7 Kasım 2021 Pazar

Deism

 

15-ci yüzildən bəri modern mədəniyyətin qurucusu, insan haqlarının savunucusu deistlər olmuşlar. Deistlərə görə Tanrı insanları cəzalandıracaq qədər saldırqan, qəddar, intiqamcı, sadist və rəhmsiz olamaz. Varlığı yaradan bir Tanrı var, lakin o Tanrı kitab göndərməz. İnsanların işlərinə qarışmaz, şəriət deyə yasa qoymaz. Çünkü bunu edə biləcək işləri ağıl deyilən bir cövhərə yükləmiş və ağıl da insanın başındadır. Ağlın mütləq qaynağı Tanrıdır. Tanrıdan ilk südur edib yayılan ağıldır, digər nə varsa, ondan südür etmişdir. Tanrı hər kəslə fərdi və bireysəl olaraq ilgilənər. Birini görəvləndirib cihad hökmü verərək, digərinin üstünə saldırtmaz. Tanrının kitabı olmaz, olmamalıdır. Çünkü Tanrı hər kəsə o yazını (kitabı) vermişdir. Kitab yazı deməkdir və bu yazı da ağıldır. Varlığın kodu Tanrı tərəfindən peyqəmbər sözlərində deyil, ağılda kodlaşdırılmışdır. Ona görə də Nitşənin dediyi kimi səmavi dinlərin uydurduğu və burnunu hər işə soxan "allah öldü!" Humanizm, demokrasi, insan haqları, eşitlik, qadın haqları, cumhuriyyət, konstitusion, şəhərcilik, barış, millətlərin dostluğu, ... kimi qavramların hamısının əsas qurucusu deistlər olmuşlar. Qadınların kişilərlə bərabər haqqa sahib olmaları şəriətə ziddir. İslama görə, mirasdan kişinin 2, qadının bir payı var. Halbuki, əski çağlarda qəniymət savaşlarına qatılan kişilərdi. Qadın doğası gərəyi kişidən daha zəyif. "Əslində iki pay qadının bir pay kişinin olmalı deyilmi?" deyə sordu deistlər. Ayrıca, deistlər bu sualı da sordular: Qadın-kişi bərabərliyi Tanrını niyə üzüb narahat etsin ki? Böyləcə deism, yəni Tanrı var, ancaq heç bir ictimai işə qarışmır, cihad adı altında heç bir savaşa buyuruq vermir ideyası yayıldı və modern mədəniyyət doğdu. Deism, yəni mən və Tanrı arasında nə kitab var, nə vəhy var, nə də peyqəmbər. O, yalnızca və sadəcə olaraq mənim öz səviyyəmə, ümidlərimə, sevgimə, bilgimə, ən insanca duyqularıma, insansevərliyimə, çevrə və təbiət sevərliyimə dayanaraq kəşf etdiyim tək güvənilir dostum və arxadaşımdır. Ondan heç bir qəzəb və pis işlər nə mənə, nə də başqasına gələr. O, əsla birinin digərini öldürməsi üçün cihad hökmü çıxarmaz. O, mənim doğru və sevgi duyqularımı görərək alqışlayır və pis işlərimdə vicdan ağrısı olaraq içimi sızladır. Ancaq bunu yalnızca mən biləlrəm və başqasının bilməsinə gərək də yoxdur. Mənim dışımda O, yəni mənim Tanrım bilərsə, bu, mənim əxlaqım, vicdanım, bilgim, duyqum, düşüncəm və davranışlarım üçün yetərlidir.

Hiç yorum yok: