Teoriləri tənqidetmə yerinə texribetmə
Neçə il öncə ölkədə nisbi basın
özgürlüyü var idi. Din qonusunda bir teori və ya teorilər ortaya çıxdığında
siyasi iqtidarda bulunanlar bilə, bu teorilərlə qarşılaşmaq üçün öncə tənqid
pəncərəsindən olaya baxardılar. Ancaq günümüzdə artıq o nisbi azadlıqdan xəbər
olmadığından iqtidarda olanlar tənqid deyil, hər türlü dini teoriləri təxrib
edir və dini yenilikçiliyin önünü kəsirlər. İndi bu boğuntulu və hər türlü
basın özgürlüyünün ortadan qaldırıldığı bir ortamda teoloji haqqında hər tür
təxriblər yapılmaqdadır. Bu yazqamda edilməkdə olan təxribat haqqında özət
bilgi verməyə çalışacağam. Ancaq özümü savunmaq amacı ilə bu bilgiləri
verməyəcəyəm. Onillər boyunca çalışmalarımın, aramalarımın sonucu olan sunduğum
quramımı (teorimi) savunmaq amacı ilə bu özət bilgini vermək ehtiyacı hiss
edirəm. Basın üzərinə aşırı denətim uyqulandığından bu açıqlamalarımı
kitablaşdıra bilmirəm, yalnızca internetdə yayımlamaqla yetinirəm.
Birinci təxrib:
2008-ci ildə “Mədrəsə” adlı dərgidə mənim “Varlığın
dini açıqlanması” adlı bir söyləşim və “Varlığın peyqəmbəranə oxunuşu” adlı bir
yazqam yayımlandı. Mənim görüşlərim o zaman ciddi tənqidlərə, müxalifət və
müvafiqətə yol açdı. Ancaq siyasi iqtidarda bulunanlar kəndilərinə bir neçə
sətir dəyərləndirmə yazma zəhmətini vermədilər. Heç bir açıqlamaları olmadan bu
dərginin etkinliklərini durdurdular. Mənim yazqalarım dinə qarşı imiş adı
altında dərgini qapatdılar. Bu, iqtidar sahiblərinin kəndi görüşlərinə uyqun
olmayan hər tür dini açıqlamaları qəbul etməmələri anlamında idi. Ayrıca, bu
qonuda hər tür dartışmanı da yasaqladılar. Bu, mövcud olan yaxşı bir sarayda
yaşamağı kimsə ağlından keçirməsin deyə, o sarayı tamamən söküb yer üzündən
silmə kimi bir davranışa bənzəməkdədir. Bu, mənim düşüncələrimə qarşı edilmiş
ilk təxribat idi. Ancaq bu təxribat mənim görüşlərimi ortadan qaldırmadı, tam
tərsinə, bu görüşlərin yayqınlaşmasına nədən oldu.
İkinci təxrib:
“İran” qəzetinin verdiyi bilgilərə görə Qum Dini
Eyitim Mərkəzində öyrətmənlər bir toplantı düzənləmiş və orada mənim
düşüncələrimi ortaq bir şəkildə məhkum etmişlər. Onlar “Bu adam internet
yerləşgələrində (sitələrində) sapıq düşüncələrini yaymaqdadır və bunun qarşısı
alınmalıdır” kimi bir qərara varmışlar. Bəlli bir teorini dəyərləndirməyə
dəvətetmə yerinə insanları ona etiraz
etməyə çağırmaq da təxribatın bir türüdür. Bu etiraz həm də tanınmış bir “din
alimi” tərəfindən edilmişdi. Çünkü onlara görə etiraz yerinə dəyərləndirmə və
tənqiddə bulunulursa, o teoriyə elmi status verilmiş olar. O üzdən də etiraz
etməyi qərarlaşdırmışlar, yəni toplumun dini duyqularından yararlanaraq təhdid
savurmağa başlamışlar. Buna cahilləri təhriketmə deyilir. Bu yolla məni
susdurmaq istəmişlər. Bu da təxribatdır. Bu, dini bir teorini dini düşüncə
ortamından tam olaraq silməkdir. Birinci təxribatla fərqi ondadır ki, siyasi
iqtidarın imkanlarından yararlanmaq yerinə toplumun aymazlığından və
cəhalətindən yararlanmaq istəmişlər. Bu da iştə o sarayın təxribatı deməkdir.
Ancaq bunu “təhrif”, “fəqihlərə qarşıgəəlmə” adı ilə yapmaqdadırlar.
Üçüncü təxrib:
Qum Dini Eyitim Mərkəzinin tanınmış adlarından biri
kəndi internet yerləşgəsində (sitəsində) mənim haqqımda böylə yazmışdır: “Bu
adam keçən qırx il içində 180 dərəcə dəyişdiyindən dolayı onun fikirləri qəbul
ediləməz.” Bu da bir tür düşüncə və düşünmə təxribatıdır. Bu o deməkdir ki, bir
düşüncə və bir quram (teori) onun içəriyinə görə deyil, o düşüncə sahibinin
özəl yaşamındakı dəyişimlərə görə dəyərləndirilməli imiş! Bu, bir düşüncə və ya
bir quramı camiənin kültürəl ortamından silmək anlamında olmasa da, oxucuya
yanlış adres göstərmək, oxucunu yanlış yerə sürükləmək anlamındadır. Bu
davranış oxucuların ağlında düşüncə ilə sağlıqlı ilişki qurma yollarını
qapatmaq anlamındadır. Bu yolla oxucunun oxuduqlarına ussal yanaşması təxrib
edilməkdədir. Oxucuya yanlış yolda yürüməsi üçün yol göstərilir. Bu, bir evin
giriş qapısını qapatıb və adamlara “pəncərədən içəri girin!” deməyə
bənzəməkdədir. Bir düşüncənin və ya bir quramın doğru yöntəmini təxrib etmək o
düşüncə və quramın özünü təxrib etmək deməkdir.
Dördüncü təxrib:
“Mədrsə” dərgisində yayımlanan mənim söyləşim və
yazqamı (məqaləmi) oxuyub dartışmaq yerinə mənim yazılarımla ilgili bəzi
oxucuların sorduğu sorulara cavab verməyə çalışmışlar! Nə yazıq ki, bu
soruların iki əksik yönü olmuşdur. Birinci əksiklik bu soruların sınıq-salxaq
bəyan edilməsi, doğru-dürüst sorulmamasıdır. Bu sorular kəsinliklə mənim
düşüncələrimin üzərində qurulmamışdır. İkinci əksiklik bu soruların mənim
düşüncələrimlə ilişkisi olmayan başqa düşüncələrlə qarışdırırlmasıdır. Bu da
bir düşüncənin doğruca dəyərləndirilməsi deyildir. Bu da bir tür təxribatdır.
Burada öncə mənim düşüncələrimi və teorimi təxrib edib sonra haqqında soru
sormağa və soru sordurmağa başlamışlar. Bu, həqiqətə vəfalı olanların yöntəmi
deyildir.
Beşinci təxrib:
Bəzi dostlar mənim fikirlərimi doğru niyətlə
araşdırmağa çalışırlar. Ancaq onlar iki önəmli nöqtəyə diqqət etmirlər. Birinci
nöqtə budur ki, o yazqalarda mənim düşüncələrim bir tərəfdən dil fəlsəfəsinə və
hermenevtiyə, digər tərəfdən də ədəbiyat bilimlərinə dayanmaqdadır. Həqiqətə
vəfalıqalma ilkəsi birinci növbədə o qonuları incələməyi icab edər. Ancaq onlar
öz gələnəksəl inanclarına uyqun olmayan bölümləri incələmişlər. Öz gələnəksəl etiqadları ilə uyum içində
olmayan sonuclar üzərində durmuşlar. Mənim teorimin ilkələrini bir yana buraxıb
və vəhylə ilgili öncədən mövcud olan məşhur teorilərə dayanaraq bir yaxlaşım
sərgiləmişlər. Böyləcə də mənim düşüncəmin və teorimin yapısı təxrib
edilmişdir. Çünkü bir düşüncə və ya teori öz ilkələrindən güc alar və öz
ilkələrinin dışında onu incələməklə doğru sonuca varmaq olmaz. Bu dostlar mənim
teorimin ilkələrinə diqqət etməməklə yetinməyib bu qonuyla ilgili başqa
yazılarımı oxumadan görməzlikdən gəlmişlər. Oysa ki, o məqalələrdə mən bir çox
soruları cavablandırmışam.
Altıncı təxrib:
Keçənlərdə bir məqalə oxudum və başqa tür
təxribatın da oluşmaqda olduğuna tanıq oldum. “Vəhyin yeni açıqlaması, Tanrının
doğası və ya doğal teoloji” başlıqlı bir məqalədə Məhəmməd Ərkon və Əbuzeyd
kimi çağdaş Quran araşdırmacılarının adlarını çəkmişlər. Mənim də adım bu
araşdırmacıların içindədir. Bizi bənzərcə düşünənlər olaraq nitələmiş və bir
nəzəriyəni bizə mənsub bilib tənqid etməyə başlamışlar. O məqalədə böylə
yazılmış: “Bu yeni nəzəriyə bir sözlə vəhyi və Hz. Məhəmmədin peyqəmbərliyini
O´nun Tanrıya yaxınlaşmasının sonucu kimi görməkdədir. Bir çox İslam
alimlərinin də söylədiyi kimi, peyqəmbərin yaradıcı xəyalları olmuşdur. Yüksək
yaradıcı təxəyyülə sahib olan peyqəmbərin öz çağının kültürü ilə etkiləşimi
peyqəmbəranə hal və təcrübələr doğurmuşdur. Böyləcə də Quran vasitəsiz olaraq,
hətta Cəbrailsiz olaraq peyqəmbərin bətnində tədricən oluşmuşdur.”
Mənim heç bir yazımda vəhyin peyqəmbərin Tanrıya
yaxınlaşması ilə O´nun içində tədricən yoğrulduğu yazılmamışdır. Bu nəzəriyəyə
qarşı deyiləm, ancaq mənim yazılarımda böylə bir şey yoxdur. “varlığın
peyqəmbəranə oxunuşu” adlı məqaləmdə yazmışam ki, İslam peyqəmbəri kəndisini
Tanrının elçisi sayırdı və tanrı elçisi təcrübələrini anladırdı. O, Tanrı
qatından özəl bir yardım aldığını təcrübə edirmiş. Bu özəl yardımın adı Quranda
“vəhy” olaraq bəlirlənmiş. İrahimi dinlərdə Tanrı kəlamı adında bir həqiqətin
olduğunu yazmışam və peyqəmbərlər Tanrının onlarla qonuşduğunu təcrübə
etmişlər. Ancaq o ilahi kəlamın cinsi insan dili kəlamının cinsindən deyildir.
Məhəmmədi vəhyin Tanrı qatından gəldiyini açıqca söyləmişəm. Ancaq bu vəhy dil
cinsindən və insan kəlamı cinsindən olmamışdır. Mənim iddiam budur ki, Quran mətni
Hz. Məhəmmədin peyqəmbəranə kəlamıdır. Bu kəlam Tanrının özəl yardımı, yəni
vəhy yardımı ilə peyqəmbər tərəfindən xalqa oxunmuşdur. Bu kəlamın içəriyi isə
varlığın tövhid əksənli açıqlanmasıdır. Özət olaraq mənim görüşüm böylə
olmuşdur: Quran vəhyin ürünüdür, özü deyildir. Mənim bu görüşümlə o yazarın
mənə mənsub bildiyi teori arasındakı ayrım açıqca görünməkdədir. Bir düşüncəni
bir başqası söyləmədiyi halda, bu düşüncəni o söyləmişdir demək də düşüncənin
və bir teorinin başqa tür təxribidir. Bu tür təxribat genəldə bir yazarın
yazdıqlarına istinad etməklə deyil, yazarın yazdıqları ilə ilgili eşidilənlərə
dayanılaraq yapılmaqdadır. Bu da tənqidin və dəyərləndirmənin yolu deyildir.
Yeni dini teorilərin həssasiyətindən dolayı düşünən hərkəsdən tənqidi dəyərləndirmədə
həqiqət aramanın bütün qurallarına uymalarını istərdim.*
* Yeni dini
teoriləri sapıqlıq olaraq dəyərləndirlənlərlə mənim aramdakı fərq nədir? Onlar
dini mərkəzlərdə öyrətilən bilgilərin bilimin sonu və Tanrının əbədi dəlilləri
olaraq görürlər. 18 il dini mərkəzlərdə öyrətmən olaraq çalışsam da orada
öyrətilən bilgilər haqqında onlar kimi düşünmürəm.

Hiç yorum yok:
Yorum Gönder