7 Ocak 2022 Cuma

Türk dili nədən aristokratiya dili ola bilmir?

Türk dili nədən aristokratiya dili ola bilmir?

Aristokrat olmak için hər şeydən öncə bir dil lazımdır. Etik və estetik boyutu dərin olan, fəlsəfə və ədəbiyyatda tarixi təcrübəsi olan bir dil. Bu dil də bizdə həç vaxt olmadığından, tariximizdə də milli aristokratiya olmamış və yoxdur. Bir zənginin danışıq dili ilə bir çobanın danışıq dili və dilin səviyyə göstəricisi eynidir. Aristokrat kişi saatlarca əzbər şeir bilməli. Dərin tarix və fəlsəfə, ədəbiyyatşünaslıq, qismən dilçilik, sərmayə qazanma, çağın gərəksinimləri üzərinə təcrübi bilgisi olmalı. Avropa mədəniyyətinin qurucuları Volter kimi zəngin aristokratlar olmuşlar. Yoxsulların mədəniyyət təsis etmə olanaqları olmaz. Yoxsulların kəndilərini yoxsulluqdan azad etmə imkanları olmaz. Yoxsulluğu ortadan qaldıran da aristokratların, yəni elitlərin ödəvi və görəvidir. Nitəkim 19-cu yüzildə İngiltərədə yoxsulluğa çözgə və çarə planları zənginlər tərəfindən ortaya atılmışdır. Milli burjualar. Farnsız aydınlatıcılarının, alman aydınlatıcılarının içlərində aşağı sinifdən kimsə hardasa heç yoxdur. Voltər həm çox zəngin, həm də çox intələktli idi. Həm də yaratıcı insandı. Zənginliyindən bir qismini aydınlatıcı işlərə ayıra bilən kişi. Türk dilində aristokrat yətiştirmək imaknsızdır. Şəhər təcrübəsi yoxdur. Köklərindən qoparmadan bu dildə aristokratiya olmaz. Türkün kökü çürükdür. Atatürkün başarısı da onda oldu, türkləri çürük və iyrənc köklərindən qoparmasında oldu. Günümüz Türkiyə türkcəsini “tarixi!” köklərindən qopardı. Kimiləri buna "katastrofik başarı" deyirlər. Mərsiyyə, Osmanlı kirliliyi (bizlərdə Səfəvi kirliliyi) Türkcənin belini qırmışdı. Osmanlı varlığından dil arındırıldığı ölçüdə kəndi doğal qramatik bilgisinə qovuşdu. Tarixdə türkcənin və türklərin iki əbədi düşməni olmuş: Osmanlı-Səfəvi. Bunu şu şəkildə də özətləyə bilərəik: İslam sonrası tarix bütünüylə türkcə düşmənliyi zəminində gəlişmişdir. Türk dili də tarixdən silinmişdi. Lenin faktoru olmasaydı nə Anadoluda, nə Azərbaycanda, nə də Mərkəzi Asiyada türkcələrdən iz qalacaqdı. Çünkü Lenin olmasaydı, İstanbul Çar Rusiyasının paytaxtı olacaq və Azərbaycan adında da bir ölkə olmayacaqdı. Yəni türk dilinin tarixdə qalmasının səbəbi Lenin. Sonrasında, yəni Lenin sonrasında Atatürkün uyqulamaları dili Osmanlı qatı qaranlığının əsarətindən qurtarmağa özəndi. Qərb aristokratiyasının əsərlərini modərn dilə tərcümə edərək yeni bir dil təsis etdilər. Bu dil tarixdə olmamışdır. Yəni tarixi dəyəri olan ortamlarda olmamışdır. Köylülərin, çobanların ağzında olmuşdur. İndi diqqət etsəniz, yeni osmanlıcıların hədəfi bu gözəlliyi yox edərək, əski Osmanlı kirliliyinə geri dönməkdir. Ancaq başara bilmirlər. Çünkü artıq 80 milyonun modern dildə eyitim almışlığı var. Atatürk bu toplumu bütün kirli köklərindən baltalayıb qoparmışdır. Artıq bu qopuşu o çürük kötüklərə sırımaq və yamamaq olanaqsız. İş işdən keçmiş və Osmanlıcılar əbədiyyətə qədər təslimə zorlanmışlar. Bizə uydurulan "köklü olmaq" bir iftiradır. Mədəni olmaq üçün kökə və kökümüzün qaranlıq saçan iman təcrübəsinə gərək yox, ağla gərək var. Məsələn mən hansı kökümdən bilgi alacağam. Tüm türk-islam qaranlıq tarixini aradım, ancaq iynə dəliyi qədərincə işıq gələn bir dəlik belə görmədim. Qaranlıq keçmişimizdən hızla uzaqlaşmaq ərdəmdir. Türk-islam kirli keçmişindən uzaqlaşmağı ərdəm saymışlar geçən yüz ilin əvvəllərindəki aydınlar. Böyük Hüseyn Cavid bu qatı qaranlıqdan qaçışı belə tərsim etmişdir:

“Lazımsa cəhalətlə güləşmək,

Bir çarə var ancaq: yeniləşmək.

Bizlər yeniləşsək belə, daim,

Bir əskilik az-çox bizə hakim.”

Əvət bizlər çürük türk-islam kötüyümüzdən nə qədər qopmaya çalışsaq da, Cavid əfəndinin dediyi kimi bizi tərk etməyən kirliliklərlə hər zaman bir yerdə olacağıq və onlarla hər zaman savaşmaq zorunda qalacağıq. Mənim bütün beyin birikimlərim Qərb fəlsəfəsinin məhsulu. Türk-islam tarixi deyilən bu orta çağ yağma və soyqırımlar silsiləsi tarixindən bir tək cümləlik intelektual boyutu olan bilgiylə qarşılaşmadım. Qarşılaşan varmı? Varsa, öyrənmək istərəm, kim yazmış, harada, hansı kitabda? Aristokratiyanı sağlayan kökə bağlılıq deyil, kökdən və kökün adət- ənənələrindən qopuşdur.  Yoxsullar, yoxsullar və miskinlər kökə bağlı qalmaq zorunda buraxılırlar. Güya saadət çağı olan sədri-islam varmış. Sapıqlıq, saçma və yalan. Fabrikalarmı təsis etdilər. Yox, yağma və qəniymət. Qadın və kölə ticarəti. Kökə bağlılıq deyil, kökdən qopuş gərəkir. Çünkü hər qopuş bir oluşdur. Bizim dilimizdə “gedirsənmi, gəlirsənmi?” yerinə “gedirsəəən, gəlirsəəən?” deyə danışan kişi minlərcə kitab oxusa, ən zəngin adam da olsa, elit və seçkin ola bilməz. Köylüdür ki, köylü. Bu mi soru ədatını tarix və coğrafiya, ya da doğa nədən bizim dilimizə yükləmiş?

Dolayısıyla türk dilinin aristokratiya dili olması üçün heç bir tarixi yazılı qaynağı və ədəbiyyatı, fəlsəfəsi və bilgisi yoxdur, olmamışdır. Türk dilinin aristokratiya dili olma şansı gələcəkdə ola bilər. İslam sonrası tarix türkcə üçün itirilən uzun zaman dilimidir, hətta o yazılarda Muhəmmədə, Əbubəkirə, Ömərə, Osmana, Əliyə, Həsən və Hüseynə yazılan şifaət diləyici yaltaqlıq yazılarından utanıb yerə girmək gərəkir. Bunlar türklərin və türkcənin ayıbıdır. Füzuli, Nəsimi və osmanlıca deyilən bütün saçmalıqlar türkcənin və insanlığın ayıbıdır. İnsan bu dənli heysiyyətsizləşib özünü bir heçlik olaraq necə göstərə bilər? Bu saçma ədəbiyyat insanı dehumanizə edir, insansızlaşdırıraq onu onursuz və “müqəddəsat” qarşısında şərəfsiz bir yaratığa dönüşdürür.

 


Hiç yorum yok: