22 Eylül 2018 Cumartesi

Füzuli təsəvvüfünün saçmalıqları silsiləsindən 1


İslam ortaya çıxdığı gündən bəri ya cihadçı qatillər yetişdirib ölkələri işğal edərək soyqırımlar törədiblər, ya da düşüncəsiz leşləşmiş kölələr sürüsü. Ortaya İbni-Sinalar çıxdığında da susdurub kafir adlandırmışlar. Çünkü İbni-Sina kimilərin müsəlman olduqlarına dair heç bir bilgi və bəlgə yoxdur, müsəlman olmadıqlarına, şəkkak olduqlarına dair çox bilgi vardır, çünkü elm şəkkaklıq gərəkdirər.
*******
Təsəvvüf apolitik islam təriqətlərindən olmuşdur. Təsəvvüf təriqətləri insan zəkasını elə söndürüb qaranlığa gömmüş ki, iynə dəliyi qədər bir işıq yeri buraxmamış. Mütləq qaranlığa gömülən insan ağlı və ruhu.
*****
İnsan ruhunu mütləq qaranlığa gömənlərin başlıcalarından biri Mövlana Cəlaləddin Rumi olsa da, bu kəz Füzulinin qaranlıq dünyasından danışaq.
Digər təsəvvüf məktəbləri kimi, Füzuli də "irfan" və "arif" sözləri üzərinə tanımlama edir. Ərəbcədə "irfan" bilgi və tanıma anlamındaykən, arif də bilən və tanıyan anlamındadır. Füzuliyə görə arif kimdir? Füzuliyə görə gerçək müsəlman kimliyini anımsadan arif kimdir? Dünya haqqında elmi bilgi əldə etməyə çalışan arif ola bilməz. Dünya və dünyada olanlar haqqında maraqlanaraq ağlını çalışdıran və sual soruşan adam Füzuliyə görə arif ola bilməz. Füzuliyə görə fəlsəfə ilə məşğul olub elmlə uğraşan adam Allahın düz yolundan çıxdığı üçün arif ola bilməz. Arifin dünya və onda olanlar haqqında elmi bilgisi olmamalıdır. Çünkü elmi bilgisi olduğunda səbəbləri bilmiş olar. Səbəbləri bildiyində heyrətdən məhrum olar və böyləcə də irfan və Allah yolundan çıxar. Məsələn yağışın yağma səbəbi var. Dənizlərin buxarlanması, buludların şəkillənmə sürəcinin elmi izahı var. Füzuliyə görə, bu elmi izaha çatan kişi Allah yolundan çıxıb elm yoluna girərək sapmışdır. Yəni arif olan adam kimya, fizika, riyaziyat, biologiya, geologiya, ... elmləri ilə uğraşmamalıdır. Key və uyuşmuş olaraq ölü kimi heyrət içində hərəkətsizcə donub qalmalıdır. Həqiqətən də Füzulinin və ya Mövlananın dediyi kimi də İslam şərqi heçlik və qaranlıq içində ölü kimi donub qalmamışmı? Bu bilim düşmənliyi Füzuliyə xass deyil, bütün təsəvvüf belə düşünür. Məsələn Mövlana Məsənəvi adlı əsərində yazır ki, səbəb üzərinə elmi bilgi heyrəti söndürər və heyrət söndüyündə də Allaha doğru yolçuluq imkansız olar. Yəni Mövlanaya və Füzuliyə görə, Allaha doğru yolçuluq etmək üçün zır cahil olmalısan. Füzuli zəka düşmənliyini bu şəkildə açıqlar:
"Öz cəhalətimdə öylə sərxoş və məstəm ki, dünyada nə olduğunu bilməzəm. Kim olduğumu, saqinin kimliyini və meyin nə olduğunu bilməzəm.
Dünya və onda olan hikmətlər haqqında bilgisi olan arif deyil. Arif odur ki, bilməyə dünyada və onda nə kimi hikmət vardır:
"Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kiməm saqi olan kimdir meyu səhba nədir.
Hikməti-dünya və mafiha bilən arif deyil,
Arif oldur bilməsin dünya və mafiha nədir,"
*****************
M. Ə. Sabir:
Lay lay bala lay lay,
Yat qal dala lay lay.

Hiç yorum yok: