adətən
dillər üzərinə dəyişik dövrlərdə fərqli paradiqmalar hakim olar. Məsələn
İslamdan öncə fərqli paradiqma hakim olmuş. İslam sonrası ərəb millətçiliyinə
qarşı həm bizdə, həm də farslarda reaksion oluşmuş. Qutatqu bilik kimi əsərlər
bu zaman yazılmış. Farslarda reaksion davam edərək aksiona dönüşnüş və dillərində
çox böyük irəliləmə sağlamışlar. Bizdə reaksion sönmüş. Sünni islamı ilə gedən
çizgidə türkcənin ortaya qoyduğu ən böyük əsər Dədə Qorqud kitabıdır. Qorqud
kitabı Bayındırlı dövlətinin məhsuludur. Ağqoyunlu dövlətinin. Sünni çizgisində
dilimizə gərəksiz ərəb sözləri girdi. Səfəvilərlə eyni zamanda dilimiz üzərinə
fərqli ideya və paradiqma hakim oldu. Fars dilinin qramatikasına görə mərsiyyələr
yazıldı. Balaca kəndlərdən böyük şəhərlərə qədər məscidlərdə əhali uşaqlıqdan
ölənə qədər bu əzik və farscalaşmış dildə yazılan mərsiyyələri bağrışıb başına
döyüb ağladı. Dilimizin omurqası həm qramatik mənada, həm də ideya baxımından
qırıldı. Demək olar ki, Rus istilasına keçmədən öncə Səfəvilərdən sonraki dönəmdə
dilimizdə heç bir əsər yoxdur. Sadəcə insanı şəxsiyyətsizləşdirən, dehumanizə
edən mərsiyyə, molla sözləri var və ağlaşma. Bir az da kənddə filan bir neçə
ozan. Osmanlıda da buna bənzər bir ideya dil üzərinə hakim olmuşdur. Türk dilləri
üzərinə heç bir zaman sol paradiqma hakim olmamışdır. Bu kimi paradiqmalar
ortaya çıxdığında, Osmanlıda dərhal boğub yox etmişlər. Ona görə Osmanlıca
deyilən köksüz və kabusanə bir dil meydana gəldi. İndinin özündə filologiya üzrə
prof. olan adam bilə Türkiyədə Osmanlıcanı anlayamaz. Bu, qaranlıq zehniyyətin
dildə əks olunmasıydı. Həm dünya şərtlərindən asılı olaraq, həm Osmanlının heç
bir mənəvi təsiri qalmadığından sol məfkurənin dilə girmə fürsəti doğdu. Türkiyədə
cumhuriyyətdən sonra dilin inkişafı sağçı-dinçi zehniyətin yenilməsi və sol
paradiqmanın dilə hakim olmasıyla başladı. Bu, dil üçün tarixi fürsət idi.
Çünkü sağçı-dinçi fanatizm ağıl, fəlsəfə, dil, gözəllik düşmənidir və tarixi
mirası qaranlıqdan başqa bir şey deyildir. Osmanlıca deyilən köksüz dili əzərək
tarixdən çıxarmaq üçün sol məfkurənin əlinə fürsət keçdi. Sol paradiqma
başarılı oldu və Anadoluda türk dili Osmanlı əsarətindən qurtularaq öz kökü üzərində
böyüməyə, öz törəmə qanunlarını kəşf etməyə başladı. Bu yolda erməni Dilaçarın
çox böyük və müsbət təsiri oldu. Dilaçar olmasaydı, Türkiyədə dil bu qədər gözəlləşəməzdi.
Təəssüf ki, Atatürkün ömrü az oldu və Osmanlının izi tamamən dilimizdən silinmədi.
Məsxərə Osmanlıca, dili tamamən soysuzlaşdırmışdı. Bu baxımdan Cumhuriyət dönəmində
dilin təmizlənmə məsələsi Osmanlı kabusundan qurtuluşu da niyyət edinmişdi. Heç
bir sənət, ədəbiyat, fəlsəfə, estetik miras qalmamışdı Osmanlıdan. Sadəcə teror
və İŞİD zehniyyətini çağrışdıran, qadınları kölə və cariyə görən zehniyyət
miras qalmaışdı. İndi göylərə qaldırılan II. Abdulhəmid, İbni-Xəldun kimi müsəlman
mütəfəkkirlərin də kitablarını yasaqlamışdı. Kitab olmayan yerdə işıq mı olar?
Ona görə də işıq yox, qaranlıq olmuşdur. Belə bir qaranlıq mühitdə düşüncə
inkişaf edəməzdi. Cumhuriyət sol- laik kimliyi ilə Osmanlı dövrü qaranlığının,
kitabsızlığının antitezi idi. Özəlliklə modern Batı fəlsəfəsi bu dövrün
başlamasıyla türkcəyə tərcümə edildi. Osmanlıca deyilən qramatikası olmayan dilə
fəlsəfi, elmi kitab tərcümə etmək mümkün deyildi. Bu üzdən keçən əsrin əvvəllərində
yazarlar kitablarını fransızca yazırdılar. İndi ədəbiyyatşçünaslıq tarixində
fransızca roman yazan bir neçə Osmanlı ziyalısı vardır. Çünkü Osmanlıca ilə
roman yazmaq olmazdı. Osmanlıcanı bilmək və anlamaq üçün fars dilini bilməık gərəkir.
Ərəbcəsi olan, ancaq farscası olmayan Osmanlıcanı anlayamaz. Osmanlıcadakı ərəbcə
sözlər də ərəbcədən alınmamış, farscadan alınmış. Dilin cümlə quruluşu da
farscadır, ancaq arada türkcə şəkilçilər də görünür. Bir fars Osmanlıcanın
hamısını anlar, bir türk heç bir şey anlamaz. 600 illik bu mənasız tarixin
mirasını yox etmək gərəkirdi və bunu böyük ölçüdə başardılar. Özəlliklə dərs
kitablarından Osmanlıcanın nəfəsini kəsdilər. Bu da ilk dəfə olaraq türkcə
tarixində dilin üzərinə sol paradiqmanın hakim olmsına görə idi. Çünkü 15-ci əsrdən
bəri fəlsəfənin, təmiz dilin, insan haqlarının, demokrasinin inkişafında
sekular-sol zehniyyət aktiv olmuşdur. Bu gəlişmələrin hamısı sekular-sol
zehniyyət məhsulu kimi Qərbdə meydana çıxmışdır. Azərbaycanda da Axundovdan
başlayaraq davam edən milli dildəki oyanış sekular-sol zehniyyət tərəfindən
meydana çıxmışdı. Yüzillər boyu sağ-dinçi fanatizmin tənqidi Qafqazda Axundovla
başlamış, Molla Nəsrəddinçilər tərəfindən ifşa edilmiş, Cabbarlı, Cavid, Hadi,
... tərəfindən gücləndirilmişdir. Bunların hamısı sol-sekular paradiqmanın nəticəsi
idi. Son zamanlar sağçı-dinçi zehniyyətin Türkkiyədə dirilməsiylə xurafatın,
şeyxlərin ağıza tüpürmələrinin, peyqəmbər poxu yemə və sidiyini içmə reklamının
tanığı oluruq. Anlaşılan xortlamaqda olan Osmanlı mirasını yox etmk üçün yenidən
sol-sekular paradiqma bu xurafi durumun antitezi olaraq ortaya çıxmalı, bir
Mustafa Kamal yetişdirməlidir.
Hiç yorum yok:
Yorum Gönder