17 Aralık 2013 Salı

Tənzilə Rüstəmxanlının yalanlarına cavab




Hörmətli http://www.teleqraf.com saytı sizi salamlayıram.
Saytınızın “http://www.teleqraf.com/news.php?id=34059#.Uq-fEPvkd1E” linkində Tənzilə xanım Rüstəmxanlı haqqımda doğru olmayan ifadələr söyləmişlər. Ümidvaram durumun aydınlığa qovuşması üçün mənim bu açıqlamamı oxucularınıza çatdıracaqsınız.
1-     Tənzilə Rüstəmxanlı mənim xəstə olduğumu söyləmişlər. T. Rüstəmxanlının amacının nə olduğunu bilmirəm, lakin mən İran-İraq savaşında əsgər idim. Səddam Hüseyn Hələbçəni kimyəvi silahla bombaladığında batalyonumuz şəhərin çevrəsində olduğundan zəhərli havanı tənəffüs etdik. Əsgərlərin çoxu öldü, bir qismi ağır və bir qismi də bəlli ölçüdə yaralandılar. Mən də yaralanan əsgərlər içində olduğum üçün sağlığıma qovuşa bilmədim, hələ də üzərimdə tibbi tətbiqat davam etməkdədir.
2-     T. Rüstəmxanlı Sabir Rüsrəmxanlının məni oxutduğunu söyləmişlər. Bunun heç bir əsası yoxdur, tamamən yalan və iftiradır. Mən öz ailəmin hesabına Bakıda dərs oxudum. Sadəcə olaraq xarici vətəndaş kimi dövlətə pul ödəməli idim. Bu haqda Sabir Rüstəmxanlı mənə yardım etmək istədi. Bəzi təşəbbüslərdə bulundu. Bu təşəbbüsünə görə, şəxslərinə təşəkkür edirəm. Lakin daha sonra Sabir bəylə görüşmək çətin olduğu üçün Bəxtiyar Vahabzadə ilə əlaqə saxladım. Bəxtiyar müəllim nazirliyə zəng edərək mənim və bir neçə mənim kimi tələbənin Bakıda ödənişsiz oxumamıza yardımçı oldu. Bu yolla Tənzilə Rüstəmxanlının söylədiyinin heç bir əsasının olmadığını bildirmək istəyirəm. Kitabımla söylədikləri mövzulara toxunmuram, çünkü bəlli sayqı çərçivəsində hər kəsin kitabımı tənqidetmə haqqı vardır.

Sayqılarımla: 

Hiç yorum yok: