DOSTOYEVSKİ
və KONSTANTİNOPOL
“Konstantinopol
bizim olmalıdır, fəth edilməlidir ruslar tərəfindən, türklərdən alınıb əbədi
bizim olmalıdır”
–Dostoyevski
Bakıda
yaşayan bir dostumla yazışırıq.
Ukrayna
savaşına çatanda söz gəlir Dostoyevskiyə çıxır.
Yuxarıdakı
sözlərini xatırlayırıq.
Təsadüfdür
nədir, bilmirəm, Nevzorov da son Youtube paylaşımında Dostoyevskidən bəhs edir,
onu “Rus pravoslav faşizminin baş ideoloqu” adlandırır.
Gecə
Lvovdakı bir arkadaşımla danışıram telefonda.
Narahatdır.
Ailəsini
Polşaya göndərib, özü isə savaşmağa hazırlaşır…
Dostoyevski
“Дневник Писателя” (Yazıçının Gündəliyi) əsərini 1877-də qələmə alıb. Onu ilk dəfə
aspirant vaxtı oxumuşdum.
Dünən
axşam yenidən xatırladım onun bu xəstə ruhlu mətnini…
Ruslar
İstanbula “Царьград” (Çarqrad) deyirlər, yəni “Şəhərlər Çarı” – Sən bir
sevginin, arzunun gücünə bax.
Nə
qədər çox istəməlisən ki, şəhərə Şəhərlər Çarı deyəsən.
Rus
radikal dinçi-faşist ideologiyasına görə Pravoslav aləminin qılıncı olan ruslar
İstanbulu ələ keçirəndə Dünya Xristianlığı zəfər çalacaq.
Putinçi
Pravoslav Çarqrad qrupu da Türkiyəni parçalamaq və İstanbulu ələ keçirmək kimi
bir xəyalı tərəfdarlarının beyninə işləmişlər.
Dostoyevskinin
“Yazıçının Gündəliyi” qeydlərində Konstantinopol, yəni İstanbul gec-tez bizim
olmalıdır kimi utopiyası bir rus dindarının ambisiyalarının böyüklüyünə
misaldır.
Rusiyanın
bütün slavyanları bu dövlətə toplayıb paytaxtı Çarqrad (İstanbul) edəcək bir
Avrasiya dövləti qurma ehtirası rus tarixçisi Nikolay Danilevskinin 1867-ci ildə
yazdığı “Rusiya və Avropa” əsərində yazılıb ilk dəfə. Dostoyevskinin bu əsərin
təsirinə düşdüyü aşkardır.
“Roma-German” adlandırdığı Qərbin fərdiyyətçi, aqressiv və kafir olduğunu deyən Danilevski pravoslav xristian slavyan ümmətinin Avrasiyanı qurmaqla dünyanı xilas edəcəyini bəyan edir. Bu fikirlərin oxşar və surətlərinə Avrasiyaçı Duqinin kitablarında və bir vaxtlar Putinin yaxın silahdaşı olan Vladislav Surkovun yazılarında da rast gəlinir.
Hiç yorum yok:
Yorum Gönder