi mənəvi durumlara da məcazi anlam yükləyirdi. Zamanla “dəyər” qavramına yüklənən anlamlar o qədər dərinləşdi ki, çağımızda artıq daha çox mənəvi ölçünü ifadə etməkdədir. Hətta “dəyər” sözünün, yalnızca fəlsəfi bir qavram olmadığı, iqtisadi bir içərik də daşıdığı az qala unudulmaq üzrədir. Düşüncə və davranışın bəlirlənməsində, sosial həyatın şəkillənməsində etkili olan amillərin ən önəmlilərindən biri “dəyər” və ya dəyərlərdir. Fəlsəfi dəyərləndirmədə dörd ölçü nəzərə alınmaqdadır:
·        Bir durum toplumun qatmanları, müxtəlif sinifləri, qrupları  tərəfindən hansı ölçüdə rəğbət görməkdədir?
·        Bəlli bir durumun tərəfdar cəzb etmə imkanı nə qədərdir?
·        Bu durumun bəlli hədəflərə ulaşmaq üçün olanaqları nələrdən ibarətdir?
·        Bəlli bir zaman dilimində sosial bir qrupun maddi-mənəvi mübadiləsinə və özünü ifadəsinə yardımçı ola bilərmi?
Toplumun çoxu və hətta bəlli bir azınlıq tərəfindən bəyənilən bir duruma sosial dəyər deyilməkdədir. Sosial dəyər ictimai meylləri bəlli edər. İctimai meyllər fərddə ortaya çıxan maraqlar olaraq onun duyqu, düşüncə və davranışlarını bəlli bir hədəf yolunda səfərbər edər. Aşırı duyqulara dayanan təmayüllərə kompleks deylir. Düşünsəl boyutu zəif, ancaq köklü olan təmayüllərə önyarqı (prejudice) deyilir. Hər iki durumda müxtəlif təmayüllərin qarışımı ilə genəl toplumsal görüş şəkillənər. Həm duyqusal, həm də düşünsəl boyutu olan genəl görüş çoğunluq tərəfindən qəbul edilən durumdur. Genəl görüş təəssüb və önyarqıdan arınmış ola bilməz.
Burada dəyər və norm arasındakı fərqi də aydınlatmamız lazım.
·        Dəyər odur ki, fərd onun yaxşı, ya da pis olduğunu deyir.
·        Sosial dəyər odur ki, bir qrupun və ya camiənin əksəriyəti onun yaxşı, ya da pis olması haqda qərar verir.
Üstədəki cümlənin arasındakı fərq budur ki, fərd başqaları üçün önəmsiz görünən dəyərlərin arxasınca gedə bilər. Onun önəmsədiyi dəyər “sosial” olmaya bilər.  Örnəyin Sokrat toplumun qəbul etmədiyi dəyər peşində idi.
Norm nədir? Toplumun əksəriyətinin uyduğu qurallar, davranışlar və ya xüsusiyətlərdir. Bu qurallara uymamanın genəldə qeyri-rəsmi olaraq cəzları vardır. Bu, normlara uymamanın kötü anlam daşıdığını ifadə edər. Yəni normlara uymaq yaxşı və uymamaq dəyərsizlik ifadə edər. Böyləcə normlar dəyərlərin şəkillənməsinə olanaq sağlar. Ancaq dəyərləri şəkilləndirən başqa etkənlər də vardır. “Ehtiyac” da dəyər icad edə bilər. Örnəyin cinsi ehtiyac qarşı cinsi, aclıq yeməyi dəyərli edər. Eyni zamanda norm gücünün də dəyərin yaranmasında etkildir. Örnəyin normların basqısı ilə altundan, inəkllər kimi bəzi heyvanların ətini yeməkdən, rahib və rahibələr kimi, evlənməkdən imtina edərlər. Ya da tərsinə, normanın basqısı üzərinə fitri ehtiyacının əleyhinə olaraq bədəninə xal döydürər, başını yarar və bu kimi gerçək dəyəri olmayan işlər görər. Bunlar dış normların basqısı ilə dəyər qazanır. Bəzən də yüksək bir dəyər fasid (yozlaşmış) bir toplumda norma dönüşə bilmir. Bu, o deməkdir ki, o dəyər çoğunluq tərəfindən özümsənməmiş, yəni normaya dönüşməmişdir. Yəni toplumun çoxu bir dəyəri qəbul etdiyində, o dəyər normaya dönüşər. Ancaq oksijen kimi, hər dəyərli şey də toplumsal dəyərə dönüşməz. Necə ki, bir toplumda çoğunluq siqaret çəksə də, siqaret çəkmək bir dəyərə dönüşməz, çünkü mahiyyət olaraq yaxşı deyyildir, mahiyətinin yaxşı olmadığı bilinməkdədir. Bəzi kötü dəyərləri ölkənin liderləri normalara dönüşdürə bilərlər ki, fərdlər öz iç istəklərinə görə, ona uymasalar cəzalanarlar. Ancaq normaya dönüşən hər şey istər mahiyətçə dəyərli, ya da dəyərsiz olsun, toplumun əksəriyəti tərəfindən dəyərli görünməyə başlar. Bu, toplum üçün yararlı olan fədakarlıq durumundan tutmuş, toplum üçün zərərli olan xal döydürmə, içki və uyuşdurucu qullanma kimi durumları da içərər.
“Dəyər” bir şeyi sevilgən duruma gətirən xasiyətdir. Bu üzdən də dəyərə bağlılığın kəmiyyəti önmli deyildir, bir nəfər də, sosial bir qrup da ola bilər. “Dəyər” qavramının hər bilim dalında fərqli anlamı var, ancaq sosial bilimlərdə dirək olaraq toplumun idealları və arzuları ilə bağlı olan bir qavramdır. Dəyər, olmaq metodudur. Aksionlar bir dəyər üzərinə gerçəkləşər. Dəyərlər eyləmlər üçün ilham qaynağı olar, duyqusal və nisbi özəlliklər daşıyar. Dəyərlərdə silsilə məratib mövcuddur.



Hiç yorum yok: