Yaxşı
bir yazıdır. Ancaq bizim həyatımızı təhdid edən din deyil, islamdır. Yəni bütün
dinlər deyil. Bizim kültürümüz ərəbizə edilmişdir. Yəni islamlaşdırılmışdır. Bu
kültürə qarşı intelektual savaş açmaq lazımdır. Bunu başarmaq da asan deyil.
Çünkü səhra dini olan islam ərəb-türk iqliminin özəlliyinə çox uyqundur. Yağma
dinidir. Bu üzdən də islam kültürünə qarşı bir tək atesit kimlik təsis etmək
mümkün deyildir. Sekulyar dünyagörüşünü bir yaşam biçiminə dönüşdürmək
lazımdır. Bunun üçün tək əngəl islam və islam kültürüdür. Bu üzdən islama qarşı
bütün düşüncələr bir arada yaşama və sekulyar bir kültür oluşdurma çabasında
olurlarsa bu islami qaranlıqları yarmaq mümkün ola bilər. Sekulyarizm atesimi,
deismi, xristyanlığı, ... hamısını bir çatı altında birləşdirə bilər. Çünkü bəşəriyyətin
önündə ən birinci qaranlıq dünya islamdır. Xristianlıq təhlükə olmaqdan
çıxarılmış, sekularizə edilmişdir. Ateist bir təhsil sistemi təşkil etmək
imkansızdır. İmkansızsa, o zaman uşaqları necə məktəblərdə islam kültüründən
uzaq yetişdirmək olar? Bunun üçün sekular bir təhsil sistemi ilə ölkədə uşaq tərbiyyəsinə
diqqət edilməlidir. 18 yaşa qədər islami eyitim yasaqlanmalı. 18 yaşa qədər
uşaqların məscidlərə getməsi qanunən əngəllənməlidir. Bunu dövlətdən qanuni
yollarla tələb etmək lazımdır. İslami kültürlə savaşıb, ancaq islamın qılıncı
olan tarixi şəxsiyyətləri qəhrəman kimi dərs kitablarında yerləşdirməklə
başarılı olunmaz. Tamamən Japonya və Qərb nümunələrində olduğu kimi sekular təhsil
sistemi ilə uşaqların beynini tarixi islam kültüründən təmizləmədikcə islami
törələr ölkələrimizi cəhənnəmə çevirməyə davam edəcəkdir. Yəni bir kənara çəkilib
bir ateist düşüncə adamı olmaqla islami kültürün basqılarına qarşı başarılı
mübarizə etmək imkansızdır.
Hiç yorum yok:
Yorum Gönder