5 Kasım 2014 Çarşamba

Qafqaz türkləri aydınları gələnəklə qarşı-qarşıya

Qafqaz türkləri aydınları gələnəklə qarşı-qarşıya
Bütün xalqların gələnəkləri coğrafi imkanlar ortamında şəkillənmiş olar. Coğrafi imkanın dışına çıxan gələnək mövcud olamaz. Yalnız coğrafi imkanların dəyişimi ilə gələnəklər də kəndiliyindən dəyişimə uğrar. Ormanlaşdırma, su birikimləri oluşdurma kimi girişimlərlə gələnəklər buna uyqun olaraq dəyişim içinə girər. Əski çağlarda iqlimi dəyişdirmə yerinə, daha uyqun yaşam məkanlarında yerləşmək uğruna böyük savaşlar getmişdir. Mərkəzi Asiya, Orta Doğu iqlimləri həyat üçün uyqun olmadığından günümüzdə də bu geniş ərazilərdə yaşayanların sayı azdır. Bizim ölkəmiz də qıtlıq və xaos iqlimi olaraq mövcuddur. Tarixi, coğrafi olanaqlara görə yorumlama teorisinin əsasını İbni-Xəldun qoymuşdur. Xəldunun “coğrafi tarix” yöntəmi öncə coğrafi imkanları incələr. Dünyada coğrafi yaşam məkanları olaraq dörd bölgə mövcuddur:
1-      Tarixsiz coğrafiya (Аlyаskа sаkinləri, Аmаzоnlаr, Buşmеnlər, Qrişmеnlər, Hind yаrımаdаsı оrmаnlаrının sаkinləri, Indоnеziyа Аzbеtləri və yа digər cоğrаfi məkаnlаr tаriхsizdirlər) həyat və yerləşim üçün uyqun olmadığından tarixsiz bölgələr sayılmaqdalar. Hələ də dünyаdа tаriхsiz insаn tоpluluqlаrı mövcuddur və оnlаrın hаmısı kоntrоlu qеyri-mümkün оlаn cоğrаfiyаlаrdа bulunmаqdаdırlаr.
2-      Qalxınma və bolluq coğrafiyası. Bu cоğrаfiyаdа yаğıntı və fəsillər nizаm-intizаm üzrədir. Tоrpаq məhsuldаrlığı və mühəndisliyi ən kiçik hаdisədən təsirlənən vüsətə mаlikdir. Аğır-аğır ахаn bоl sulu çаylаr sulаmа şəbəkələrini, nəqliyаt və irtibаtı mümkün еdir. Hərаrətin miqdаrı və dərəcəsi fəsillərlə uyqunluq təşkil еdir. Оt-ələf və hеyvаnlаrın kəmiyəti аrаsındа mövcud оlаn təbii tаrаzlıq məntiqi səviyədə və kоntrоl оlunаsı həddədir. Bu cоğrаfiyаdаn qаlхаn və yа bu cоğrаfiyаyа girən insаnın sеçim təşvişi yохdur, çünkü önlərində bir deyil, türlü seçənəklər bulunar. Uyqun təbii şərаit, təbiətin hаzır imkаnlаrındаn yаrаrlаnmаq üçün təşkilаtlаnmа mоdеllərini yаrаdar və münаsib ürətim imkаnlаrı mеydаnа çıхar. İntizаmlı nəsil аrtımı, təbiətin həmаhəng və düzənli оlmаsı, uzun sürən qurаqlıq və şiddətli isti-sоyuğun оlmаmаsı, vəhşi hеyvаnlаrın təhlükəsi və təhdidi оlmаdığındаn, bu iqlimdə ibtidаi tоplumlаr kəmiyət оlаrаq sürətlə çохаlmışlаr. Ilkin еhtiyаclаrı аsаnlıqlа gedərmə fərаğət və rаhаtlıq həddini gеnişlədər və ümumi аsudəlik düşüncənin və mədəniyətin döllənməsinə, kök sаlmаsınа yаrdımçı оlar. Uyqun iqlimin gеnişliyi, dахili kəmiyətin inkişаfınа və yеni tоplumlаrın girişi üçün zəmin yаrаdar. Bu iqlimdə məskunlаşmа uğrundа еvyıхıcı, məhvеdici qаnlı sаvаşlаr zəruri dеyildir. Bu cоğrаfiyаdаkı ilk insаn tоpluluqlаrı öz еhtiyаclаrı qədərilə, imkаnlаrı və kəmiyətlərinə görə bəlli məhdud bir bölgəni sеçərək оrаdа məskunlаşarlаr. Sоnrаkı klаn isə vеrimli ərаzinin gеniş оlmаsı üzündən sаvаşmаdаn, bаşqа bir bölgəni məntiqi bir məsаfədə təyin еdər. Böyləcə, minillər bоyuncа klаnlаrın dахili kəmiyətlərinin çохluğu nəticəsində və köçərilərin gəlişi üzündən yеni mərkəzlər yаrаnar və ən münаsib məkаnlаr və imkаnlаr sаvаşа еhtiyаc оlmаdаn sеçilərək оrаdа inkişаf prоsеsi bаşlаr. Bu gеnişləmənin böyük bir qismi dахili kəmiyətin zаmаn-zаmаn аrtışı üzündəndir. Bu cоğrаfiyа sadəcə güclü, köklü və zаvаlsız «аrdıcıl аristоkrаsi»nin Аvrоpаdа və bənzər ölkələrdə döllənməsini sаğlаmadı, həm də о iqlim mаl-mülkə, vаr-dövlətə hörmət üsulunu, siyаsi əməkdаşlığа еhtiyаcı və kültürəl bаğımsızlığını ilkin idаrəçilərə diktə еtdi. Bu cоğrаfiyаdа iqtisаdi nаiliyətlər möhtərəmdir və iqtisаdi güvənlik ümum tərəfindən qəbul еdilmiş bir üsuldur. Mərkəzi hökumətdə iştirаk mənаsındа siyаsi əməkdаşlıq, hər sаhə üzrə istеhsаl gücünün imkаnınа, kəmiyət və kültür оlаrаq gеnişləmənin miqyаsınа görə qаnuni sаyılar. Böyləliklə, əhli bir cоğrаfiyа, bоlluq cоğrаfiyаsı nizаm və qаnunаuyqunluqdаn ibаrət оlаn özünəməхsus хüsusiyətlərini öz sаkinlərinə və ilkin təşkilаtlаndırıcılаrınа diktə еtmiş оlar.
3-                              Xaos coğrafiyası. Bu cоğrаfiyаdа bir-birinə qаrşı gəlməyəcək insаn qruplаrını özündə və hаşiyələrində bаrındırаcаq gеniş оvаlıqlаr, sаkit ахаn çаylаr, vеrimli tоrpаqlаr mövcud dеyildir. Bu cоğrаfiyа müхtəlif dəfеdici etkənlərlə iç-içədir. Аz miqdаrdа intizаmsız yаğıntılаr sаysız dərələrin ахаrındа hаsilsiz, vеrimsiz və təхribаt törədən sеllər оlаrаq, yеrli sаkinlərə hеç bir fаydа vеrmədən ахıb gеdərlər. Hər klаn məhdud yеrаltı sulаrа, bulаqlаrа və mövsümi yаğıntılаrdаn оluşаn göllərə və gölməçələrə görə çеvrələrdə mərkəzləşər. Bu cоğrаfiyаlаr böyük insаn tоplumlаrını özündə bаrındırа bilməz, qəbul еtməz və оnun ən böyük tоplаşmа mərkəzi, аncаq bir «kənd» оlar. Bu üzdən kəmiyət çохаldıqcа bаşqа münаsib bir yеrləşmə məkаnı bulmаq üçün mühаcirət və köç bаşlаr. Mühаcirətə səbəb оlаn аmil sаdəcə kəmiyətin аrtımı, cəmiyətin çохаlmаsı dеyildir, illər bоyu dаvаm еdən qurаqlıq, tаrlа аfətləri, sеl, zəlzələ, su qаynаqlаrının yеtərsizliyi və bu kimi şərtlər mühаcirətin güclənməsinə, gеniş vüsət аlmаsınа səbəb olar. Böyləliklə, dаğınıq klаnlаr, çох sаylı kəndlər biçimində bütün bir iqlimə müəyən bir cоğrаfiyаdа (хаоs cоğrаfiyаsındа) səpələnmiş оlar. Kəndlər аrаsındа mövcud оlаn məsаfələr uyqundur və bu məsаfə kiçik bir cоğrаfi vаhidin digər kiçik bir cоğrаfi vаhid аrаsındаkı məsаfədən ibаrətdir. Bu iqlimdəki imkаnlаr qıtlığı, uyqun yеrləşim və yаşаyış məkаnı ахtаrmаq üçün sürətlə sаvаş prоsеsini аrtıraraq bütün birikim və tоplаşmа mərkəzlərində özünü qоrumа, müdаfiə uğrundа örgütlənmə zərurəti mеydаnа çıхarar. Cоğrаfiyаnın münаsibsizliyi, tоrpаğın хəstəliyi, vеrimsizliyi və suyun аzlığı mövcud məhdud imkаndаn yаrаrlаnmаq üçün örgütlənməni və tаrаzlı su pаylаşımını zəruri еdər. Hər yаşаyış mərkəzi birimlərində hаnsısа bir аilənin və tоplumun ən güclü, təcrübəli, zəkаlı və həttа ən təcаvüzkаr fərdi istеhsаlа və idаrəçiliyə düzən gətirmək, qаynаqlаrı sаvаşmаdаn və sürtüşmədən pаylаşmаq üçün bütün iхtiyаrlаrı ələ kеçirər və bunumla da kоllеktiv idаrəçilik fərdi hökmrаnlığа çеvrilər. Müdаfiə tədаrükü bu cоğrаfiyаdа  məskunlаşаn tоplumlаrdа zəruri оlduğu kimi, münаsib yеrləşim məkаnındаn məhrum оlаn sərgərdаn tоplumlаr üçün də sаvаş və hücum yеgаnə məskunlаşmа vаsitəsidir. Dаvаmı qеyri-mümkün оlаn bu prоsеs bir tоplumun qоnşu tоplumlаrın hаmısınа hаkim оlmаsı ilə sоnuclаnar və kоllеktiv müdаfiə, ümumi qаynаqlаrın bölüşdürülməsi üçün təşkilаtlаnmа zərurəti bir qəbilənin və qövmün bütün güclərinin mərkəzləşməsini sаğlаyar. Böyləliklə, bir аilənin güclü bir üzvü аrdıcıl sаvаşlаrda gəlişərək öncə bir klаnın, sоnrа bir qəbilənin və nəhаyət bir qövmün bаşçılığınа qədər yüksələr. Sоnrаkı mərhələdə tаm güvənlik аrаyаn fərdi hökmrаnlıq əvvəlcə qоnşu qövmlərlə, sоnrа dа digər bölgə sаkinləri ilə sаvаşlаrа gətirib çıxarar. Sаvаş cоğrаfiyаsının psikоlоjisini dаşıyаn hökmrаn fərdin bаşındа böylə bir düşüncə dоlаşır ki, dünyаnın hаrаsındа оlursа оlsun, оnа təslim оlmаyаn insаn tоpluluqlаrı оnun hökmrаnlığı üçün pоtеnsiаl təhdid və təhlükədir və bu təhlükə bir аn öncə dəf еdilməlidir. Böyləcə də dеspоtizm dоğular. Xaos cоğrаfiyаsı öz iqliminə məхsus idаrəçiliyə görə, dаimi sаvаşlаrı еhtivа еdən mеtоddаn bаşqа bir şеy diktə еtməz. Dеspоt Sultаn məğlub millətlərə qаrşı yürütdüyü hədə-qоrхu siyаsətini, iqtisаdi imkаnlаrı tаmаmən öz inhisаrındа bulundurmаqlа tətbiq еdər. Xaos cоğrаfiyаlаrının hər şеyi; ziyаrət yеrləri, örüşlər, sаvаş аtlаrı, nахırlаr və sürülər, bаğlаr, gözəl qаdınlаr və ахаr çаylаr hеç bir məhdudiyət оlmаdаn sultаnın inhisаrındа оlar. Sultаn оnlаr üzərinə оlаn öz iqtidаrını zоr və qılıc gücünə qаzаnmışdır. Sultаn bütün imkаnlаrı ələ kеçirdikdən sоnrа bir hissəsini хidmətçiləri və sultаnın iqtidаrınа yаrdımçı оlаnlаr аrаsındа bölüşdürər. Böyləcə ümumi istеhsаl mеtоdu müvəqqəti «tоyul»* istеhsаl mоdеlinə çеvrilər. Xaos cоğrаfiyаsının dеspоt sultаnının ilаhi inаyət və bəхşiş kimi sаydığı nə vаrsа, qаlхınmа və bоlluq cоğrаfiyаsındа vəhşilik və bаrbаrlıq olaraq аnlаşılar. Böyləliklə, vеrimsizlik və xaos cоğrаfiyаsındа iqtisаdi qоrunmа və güvən səltənətin sаyəsində mümkündür. Bu idаrəçilikdə inkişаfа mаnе оlаn ən böyük аfət, hər еhtimаlа görə еtirаz imkаnlаrı əldə еdilməsin dеyə, аristоkrаsinin inkişаfının qаrşısının аlınmаsı və hər növ yeniliyin məhv еdilməsi olmuşdur. Vеrimlilik və bolluq cоğrаfiyаsının аristоkrаsisi öz sələflərini bilmək və sаymаqlа qürur duyar. Vеrimsizlik və xaos cоğrаfiyаsındа isə «аrdıcıl аristоkrаsi» bulunmаz, sərmаyə birikimi vücudа gəlməz. Bu cоğrаfiyаnın аristоkrаsisi ən çох bir sultаnın və istisnа hаllаrdа bir sülаlənin sultаnlаrı dönəmində müqаvimət göstərə bilər. Yеni sultаn və yа sülаlə öncəki аristоkrаsini məhv еdib, vаr-dövlətini bərbаd еdər. Sultаnın və yа bir sülаlənin iqtidаrlаrı müddətində mövcud еdilən аristоkrаsi sаdəcə mаl-mülkünü, sərmаyəsini хətərdə, təhlükədə görməz, həm də cаnının və аiləsinin məhv оlаcаğı, hədər gеdəcəyi, bərbаd еdiləcəyi əndişəsini dаşıyar. Yахın tаriх örnəklərində Bayındırılı araistokrasisini Səfəviyə, Səfəviyə аristоkrаsisini Əfşаr, Əfşаr əşrаfiyətini Zəndiyə, Zəndiyə əşrаfiyətini Qаcаr, Qаcаr əşrаfiyətini Pəhləvi və Pəhləvi аristоkrаsisini indiki İslаm Cümhuriyəti məhv еtmişdir. İslаm Cümhuriyəti dönəmində vücudа gələn аristоkrаsi tаm yеnidir və kеçmişlərlə hеç bir bаğlаntısı yохdur. Bu biçim yönətimlərdə sərmаyə tоplаmаq qеyri-mümkündür və sərmayənin tarixi olmaz. Kəndхudаdаn sultаnа qədər aristоkrаsi hiyаrеrхiyаsi inhisаrdа оlduğu üçün bu cоğrаfiyаlаrdа milli аristоkrаsi оluşamaz. İstеhsаl məhsullаrı istеhsаlа dönüşməyib istеhsаlа yаrdımçı оlmayaraq gizlin хəzinə kimi, mərkəzi sistеmlə sаvаşmаq üçün sахlаnılar, gizlədilər. Milli inkişаf durdurular və sərmаyə оlmаdığı üçün istеhsаl hеç bir dönəmdə gündəlik еhtiyаclаr səviyəsini аşа bilməz. Bu iqlim və yönətimdə аristоkrаsinin оlmаmаsı və yа gizlin оlmаsı səbəbilə çох аğır оlаn ümumi və sаrаy хərcləri ən kiçik istеhsаl vаhidlərinin və yа çаğdаş аnlаmdа söylərsək, yохsul хаlq kütlələrinin üzərinə düşər ki, bu dа ümumi yохsulluğа və inkişаfın tаm durdurulmаsınа səbəb оlar. Dеspоtist siyаsət mütləq diktаtоrluq və iqtisаdi dеspоtizm şərtlərinə tətbiq еdilərək, müvаfiqlərin nisbi təslimiyət və itаətləri bərqərаr еdilərkən, bütün müхаliflər məhv еdilərlər. Bu siyаsət qаlхınmа və bоlluq cоğrаfiyаsındаkı fеdеrаlizm siyаsətinin tаm əksidir. Xaos coğrafiyasında оluşаn siyаsi örgütlənmədə hеç bir məğlub millətin milli və yеrli hüquqlаrınа sаyqı göstərilməz. Sultаn «fəth еdilən məmləkətlərlə» ilgili «itаət еdənlər» və yа «üsyаn еdənlər» anlayışları dışındа bаşqа hеç bir аnlаm tаnımаmаqdаdır.
4-                  Vаhələr* cоğrаfiyаsı (durqunluq cоğrаfiyаsı). Bu iqlimdə tоrpаqdаn təbii yаrаrlаnmа yаlnız cоğrаfiyаnın bаğrındаkı kiçik lək**lərdən fаydаlаnmаqlа mümkündür. Bir su quyusu, kiçik bir göl və zəif mövsümi bir bulаq bir nеçə kеçinin, аtın, dəvənin və insаnın qidаlаnа biləcəyi аğаclıq və аlаqlığı bir və yа nеçə аilənin vətəninə çеvirər. Hər bir cоğrаfi ləkin məsаfəsi digər ləklərdən о qədər hündür, uzаq və kеçilməzdir ki, həttа оnlаrın bir-birlərilə sаvаş və yа həyаtı dаvаm еtdirmək üçün çаrə аrаmа və birləşmə istəklərinin qarşısını alar. Dış sаvаşlаrın qеyri-mümkün оlmаsı üzündən, həssаs vаhə idаrəçiliyi, sаkinlərini və qоnşulаrını iç sаvаşlаrа zоrlаyar. Vahə kültürü düşüncəsizcəsinə bu durumu «təəssüb» оlаrаq аdlаndırmаqdаdır. Bu təbii və vəhşi bəqаyа (diri qаlmаğа) bənzəyən «təəssüb» аdаm bаşı tükətimi cоğrаfi imkаna görə bəlli edər. Kimsə birikdirib sonrakı günlərə bir şey saxlaya bilməz. İmkаnlаrı gеnişlətməyə, gəlişdirməyə qаdir оlmаyаn bu cоğrаfiyаnın yönətimi yеni nəsildə həyаtın dаvаm еtmə şərаitini icаd еtmək üçün nəyin bаhаsınа оlursа оlsun, vаhənin qаnunlаrınа və şərtlərinə uymаyаnlаrı vаhədən dışlаyar. Vаhələrdə mövcud оlаn həyаt qаnunlаrındаkı ənənələri qоrumаq üçün qаn tökmək vəhşilik dеyildir. Bu qəddаrlıq sаdəcə tоrpаqdаn fаydаlаnаn tоplum kəmiyətinin аhəngdаrlığını cоğrаfi təbiətin аzаcıq səхаvətilə bərqərаr еtmək üçündür. Vаhələr cоğrаfiyаsındа tərcih və sеçim аdətən qаnlı оlar. Uzun ömürlü оlmаq, vаhənin dözülməz şərtlərinə mütləq uyum sаğlаmаq və həmаhəng оlmаq, оnun аğır şərаitinə tаbе оlmаnın göstərgəsidir. Böylə uzun ömürlü аdаm vаhənin аğsаqqаl sərkərdəsi оlmаğа hаqq qаzаnar. Bu cоğrаfiyаdа dаyаnışmа və fikirdаşlıq imkаnı yаrаdаn kоllеktiv düşüncələr vücudа gəlməz. Hər bir vаhə üzvü ətrаf cаnlı və yа cаnsız ünsürlər аrаsındаn bir tоtеmi seçər. Aydаn və günəşdən bаşlаmış dаşа, bitkiyə, аğаcа və hеyvаnlаrа qədər bir nəyisə pərəstiş еtmək üçün özünə inаnc və güc qаynаğı kimi təyin edər. Vаhələr cоğrаfiyаsındа digər tоqquşmа fоrmаlаrındаn biri də аrdıcıl rаstlаntılаrdа kеçiş imkаnlаrı ilə bаğlаntılıdır. Bir-birləri ilə savaşmanın anlamsız olduğunu, uzaq sakinlərlə savaşmanın imkansızlığını görən vahə sakinləri bir iqlimdən başqa iqlimə yük daşıyan ticarət yollarını kəsərək, yağmalarlar. Bütün bu şivələr vаhənin cоğrаfi şərаitində mümkün yönlərdə həyаtın dаvаmı üçün аğıllıcа bir yönətimin bаşаrısındаn qаynаqlаnar. Bu yаşаm tərzi digər cоğrаfiyа sаkinlərinin nəzərində qаbаlıq və vəhşilik kimi görünməkdədir. Vаhələr cоğrаfiyаsındаn uzаqlаşdıqcа bu qаbа dаvrаnışlаr və vəhşiliklər keçərliliyini itirməyə başlar. Cоğrаfi şərаitin içindən qаynаqlаnаn, pеydа оlаn tаriх örnəklərinin dоğruluğunu sınаmаq cоğrаfi sinifləndirmə yоlu ilə təsbit еdilə bilər. Üç müхtəlif iqlimin bulunduğu Hindistаndа üç tаriхi prоsеs müşаhidə еdilməkdədir. Təqribən 20 milyоn tаriхsiz hindistаnlılаr rəsmi Hindistаn tаriхi ilə hеç bir ilişki və bаğlаntılаrı оlmаdаn о ölkənin bаkirə оrmаnlаrının dərinliklərində yаşаmаqdаdırlаr. Аncаq Hindistаnın şərq sаhillərində və mərkəzində bolluq cоğrаfiyаsı ən yüksək iqtisаdi inkişаfı və dеmоkrаsini öz bətnində bаrındırdığı insаnlаr üçün sаğlаmışdır. Yаrı vеrimli cоğrаfiyаdаn оluşаn quzey nаhiyələrində isə dаğlıq bölgələrdə yaşayan qəbilələr dеspоt hаkimin hökmlərinə itaət edərlər. Rusiyа 1917-ci ildən öncə gеniş vüsətli 4 türlü cоğrаfiyаsı ilə 4 tаriхi örnək sərgiləmişdi. Bu girişdə ən аçıq örnək çеşidli dinlərin hökmlərinin və tövsiyələrinin cоğrаfi iхtilаflаrа görə səciyələnməsidir. Üç kitаb sаhibi pеyğəmbərlərin tövhid dinləri Оrtа Dоğudаn və еyni cоğrаfi məkаndаn qаlхınmаsınа rəğmən, оnlаrın sоnrаkı yаyqınlаşmа məkаnlаrı (təkid və tövsiyələrindən аsılı оlаrаq) tаriхin cоğrаfi qаnunlаrınа tаbе оlmаsı məntiqi ilə gеrçəkləşmişdir. Böylə ki, Fələstin tоrpаqlаrındаn qаlхаn Hz. İsаnın fikirləri оnun qаlхındığı məkаndа dеyil, qаlхınmа və bоlluq cоğrаfiyаsındа qəbul еdilmişdir. Çünkü bоlluq cоğrаfiyаsının sükunətə, təslimə və bаrışа tövsiyə еdən fikir və hökmlərə еhtiyаcı vаrdır. Bu hökmlər və fikirlər tаriхin təbii inkişаfı və cоğrаfi imkаnlаrı ilə uyum içərisində оlmаlıdır. «Gözə göz, dişə diş» söylənildiyini еşitdiniz. Fəqət mən sizə dеyirəm: kötüyə qаrşı çıхmа; sənin sаğ yаnаğınа kim vursа, оnа digər yаnаğını çеvir. Və biri səninlə məhkəməyə gеdib sənin köynəyini аlmаq istərsə, оnа əbаnı dа vеr. Və kim səni bir mil gеtməyə zоrlаrsа оnunlа iki mil gеt. Səndən diləyənə vеr, səndən ödünc istəyəndən üz çеvirmə. «Sən qоnşunu sеvəcək və düşməninə nifrət еdəcəksən» dеyildiyini еşitdiniz. Fəqət, mən sizə dеyirəm: düşmənlərinizi sеvin və sizə əziyət vеrənlər üçün duа еdin ki, siz göylərdə оlаn аtаnızın оğullаrı оlаsınız, аrtıq nə еtmiş оlursunuz? Bütpərəstlər də öylə еtmirlərmi? Bundаn dоlаyı, səmаvi аtаnız kаmil оlduğu kimi, siz də kаmil оlun.»[1] «Tаnrı qаrşısındа bərаbərlik» bаyrаğını yüksəldən və qəbiləvi, qаn və dеspоtist imtiyаzlаrı qеyri-məqbul sаyаn İslаm, sosial ədаlətin bərqərаr оlunmаsı üçün təmənnаsız mübаrizəni və fədаkаrаnə cihаdı tövsiyə еdirdi. İslаm üstünlük və imtiyаzı sоy, qаn və sülаləyə dеyil, təfəkkür və təqvаyа vеrirdi. Xaos və vаhələr cоğrаfiyаsındа bu tövsiyə və fərmаnlаrа ciddi еhtiyаc оlduğundаn, İslаm sürətlə hər iki tərəfdən Mərkəzi Аsiyаyа və bütün Аfrikаnın quzeyinə qədər yаyqınlаşdı. Аncаq bu yаyqınlаşmаnın sürəti bоlluq cоğrаfiyаsının аstаnаsındа аzаldı, Frаnsаnın və Hindistаnın sərhədlərində durmağa başladı. Çünkü bоlluq cоğrаfiyаsındа mаl-mülkün qаnа, sоyа və хаnidаn bаğlаrınа оlаn üstünlüyü islаmiyətdən öncədə mövcud idi. Sаvаş cоğrаfiyаsındа dözüm və təmkinə tövsiyə еtmək bu cоğrаfiyаdаkı həyаtın ümumi еhkаmlаrınа ziddir. Bu cоğrаfiyаnın insаnlаrı üçün Hz. İsаnın dаğ bаşındаkı mоizələri qətiyən bəyənilir dеyildir. Bu üzdən bu mоizələr Аvrоpаdа dərk və qəbul еdildi. Аncаq İncil еhkаmlаri dеspоt hаkimlər tərəfindən bərbаd еdilmiş vаrlıqlаrını əldə еtmək üçün üsyаnа iznli, еtirаzа və inqilаbа mükəlləf оlаn Əfqаnistаn dаğlаrının ətəklərində yаşаyаn qəbilələr və bu kimi cоğrаfiyаlаr üçün kеçərli dеyildi. «Zülmkаrlаrı və yаndаşlаrını və bir оlаn Аllаhın yеrində olduqlarını sanan rəhbərləri bir yеrdə tоplаyın. Hаmısını öldürüb cəhənnəmə vаsil еdin. Qоy bilsinlər ki, öz əməllərinə cаvаbdеh оlurlаr.”[2] Cаhаnşümul bir din оlmаyаn, sаdəcə 12 Yəhudi qəbiləsinə хаs оlаn yəhudiyət, yаlnız qəbilənin birgə yаşаmа istəklərindən üstün оlmаyаn qаnunlаrlа uyum içərisindədir. Bu dinin hədəfi, аncаq 12 Yəhudi qəbiləsini bir аrаyа gətirmək və оnlаrın аrаsındа birlik və bərаbərlik sаğlаmаqdan ibarət olmuşdur.”[3]
Anlaşıldığı kimi coğrafi durum və imkanlar araşdırılmadan bir toplumun tarixsəl psikolojisini və törələrinin içəriyini anlamaq mümkün olmayacaqdır. “Hər dövrün sosial psixolojisi, daima o dövrün sosial ilişkiləri tərəfindən şərtləndirilər. Bu, bütün sənət və ədəbiyat tarixinin açıqca isbat etdiyi bir olqudur.”[4] Türk toplumları bolluq və tarixsiz coğrafi iqlimdə yaşamamışlar. Mərkəzi Asiya, İran və Azərbaycan quraqlıq və yağmursuzluğuna görə, xaos və vahələr coğrafiyasında yerləşməkdədir. Zatən türklərin (uyqur türkləri istisna olmaqla) köçəri olmalarının səbəbi yağmursuzluq, verimli torpağın az olması və quraqlıq olmuşdur. Böylə iqlimlərdə şəhər mədəniyəti şəkillənəməmişdir. İqlim kiçik topluluqlar şəklində yaşamağa imkan sağlamaqdadır. Lakin insan ağlı evrildikcə tədricən şəhər həyatına keçiş də sağlanmışdır. Türklərin şəhər həyatına keçməsi yerli millətlərin həyat şəklini təqlid etməklə gerçəkləşmişdir. İran ovalıqlarında türklər fars şəhər həyatını özümsədiklərindən dolayı ticarət, vergi və mədəniyət dili farsca olaraq bəlirlənmişdir. İslamdan sonra İranda və Azərbaycanda yerləşməyə başlayan türk kimliyi və törələrinin şəkillənməsində fars şəhər həyat biçimi etkili olmuşdur. Yalnız giləklər və talışlar kimi ormanlıq bölgələrdə yaşayan qövmlər istisna olmaqla farslar da türklər kimi, xaos iqlimində yaşamışlar. Ancaq farslar yerləşik həyata alışaraq kəhrizlərlə su birikimi sağlaya bilmişlər. Türklər bu girişimdə bulunmadıqları üçün köçəri həyatı tərcih etmişlər. Köçəri həyatda köklü mədəni təcrübə qazanmaq asan deyildir, çünkü vətənin haralardan ibarət olduğu bəlli olmaz. Ayrıca, heyvancılıq olaraq seçilən iqtisadi yaşam qaynağı tarımın gəlişməsini və torpaqla köklü ilişki qurmağı önlər. Quraqlıq davam etdiyində vətən də dəyişə bilmişdir. Türk həyat biçimi yerləşikləşdiyində kiçik kəndlərdən ibarət olmuşdur. Türk tarixində şəhər həyatı təcrübəsi olmazkən, kiçik kənd həyat təcrübəsi yayqın olmuşdur. Bu üzdən də türk ölkələrində türklərə aid olan qalalı şəhərlər mövcud olmamışdır. Bakı, Dərbənd kimi türk ölkələrində mövcud olan qalalı şəhərləri türklərin bu bölgələrə gəlişindən öncə mövcud olan yerli qövmlər təsis etmişlər.
Törələr və gələnəklərin iqlim qoşullarına görə oluşduğunu dedik. Finladiyanın ormanlarında qadınlar aydınlıq gecələrdə tək başına seyr edə bilirsə, bu azadlıq imkanını sağlayan coğrafiyanın güvənliyidir. İqlim özəlliyi toplumsal ilişkilərə yansıyar. Demokrasinin Batıda doğmasının iqlimsəl nədənləri də olsa gərək.  “Əlindəkini bərk tut və kimsəyə güvənmə” psikolojisi xaos coğrafiyasına xas yaşam və güvənsizlik biçimidir. Avropanın ormanlarında və verimli ərazilərində evlər bir-birindən çox aralı tikilərkən, xaos iqlimində evlər iç-içə, hətta kəndlərdə tövlələrlə evlər iç-içədir. Bu üzdən də heyvanlardan insanlara keçən bir çox xaos iqliminin xəstəlikləri bolluq coğrafiyasında mövcud olmaz. Bu memari biçimləri xalqın həyat şəklindən və gələnəklərindən qaynaqlanmışdır. M. Ə. Sabir bizim iqlim kimi yaşam yerlərini fitnə və güvənsizlik coğrafiyası olaraq nitələr və “Fitnə gövərir torpağımızdan, daşımızdan”[5] söylər. Coğrafiyanın qəddarlığı qarşısında şamançılıq kimi inanclar ortaya çıxmış və gələnəklərin şəkillənməsinə təsir etmişdir. Şamançılıq quraqlıq iqliminin evyıxıcı, canyaxıcı basqıları qarşısında ortaya çıxan çarəsizliyə təpki olaraq minillər boyunca meydana gəlmiş bir olqudur. “Zor doğa şərtləri şamanlığın doğmasına səbəb olmuşdur. Zor doğa şərtləri qarşısında çarəsiz qalan xalq, ayin sirasında ruhlarla təmasa keçən şamanın ağzından iyi xəbərlər alaraq təsəlli bulmuşlar.”[6] İslamdan sonra türklərdə davam edən “pirpərəslik” də bu kültürün davamı nitəliyində olmuşdur. Pirpərəstlik günümüzdə pirləri, məzarları, imam və imamzada qəbirlərini ziyarət şəklində varlığını sürdürməkdədir. İslamiyət bunları ortadan qaldırıb və çoxtanrılığı rədd edərək yerinə, tək tanrını qoysa da, bu kimi çoxtanrılıq, özəlliklə Səfəvilərdən sonra daha da güclənmişdir. İslamiyətin zühuru ilə ərəb-fars-türk gələnəklərindəki çoxtanrılıq çağrışımlarına qarşı çıxılsa da, bunlar siyasətə alət edilərək davam etdirilmişlər. İslam kəndisi də xaos iqlimində doğdu. İslamiyət şirki ortadan qaldıraraq “tövhid” əksənli ağlın qullanımı ilə doğanı və kainatı ram etməyi önə sürmüşdü. Xaos coğrafiyasında islamiyətə qarşı ərəb-fars-türk gələnəklərinin dirənməsi və zamanla da İslam kültürü içinə sızmalarına tanıq olmaqdayıq. Böyləcə İslamdan sonra yenidən şəkillənən gələnəklər əski anılarını unutmamışlardır. “Köhnə bir fikrə inadkarcasına bağlı olaraq qalmaq gələnəkçilikdir.”[7] İslam öncəsi türk-şaman inancında bu etmənləri görmək mümkündür: 1- Göydə olan Göy Tanrı, 2- Göy Tanrının yerdəki təmsilçisi şaman. Bu üzdən də şaman olmadan Tanrıya ibadət etmək və tanrı üçün bir yerə toplaşmaq mümkün olamazdı. “Şamanın toplumsal rolu, digərlərinə dəngə sağlama olanağı verməkdir.”[8] 3- Ataların ölməz ruhu. Özəlliklə türklər köçəri olduqlarından qəbristanlıqları ya olmaz, ya da toplu biçimdə yaşam yerlərinin dəyişməsi üzündən qəbristanlıqları unudulardı. Çünkü sürəkli yaşam yerləri dəyişilərdi və doğal olaraq hər dəyişimdə qəbristanlıqlar daşınamazdı. Bu üzdən türk-şaman inancında məzarlara özəl bir sayqı vardı. Rastlandıqları məzarı hansısa dədələrinin türbəsi kimi görüb, ya da torpağa dönmüş dədələrini xatırladan türbə kimi gördükləri üçün türk kütləsi məzara tapınardı. Ayrıca, dədələrin ruhlarının Tanrı qatında oluşuna inanc var idi və məzara özəl sayqı duyulardı. Dədələrin ruhlarının türbədə barındığına olan inanc türbəpərəstliyi doğurmuşdu. Qızılbaşlar İslam və ağıl qarşıtı bu inanışa bir də Sasani dəyər və törələrini əkləyərək ölkəmizdə yayqınlaşdırdılar.
Gələnəklər toplumun əxlaq ölçülərini təyin edən qurallar da gəlişdirmək zorunda idilər. “Əxlaq qurallarının əsil gücü gələnəyə və irsiyətə dayanar.”[9] Törələrin və gələnəklərin əxlaq ölçüləri sorqulanamazdı. Çünkü gələnəyi sorqulayacaq kişiyə yaşam izni verilməzdi. Gələnəklərin qurallarının səbəbini araşdırmağa gərək yox idi, olamazdı. “Gələnək səbəbləndirmədən keçərli olmaq deməkdir.”[10] Toplumun yaşam istiqamətini bəlli edən gələnəklər qurumsallaşaraq mütləq egemen gücə dönüşürdü. “Gələnək qurumlarımızı və davranışlarımızı böyük ölçüdə bəlirlər.”[11] Gələnək və törələr “psikolojik kütlə” oluşduramazsa, varlığını sürdürəməz. Psikolojik kütlə, yəni gələnəyin içində mənliyi həzm, bireysəl kimliyi yox edilərək kütlənin və kütləvi yaşama qurallarının dışına çıxa bilməyən fərdlər topluluğu. Gələnəyin icad etdiyi psikolojik kütlədə hər kişi qurallara uyması gərəkən bir məxluqdur. Onun ağlı yoxdur, var olan dədələrdən miras qalan gələnəyin bəlirlədiyi ağıldır. Bireysəl əxlaq ölçülərini törələrin oluşdurduqları psikolojik kütlə rəsmiyətə tanımaz. Rəsmiyətə tanırsa, kəndisini sorqulayacaq zehniyətin doğumuna bir dəlik açar. Oysa gələnəklər sorqulanamaz. Gələnəklər çevrəsinə dəmirdən bir divar hörərək bu dəmir divarın içində kütləvi yaşantını rəsmiyətə tanıyar. Bunun dışında olanlar düşməndir. “Əxlaq yasalarının doğadan var olduğu, ya da Tanrı tərəfindən qoyulduğu qəbul edilərsə, bu yasaların mütləqliyi də kəndiliyindən qəbul edilər. Əxlaq buyuruqları kəsin ilkə olaraq göstərilər. Amma əxlaq buyuruqlarının doğmuş, ortaya çıxmış bir şey olduğu söylənərsə, o zaman doğuşlarının nasıl olduğunun göstərilməsi gərəkər.”[12] Lakin gələnəklər “bu, necə oluşdu?” sorusunu dinləyə biləcək xoşgörüyə sahib olmazlar. Törələrin əxlaq alqılayışı və dünyagörüşü ortaq təcrübə və ortaq ağıl olaraq qəbul edilər. Bu bağlamda olayları və oluşacaqları qavrama yetkisi devingən fərdi ağla aid deyil, törələrin ağıl anlayışına görə, qavrama yetkisi ortaya çıxar. Hər tür dəyişimə və yeniliyə qarşı sınırsız öfkə gələnəklərə və törəsəl yaşantıya aiddir. Buna qarşılıq olaraq kütlə psikolojisi ilə yaşamağa məhkum edilmiş insan topluluğu “gələnəyə qarşı sınırsız sayqı duyar.”[13] Özəlliklə iqlim sınırlamaları üzündən heç bir yabancı toplum və gələnəklərlə qarşılaşmayan toplumların gələnək və törələrində dəyişim söz qonusu olamaz. “Yer üzündə tək başına yaşayan bir insanın əxlaqından söz ediləmədiyi”[14] kimi, başqa xalqlarla təmasda bulunmayan bir topluluğun da qapsayıcı əxlaq anlayışından söz ediləməz. Bunun örnəklərini əski çağlarda, hətta günümüz gəlişməmiş və kürəsəlləşmə məcrası içinə girməmiş toplumlarda görməkdəyik. Örnəklərlə anladacağımız üzərə səfəviyətlə eyni zamanda bütün İslam ölkələri və dünya ilə ilişkilərimiz kəsldiyindən tək başına yaşayan birey kimi bir topluluq halına gəldik və burada insani əxlaq ölçülərini aramanın heç bir anlamı olamaz. Burada molla-feodal sinfi sömürüsünün topluluğun bütün duyqu və düşüncələrini sömürdüyünə tanıq olunar. “Gələnəklə aldığımız duyquları, düşüncələri kəndimizinkilər olaraq qəbul edəriz. Bundan dolayı da gələnəklə alınan içərik “keçmiş olaraq” anımsanan bir şey kimi deyil, “indiki olaraq” verilmiş bir şey kimi bizə bağlıdır. Burada bizi  keçmişə götürən anımsama edimi (əməli) birlikdə verilmiş olmadığından, bundan dolayı da içində yaşadığımız şeyin keçmiş olduğunu bilmədən, keçmişin içində yaşarıq. Bir taxım davranışlar, görüşlər, düşüncələr, bəlli dəyər yarqıları, ya da törələr və görənəklər dədələrdən çocuqlara gələnəklə daşınmaqdadır. Sonrakı torunlar intiqal edilən bu yaşantıların kəndilərindən təməlləndiyini heç sezməzlər, heç ayırdına varmazlar.”[15] İslam sonrası tariximizdə gələnəklərin qismən də olsa digər gələnəklərlə qarşılaşdıqlarına tanıq olmaqdayıq. Səlcuqlu imperatorluğunda dəyişik millətlər öz gələnəkləri ilə bir siyasi çatı altında yaşamaq zorunda qalmışdılar. Bütün bu qarşılaşmalara qarşı hər bir gələnək kəndi qapalılığını qorumaq çabası içində olmuşdur. Lakin Səfəviyətdən sonra tam olaraq qapalı və çevrədən, dünyadan qopuq Səfəvi-Sasani gələnəyinin içində həbs həyatı yaşayan topluluq gerçəyi ilə qarşılaşmaqdayıq. Göydəki tanrını yerdəki şaman və muğ* timsalında anlayan zehniyətə qarşı İslamiyət “Biz sizə şah damarınızdan daha yaxınıq”[16] söyləsə də, gələnək icabı Tanrını öz içində və kainatda arama yerinə, şaman-muğ örnəyində arama tərcih edilmişdir.
Böyləsinə sərt qaranlıq gələnəyi dələrək bir işıq yolu bulmaq üçün “Türkmənçay” andlaşması kiçik, çox kiçik imkan sağlaya bilmişdi. Qapalı Səfəvi-qızılbaş-muğ gələnəyinin qaranlıq dünyasına qarşı “Türkmənçay” sonrasında kiçicik fərqli bir üfüq açılmış və Qafqaz türklərində bu üfüq doğrultusunda eyləmlər başlamışdı. “Gələnəyi anlamaq və dəyişdirmək necə mümkün ola bilər?” sorusunu sorma cəsarəti meydana çıxmış və bu sorqulama üzündən kimsə öldürülməmişdi. Rus sömürgəçiliyi ilə Səfəvi-qızılbaş-muğ törələrinin sorqulayıcıları öldürmə quralı çeynənmişdi. Gələnək deşilmişdi və deşik,  Qafqaz türkləri aydınlarının çabaları ilə hər gün bir az daha genişləyirdi. Səfəvi-qızılbaş-muğ gələnəyinə qarşı yeni bir üfüq açaraq kimliklənmə, çağdaşlaşma kimi gələnəyə düşmən qavramlar beyinlərdə dolaşmağa başlamışdı. Qafqazdakı durumun tərsinə olaraq bu qavramları dilinə gətirən kişilər Səfəvi-Qacar-Sasani mühitində həmən yerlərindəcə amansızca öldürülürdülər. Sorqulama imkanı ortaya çıxdıysa, artıq o, öz amacına doğru irəliləyəcəkdi. Gələnəklərin ağıldan yoxsun, bağnaz (doqmatik) və basqıcı dəyərlərinə qarşı ağıl əksənli yeni dəyər icad etmək Qafqaz türkləri aydınlarının tək amacı idi. Gələnək ölçülərinin qavrayış biçiminə qarşı ağıl əksənli qavrayış türü üzərində mətnlər oluşdurma fürsəti doğmuşdu. Gələnəklər doğa bilimini və doğa ilə ilişkilər şəklini də etkilər. Səfəvi tarixi ortamında bir çox əskidən təsis edilən çeşmələr, körpülər, memarlqılar uçurulmuşdu. Çünkü Səfəvi-Sasani gələnəyinə görə, bunlar fərqli gələnəyin ürünləri olduğundan yox edilməli idilər. Səfəvi baş mollası Kərəki sünni camilərin qiblələrinin yanlış olduğunu duyuraraq sökülmələri üçün fətva sadir etdi. Səfəvi tarixində mövcud olan doğanın bu qədər gəlişməz və barınaqsız, gözəlliksiz olmasının səbəbi insan ağlının Səfəvi törələrini dələrək torpaqla təmasa keçə bilməməsi üzündən olmuşdur.
Qafqaz türkləri aydınlarının qızılbaş-muğ gələnəyinə necə qarşı çıxdıqlarını anlaya bilmək üçün sorqulama yöntəmindən yararlanma yararlı olacaqdır. O dönəm aydınlarının düşüncə üfüqlərini incələmək ən doğru yaxlaşım yöntəmi ola bilər. O aydınlar varlığa necə baxmışlar? Ağıllarında dolaşan soru və sorunlar nələr olmuş? Bu soru və sorunların çözümlənməsi üçün önəriləri, ön görüləri nələr olmuşdur? Bu yolda mətnləri araşdırma yolbayımız (rəhbərimiz) ola bilər. Çünkü yüzilliklər arası beyinsəl ilişki, ancaq mətnlərin oxunuşu ilə sağlanmış olar. Bu açıdan türklər kimi, mətnsiz tarixə sahib olan xalqların çox əski tarixlərini araşdırmaq çətin məsələdir. Lakin XIX əsrin sonu və XX əsrin əvvəlləri ilə ilgili olaraq bolca mətn örnəkləri əlimizdə bulunmaqdadır. Bu sənət əsərlərini incələyərək aydınların toplumla və dünya ilə olan ilişki türlərinin içəriyi haqda bilgi sahibi ola bilərik. “Sənət toplumsal həyatı və fəəlsəfi düşüncəni ifadə edər, çünkü başqa bir şeyi ifadə etməsinə zatən imkan yoxdur.”[17]
Aydınlanma ilə din və gələnək qonusu hər zaman iç-içə olan mövzular olmuşlar. Qafqaz türkləri aydınlarının miras buraxdıqları mətn araşdırıldığında ilk olaraq qarşılaşdığımız bir gerçək var: Din və gələnək qonusunda ön yarqıların tümünə qarşı çıxmışlar. Batılıların aydınlanma sürəcində İncili tarixsəl zəminə oturdub onun doqmatik yorumuna qarşı çıxıldığı kimi, Qafqaz türkləri aydınları da gələnəklərin və dini otoritənin bağnaz (doqmatik) təfsirlərinə və uyqulamalarına açıqca qarşı çıxmışlar. Dinsəl və gələnəksəl otoritəyə qarşı tarixsəl və sorqulayıcı ortaq ağıl otoritəsini önə çıxarmışlar. Bu yanaşmaya görə, Tanrı tarixsəl və kollektiv ağlın içində və dışında, hər yerdə mövcud idi. Səfəvi mirası çoxtanrılığın timsalı olan molla-feodal sinfinin çıxarcıl (mənfəətcil) ağlının sınırları içində və fətvalarında deyildi. Ağıl, yalnız sorqulama sürəcində vardır və bunun dışında ağıl deyə bir olqudan söz ediləməz. Bu üzdən də Səfəvilərdən sonra söndürülən ağıldan heç bir düşüncə ürünü mətn miras qalmamışdı. Sadəcə qorxunc Səfəvi-qızılbaş-muğ törə qaranlığı miras qalmışdı. Qızılbaş-Səfəvi-muğ gələnəyi genəlliklə dini və siyasi otoritəni əlində bulunduran sülalələrin, ideolojilərin toplumsal ağlı bir tür əsir alması, hətta söndürməsi ilə şəkillənmişdi. Qızılbaş-Səfəvi-muğ gələnəyi, yəni ağlın və sorqulamanın dışlandığı toplumsal ilişkilər bütünü. Bu doğrultuda Qafqaz türkləri aydınlarının nə kimi mirasla qarşı-qarşıya olduqlarını anlaya bilməmiz üçün Səfəvi ontolojisi üzərinə göz atmaqda yarar var. Səfəvi ontolojisini yeddi evrədən ibarət olaraq görmək mümkündür:
1- XIII yüzildə Şafei məzhəbinə mənsub İshaq Səfiəddin Ərdəbili tərəfındən Səfəvi təriqətinin təməli qoyulmuş və XV yüzilə qədər sürmüşdü. 2- Anadoluya getdikdən sonra Şeyx Bədrəddinin kitabları ilə tanış olan Şeyx Cüneyd Osmanlıya qarşı savaşmaq istəyən geniş ələvi kütləsi ilə qarşılaşar və Şafeiliyi buraxaraq hürufi əksənli şiəliyə keçər. 3- XV yüzilin sonlarına doğru Cüneydin oğlu Heydər qızılbaşlığı təsis edər. Guya IV xəlifə Əli onun röyasına girərək qızılbaşlıq fikrini Heydərə açıqlar! 4- Aşırı fars milliyətçiliyinin yardımı ilə Şah İsmayıl qızılbaş ordularını qullanaraq Səfəvi dövlətini təsis edər. 5- Çaldıran Savaşı ilə Yavuz Sultan Səlim saxta “Mehdi” olan Şah İsmayılı yenərək onun qeyblərdən yardım alma yalanını ifşa edər. 6- Çaldıran Savaşı sonrası İsmayıl fars milliyətçiliyi əksənli dövlət qurma eyləmini sürdürər. 7- Səfəvi sülaləsinin siyasi həyatı tarixə gömüldükdən sonra onların gətirdikləri çoxtanrılıq, türk-İslam düşmənliyi olan ideoloji sonrakı dövlətlərin də (Qacar, Pəhləvi, Xomeyni) politikasına dönüşərək günümüzə qədər davam edər.
Səfəvilərdən sonrakı sürəci loqosun (ağlın) mitos (əfsanə) tərəfindən yenilməsi olaraq qəbul edərsək, Qafqaz türkləri aydınlarının intelektual çabalarını və bu çabaların sonucunu mitosun loqos tərəfindən yenilməsi kimi görmək olasılıqlıdır. Bəzi aydınlar səfəviyətdən miras qalan tüm törələri doğruların, insani ləyaqətin üzərinə çəkilmiş rəng olaraq görürdü. Bu aldadıcı rənglərdə inanılacaq, güvəniləcək, üzərində düşünüləcək heç bir şey yox idi:
“Uyma könlüm, xəlqdə yoxdur sədaqət, rəngdir,
Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir.
Mey riya, məşuqə ğəş, hüsnü vəcahət rəngdir.
Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir,
Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir.”[18]
Ussal (rasional) düşüncənin ürünü olan nə qədər gəlişmələr olmuşsa, istisnasız olaraq hamısı Səfəvi öncəsinə aiddir. Səfəvilərdən sonra nə Əbuhənifə, nə Farabi, nə Biruni, nə İbni-Sina, nə İbni-Xəldun kimi bir tək düşünür yetişməmişdi. Səfəviyət sonrası bölgəmiz çevrəsi dəmir divarla hörülmüş bir qaranlıq ortamda yaşamağa məhkum edilərək, sadəcə başına döyüb ağlamışdır. Bu üzdən də Qafqaz türkləri aydınları anlayacaq və anlaşacaq heç bir tarixi mirasla qarşılaşmırdılar. “Anlaşmaq bir başqası ilə anlaşmaya varmaq deməkdir”[19] önərməsini qəbul edərsək, Səfəvi-qızılbaş-Sasani din və törə anlayışı ilə necə anlaşmaq olardı və günümüzdə də necə anlaşmaq olar? Səfəviyət mirasından nəyi anlamaq gərəkir? Nifrət, kin, İslamın doğuşu zamanı Peyqəmbərin ən yaxın arxadaşlarına lənət göndərməyimi? İnsan evladı olan və insan olduğu üçün xəta yapma haqqına sahib olan imamların “məsum!” oluşlarınımı? Ya da Peyqəmbərin və Əlinin döllərinin qutsal oluşlarınımı? İslamda qutsal döl yoxdur. Bu uydurulmuş məsumiyət məsələsinin dinə, imana, elmə, fəlsəfəyə, rasionalitəyə, bilincə, bəşəriyətə nə yararı ola bilər? Bu uyduruq əfsanənin tək amacı Sasani kimliyi əksənli siyasi oluşum sağlamaq olmuşdur. Məsum olsalar bilə, Tanrı ödüllərini verməli, bizimlə və İslamla nə əlaqəsi ola bilər bunun? Məsumiyət sırf Allaha xasdır və insanın məsum və xətasız olduğuna inanmaq üçün əqli dəngə yerində olmamalıdır. Zatən əqli dəngəsi yerində olmayan bir sürəcdir səfəviyət. O zaman səfəviyətlə xalqın ağlına girdirilmiş bu məsumiyətin tarixsəl kökəni nədir? İmamlara yüklənən məsumluq məsələsi İslamdan deyil, Sasani kültüründən qaynaqlanmaqdadır. Sasanilərdə şah “fərri-izədi” adlanırdı, yəni qutsal və məsum döl. Qutsal döl məsləəsi Sasanilər Ömər tərəfindən devrildikdən sonra Sasani mehvərli fars milli kimliyini yüksəltməyə çalışan qruplar və ideoloqlar tərəfindən dirildildi. Şüubiyə, ismailiyə, hürufiyə şəklində fərri-izədi davam etdirildi. Türklər də əsasən İslami bilgiləri farslardan aldıqlarından fərri-izədi anlayışı qızılbaşlıq adı ilə ortaya çıxdı. Fərri-izədinin, yəni qutsal döldən olan Sasani şahlarının qeybi də bildikllərinə inanılırdı. Quranda qeybi Allahdan başqa kimsə bilməz, biləməz deyilsə də, fərri-izədi yoluyla İslamı anladığını zənn edən qızılbaşlar da Şah ismayılın qeybi bildiyini sanırdılar. Hətta Şah İsmayıla aid edilən şeirlərdə də adam qeybi bildiyini açıqca ifadə edər. BU, yəni mən insan deyiləm də Allaham deməkdir. Hamımız Adəm soyundan gəlmişik və Adəm xətasından dolayı uçmaqdan (cənnətdən) atılmışdır. Yəni xətakar dədənin törəmələriyik. İmamlar da Adəm soyundan deyillərmi? O məsumiyətə bəşəriyətin və ağlın ehtiyacımı var?
Çox dərin anlam daşıyan bu sorular Qafqaz türkləri aydınlarının ağlını qurcalayırdı. “Fikirləri topdan qəbul etmə, ya da topdan rədd etmə alışqanlığı həqiqəti aramaya əngəldir. Bu alışqanlığın hakim olduğu toplumda gerçək düşüncə gələnəyi qurula bilməz.”[20] Düşüncə gələnəyimizin oluşmayışının nədəni Səfəviyətin soyqırım yaparaq qızılbaş-Sasani törələrini zorla ölkəmizdə egemen etməsi olmuşdur. Səfəviyətdən öncə ölkəmizdə türdeşlik (monotonluq) yox idi. Şiə, sünni, bu görüşlərə bağlı təriqətlər,  xristianlıq və digər axımlar mövcud idi. Səfəviyətdən sonra ölkəmiz və bölgəmiz tək tür görüşün qaranlığına gömüldü və hətta Şah İsmayıl və Şah Təhmasib zamanında Mövlana Cəlaləddinin əsərləri yasaqlandı. Çünkü Mövlana “Məsnəvisində şiəliyi İslam və insanlıq düşməni olaraq təsvir edər.* Qafqaz türkləri aydınları yayımladıqları dərgi və qəzetlərdə Səfəvilərdən miras qalan təcrübələri ifşa edərlər. Heç bir düşünsəl və əxlaqi boyutu olmayan antiinsani təcrübələrin insan ruhunu, milli kimliyi necə əsir aldığını açıqca bəyan edərlər. Hegel “bilincin kəndisi üzərində gerçəkləşdirdiyi dialektik hərəkət təcrübə deyilən şeydir”[21] söylər. Sorularsız, sorqulamasız oluşan təcrübələr insan və toplum önündə tuzaqdan başqa bir şey deyildir. Ələşdirəl (tənqidi) ortamda oluşan təcrübələrdə sualın önəmi cavablardan daha üstündür. Sorusuz təcrübə oluşumu sürəcində ağıl yenilmiş, susdurulmuş və qaranlığa gömülmüş olar. Hər sorunun cavabı olmalıdır deyə bir qural da yox. Cavabsız qalan sorular nəsillərin düşüncəsini qurcalayaraq tarixsəl və dinamik ussal (əqli) etkinlik (fəaliyət) oluşdurar. Bilmsəl, dinsəl, düşünsəl təcrübələrə qapalı və kəndini mütləq doğru bilən bağnaz (doqmatik) gələnəksəl təcrübələrin qaranlığına gömülmüş bir toplum gerçəyi ortada idi. Heç bir şübhə və düşünməyə izin verməyən Səfəvi-qızılbaş təcrübələri yeni düşüncənin döllənməsinə də əngəl olurdu. Təcrübəyə sahib olmaq soru sormadan müyəssər olamazdı. Devirləri anlamaq üçün o çağların aydınlarının qafasında və toplumun ortaq bilincində dolaşan sualları öyrənmək gərəkir. Səfəvi sonrası sorular nə idi? Böyük Axundov Səfəviyətin mirası olan və xurafat içərən kitabları bir-bir incələyərək onların ağlında dolaşan soruların nə qədər komik və iyrənc olduğunu “Məktubat”ında açıqlar.
     Toplumları gəlişməyə doğru devindirən (hərəkətləndirən) etkən onların aydınları tərəfindən bəlirlənərək toplum qatından özümsənən ortaq ərək (hədəf) olmuşdur. Səfəvi sonrasında tək hədəf imamlar üçün göz yaşı töküb, başa döymək olduğundan bu amaca görə də, mərsiyə ədəbiyatı adında insan ləyaqətini aşağılayan mətnlər yazılmışdır. Lakin “Türkmənçay” sonrası Səfəviyət zindanından azad olan xalqın aydınları yeni və modern amac bəlirləməyə başladılar. “Yöntəm problemini bütünüylə amac bəlirlər.”[22] Bəlirlənən amaca doğru yeni yöntəm seçilərək, ona görə davranılmış və ona görə düşüncələr mətnləşdirilmişdir. Modernitə nəfəsi Qafqaz türkləri aydınlarının düşüncəsində yanqılanmaqda idi. “Modern aydınlanma soyut və devrimcidir.”[23] Səfəvi qalıntısı antiinsani mirasa qarşı modern düşüncənin devrimci saldırısı başlamışdı. “Molla Nəsrəddin” bütünüylə qızılbaş-Sasani kültürünün sevimsiz və çirkin simasını sadəcə sözcüklərlə, mətnlərlə deyil, rəngli rəsm əsərləri ilə də gözlər önünə sərirdi. Şəxsiyətli insan Səfəvi qalıntısından uzaq durmalıdır düşüncəsi tədricən mətnləşir, modern ərdəmli insanın özəllikləri təsvir edilirdi. “Ərdəm nədir?” sorusuna Səfəvi-qızılbaş gələnəyi bir tək cavab vermişdi: Ərdəm molla-feodal sinfinə qul olmaqdır. Bu zehniyət üzündən insan ləyaqətini təhqir edən çocuq adları Səfəvi gələnəyin mirası kimi yayqınlığını sürdürmüşdü: “ağaqulu, muhəmmədqulu, əliqulu, həsənqulu, hüseynqulu, abbasqulu, kazımqulu, mirzəqulu, cavadqulu, rzaqulu, mehdiqulu, sadatqulu, imamqulu,...” Oysa ki, İslam öyrətilərində bütün insanlar və peyqəmbərlər Allahın quludurlar. Bu haqda daha ayrıntılı olaraq “din bölümü”ndə bilgi veriləcəkdir. İlk kəz olaraq Qafqaz türkləri aydınlarında “ərdəm nədir?” sorusu insanın kəndi ağlını qullanma yetənəyi olaraq nitələnirdi.
Evrimi (təkamülü) iki şəkli ilə anlamaq mümkündür: 1- İrsi evrim, yəni tarixin yaratdığı insan. 2- İktisabi (qazanılan) evrim, yəni insanın yaratdığı tarix. “Türkmənçay” andlaşmasına qədər mövcud olan insan modeli gələnəksəl tarixin (Səfəvi gələnəklərinin) yaratdığı düşüncəsi susmuş, iradəsi sömürülmüş insan idi. Molla-feodal sinfinin köləsi olan, sürülər şəklində molla-feodal sinfinin mənafeyi yolunda könüllü olaraq gərəkdiyində ölümü seçən insan türü mövcud idi. Səfəvi-qızılbaş gələnəyi ilə ruhu və dünyagörüşü zəhərlənmiş olan insan Tanrının övdüyü bütün gözəl dəyərlərdən boşalaraq aşağılıq yaratığa dönüşmüşdü. Qafqaz türkləri aydınları bu aşağılıq yaratığı şərəfləndirəcək və onu Səfəvi-qızılbaş çirkabından azad edərək yenidən insan yapmaq istəyən eyləm başlatmışdılar. İnsan olmanın özəlliyi molla-feodal sinfinə iman etmək deyil, insan olmanın özəlliyi düşünə bilməkdir. Bu zehniyəti düşüncəsi susdurulmuş psikolojik kütləyə açıqlamağa çalışırdılar. Bu necə mümkün ola bilərdi? Bunun tək yolu düşündürücü, ağlı devindirən fəlsəfi şübhədir. Bilgi və mərifət də şübhənin ürünü olaraq düşüncələrdən toplumsal yaşama axışar:
“Şübhə artarsa, həm yəqin artar,
Mə´rifət nuru şübhədən parlar.
Şübhədir hər həqiqətin babası,
Şübhədir əhli-hikmətin atası.”[24]
Qorxunc və qaranlıq gələnəyə, Səfəvi mirası kabusa qarşı aydınlanma və aydınlatma cəsarətində bulunanlara bu şəkildə təşviqlər və təqdirlər sunulurdu:
“Millətin heysiyətin yüksəldin, ey qeyrətvəran,
Millətim sizdən böyük şanü-şərafət gözləyir”[25]
Gələnək və xurafi törələrin qaranlıqları ilə qarşılaşma bilincinə ərən aydınların ilk görəvi bu tarixi və gələnəyi yenməyə çalışmaq və onun basqılarını çağdaş insan zehniyətindən uzaqlaşmaqdan ibarət idi. Heçlikdən oluşan bu qaranlıq tarixin təcrübələri soruları və cavabları ilə bir yerdə modern insan ağlından dəf olub getməli idi:
“... nə çıxar keçmişdən?
Fazla bəhs etməyəlim bir heçdən.
Varsa ən doğru həqiqət o “bu gün”,
“Bu gün”ün hökmünü dərk eylə düşün!”[26]
Keçmişin bizimlə qonuşan səsi olan mətnlər mərsiyə və ağlaşmadan başqa bir şey söyləməməkdə idi. Bildiklərindən şübhə etməyən və bilgiləri də yalandan başqa bir şey olmayan gələnəksəl insan sürüsü “bu gün”də yaşamaqdan qorxurdu və Şəbüstərdə qızlar üçün oxul açan Möcüzü daşa basdıqlarında biçarə Möcüzün adamxor gələnəyin sürülərinə qarşı fəryadı yüksəlirdi:
“Gündə dörd-beş kərə bəs mən sizi güldürməmişəm?
Ay şəbüstərli dadaşlar, sizə mən neyləmişəm?”[27]
Evladını oxula buraxmaq yerinə, aşura törənlərində həm özünün, həm yavrusunun başını dəlik-deşik edən dehumanizə edilmiş Səfəvi-qızılbaş insan sürüsünə xitab edirdi Möcüz:
“Kəllən dedim ahəndi qəzəbləndi kəfənpuş,
Ahən deyil də kəllə-i nadan nədi ya Rəb?”[28]*
“Molla Nəsrəddin” komik varlığın, özəlliklə komik Səfəvi din anlayışının və mərsiyə kültürünün təsviri missionunu öz üzərinə götürmüşdü. Molla Nəsrəddinə görə, bu xalq ağlamağı da başarmır. Ağlamaq yerinə, başını qanadıb, zəncir vurub, üzərinə kül səpir. Böylə ağlamaqmı olar yahu? Böylə kədərmi olur?
“Lənət sənə, ey cəhl, nə bidad ediyorsun!
Hər gün yeni bir məl´əmət icad ediyorsun!”[29]
İnsanın kədərə ehtiyacı var. Bu mənəvi ehtiyacı Səfəvi-şiə hiyləgərliyi sömürərək molla-feodal sinfi üçün bir gəlir qaynağına dönüşdürmüşdür. İnsanın fitrətində olan kədər duyqusunu sömürərək cebini dolduran molla-feodal sinfi Səfəvi gələnəyində əxlaq örnəyi insan kimi də sunulmuşdu. İslamiyətdə olmayan və haram üzərinə oluşa gələn bu komik insan modeli aydınlanmanın yıxmaq istədiyi sömürücü kişi modeli idi:
Kəndi əxlaqi sönükkən həpsi,
Yeltənir verməyə əxlaq dərsi.
Sadə mənbərdə deyil, hər yerdə,
Göz boyar həp bu qaranlıq pərdə.
Bir yığın kor qılavuzluq yaparaq,
Göstərir zülməti aydın, parlaq.
Yurdu sarmış qabalıq, yaltaqlıq,
Yüksəliş varsa, səbəb alçaqlıq.
Həp yalan sat da altun al, nə demək?!
Göz yaşından doğarmı sanki mələk.[30]
Səfəvi-qızılbaş qaranlıq gələnəyinə qarşı mücadilə Qafqazdakı boyutda olmasa da, qismən Arazın o tayında da başlamışdı. Lakin o tayın aydınları əsərlərini orada yazmaz, yayımladamazdılar. Oralı olsalar da, ya Qafqazda, ya da İstanbulda o qaranlıq gələnəyi ifşa edirdilər. İstanbulda yaşayaraq Səfəvi qaranlıq və qatil gələnəyini ifşa edənlərdən biri də Zeynəlabidin Marağalı idi. Onun “Səyahətnameyi-İbrahim bəy” adlı əsərində iki mövzunun təsvirinə çalışılmışdır: 1- Səfəvi ortamında mövcud sosial durumun təsviri və tənqidi, Səfəvi mirası pisliklərin ifşa edilməsi. 2- Səfəvi gələnəklərinin antitezi olaraq modern toplum və modern siyasi düzən üzərinə utopik təsvir.[31] Qafqazda isə bu qaranlıq gələnəyə qarşı tək qurtuluş yolu olaraq yenilik və çağdaşlaşma göstərilirdi:
“Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var: ancaq yeniləşmək!..
Bizlər yeniləşsək bilə daim,
Bir əskilik az-çox bizə hakim.”[32]
Bu yeniləşmənin evrimci deyil, devrimci biçimdə ortaya çıxışının səbəbi nə idi? Çünkü əski gələnəklər çağdaşlaşmaya qarşı dirənirdi. Çağdaşlaşma qarşısında dirənən Səfəvi-qızılbaş gələnəyinin tüm yaşam ilkələrinə qarşı devrimci zehniyət bu səbəbdən orataya çıxırdı:
“Üsyan!..
Üsyan deyə hər gözdən, ağızdan,
Bir nifrət uçardı.
Üsyan!..
Keçmişlərə, keçmişdəki adətlərə üsyan!
Hər üzdə təhəkküm izi vardı.
Üsyan!..
Məbədlərə, qalpaqlara, çarşaflara üsyan!..
Şaşqınlığa yox zərrəcə imkan.
Hər fəlsəfə, qanun dəyişirkən,
Bir nöqtədə dursan da düşünsən,
Məqbər yapacaqlar kəmiyindən.
Üsyan!..
Həp əski xürufata da üsyan!..
Üsyan!..
Həp köhnə xurafata da üsyan!..”[33]
Bu aydınlanma gəlişmələri kəndiliyindən “istiqlal məfkurəsi”ni doğuracaqdı. Istiqlal məfkurəsi tarixi sürəkliliyin məntiqi nəticəsi deyil, çox azlıqda olan aydın kəsimin böyük fədakarlıqlarının və yurdu sarmış gələnək xurafələrinə qarşı zehni savaşımlarının sonucu kimi meydana çıxırdı. Lakin dünya inqilablarla çalxalanırkən səfəvizədə sürülər öz haqlarını istəmək yerinə, məscidlərdə başına döyməklə məşğul idi. Ermənilər Bakıda qətl törədərkən səfəvizədə sürülər şəhərin dəyişik yerlərində bu qətllərə aldırış etmədən “dini!” vacibatlarına əməl edib aşura günü başlarını qılıclayırdılar. Daşnaklar qarşısında sürülər şəklində qətl edilmənin səbəbi var idi. “... səbəb müsəlmanların elmsizliyi və müasir işlərdən bixəbər olmaları idi.”[34]
     Azlıqda olan aydınlar müstəqil ölkə təsis etmə yolunda səfəvizədə xalq tərəfindən dəstək görmürdü. Osmanlı-Türk ordusunun yardımı ilə Bakı ermənilərdən azad edilib başkənd olaraq bəlirləndikdən sonra olayların dışında qalan səfəvizədə toplum təkrar aşura məsxərəsinə başlar. “Məhərrəm ayı düşür. Müsəlmanlar küçələrdə dəstə ilə gəzir, sinələrinə döyə-döyə, zəncir vura-vura, baş yara-yara: «Şah Hüseyn, ya Hüseyn» çığıra-çığıra başlayırlar əzadarlığa. Şəhərin polis rəisi bu əcayib, qeyri-adi səhnəni gördükdə məəttəl qalıb, yanındakı adamdan xəbər alır: «Yahu, şu nə vəhşət. Şu zavallılar neçin uluyor, ağlıyorlar. Kim onlara işgəncə yapmış? Neçin kəndiləri kəndilərinə şöylə işgəncə veriyorlar?». Onu başa salırlar ki, imam Hüseynin qətli ilə əlaqədar matəm tuturlar. Polis rəisi içini çəkib, heyfsilənir: «Yahu! Şu havadis hicrətin ilk yüz illiyində, altmış-yetmişinci sənələrində vuqu bulmuş. O zamandan tam on üç yüz əlli il keçmiş. Şu haber, bu zavallılara nə gec gəlib çatmış.» Rəis əzadar dəstələrinin başçılarını polis müfəttişliyinə gətizdirir, sadə bir dillə onları başa salır ki, müharibə vəziyətində olan şəhərdə yığıncaq və nümayiş qadağan edilib. Gedin, məscidə toplaşın, ədəb dairəsində həzrəti Hüseynə matəm saxlayın. Zaman keçib, əsr dəyişib... Əzadarlar rəisin sözlərini qulaqardına vurub, sabahı gün yenə düşürlər küçələrə... Polis rəisi dörd əsgər göndərib, dəstəni birbaşa apartdırır vağzala. Ağsaqqallar polis rəisinin yanına iltimasa gəlirlər. Cavab verir ki: «gavur ingilislər Kərbəlanı istila edib, imam Hüseynin türbəsini murdarlayırlar. Şu əzadarları göndərəcəyəm Batuma, orda gəmilərə doldurub, birbaşa aparacaqlar Ərəbistana. Qoy gedib, Hüseynin türbəsini kafir ingilislərdən azad etsinlər, şəhid olanlar cənnətə gedər. Şurada boş-boşuna bağırmaqdan, qadın təki göz yaşı axıdıb, ağlamaqdan fayda yox. Nə tühaf həriflərsiniz, yahu, kişi də ağlarmı? Göz yaşı axıdarmı?» Camaatın arasına vəlvələ düşür, başlayırlar ağlaşmağa, yalvarmağa. Əzadarları bir gecə vağzalda saxlayırlar. Şəhərin bir neçə hörmətli şəxsi polis rəisinin yanına minnətə gedir. Nəhayət, polis rəisi deyir: «Pək iyi, Kərbəlaya, Ərəbistana yollamam, hala Dərbənddə gavur Denikinlə vuruşuruq, oraya yollarım, qoy orada rəşadət göstərib, din, islam yolunda cihad etsinlər». Çox yalvarışdan sonra dəstə gəzdirənləri azad edirlər. O adamlar, sadəcə küçə-bazarda görünmür, türklər Bakıdan gedənə qədər heç məscidlərə də qədəm basmayıb, bir daha heç yerdə görünmədilər.”[35]
Bu anlatdıqlarım Səfəvi-qızılbaş-muğ-Sasani törələrindən qurtulmaq üçün Qafqazda türk aydınlarının verdiyi mücadiləni açıqlar. Bunun bir də Arazın Güney tərəfində olan macərası var. Güneydə heç bir gəlişmə doğmadı. Ortaya çıxan səsi səfəvi-qızılbaş qaranlığı həmən boğdu. Milli hissi olmayan toplumlar, yalnız kəndiləri üçün deyil, şərəflə və namusla yaşamaq istəyən bütün millətlər üçün afət olarlar. Qızılbaşların təcavüzü ilə söndürülən milli hissiyatımız və milli sezgilərimizdən dolayı İran bölgəsində başqa uluslar üçün də afətə dönüşmüşüzdür. İranda səfəvizədə türklər sadəcə özləri üçün baş bəlası deyil, başqa millətlər üçün də təhdid və təhlükə oluşdurmaqdalar. Nə zaman başqa millət öz haqqını almaq istəmişsə, səfəvizədə türklər hansısa ayətullahın fətvası üzərinə oraya yürüyərək milli haqlarını istəyən toplumları topdan qətl etmişlər. 1980-ci ildə Xorasan türkmənləri milli özərklik quraraq ana dildə oxul açdılar. Xomeyninin əmri üzərinə qan içən qızlbaş ayətullah Xəlxali Təbrizin “Aşura” alayı ilə Xorasan türkmənlərinə saldırdı. Türkmən xalqını qətl edib milli hərəkətin aydınlarını edam edərək atəşdə yaxdılar.* Buna bənzər olaylar İran Kürdistanında da olmuşdur. Ana dildə eyitim haqqı istəyən kürdləri yenə də eyni ordu qətl etdi. Ərəbləri və bəluçları da milli haqlarını istədikləri üçün şiə, səfəvizədə türkləri qullanaraq qətl etmişlər. Buradan böylə bir sonuç ortaya çıxar: “Türkmənçay” andlaşmasını milli faciə deyil, Səfəvi-qızılbaş-iran-Sasani ortamından qurtuluş şansı olaraq görmək gərəkir.   
16.09.2014




* Tоyul Türkcə bir sözdür və şаh tərəfindən хidmətçilərinə vеrilən su, tоrpаq və mаl-mülk аnlаmındаdır.
* Vаhə – səhrаdаkı kiçik yеrləşim məkаnı, gеniş bir səhrаdа bir аzcıq su və bitki imkаnı оlаn bir pаrçа tоrpаq.
** Bu söz əsil qаynаqdа, fаrscаdа ləkе оlаrаq tələffüz оlunur. Ərdəbil diаlеktində isə lək оlаrаq söylənilir və verimsiz gеniş bir ərаzinin ortalarında, ya da bir yerlərində nisbətən vеrimli оlаn sаhələrə söylənir.
[1] Tövrаt. Əhdi-Cədid. Məttə, Dаğ bаşındа mоizə, 5:38-48.
[2] Quran, Səffat, 22, 23, 24.
[3] Nasir Purpirar, On iki əsr sükut, Türkcəyə çevirən: Güntay Cavanşir, Azerbaycan Milli Elmlər Ensklopediyası nəşriyatı, 2002-Bakı, s. 21, 23, 24, 25, 26, 32, 33, 34, 35, 36.
[4]
[5] M. Ə. Sabir, Hophop namə.
[6] Cemal Şener, Şamanizm, Etik yayınları, XIII baskı, İstanbul-2003, s. 46.
[7] Yılmaz Özakpınar, Düşünce hayatımızda eleştirel iş birliği, Türk Yurdu dergisi, sayı 129, 1998-ci il.
[8] Michel Perrin, Şamanizm, türkçeye çeviren: Bülent Arıbaş, İletişim yayınları, III baskı, 2007-İstanbul, s. 68.
[9] Hans-Georg Gadamer, Hakikat ve yöntem, II cild, Paradigma yayınları, 2009- İstanbul, s. 25.
[10] Hans-Georg Gadamer, Hakikat ve yöntem, II cild, Paradigma yayınları, 2009- İstanbul, s. 25-26.
[11] Hans-Georg Gadamer, Hakikat ve yöntem, II cild, Paradigma yayınları, 2009- İstanbul, s. 26.
[12] Bedia Akarsu, Mutluluk ahlakı, s. 11.
[13] Sigmund Freud, Kitlə psikolojisi, Cem yayınları, İstanbul-2006, türkçeye çeviren: Kamuran Şipal, s. 19.
[14] Hans-Georg Gadamer, Hakikat ve yöntem, I cild, Paradigma yayınları, 2009- İstanbul, s. 59.
[15] Prof. Dr. Bedia Akarsu, Kişi kavramı və insan olma sorunu, İnkılap yayınlar, İstanbul-1998, s. 69 (Max Scheler´in “Wesen und Formen der Sympathie” əsərindən alıntı, s. 38.)
* Muğ və ya moğ İslam öncəsi Sasani ölkəsinin atəşpərəstləri idi. Muğan da bölgə adı olaraq bu sözdən gəlmədir. Muğan və ya muğan, yəni muğların bulnduğu yer.
[16] Quran, Qaf (50), 16-cı ayət.
[17] Plexanov, Sanat ve toplumsal hayat, Türkçeye çeviren: Selim Mimoğlu, Sosyal yayınları, II baskı, İstanbul-1967, s. 122.
[18] Səməd Mənsur, Seçilmiş əsərlər, Şərq-Qərb nəşriyatı, Bakı-2006, s. 35.
Səməd Mənsurun “Rəngdir” şeirinin tamamı:
Uyma könlüm, xəlqdə yoxdur sədaqət, rəngdir,
Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir.
Mey riya, məşuqə ğəş, hüsnü vəcahət rəngdir.
Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir,

Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir.
Görmədim bir zərri-xalis buteyi-nasutdə,
Mənəvi min ləkkə gördüm ləldə, yaqutdə,
Biqərəz insan olur görmək, fəqət tabutdə,
Bilməzəm varmı sədaqət aləmi-lahutdə,
Azma fikrim, cümlə ecazü kəramət rəngdir.

Hər kəsin Cibrili kəndi qəlbidir, vicdanıdır,
Var isə insafı şəxsin – dinidir, imanıdır,
Bədnihad insanların öz nəfsi öz şeytanıdır,
Lövhi-qəlbi arifin ayatıdır, Quranıdır,
Mabəqi-övhamdır, şər’ü təriqət rəngdir.

Bir zaman vardı ki, mən həmfikr idim zöhhad ilə,
Sonra gördüm fərqi yoxmuş zahidin cəllad ilə,
Dedim əyaş olmalı, ta gün keçə mötad ilə,
Cümlə eyşü nuşi gördüm müxtəlif fəryad ilə,
Anladım kim, zöhdü təqva, eyşü işrət rəngdir.

Qıl təsəvvür bir daha şairlərin xülyasını,
Aşiqi-zarın başında seyr qıl sevdasını,
Qəbri aç, göstər ona Şirinini, Leylasını,
Bir ayılsın da, düşünsün gördüyü röyasını:
“Bax, – deyər – həqqa, bütün eşqü məhəbbət rəngdir”.

Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya,
Görmədim heç kəsdə bir niyət qərəzdən maəda, (maəda-başqa)
Külli-əbnayi-bəşər öz nəfsinə olmuş fəda,
Nəfsi uğrunda görərsə hər bəla, hər macəra,
Məsləkə isnad edər, məslək, dəyanət rəngdir.

Bilmədim neyçünmüş aləm, bunca da yəsü ələm,
Zövrəqi-ömrün mühiti vərtəban dəryayi-qəm,
Böylə halda kimsədən bihudədir ummaq kərəm,
Hər gələn bulmaq dilər öz nəfsinə asudə dəm,
Arxalanmam kimsəyə, ülfət, rəfaqət rəngdir.

İndi ki, mümkün deyil aləmdə olmaq kamyab,
Ey gözüm qurbanı, saqi, ver yenə sağər, şərab,
Ver yenə sağər şərab, ey saqiyi-alicənab,
Bəlkə badənlə edə Mənsuri rahət iktisab,
Yoxsa bu aləmdə yoxdur istirahət, rəngdir.
[19] Hans-Georg Gadamer, Hakikat ve yöntem, I cild, Paradigma yayınları, 2009- İstanbul, s. 250.
[20] Yılmaz Özakpınar, Milli şahsiyet insanın niteliği ve düşünce hayatı, Türk Yurdu dergisi, sayı 139-140-141, 1999.
* Mövlana Beşinci Dəftər, 40-ci bölüm  “Məsnəvisi”ndə yazar: Xarəzmşah Muhəmmədə Səbzəvar əhlinin hər gün ibadət adına Əbubəkirə lənət söylədiyi xəbərini ilətirlər. Şah ordusuyla Səbzvara yürüyər və şəhərin böyüklərinə “mənə Əbubəkir adlı bir adam gətirin” söylər. Əhalinin öndərləri şaha “Səbzvarda Əbubəkir olmaz. Suyun içində quru kəsək olursa, Səbzvarda da Əbubəkir olar. Əbubəkir yerinə al bizdən bu on çuval altunu və Əbubəkir istəməkdən vaz keç!” deyirlər. Şah “üç gün içində mənə bir Əbubəkir gətirməzsəniz, bütün şəhəri qılıcdan keçirəcəyəm” deyir və bəkləyir. Şahın yanından ayrılan adamlar çarəsizcə son günü bəkləyir və ölümə hazır olurlar. Son gecə bir çuxurdan inilti səsi gəlir. Oraya yaxınlaşıb çuxurda bir yaralının olduğunu görürlər. Adamı çıxarıb ona “nədən bu çoxurdasan?” deyə sorduqlarında adam “buradan keçirdim, adın nədir deyə sordular. Mən də onlara adım Əbubəkirdir derkən saldırıb bacaqlarımı qıraraq burada ölümə tərk etdilər” deyir. Əhali sevincindən bilmir nə etsin. Sonunda Əbubəkir adında birini bulmuşdular və artıq Səbzvar qətldən qurtaracaqdı. Bacaqları qırıq adamı şaha aparırlar. Əbubəkir adında adam gətirldiyindən şah şəhəri tərk edib gedər.
[21] Hans-Georg Gadamer, Hakikat ve yöntem, II cild, Paradigma yayınları, 2009- İstanbul, s. 130.
[22] Hans-Georg Gadamer, Hakikat ve yöntem, II cild, Paradigma yayınları, 2009- İstanbul, s. 72.
[23] Hans-Georg Gadamer, Hakikat ve yöntem, II cild, Paradigma yayınları, 2009- İstanbul, s. 26.
[24] H. Cavid, Şeyx Sən´an.
[25] M. Hadi, Seçilmiş əsərləri.
[26] H. Cavid, Azər poeması.
[27] Möcüz Şəbüstəri, Seçilmiş əsərləri.
[28] Möcüz Şəbüstəri, Seçilmiş əsərləri.
* Ahən-dəmir, kəfənpuş-kəfəni əynində olan.
[29] M. Ə. Sabir Hophop namə.
[30] H. Cavid, Azər poeması.
[31] Zeynəlabidin Marağalı, Səyahətnamə-i İbrahim bəy.
[32] H. Cavid, Azər poeması.
[33] H. Cavid, Azər poeması.
[34] M. S. Ordubadi, Qanlı illər, Qafqaz nəşriyatı, Bakı-2007, s. 9.
[35] Mənaf  Süleymanov, Eşitdiklərim, oxuduqlarım, gördüklərim, Azərbaycan Dövlət Nəşriyatı, Bakı-1987, s. 165-166.
* Önəmli dörd türkmən liderlərinin adları bunlar idi: Məxtum, Tumac, Cürcani, Vahidi. Xorasanda verimli torpaqlar azdır. Pəhləvilər verimli torpaqları öz şəxsi mülkləri etmişdilər. Pəhləvi rejimi devrildikdən sonra türkmən gənc solçu aydınlar bu əraziləri yoxsul türkmən xalqı arasında payladılar. Sonrasında türkməncə oxullar açaraq ana dildə eyitim üzərində durdular. Xomeyninin görəvləndirdiyi Xəlxali adında qızılbaş Təbrizin könüllü qızılbaşlardan oluşan ordusunu götürüb 7 fevral 1980-ci ildə türkmən xalqının üzərinə yürüdü. Xalqı qətl edib bütün örgütlənmiş milli ünsrüləri yox etdilər. Dörd türkmən liderini də öldürərək cəsədini yaxdılar.

Hiç yorum yok: