20 Eylül 2018 Perşembe

Füzuli haqqında


Mühacirət dolu həyatımda üç kitabı hər zaman çantamda daşımışam: 1- Hafiz Şirazinin divanı, 2- Mövlananın böyük divanı, 3- Füzulinin Türkcə divanı. Bu üç şairin əsərlərindən yüzlərcə, bəlkə minlərcə qəzəl, rübai, ... əzbərimdədir. Özəlliklə Füzulinin türkcə yazması xoşuma gəldiyindən bütün qəzəllərini əzbər bilməsəm də, əzbər bildiyim qəzəllərinin yanı sıra bütün qəzəllərindən 1-2 misra və ya beyt əzbərimdədir. 14 yaşımdan bəri bu əsərləri həp oxurdum.... 
******************
Avropaya yerləşdikdən sonra düşüncə dünyam bir neçə dəfə uçurulub yenidən quruldu, ya da heç qurulmadı, elə uçuq qaldı. Ən son da 3-4 ay öncə düşüncə və dünyagörüşümdə köklü dəyişiklik oldu. Çapa hazırladığım roman və şeirlərimi atdım getdi, bilgisayarımdan və facebook səhifəmdən sildim. Hər görüş dəyişikliyi istər istəməz yeni üfüq açaraq yeni dəyərləndirmələri də özüylə bərabər gətirir. Demək olar ki, təsəvvüfün Allah mehvərli mətnləri mənim üçün gözəlliyini və dəyərini itirmişdir. Ancaq Şərqdə çox bilinib tanınan sufi şairlərinin çoxunun əsərlərini topdan əldə edib incələmə fürsəti bulmuşdum. Bunlardan biri də Füzuli əsərləri olmuşdur. 
*********
Füzulinin "Hədiqə-tüs-süəda" kitabını gəncliyimdə oxusaydım, onun qəzəllərini bu qədər oxumazdım deyə düşünürəm. Çünkü "Hədiqə-tüs-süəda" başdan sona qədər xurafatdır. Ədəbi və estetik dəyərinin olmaması bir yana dursun, kitab cəfəngiyatdan başqa bir şey deyil. Sanki Ərdəbilin lotu baş yaranlarından biri yazmışdır kitabı. Baş yaran, sinə və zəncir vuran birinin yazdığı kimi təəssürat bağışlayır. Sanki camaatın cibini soyan "Şeyx Nəsrullah" yazmışdır kimi, bir təəssürat oyadır.
*****
Əsər Kərbəla hadisəsi üzərinə qələmə alınmışdır. Səfəvizədə xəstə insanın inandığı bir yalana Füzuli də inanırmış! Hüseyn Kərbəlada öldürülmədən öncə oğlu Zeynəlabidini yanına çağırır və onun qulağına bir şey pıçıldayır! Bu pıçıltıda "imamət" sirrini ona verir!!!! Nədir bu imamət sirri yalanı? Güya Məhəmməd inək dərisinə yazılmış bir ayəti gizlincə Əliyə vermiş və tapşırmış ki, bunu öz evladlarından başqa kimsəyə vermə! O da Həsənə, Həsən Hüseynə, Hüseyn də oğluna, o da.... Mehdiyə çatdırmış. Mehdi bu sirri götürüb qeybə çəkilmiş!!! Bu yalanı müsəlmanlar qəbul etməz. 
Buraya qədər bir inanc məsələsidir deyə anlayışla qarşılamaq olar. Ancaq davamında daha da dəhşət xürafələri anladır. Yazır ki:
Hüseyn 4 yaşında Mədində itir. (Bu haqda heç bir tarix kitabında bilgi yoxdur. Füzulinin uydurmasıdır, ya da uydurulmuş bir yalana Füzulinin də inanmasıdır.) Hüseynin itməsiylə nə dədəsi Məhəmməd, nə anası Fatma, nə atası Əli ilgilənir! Özündən iki yaş böyük olan Həsən ilgilənir! Həsən başlayır Hüseyni axtarmağa. Həsən çıxır Mədəninin kənarlarında Hüseyni axtarır. (6 yaşlı Həsən!). Birdən bir ceyranla qarşılaşır. Ceyran dil açıb Həsənlə danışır. (Quranda yazılan "sünnətullah-təbiət qanunları"na görə ceyranın dil açıb adamla danışması mümkün deyil.) Ceyran Həsənə deyir ki, sənin nə axtardığını bilirəm. Sən Hüseyni axtarırsan. Bir yəhudi Hüseyni oğurlayıb və filan yerdə evində tutmaqdadır. (Yəhudi qoymuşdular qalsın Mədinədə? Hamısını peyqəmbər sürgün etmişdi. Ayrıca, yəhudi uşağı necə oğurlaya bilər? Uşaq yetimmi idi? Necə ola bilər 4 yaşında uşaq oğurlansın və anasının xəbəri olmasın?) Nə isə. Həsən ceyrana deyir ki, o evi mənə göstər. Ceyran da Həsəni aparır yəhdinin evinin qapısına! Çox maraqlıdır ki, hər şeyi və qeybləri bilən imam ceyrandan yardım istəyir. Gedib yəhudinin qapısını çalır və yəhudi deyir ki, sən kimsən və buraya necə gəldin? Həsən də deyir ki, mən Rüstəm bəyin qızı Gülnaz xanımın adaxlısı olan Hz. Adəmin soyundanam. Başlayır ki, soyum Adəmdən başlayıb xatəmdə (Məhəmməddə) bitər. Yəhudi ilə Həsən arasında mübahisə böyüyür və yəhudi müsəlman olur! Müsəlman olan yəhudi yapışır Həsən və Hüseynin əlindən gedir peyqəmbərin yanına və deyər ki, mən islama girdim sən də qəbul et. Beləliklə yəhudinin müsəlmanlığını peyqəmbər də qəbul edir. 
****

Göydən üç alma düşdü.... Biri mənim (çünkü mən almanı çox sevirəm), ikincisi də mənim, üçüncüsü də mənim. (Məndən alma gözləməyin!)
************
Bu xurafatı yazan Füzulidir.

Hiç yorum yok: