Dao
da modernitənin içində var. Modernitə tarixdə müsbət nə varsa öz varlığına
artırmış. Modernitənin yarışdığı bir mədəniyyət yoxdur. Hər şeyə açıqdır. Hətta
tarixdən silinməkdə olan xalqlar üçün də modernitə imkanlar sunar. Dao mədəniyyət
deyil, fəlsəfi görüşdür. Mədəniyyət fəlsəfə və dindən üstün bir olqudur.
İnsanlıq tarixi bütün təcrübələri ilə bir yerdə modernitəni oluşdurmuşdur.
İnsana həyat haqqı tanıyan modernitədir. Nə təsəvvüf, nə Dao, nə Hind mədəniyyəti
qapsayıcı və ürətici mədəniyyət sistemi meydana gətirmişdir. Şərq mədəniyyəti
deyə bir olqu varsa, onun müsbət tərəflərini modernitənin içində aramaq
lazımdır. Şərqin özündə davam edən mədəniyyət deyil, insanı şəxsiyyətsizləşdirən,
aşırı ideolojilərin əlində əsir edən həyat biçimidir. Məsələn Çində nə var
sanki? Diktatorluq, edam, demokrasi əksikliyi, ... azad düşüncə əksikliyi. Qısa
sürə avropalaşan Hindistan Çin mədəniyyətinin ötəsindədir. Dao və ona bənzər
görüşlər əski çağların yerəl düşüncələri. Modern həyata və eyitim sisteminə
onun verəcəyi bir şey yox. Hamı Dao kimimi olmalı? Hamı dahimi olmalı? Güncəl həyatını
yaşayaraq Dao olmaq istəməyən və eyni zamanda sömürülmək istəməyərək ailəsi ilə
bir yerdə mutluluq arayan Dao kimimi yaşamalı? Seçkinlər əsla mədəniyyət üçün
örnək ola bilməmişlər. Çünkü onların dözümü, ideyaları yolunda yolçuluqları, səbirləri
tamamən fərqli. Toplum onlar kimi yaşasa bəşəriyyət məhv olar. Ölkəyə
iqtisadiyat, əyləncə, sənət,... lazım. Müsəlmanların da əsas sorunu Peyqəmbər kimi
yaşamaya çalışmalarıdır. Yaşayamazlar. Onun üçün peyqəmbər olmaları gərəkir.
Ona görə də Modernitə dahilərin yaşam biçimini örnək almaz. İşçilərin, aşağı və
orta təbəqənin yaşamdan zövq alma görüşlərini özümsər. Şərq mədəniyyəti
aşırıcıdır. İnsanın nəfsinə zərər verər. Təsəvvüf mədəniyyət deyil, bir neçə
seçkin adamın fərqli yaşama istəncidir. Ona görə də təsəvvüf örnək alınamaz. Bəşəriyyətin
ortaq istəyi sosial dövlət, laiklik, hukuk güvənliyi və demokrasıdır. Bunu da nə
təsəvvüf, nə də Dao və digərləri oluşdura bilmişlər. Təsəvvüfün siyasi fəlsəfəsi
olmamış ki. Dövrün şahları ilə Mövlana kimi ya anlaşıb keyf içində yaşamışlar,
ya da dəriləri soyulmuş. İkisi də yanlış. Orta yol lazım. Kimin necə
yaşayacağı, sufi olacağı, Dao yolunda yürüyəcəyi onun öz tərchidir. Öncə bu tərcihi
toplum üzvləri üçün sağlamaq lazımdır. Bu tərcih haqqını sağlayan da, ancaq
modern düşüncədir, yəni Avropa təcrübəsidir. Başqa seçənək yoxdur. Hələ bizim
tariximizdə heç bir örnəyi yoxdur. Çin iqlimi yağmurlu və bərəkətli
torpaqlardır. Bizim iqlimlər xaos, zülm, susuzluq, xan-xanlıq, savaş və gücsüzü
əzmə iqlimləridir. Zülmdən, güclünün gücsüzü əzməsindən başqa tariximizdə heç
bir örnək yoxdur. Mən qarşılaşmadım. Hər ölkənin öz tarixi şərtləri var. Bizi
kökümüzdən qoparacaq tək güc modernitədir. Kökündən qopan toplumlar millət ola
bilərlər. Kökdən qopuş gözəl bir şeydir. Bizim kökümüz bilgisiz, yazıb oxuması
olmayan xurafi dədələrimizin oluşdurduqları insanlıq düşməni törələrdən başqa
bir şey deyildir və bunların hamısından qopuş lazım. Bu qopuşu sağlayan güc də
Avropadadır. Bizi kökümüzdən ayıracaq və insanlıq tarixinə soxacaq güc Avropa
metodologiyasıdır. Bunun aşağılıq kompleksi ilə heç bir əlaqəsi yoxdur. Gerçəklərdir.
Hiç yorum yok:
Yorum Gönder