27 Mayıs 2017 Cumartesi

100 illik Bakı yalanları... 




100 ildir Bakıdan gələn yalan və iftira İran Türklərinin qafasını qaranlığa gömməkdədir.
* 100 ildir İran-Fars irqçiliyinin pislikləri Bakıda ana dilimizə çevrilib musiqi ilə estetizə edilərək radio dalğaları ilə bilincaltımıza doldurulmuşdur.
* 100 ildir "Həsrət Ədəbiyatı" adı altında İran-Fars irqçiliyi təbliğ edilərək bizim kimliyimizi təxrib etmişlər.
* 100 ildir Bütöv Azərbaycan adlı bir yalanla İran-Səfəvi milliyyətçiliyi paradiqmalarının propaqandaları yapılmışdır.
* 100 ildir "Şah İsmayıl bütüöv Azərbaycan yaratmışdır" yalanı və hiyləgərliyi ilə insanlarımızın modern hükukla tanışmasının önünü kəsərək, əhalinin beynini leşxor Şah İsmayılın ideal figürü ilə doldurmuşlar.
* 100 ildir H. Cavidin, Ə. Ağaoğlunun, Nərimanovun, M. Ə. Sabirin, Rəsulzadənin, ... yerdən yerə vurduqları Səfəvi leşxorluğunu KGB məmurları bütöv Azərbaycancı şairlər idealizə etməkdədirlər.
* 100 ildir saxta Güney həsrəti ilə KGB casusları şairlər başımızın bəlası olmuşlar.
** Bu 100 illik fitnəyə, yalana, iftiraya, İran- Səfəvi milliyyətçiliyinə qarşı milli intellektual təpkimizi ortaya qoymalıyıq. Bunun üçün KGB casusları şairlərin uydurduqları aşağıdakı yalanları ifşa etməliyik:
1- Tarixdə parçalanmış Azərbaycan deyə bir ölkə olmamışdır. 1918-ci ildə Rus inqilabı sonucu ortaya çıxan boşluq üzündən böyük bir yanlışlığa yola verilərək, başqa ölkənin içində olan və milli kimliyimizlə heç bir bağlantısı olmayan "Azərbaycan" adını alıb Qafqazda bir ölkə üzərinə qoymuşlar. O bölgənin tarixi adı Aran, Şirvan və Alban olmuşdur. Yeni ad qoyacaqdılarsa, "Azərbaycan" gibi milli kimliyimizlə əlaqəsi olmayan ad yerinə, Türk kimliyimiz və orada yaşayan milliyyətlərin adlarına uyqun bir ölkə adı tərcih edilməliydi.
2- Şah İsmayıl əsla və heç bir zaman bütöv Azərbaycan deyə bir dövlət və ölkə qurmamışdır. Şah İsmayılın həyatı boyunca Şirvanşahlar müstəqil dövlət olaraq qaldı və heç vaxt Səfəvilərə tabe olmadı. Şirvanşalar Şah Təhmasib zamanında tarixdən silindi. KGB casusları şairlərin uydurduğu bu yalan ifşa edilməlidir.
3- Türkmənçay müqaviləsi Qafqaz türkləri üçün KGB casusları şairlərin uydurduğu gibi təhdid deyil, Bakıxanov və Rəsulzadənin də israrla qeyd etdikləri gibi böyük tarixi fürsət olmuşdur. Türkmənçay və Gülüstan müqavilələri olmsaydı, indi Bakının da nefti Fars-Tat aristokratlarının əlində və Bakıda tamamən farslaşmış olacaqdı. KGB şairlərinin uydurduğu gibi Arazın o tayında onların heç bir mədəni mirası yoxdur. O taydan gələnlər şeyx nəsrullahlardan başqa heç bir şey olmamışdır, olamaz.
4- KGB şairlərinin uydurduğu gibi Təbrizdə bir əsrdə 4 inqilab olmamış, hətta bir tək inqilab da olmamışdır. İnqilabın kitabı- nəzəriyyəsi olmalıdır. Hanı, haradadır o 4 inqilabın nəzəriyyələri?
5- KGB şairləri və tarixçilərinin uydurduğu gibi bizim azərbaycanlı və güney azərbaycanlı, İran azərbaycanlısı deyə bir kimliyimiz olmamışdır, yoxdur. Biz özbəöz türkük. Milliyətimiz türk və dilimizdə türkcədir. Azərbaycanlı və azərbaycan dili deyə şüarlarla bizə sırımağa çalışdıqları KGB planlarından başqa bir şey olmamışdır.
6- KGB şairlərinin uydurduğu gibi Xiyabani adında milli bir qəhrəman olmamışdır. Xiyabani aşırı bir fars milliyyətçisi və türk düşməni və Şaumiyanın ən yaxın müttəfiqi olmuşdur.
7- KGB şairlərinin öydüyü gibi Səttar Xan adlı milli qəhrəmanımız olmamışdır. Səttar Xan adlı beyinsiz "mənim təqlid etdiyim Ayətullah savaş fətvası vermiş ona görə savaşıram" deyirdi. Ağlı öz başında deyil də başqa bir mollanın başında olan adam bir hərəkətin lideri və qəhrəmanı ola bilərmi? 8- Fars milləti ilə heç bir düşmənliyimiz yoxdur. Həm farslar, həm də biz türklər Səfəvi leşxorlarının mirası olan ideologiyanın əsarətindəyik. İranda yaşayan bütün xalqların ortaq düşməni səfəvilikdir, Səfəvi leşxorların xurafi mirasıdır.

Hiç yorum yok: