tarix diye bir elm yoxdur əslində. Çünkü oluntu (fenomen) olaraq tarixin nə olduğu bilinməz. Sadəcə olaraq hər toplum üçün bir tarix qurqusu və quruntusu hazırlanır və düşünməkdən uzaq olan toplumlar da o tarixi doğru olaraq
qəbul edərək özünə psikolojik güvən açıqlar. Millətçilər və dinçilər bu baxımdan eyni metoda sahibdirlər. Örnəyin şiilər Əbutalib oğlu Əli adında saxta bir qəhrəmanı güncəl həyatda tutarkən, sünnilər də qəhrəman və pərhizkar səhabilər yalanıyla düşüncələrini susudurub tarixə gömürlər. Digər dinlərdə də bu şəkildədir. Yalnız modernitə indiki çağda yaşamanın ilkələrini sunar. keçmişlə uğraşan beyin indiki fürsətləri qaçırar. Hər tək-təkimizdə böylə olmuşluq təcrübəsi az-çox vardır. İstər birey düzləmində olsun istərsə toplum düzləmində keçmişlə oyanalaraq indiki zamanda olan fürsətləri həyatımızdan qaçırmışıq. Çünkü insan beyninin həm keçmişdə, həm də indiki zamanda yaşaya bilme nitəliyi yoxdur. Bu səbəbdən tarix, özəlliklə şərq toplumları üçün tarix indiki zamanda
inkişafı və düşünməyi susdurmaq üçün qurqulanan tuzaqdır, tələdir. Şərq ölkələrində yazılan tarixlərin hamısı ideolojikdir. İndiki dövlət və ya deyəlim oyanış adlanan ideoloji üçün
qurqulanmışdır. Məsələn Azərbaycanda tarix hamısı yalan və iftiradır. ya da "Güney Azərbaycan" adı altında ürətilən tarix bilgiləri hamısı yalan və iftira. Yoxsul və gəlişməmiş təcrübəsiz ailələrin gənclərinin həyatını bərbad etmək üçün hazılanan ideolojidir. İdeolojilərin ontolojisi olmadığından hamısı həyat üçün tuzaqdır. Məsələn deyəlim ki, Firudin Cəlilov, Zehtabi kimi qurqucular hamısı inkişafın
yolunda tüfeyli əngəllərdən başqa bir şey deyillər. Minillər öncə üçün çirkin yalanlar qurqulamışlar. Modern çağda böylə fırıldaqçılara yer olmamalıdır.
10 Şubat 2018 Cumartesi
tarix
Sözlük olaraq “tarix” olayların
zamanını təyinetmə və bilmə anlamındadır. Ərəbcədə, farscada, kürdcədə və türkcədə yayqınlaşan bu sözün kökəni isə başqadır. İlk dəfə olaraq “tarix” sözünün 10-cu əsrin əvvəllərində gözə çarpdığı söylənməkdədir. Lakin bu dövrdə də hələ yayqınlaşmamışdır. Çünkü 11-ci əsrdə böyük bilgə Əbureyhan Biruni
keçmiş olaylar haqqında kitab yazarkən “tarix” sözünü qullanmamışdır. Tarix sözü yerinə, əski çağlarda “əxbar” (xəbərlər) sözünü daha çox istifadə etmişlər. “Tarix”
sözünü qullanmanın sürəsi təqribən 5-6 yüz il arasındadır. Özəlliklə İbni-Xəldundan sonra
yayqınca qullanılmaya başlar. İbni-Xəldun da “tarix” sözünün qırıq çoxluq şəkli olan “təvarix” (tarixlər) sözünü istifadə edər. Çünkü “tarix” sözü
ərəbcə bir söz olmadığından
onun çoxluq halı da ərəb dilinin
qramatikasına uyqun şəkildə deyildir. İngilis
dilində “tarix” sözünə qarşılıq olan “history” sözünün də kökəni “story” sözündəndir. Story, yəni nağıl. Böyük tarixçi olaraq bilinən Will Durant və eşi Aril Durant da 11 cillik kitablarının adını “The Story of Civilization”,
yəni “Mədəniyətin
nağılı” olaraq adlandırmışlar. Çünkü tarix gerçəkdən də
nağıldan başqa bir şey deyildir. Ancaq şərq
dillərində (türk, ərəb, fars,
kürd, ...) olan “tarix” sözünün kökəni nədir,
haradan gəlmişdir? Dilbilimçilərin
ortaq araşdırmasına görə, tarix sözü aramicə “ərəx”
sözündən törəmişdir.
İslamdan yüzillər öncə Əski Yəmənin
daş yazıtlarında aramicə yazılan “ərəx” sözünə rast
gəlmişlər. Bu
yazıtlarda ərəx, ayın dönməsiylə bir
zaman ölçüsünü bəlli edər. Əski
aramıcə olan ərəx
sözü müərrəb (ərəbizə)
edilərək tarix şəklinə
dönüşmüşdür. Çünkü ərəbizə edilən
sözlərin bir ilkəsi
vardır: onu cəm bağlayacaq, təkilinin
dışında, çoxluq bildirəcək şəkildə ərəbizə etmək gərəkir.
Böyləcə ərəbcədə bu
biçim dönüşüm sürəci yaşayan “ərəx”
sözü günümüzdəki “tarix” biçimini almışdır. Ərəx
sözü aramicə kökəni etibarıyla ayın hərkəti üzərinə
zaman ölçüsünü bəlli etmək deməkdir.
Lakin günümüzdə “tarix”, keçmiş olaylar haqqında bilgi birikimi
sağalayan bir sahəyə
dönüşmüşdür. Bu bilgi birikimi necə
sağlanacaq? Bilgilər ağlın dirək
müşahidəsinə daynmalıdır. Yoxsa ona bilgi
deyiləməz. Bilgi ağlın süzgəcindən keçərək,
gerçəklikdə
uyqulana bilən düşüncə eyləmidir.
Bu isə tarix bilgisi üçün keçərli
deyildir. Çünkü tarixi olayları gözümüzdə görə bilməz,
müşahidə edə bilmərik.
O zaman əlimizin altında olan qısıtlı və məhdud
verilərlə xəyal
qurmalıyıq, qurqulamalıyıq. Böyləcə
tarix gerçəkdən də
qurqudan başqa bir şey deyildir.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder