18 Ağustos 2018 Cumartesi

İslamda məzhəb varmı?


Məzhəbsiz din tarixdə olmamışdır, ola da bilməz. Bir din üzərinə bir toplum iqlim, tarix, kültür, ekonomi, yaşam biçimi, xürafələrinə və güvənlik ehtiyacına görə alqı ortaya qoyduğunda məzhəb doğar. Məzhəb din üzərinə toplum odaklı bir görüşdür və bu olmazsa, din də olmaz. Çünkü dinin nə olduğu bəlli deyil. Məsələn İslam dininin nə olduğu bəlli deyil. Mütəşabih ayətləri var. Bu ayətləri də Quranın dediyinə görə, Allah və alimlər bilər. Alim kimdir? Alimin kim olduğu üzərinə Quranda bir ölçü yox ki. Karimzatik bir quldur ortaya çıxıb və mütəşabeh ayətləri anladığını iddia edir. Cahil kütlə də inanır. Niyə inanmasın ki? İnananmamasına dair bir səbəb yoxdur. Bu inanmaq onu rahatladır. 1400 illik İslam və digər dinlər tarixindəki bütün təriqətlər bu şəkildə ortaya çıxmış. İslam Peyqəmbərinin öz zamanında belə Quranı fərqli anlama olmuş. Ancaq İslam Peyqəmbəri bu sorunu çözə bilirmiş. O öldükdən sonra sorunlar təbii olaraq qabardı. Bu məzhəbləri quranların çoxu Peyqəmbərin ən yaxın arxadaşları olmuş. Hətta onlar bir-birlərini boğazlayıb öldürdülər. Siffeyn, Cəməl savaşlarında 100 mindən çox insanın öldürüldüyü bildirilir. Əbutalib oğlu Əli 700 xəvarici bir gündə qətl etmiş. Çünkü xəvaric qadınların da xəlifə, imam, pişnamaz ola biləcəkləri kimi tezislər savunur və bunun islamla çəlişmədiyini deyirdi Əli. Başqa səbəblər də vardı təbii. Əlinin özünü öldürənlər də tabeinlərdi. Yəni onlarca səhabi ilə təmasda olanlardılar. İslam Peyqəmbəri "Miqdad və Əbuzər dostudrular, ancaq iç dünyaları bir-birlərinə açılsa, bir-birlərini qılıncla parçalarlar" demiş. Yəni Peyqəmbərin öz zamanında da fərqli görüşlər olmuşdur. Onun yoxluğunda bu fərqli görüşlər doğal olaraq özlərinə tərəfdar toplayıb savaşmışlar. Hamısı da əsil islamdan yana olduqlarını vurqulayaraq. Ona görə də məncə islamda təriqət və məzhəb yoxdur deməklə özümüzü aldadırıq. Bütün dinlərdə olduğu kimi, İslamda da təriqətlər və məzhəblər olmuş və vardır. Demək bu yolla sorun çözülməmiş və çözülmür. Özümüz deyib özümüz eşidirik. Sorunun çözümü nədir? Çözüm üçün islamı siyasi həyatın dışında çıxarmaq lazımdır. Sekular dövlət camiləri kontrol altında tutmalı. Məscidlərdə kimin ağzına nə gəldi danışamamalı. Bəlli proqramların dışına çıxıb xalqda cəhalət və kin çağrışdıran görəvli cami yetkililəri görəvlərindən alınmalıdır. İslam dini savaş, antisülh və öldürmə dinidir. Siyasi dindir. Qənimətçi və yağmaçı dindir. İnanmayanları "sağirun" olaraq nitələr vəonları ciziyyə ödəməyə məhkum edər. Yəni müsəlman çalışmadan başqsının sırtından keçinər. "Sağirun", yəni iman etməyən aşağılıqlar. Müsəlmanların əli ilə Allahın iman gətirməyənləri cəzanaldığı Quranda dəfələrcə vurqulanmış. İŞİD, Xomeyni və Taliban bu ayətləri əsas alaraq meydana çıxırlar. Bu ayətlər hər zaman teror və şiddət üçün ilham qaynağı olacaq. Çünkü islam ərəb dinidir. Ərəbin nüfusu o dörvdə çox azdı. 150-200 min arasında. Bizans-Sasani arasında sıxışıb aşağılanan ərəblər üçün qurtuluş kitabıdır Quran. Hər ərəbin ən az 4 qadın və saysız cariyyə edinməsinin səbəbi nüfus artımını sağlayaraq ölkələri fəth etmək olmuşdur. Hələ o dövrdə səhiyyə olmadığı üçün çocuqların çoxu ölürdü. peygəmbərin 8 evladından 5-i çocuqkən öldü. Ona görə onlarca qadın və cariyyədən yüzlərcə çocuq olurdu və bunlardan 15-20 uşaq həyatda qala bilirdi. Bunun üzərinə qısa sürədə ərəb nüfusunda patlama meydana gəldi. Bir tək ərəbin olmadığı İraq tamamən ərəbləşdi. İraq Sasanilərin başkənd və çevrəsiydi. Günümüz körfəz ölkələrində bir tək ərəb yoxdu, indi hamısı ərəb. Quranın təritibində səhabilərin saxtakarlıq edib onu tərsinə hazırlamalarının da səbəbi bu idi. Məkkə surələrində savaş yox, hamısı mərhəmət. Ancaq dünyaya yayılmağa çalışan ərəb üçün Məkkə surələri lazım deyildi. "Öldürün!" deyə çağrı edən Mədinə ayətləri lazım idi. Bu ehtiyaca görə də Peyqəmbərə ilk Məkkədə gələn ayətləri kitabın sonuna, savaş anlarında gələn ən son surələri kitabın əvvəlinə yerləşdirdilər. Belə işmi olar? Bir kitabı zamansal sıralamasına görə niyə tərtib etməsinlər ki: Bunun adı saxtakarləq deyil də nədir? Görürsünüz ki, Peyqəmbərin vəfatından çooox qısa sürə sonra Quranı belə məzhəb ehtyacına, yəni ərəb toplumunun işğal və qənimət, cariyə və kölə satma ehtiyacına görə tərtib etmişlər. O zaman indiki dövr müsəlmanlarına "İslamda məzhəb yoxdur" demək tutarlı bir gərəkçəyə dayanmamaqdadır.

Hiç yorum yok: