26 Haziran 2017 Pazartesi

Zübeyda

Bir kişinin Zübeyda adında bir qadını varmış. Kişiyə gün verir, işıq vermirmiş. Kişi də bunun əlindən canını necə qurtarsın deyə qara-qara düşünürmüş. Bir gün quyudan su çəkdikləri zaman kişinin ağlına "Zübeydanı itələyib salım bu quyuya canım qurtarsın" deyə keçir və elə də edir. Zübeydanı itələyib salır quyuya və gəlib evdə sevincindən şərqi söyləməyə başlar. Bir həftə keçir. Kişi düşünür ki, artıq quyuda Züybeyda bu vaxta qədər qalmaz. Gedim su çəkim gətirim. Dolu quyuya sallayır. Çəkərkən görür dol çox ağırdır. Bir az daha yaxınlaşdırır görür qorxunc bir əjdəha. Qorxusundan dolu buraxmaq istərkən əjdəha dilə gəlib "ey adəm oğlu, sənə qurban olum məni buradan çıxar. Söz verirəm peşman olmazsan və səni çoooox zəngin edərəm. Burada Zübeyda adında bir qadın həyatımı cəhənnəmə donuşdurub məni buradan qurtar" deyə yalvarır. Adam "məni necə zəngin edə bilərsən ki?" deyə sorduğunda əjdərha "gedib üç kərə sarılaram şahın qızının boynuna. Nə qədər ovsunçu gətirsələr də açılmaram, yalnız sən hər kərəsində gəlib bir işarə etsən açılıb gedərəm, şah da sənə bolca altun bağışlar" deyir. kişi bunu qəbul edir və əjdəhanı çıxarır. Əjdəha gedib sarılır şahın qızının boynuna. Nə qədər ovsunçu gətirsələr də, əjdəha açılmır və bütün ovsunçuların da boynu vurulur. Sonunda bu kişi saraya xəbər göndərir ki, o əjdəhanı oradan mən uzaqlaşdıra bilərəm. Götürürüb aparırlar bunu. Adam gedib əjdəhaya bir şey pıçıldayır guya və əjdərha açılıb gedir. Şah kişiyə bir torba altın verib təşəkkür edərək yola salır. Bir neçə gün sonra təkrar ilan qızın boynuna sarılır, çünkü anlaşmarına görə üç kərə sarılmalıymış. Hər sonrakı iki kərəsində də kişi gedib əjdəhanı uzaqlaşdıraraq torba dolu altunlarla evinə şad-xuraman dönür. Bir neçə gün keçir və şahın məmurları təkrar gəlib kişini aparırlar ki, gəl ki, yenə də ilan qızın boynuna sarılmış. Kişinin boğazı quruyur. "İlan üç dəfə sarılacağını və məni dinləyəcəyini demişdin, indi mən nə edəcəyəm? Artıq məni dinləməz və boynum digər ovsunçular gibi kəsilər" deyə qorxu içində və məmurların eşliyində saraya doğru gedir. İlana yaxınlaşdığında ilan ona qarşı püskürürü ki, niyə gəldin, biz üç kərəliyinə anlaşmışdıq, artıq nə desən açılıb getməyəcəm. Kişi ilana deyir ki, bax ilan qardaş, mən qızın boynunda açıl get demək üçün gəlmədim, çünkü anlaşmamızın üç kərəliyinə olduğunu bilirəm. Ancaq sən məni zəngin etdin, bu üzdən sənə minnətdaram və bu xəbəri sənə çatdırmağı özümə borc bilirəm. İlan"nə xəbəri?" deyə sorduğunda kişi "mən gəldim sənə deyim ki, Zübeyda quyudan çıxmış və buraya gəlir, mən qaçıram, ancaq sən istəyirsənsə burada qala bilərsən" deyir və qaçmağa başlayır. Bunu eşidən əjdəha qızın boynundan açılıb tələsərək axıb getməyə başlayır və bir daha gözə görünüb oralarda peyda olmur.

Hiç yorum yok: