27 Eylül 2018 Perşembe

Şeir üzərinə


Vətənpərvərlik, dar ağacı, qəhrəmanlıq, ... bunlar mənə görə şeirin mövzusu deyil. Bunlar nəzmdir, şeir deyil. Yəni bu mövzuları ələ alan yazılar şeir deyil, nəzm. Şeirdə adam şəxs olaraq varlıq, həyatın anlamı və dillə qarşılaşmalı. Ona görə də şeir yazmaq asan deyil. Ancaq şeirin yöntəmlərini istifadə edərək nəzm yazmaq asandır. Müsəlman şərqin iqlimi həyat və gözəllik düşmənidir. M. S. Sabir "Fitnə gövərir torpağımızdan daşımızdan" deyirdi. Düz demiş. Bizim iqlim, sərt örtüsüz dağlarda, susuz geniş çöllərdə ancaq aqressiv mövzular boy ata bilir. ya da təsəvvüfdəki kimi hər şeydən imtina edib və heç vaxt vara bilməyəcəyin və görəməyəcəyin Allahı anlatmaq kimi kabus dolu xəyallar şeirin mövzusu olur, şeirin ruhunu qaranlığa gömür. Müsəlman şərqin şeirində insan yoxdur. İnsanın həyatdan romantik, estetik zövq alması yoxdur. Buna iqlimimiz izn verməz. İqlim həm də dünyagörüşü oluşdurar. Müsəlman şairlər Hindistanda insan və gözəllik mövzusu üzərinə çooox şeirlər yazmışlar. Zatən Hind səbkini müsəlman aqressiv iqlimindəki şeir səbkindən ayrışdıran da budur. Hindistanın şeirdəki adı: Bahar və baharistan. Təbiət yaşamaq üçün hər imkanı torpağın üzərinə sərmiş. İnsan gözü üçün ziynətdir orada təbiət. Ərəbistanın, İranın, Türkistanın, Anadolunun, Əfqanistanın, İraqın, Aranın (Azərbaycanın), ... ormansız, susuz ve dem yerlərində insan təbiətin sirlərini görə bilmir. Şiddətdir gördüyü və təbiətə uyqun sosial həyat şəkilləri. Ona görə də dar ağacı gəlib şeirə mövzu olur. Çünkü həyat insana o qədər acı çəkdirir ki, bir dəfəlik dar ağacında ölməyi adam daha üstün bilir. Bu zehniyyət də ərəb, fars, türk şeirinə keçmiş. Oysa həyat ləzzət almaq, zövq almaq, zövqün dadına baxmaqdır, acı çəkmək deyil. Acını zatən təbiət insan doğasına bütün dünyada əkmiş. Yaxınlarını, sevdiklərini itirən insan onsuz da acı çəkər. Hər insan təbiətin aqibət olaraq yaratdığı acılarla qaçınılmaz olaraq qarşılaşar. Ədalətsizliklərin yoğurduğu acılar çirkindir, acı deyil, təbii acı deyil, zülmdür. Evladı ölən, sevdiyi ölən biri acı çəkir. Ancaq yoxsulluq üzündən çəkilən, acı deyil, saxta həyat şəklidir. Məsəslən Şekspirin bu tərcümə şeiri nə qədər gözəl:
Əvvəl dediklərim deyildir gerçək,
Eşqində zirvəyə çatmış vüsətim.
Mən hardan biləydim bir vaxt gələcək,
Daha gur yanacaq ilk məhəbbətim.
*****
Qərarsız dünyada tutmuşuq qərar,
Yarınkı ayrılıq qorxudur məni.
Zamanın zülmündən könlüm qan ağlar,
Bu gün daha artıq sevirəm səni.
*****
Dünyaya rəhm eylə, gözəlliyi gəl!
Özünlə torpağa aparma gözəl. 
****************
Bu şeirdəki acı necə də şeir diliylə bəyan edilmiş. Sevdiyin birinin torpağın altında gömülməsindən daha faciəli nə ola bilər? Ancaq acı lirik dillə bəyan edilmiş. 
Düşünürəm də müsəlman iqlimindəki şeir belə estetik lirizmə çata bilməz. Buna din alqılayışı, törələr, tabular, sosial ədalətsizliyin ruhları sarsıtdığı ortam izn verməz.

Hiç yorum yok: