“Kərtənkələ öldürmək savabdır. Bir vuruşla öldürmənin 100, iki vuruşla öldürənin 50 savabı var. Çünkü İbrahim peyqəmbər atəşdə yaxılanda kərtənkələlər atəşi piləyirmişlər ki, daha da gur yansın”!!!
(Hədisi— “şərif”)
qaynaq:
http://www.youtube.com/watch?v=_KHQ6znpGJI
Dinimiz bir canavar yapdı bizi, bir canavar
Buluban öldürəlim, hər nə qədər canlı ki, var
Yoxsa min türlü mələklər bizi röyada boğar
Var “cihad” əmri ki, bitmiş işi kərtənkələnin
Vuralım sərtcə, tökülsün dişi kərtənkələnin.
***
Biz savab bəkləyirik Tanrı qatından da savab
Mənəvi haldı bu, əsla ona denməz ki kabab
Əhli—İslama gəlib böyləcə bir yaxşı cavab:
Öldürülsün də beşi, yüz beşi kərtənkələnin
Öncə erkəkləri, sonra dişi, kərtənkələnin.
***
Xabi— qəflətdə yatan ümməti— İslam oyanın!
Səf çəkib vəhdət içində duruşub bir dayanın!
Kirli kərtənkələnin həm o yanın, həm bu yanın
Quşatın, fikri dağılsın, düşü kərtənkələnin
Təslim olmazsa, sökülsün döşü kərtənkələnin
***
Ələ almaq gərəkir yaxşıca bir saplı yaba
İncəlikdən çıxaraq olmalıyıq türlü qaba
Minərək at və qatır, bəlkə traktor, araba
Yekə daşlarla əzilsin başı kərtənkələnin
Göstərilsin də sürünsün leşi kərtənkələnin
***
Bu savaşda ulu Tanrı, kömək ol qullarına
Yardım et, qüvvə gətir qullarının qollarına
Ver qolaylıq bu mücahidlərinin yollarına
Sel olub axsa əgər göz yaşı kərtənkələnin
Var cihad əmri bitibdir işi kərtənkələnin.
02.03.2010
Hiç yorum yok:
Yorum Gönder