16 Ocak 2012 Pazartesi

Misbah Yəzdinin fətvası



Varlığın peyqəmbəranə oxunuşu 5

Quran üzərinə azad açıqlamanın ön varsayımları (5)

Fiqh1 mətnciliyi və Quranın anlaşılmazlığı

             Sadəcə Molla Sədra kimi filosoflar Quranı anlaşılmaz etməmişlər. Mətnci fəqihlər də bənzər işi etmişlər. Quranda keçən cəza türünü, oğuş (ailə) və irs hökmlərini və bu kimi şəriət yasalarının əksiksiz olaraq çağımız müsəlman toplumlarında uyqulanmasından yana olan fəqihlər də Quranı anlaşılmaz duruma gətirməkdədirlər. Onlar bu tutumlarını “Mətn qarşısında ictihadın2 özünü deyilləməsi3” olaraq adlandırırlar. “Anlama və iman gərəkliliyi” adlı yazqamda (məqaləmdə) “anlaşılmanın” nə olduğunu izah etmişəm. Ussal (rasional) anlama kəlamının toplumsal—tarixi yaşamın bətnindən və mətnindən yoğrulan bir fenomen olduğunu anlatmışdım. Bu tür kəlam çeşidli düzeylərdə dəyişik sorularla açıqlanaraq mənalanır. Bunun da əsas bir qoşulu vardır. Bu durumda həm “mətnin mənası”, həm də “mətnin açıqlanması və anlaşılması” tarixi işləm olaraq ortaya çıxar. Öncədən hazırmış kimi bir olqu bu açıqlama ilə qəbul edilməz. Mətn mənasının tarixi oluşu bu anlamdadır ki, hər qonuşma və ya yazılı mətn bəlli tarixi qoşullar ortamında şəkillənmiş olur. Bu qoşul toplumsal, iqtisadi, kültürəl, mərifətşünaslıq, dil və aksioloji durumları içərər. Yəni “mümkün dünyalardan bəlli bir dünya insan üçün” ortaya çıxar və dünyaya görə mənalandırma olayı gerçəkləşər və başqa dünyada gerçəkləşəməz. O qoşul və tarixi dünya dəyişdiyində o məna da ortadan qalxmış olar. O qonuşma və ya mətn başqa məna daşımağa başlar. Bir qonuşma, ya da bir yazı 14 yüzil bundan öncə Hicazın qoşullarına görə ortaya çıxmışsa, bunu başqa bir məkana və zamana olduğu kimi tətbiq etmək olmaz. O məkanda və zamanda hansısa işlərin yapılması üçün verilən “əmr” və ya hansısa  uyqunsuz işlərdən saqındırmaq üçün uyarılar (nəhy) başqa fərqli qoşul və ortamda keçərli olmaya bilər. Açıqlayıcı olan kimsənin kəndisinin bulunduğu məkana və zamana görə əskilərin sözünü və yazısını anlayıb anlatması bu baxımdan hermenevtik açıqlama olaraq nitələnir. Təfsirin əsas işi də budur. “Buyuru” (əmr) və “saqındırma” (nəhy) buna görə anlam qazanmalıdır. Açıqlayıcının bulunduğu zamanda 14 yüzil öncəki toplumsal qoşullar yoxdursa, o zaman o buyuruların və saqındırmaların da bir anlamı qalmamışdır deməkdir. İçində yaşadığımız insani dünya “zehnlər arası” bir dünyadır. Bu, dünya dediyimiz bəlli toplumların “gerçəklik” üzərinə ortaq təcrübələridir. Bu təcrübə ilə ilgili olaraq başqaları ilə qonuşmaq mümkündür. Bu təcrübə paylaşıla, qəbul və ya rədd edilə bilər ki, “zehnlər arasılıq” da ancaq bu anlamdadır. Bu açıdan “bu dünyada”, yəni zehnlər arası dünyada şəxsi dilin anlamı yoxdur. Bu qısa izahdan sonra mətnci fəqihin açıqlamasına dönəlim. Quranda mövcud olan hökmlər hər zaman uyqulanmalıdır söyləyən fəqih yeni çağda müsəlmanların tarixi yaşam qoşullarının (təcrübi dünyalarının) dəyişdiyindən xəbərsizdir. Bu səbəbdən də buyuru (əmr) və saqındırma (nəhy) ayətlərinin və cəza türlərinin çağımızda bir anlamı qalmamışdır. Gərəkçələr o buyuru və saqındırmaların Hicaz tarixi qoşulları ortamında bir məna və hədəf daşıdığını göstərməkdədir. Aşırı intiqam duyqusunun qarşısını almaq, qadınlara ədalətli davranmaq kimi hədəflər izlənməkdə imiş. Çağımızda isə, o buyuru və saqındırmalarla bu hədəflərə ulaşmaq olmaz. Çağımızda, hətta müsəlmanlar üçün də başqa hədəflər və ehtiyaclar ortaya çıxmışdır. O buyuru və saqındırmalar çağımızda insanlar üçün, yalnız əxlaqi bir məna daşımaqdadır və onların uyqulanım zamanı keçmişdir.
             Müsəlman toplumların tarixi qoşullarının dəyişimindən qafil olan mətnci və mətn odaqlı düşünən fəqih bu dəyişimləri görmək istəməməkdədir. Kəndi ictihad işlərinin həmən başlanqıcından hər tür ussal və tarixi açıqlamanı yasaqlamaqdadır. Soyut* olaraq “isalət-ul itlaq” (orijinal başlanqıc), “üsuli-təsisi” (qurulu ilkələr**), “din zərurəti”, “icma´” (fikir birliyi) və “mətn mərkəzli”liyə dayanmaqdadır. Böylə bir din alimi fərqində olmadan tarixi bir qonuşmanın və ya yazılı əsərin necə anlaşılmasının fəlsəfi gərəkliliyini inkar etməkdə və bu davranışları ilə də Quranın ussal anlaşımını olanaqsız qılmaqdadır. “İctihad babının”, yəni ussal açıqlamanın önünü kəsməkdədir. Bu “fiqhi bağnazlıq”*** Quranı müsəlmanlar üçün anlaşılmaz etməkdən başqa heç bir işə yaramaz. 
             Ussal tarixi baxışla bağnaz mətn odaqlı baxış arasındakı ayrımı anlaya bilməmiz üçün dəyərli oxucularım üçün burada bir örnək verəcəyəm. 2000-ci ildə mənim “Rəsmi din qiraətinin tənqidi” adlı bir kitabım yayımlandı. Qum Dini Eyitim Mərkəzinin ustadlarından biri mənim kitabım üzərinə bir tənqid yazaraq düşüncələrimi rədd etməyə çalışmışdır. Mənim kitabımdan və kitabıma yazılmış rəddiyədən bir örnək burada gətirib dəyərləndirməni oxuculara buraxacağam. Birinci mətn açıqlamanın fəlsəfiliyinə (ussallığına) və kəlamın anlaşılmasına bağlıdır. Bu üzdən də Quran ayətlərini tarixilik bağlamında açıqlamış və anlamışdır. İkinci mətn fiqhi hökmlərə dayandığı üçün kəlamın anlaşılmasını zorlaşdırmış və anlamaya aid soruları görmək istəməmişdir. “İslam dininin zərurəti”, “bu kimi açıqlamalara ictihad izn vermir”, “Bu kimi açıqlamalar mürtədlikdir” kimi anlayışlara dayanaraq Quran mətninin anlaşılmasını önləməyə çalışmışdır. Bu yanaşması ilə əslində ictihadın da qapısını qapatmışdır. Çünkü bu yöntəmi ilə ussal açıqlama yöntəmlərinin uyqulanmasını “yasa dışı!” olaraq duyurmuşdur.

             Birinci mətn

             “Diqqət etməmiz gərəkir ki, bizim qonumuz bəlli mətnlərin kitab və sünnətdə mövcud olub olmaması deyildir. Söz qonusu bu mətnlər üzərinə yapılmış olan fətvaların çağımızın sorularına cavab verməməsidir. Bu fətvalar bizim ussal sorularımza cavab verə bilməməkdədir. Bu üzdən də siyası fiqh ussal məcrasından tam olaraq ayrılmışdır. Örnəyin çağımızda qısas və ya bey´ət uyqulanmasını bu fətvalar qəbul etməkdədir. Ancaq mənim açıqlamalarımda qısas və bey´ət kimi qonular çağımıza aid olmayan əskimiş və gərəksiz anlayışlardır. Onları uyqulamaq Quran mətnini anlamamaqdan qaynaqlanmaqdadır. Bu gerçəklik bizim diqqətimizi o fətvaların və görüşlərin qaynağı olan mətnlərə yönəltməkdədir. Kəndimə soruram: Əcəba, o mətnlər bizim çağımızın da sorularına cavab vermək istəmişlər, yoxsa Hicazda ortaya çıxdığında o məkanın və zamanın gerçəkliyindəki sorularımı cavablamağa çalışmışlar? O zamankı sorular müsəlmanların şər´i və ussal məsləhəti göz önündə bulunaraqmı cavablanmışlar?
             Bu sorduğum soruları tarixi yöntəmlə izlədiyimizdə kitab və sünnətdə və fiqh elmində açıq tanıqlarla rastlanırıq. Bu tanıqlara görə siyasətə aid olan mətnlər var. Bu mətnlərin Quranın nüzulu zamanı mövcud olan siyasi durumla, toplumsal gerçəkliklərlə ilişkidə olduğunu görürük. Bəlli ayətlər bəlli siyasi durumlardakı sorunların çözümü üçün ortaya çıxmışdır. O sorunların ədalətli və əxlaqi düzənlənməsi üçün bu mətnlər şəkillənmişdir. Çağımızda müsəlmanların bu hökmlərə uymaları vacib deyildir. Bir örnək verəlim. Tanıqlar göstərir ki, qısas, hədd, diyə kimi hökmlər o dönəm ərəblərinin toplumsal gerçəkliklərində sərt intiqamalmaq duyqularını ədalətli və əxlaqi biçimdə kontrol altına almaq istəmişdir. Bu hökmlər hökumət yasaları kimi suçların təkrarını önləmək amacı ilə ortaya çıxmamışdır. Peyqəmbər dönəmində qatilləri və zina yapanları cəzalandırmaq sırf o qəbəbilələrəözgü bir durum olmuşdur. Aşırı intiqamalma və yağmalama üçün bəhanə arayanlar bu şəkildə tədricən eyitilmək istənmişdir. O dönəmdə bir qəbilə, içlərindən öldürülən bir kişiyə qarşılıq olaraq düşmən qəbilənin onlarca adamını öldürürdü. Bir gözün çıxarılmasına qarşılıq olaraq bəzən neçə adam öldürülürdü. Təcavüzə uğramış bir qadın uğruna qəbilənin namusunu qorumaq adı altında qarşı qəbilədən başardıqları qədər adam öldürürdülər. Bəzən bir oğru da qanlı savaşlara nədən olurdu.* böylə toplumsal bir durumda peyqəmbər intiqamalmaları, qətlləri ərəb qəbiləsi arasında durdurmaq istəmişdi. Bu üzdən hər qətlə qarşılıq, yalnız bir kişidən qısas alınmasını söyləmiş. Bütün qəbilədən deyil, yalnız o qətli törədən adamdan intiqam alınmalı idi. Zina qonusunda isə, dörd kişi tanıq olmalı idi. Ayrıca, zinanın dörd kərə yapıldığını görməli idilər. Cəzalandırma bundan sonra ortaya çıxırdı. Bu, şayiə, yalan və töhmətlərə görə insanların cəzalanmasını önləmək üçün idi. Oğurluq qonusunda da böylə idi. Oğurluğun olduğu doğrulandıqdan sonra cəzasının nə olduğu bəlli edilirdi. Ancaq öncə oğurluq isbat edilməli idi. Qısas və zinanın cəzalandırılması ilə ilgili Qurandan və fəqihlərin görüşlərindən iki bəlgə gətirəcəyəm. Quranda qısasla bağlı ayətdə böylə söylənir: “Ey iman edənlər! Öldürülənlər haqqında sizə qısas vacib qılındı. Azada azad, köləyə kölə, qadına qadın öldürülər. Ancaq hər kimin cəzası, qardaşı (öldürülənin birinci dərəcəli əqrəbası) tərəfindən bağışlanırsa, artıq tərəflər bu anlaşmaya uymalı və öldürən ona gərəkən diyəni yaxşılıqla ödəməlidir. Bu söylənənlər, Rəbbinizdən bir asanlaşdırma və rəhmətdir. Hər kim bundan sonra həddi aşarsa, kəsinliklə onun üçün dərd verici bir əzab vardır. Ey ağıl sahibləri! Qısasda sizin üçün həyat vardır. Umud edilir ki, suç işləməkdən saqınırsınız.”  (2-ci surə 178-179 ayətlər). Bu iki ayətdə “qısas” kəlməsi “etida”, yəni saldırı qarşısında verilmişdir. Qısas  cəzanın “endiriminə” və “rəhmət”ə qaynaq olaraq göstərilmişdir. Ayrıca, qısasdan vaz keçərək “bağış”da bulunmaq üçün də çağrı yapılmışdır. Bütün bunlar açıqca göstərir ki, qısas qonusunda hər şeydən öncə cəzalandırma deyil, əxlaqi bir qonu irəli sürülmüşdür. Burada qısas almağa çağrı yapmaq əsas amac olmamış, “bağışlama”ya və “rəhmətə” dəvət etmək söz qonusu olmuşdur. Qısas ayəti qısası sadəcə qatilin üzərinə odaqlayaraq qəbilələr arası intiqamalma duyqusunu söndürmək istəmişdir. Bu isə, qatili cəzalandırmaq üçün şər´i bir qanun olmamışdır. Başqa bir ayətə baxalım: “Tövratda onlara böylə yazdıq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş və yaralara qarşılıq qısas vardır. Bununla birlikdə kim qısas haqqını bağışlayacaq olursa, bilsin ki, bu kəndisi üçün bir kəffarət* olar. O halda kim Tanrının endirdiyi ilə hökm etməzsə, onlar zülm edənlərdir.” (2-ci surə ayət 45.) Bu ayətdə İsrail oğulları ilə ilgili qısasdan söz edilir. Açıqca qısas almaqdan vaz keçilməsi istənmişdir. Qısasdan vaz keçmək üçün isə, kəffarət bəlli edilmişdir. Ayətdə israr edilmişdir ki, bir nəfsə qarşılıq, ancaq bir nəsfdən qısas alına bilər. Gözə göz, qulağa qulaq... Tanrının bəlli etdiyi bu sınırı keçmiş olanlar zalim kimi tanımlanırlar. Qısas sözünün sözlük anlamı da budur ki, zərər gördüyün qədər qarşı tərəfə zərər verməlisən. Daha artıq zərər versən bu, qısas deyil “saldırı” olacaqdır.” (Məhəmməd Müctəhid Şəbistəri “Rəsmi din qiraətinin tənqidi” s 171-172).

             İkinci mətn

             “Bu düşüncənin tənqidində deməliyik ki, İslam hökmlərinin əbədiliyini qəbul etmək İslam əslini qəbul etməyə eşitdir. Islam hökmlərinin əbədiliyini inkar etmək İslamı tamamən inkar etmək deməkdir və açıqca kafirlikdir. Başqa dinlərdə olduğu kimi İslam hökmləri mənsux edilərsə, o zaman mənsux edilmiş Yəhudilik və Xristianlıqla İslamliyətin nə fərqi olacaqdır? İslamiyətin mənsux edilməyişinin anlamı budur ki, onun hökmləri olduğu kimi bütün çağlarda uyqulanmalıdır. İslamiyəti qəbul etmək, onun hökmlərinin bütün çağlar boyunca keçərli olduğunu qəbul etmək deməkdir. Sadəcə peyqəmbər oz zamanında mənsux edilmiş olan hökmlər qəbul edilməyə bilər. Peyqəbərin özü tərəfindən mənsux edilməmiş hökmlər bütün zamanlar üçün keçərlidir. Bu hökmləri mənsux saymaq İslamiyəti mənsux saymaq anlamına gələr və bu da mürtədlik anlamındadır. Bu səbəbdən də qısas və digər İslam hökmləri özəl bir zamana xas deyillər. Bu hökmləri İslamın doğuşu zamanına xas bilmək olmaz. Bu kimi hökmlərlə bağlı fətva fərqliliyinin anlamı yoxdur.” (Məhəmmədtəqi Misbah Yəzdi “Qiraət çoxluğu” s 49.)
             İkinci mətn Quran mətninin ussal açıqlamasına dayanmadan başlanqıcda Quran hökmlərinin hamısını istisnasız olaraq əbədi hesab edir. Onların inkarını mürtdəlik olaraq dəyərləndirir. Bu mətn Quranı ussal biçimdə anlamamızı yasaqlamaqdadır. Biz Quranın ussal açıqlanmasına dayanaraq qısas, irs və oğuş (ailə) kimi qonularla ilgili hökmlərin əbədi olmayacağını göstərə biləcəyimizə inanırıq. Bu hökmlər tarixidirlər, bütün çağlar üçün keçərli olamazlar. Ancaq bağnazlıq (doqmatizm) yanlıları və fiqh qaynaqlı düşünənlər düşüncənin özgürcə axınımına (cərəyanına) və bir sonuca varmağa izn verməməkdədirlər. Bu, tam olaraq bağnazlıqdır. Bu yasaqlamaların anlamı budur ki, Quran hökmlərinin ayətləri ussal olaraq anlaşılamazlar. Fəqihlərdən kimiləri kafirlik və mürtədlikdən danışmasalar da, onların mətn mərkəzli düşünmələri, tarixi bağlamda düşünməmələri və bağnazca yanaşmaları ayətlərin ussal alqlanmasını önləməkdədir. Bu fiqhi yanaşma isə, Quranı anlaşılmaz etməkdədir.
             Burada önəmli bir qonunu bir daha açıqlamaq zorundayam. Haqqında qonuşduğumuz ayətlərin sırf əski toplumlar üçün keçərli olduğunu söylədik. Bu, o ayətlərin içərdiyi əxlaqi əsasların da nisbi olduğu anlamına gəlməz. O əxlaqi əsaslar nisbi və keçici deyillər. Ancaq bu, Quran ayətlərinin qonu ilə ilgili tarix ötəsi və ağıl dışı dəlilinin var olduğunu göstərməz. Çünkü tarix ötəsi dəlillərin var oluşu mümkün deyildir. Önəmli dəyərlər olaraq o əxlaqi qonularda indiki çağda yaşayan biz müsəlmanların durumu və tarixi dünyası (zehnlər arası dünya) 14 yüz il öncə Hicazda yaşayan müsəlmanların durumu və tarixi dünyası  ilə ortaqdır. Bu açıdan onlarla bizim aramızda bir tək tarix vardır. Çağımızdakı müsəlmanların tarixi dünyası ilə 14 yüz il öncə Hicazda yaşayan müsəlmanların tarixi dünyası çox da fərqli deyildir. Bu baxımdan o çağdakı hökmlər ayətlərinin “ədalət dəyərləri”, “ehsan”, “fədakarlıq”, “zülmə qarşıolma”, “intiqama qarşıolma” kimi əxlaqi əsaslarını qəbul və təcrübə edirik. Onların əxlaqi dəyərlərini qəbul etməklə hökmlərinin uyqulanmasını qəbul etməmək başqa-başqa qonulardır. Bu açıdan bizim və onların ortaq tariximiz vardır. Bu üzdən də biz müsəlmanlar Quran mətnindən sorular soruruq: Bu mətn bizi ədalətə, yoxsa zülm etməyəmi dəvət edir? Quran bizdən bağışlamaqmı tələb edir, yoxsa intiqam almaqmı? Bizi insan olaraq özgürcə yaşamağamı çağırır, yoxsa köləliyə təslim olmağamı? Yoxsa Quran bu qonularda duyarsızdırmı? Bu kimi sorlar sormaq hər müsəlmanın haqqı. Mən Quranı azad ağlın ışığında yorumlamağa çalışıram . Mənə görə bu kitab çağımızda bütün müsəlmanları ərdəmli olmağa dəvət edir, rəzalətlərdən saqındırır. Bu doğrultuda Quran möhkəm dəlillərlə bizi doğru yola çağırmaqdadır.
Çevri tarixi:
16.01.2012




1 Fiqh, yəni İslam hüquq sistemi. İslam tarixində ortaya çıxmışdır. Fiqhlə uğraşan alim isə fəqih və ya müctəhid adlanır.
2 İctihad, yəni İslam hüququnda alim olma sürəci. İctihada ərmiş olana müctəhid deyirlər.
3 Deyilləmə, yəni imtina etmə, saqınma, inkar etmə, məntiqi qarşıdurma, onaylamanın qarşıtı.
* Suyut- Abstract.
** ilkə- prinsib.
*** Bağnazlıq-doqmatizm. Fiqhi bağnazlıq, yəni dini mətnlərin açıqlaması üzərinə bağnazca və doqmatik olaraq yanaşmaq.
* Əl müfəssəl fi tarix- ul ərəb qəb-ül İslam, Cavad Əli, c 5, s. 486-488.
* Bir günahı Tanrı'ya bağışlatmak umuduyla verilən sədəqə ve ya tutulan oruç, diyə

Hiç yorum yok: