Şüubiyyə və Novruz
bayramı
Şüubiyyə
novruz və bu kimi günlər üzərinə də ideolojik və duyqusal olaraq yatırım
yatırmışdır. Bəzi parçaları “əski qaynaq”lardan tərcümə edərək novruz günü və
törəni ilə ilgili mətnləşdirmişlər. Əslində isə, bu qaynaqların hamısı saxta və
xəyalın ürünüdür. Sasanilərdə “Xuydudos” və “müqəddəs evlilik” adında guya bir
törən varmış. Bu evlilik Sasanilər dönəmində dini rüknlərdən (ilkələrdən) biri
sayılırmış. Bu evliliyi qutsamaq üçün ilkini Əhuraməzdanın və Zərdüştün yapdığını
uydurmuşlar.[1] Şiə-şüubiyyənin altıncı
imamı sayılan Cəfər Sadiqə dayanaraq bu rəvayətləri şiənin “mötəbər” hədis
kitabı sayılan “Kafi”yə yerləşdirmişlər. Fars tarixi ilə bağlı olaraq
Müəlla ibni Xonəysin rəvayətlərinin hamısı saxtadır, qaynaqsızdır, ancaq şiə-şüubiə
əhli buna inanar... “Rəvayətlərdə Salmanın əcəmliyi üzərinə çox durulmuşdur.
Guya Novruzun önəmini, mənəvi dərinliyini və sirlərini imamlara anladan Salman
Farsi olmuşdur. İmamlar Novruz bayramında Sasani şahları kimi səhabiləri ilə görüşür
və onların hədiyələrini qəbul edirdilər. Ancaq imamların ərəb olan səhabiləri
bunun nə olduğunu anlaya bilmirdilər.” Novruz əski fars kimliyinin bir parçası
olmuş. Sasanilər dönəmində sinfi və rəiyətpərvər özəlliyə sahib imiş. Ərəblərin
Sasaniləri devirməsi ilə öncə Öməri-Əməvi panərəbizm tərəfindən məhkum edildi.
Öylə ki, müsəlman olan və olmayan farslar Novruz törənini keçirmələri üçün cəziyə
və cəza ödəməli olurdular.[2]
Hüccac ibni Yusif müsəlman farslardan Novruz günündə bac alır və adını da
Novruz hədiyəsi qoyurdu.Bu durum Ömər ibni Abduləziz zamanına qədər davam etdi.[3]
Şüubiyyənin
qələbəsindən və ərəb xilafətinə nüfuzundan sonra Novruz bayramı Sasani dönəmində
olduğu kimi davam etdi. Fars aristokratları Yahya ibni Xalid Bərməkidən
Novruzu Sasani təqvimi ilə uyqunlaşdırmasını istədilər. Xalid Bərməki bunu qəbul
etdi, ancaq siyasi ərəb rəqibləri onu məcusi olmaqla müttəhim etdilər. O da
qorxaraq bu işdən vaz keçdi.[4]
Novruz ərəb təqvimi ilə qutlanırdı. Xəlifə Mütəvəkkil Abbasi Novruzun fars təqvimi
ilə keçirilməsini istədi. Guya xəlifənin böylə qərar verməsi şüubiyyənin xilafətdəki
etkisi sonucu olmuşdur. Çünkü Bəlazəri bu olaya öz gözləri ilə tanıq olmuşdur.
Bəlazəri deyir ki, Mütəvəkkil, İbrahim ibni Abbasa əmr etdi ki, bütün ölkələrə
məktub yazsın və Novruz bayramının bundan sonra bir ay geri çəkiləcəyini
duyursun ki, Ərdəşir Babəkanın Novruz törənləri ilə uyumlu olsun.Abbasi xəlifələri,
özəlliklə Məmun Novruz bayramında fars aristokratlarından hədiyələr alırdı.
Böyləcə fars aristokratlar şahlıq novruzunu xilafət sarayında qutlar oldular.[5]
Bundan sonra Novruz ərəb xilafətində yayılmağa başlasa da, bəzən panərəbistlərin,
bəzən də şəriət fəqihlərinin sərt qəzəbinə səbəb olurdu. Anlaşılan, ikinci qəməri
əsrdən başlayaraq dördüncü əsrə qədər farslar açıqca Novruz bayramı törəni
keçirirmiş, təbriklərini yazılı olaraq bir-birlərinin qapı-divarlarına
asırmışlar.[6]
Şiə-şüubiyyənin
rəvayət etdiyi iddialara baxmayaraq, imamlar farsları Novruz bayramı
dolayısıyla qəbul edəcək durumda olmamışlar. Ancaq şüubiyyənin rəvayət etdiyi
iddialara görə, imamlar Novruz bayramını tövhidin süzgəcindən keçirərək
qutsayıb mənəviyatla doldurmuşlar.[7]
Abbasi ərəb panərəbizmi şayiə yayaraq ələvilərin Novruzu sevmədiklərini yaydı.
Bir ərəb rəvayətində yazılır: Mənsur Abbasi iqtidarda etkili olan farsları məmnun
etmək üçün novruz törəni keçirərək imam Musa Kazımı da dəvət etdi. O həzrət
söylədi: “Nəbəvi rəvayətləri axtardım, ancaq Novruzla ilgili peyqəmbərin söyləmlərinə
rast gəlmədim. Bu, İslamın ortadan qaldırdığı məcusi bir gələnəkdir.”[8]
Səfəvi dövləti
bir kökdənçi şüubi dövlət idi. Səfəvilər dönəmində əski şüubi qaynaqlar yeniləndi
və yeniləri də əkləndi. Məclisinin “Bəhar-ul ənvar” adlı xurafatla dolu və fars
milliyətçiliyini qutsayan əsərinin bir bölümü də “Novruz hədisləri” adlanır.
Onun nəql etdiyi bu saxta şüubi hədislərindən bir neçəsinə baxalım: “Bu rəvayət
Müəlla ibni Xonəysin “Müvəssəq kitab”ında nəql edilmişdir. Müəlla təsadüfən
Novruz günündə imam Cəfər Sadiqin hüzuruna varır. İmam ondan bu gün haqda
bilgisinin olub olmadığını sorur. Müəlla bu haqda bilgili olarsa, sevinəcəyini
deyir. İmam Cəfər Sadiq deyir ki, Novruz Tanrının insanla əzəli əhdi-peyman
bağladığı gündür. Novruz günəşin ilk doğduğu gündür. Bu gündə peyqəmbərin həyatında
çox olaylar olmuş. Bu gündə Mehdi dəccala qalib gələcək. Bu gün imamlara xas
olan bir gündür ki, farslar onu qorumuşlar. Ancaq siz ərəblər bu günün önəmini
yox etməyə çalışmışsınız.[9] Şiə-şüubiyyənin
bir başqa fiqhi qaynağı Şeyx Abbas Quminin “Məfatih-ul cinan” əsəridir. O,
yazır: “Cəfər Sadiq, Müəlla ibni Xonəysə dedi ki, Novruz gəldiyində qusl et və
təzə paltar geyin. O gün oruc tut. Ayrıca, dörd rükət novruz namazı qıl.”[10]
Müəlla ibni Xonəys kimdir, Cəfər Sadiq bunları haradan bilirmiş? Cəfər Sadiqin
bu xurafat nəyinə lazımdır? İslamın missionu budurmu? Səfəvi dönəmində yazılan
“din”i kitablar bu kimi xurafatla dolub daşmaqdadır. Bunların hamısını burada
vermənin bir anlamı yoxdur. Bu verilərdən böylə bir nəticə çıxır ki, sanki
imamların dünyaya gəliş səbəbləri Sasani gələnəyini yenidən diriltmək olmuşdur.
Novruzla
ilgili şiə-şüubiyyə rəvayətlərinin ötəsində Nusəyriyyə firqəsində də Novruzun
imamlar tərəfindən qutsanması ilə ilgili bilgi mövcuddur.[11]
Ayrıca, imamiyə şiəsinin bir çox fiqh qaynaqlarında da imamların Novruzu rəsmən
qutsadıqları haqda məlumat vardır. Bu rəvayətlərə dayanaraq şiə fəqihləri
Novruzu İslam bayramları cərgəsində yerləşdirmişlər. Bu üzdən də sünnilər
imamiyəni Novruza verdiyi aşırı önəmdən dolayı qınamışlar. Sünnilərə görə,
Novruz məcusi bir bayramdır.[12]
Sasani dövlətinin
düşüşündən öncə bir çox dini və kültürəl özəlliklər kimi Novruz ərəb müstəmləkə
ölkələrində bilinməkdə idi. Sasani dövlətinin düşüşündən sonra da Novruzla
ilgili gələnəklər unudulmadı. İslamdan sonra Novruzla bağlı ilk xəbər İkinci Xəlifə
Ömər dönəminə aiddir. Xuzistanın valisi Hörmüzqan İslamı qəbul etmişdi. Dadlı
yeyəcəkdən və digər hədiyələrdən oluşan bir novruzluq xonça bağlayaraq
Əbutaliboğlu Əliyə göndərdi. Əli bunun nə münasibətlə olduğunu sorduğunda ona
dedilər ki, bu, Novruz hədiyəsidir. Əli onlara “külli yovmin Niruzana”, yəni “hər
gününüz Novruz olsun”- dedi.[13]
Şiə-şüubi qaynaqlarında Novruzun qutsanması ilə ilgili gələnəklərin biri də
Əlinin bu gündə peyqəmbərə “varis!” olaraq təyin edilməsidir. Şiə və şüubiyyənin
önəmsədiyi Qədiri-Xum 10-cu hicrət ili mart ayının 20-nə təsadüf edir. Ayrıca,
rəvayət edilir ki, 659-cu ildə Osmandan sonra Əlinin xilafətə gəlməsi də 20
marta təsadüf edir. Bunlar da Novruz gününə eşit rəvayətlərdir.[14]
Bu rəvayətlərin qaynağı, əsasən Səfəvi dönəminə, Məclisinin əsərlərinə
dayanmaqdadır. Səfəvi dönəminə aid şüubi qaynaqlar, sanki Allahın özü kimi
yaradılış haqqında bilgi vermişlər. Məclisinin yazdığına görə, “Adəm də Novruz
günündə yaradılmışdır.”[15]
Ancaq bu haqda din kitablarının heç birində bilgi yoxdur. “Dünya Novruz günündə
yaradılmış, Hz. İbrahim bu gündə bütləri qırmış, Musa bu gündə İsrail
oğullarını əsarətdən qurtarmış, Hz. Məhəmməd Novruz günündə peyqəmbərliyə yüksəlmiş.”[16]
Mehdinin də Novruz günündə zühur edəcəyi şiə-şüubi qaynaqlarında yazılmışdır.
“Cəfər Sadiq söyləmişdir ki, Novruz, Mehdinin zühur edəcəyi gündür. Əhli-beyt və
Tanrı Mehdinin dəccal üzərinə zəfərini sağlayacaq. Bu gündə Mehdi dəccalı Kufədə
bağlayıb döyəcək. Heç bir gün bizim duamız olmadan Novruz ola bilməz. Çünkü
Novruz farsların qoruduğu əhli-beyt günüdür.”[17]
Bu rəvayətlər Novruzu, yalnızca farsların gözündə önəmli etmədi. Həm də
Novruzun dini özəllik qazanmasına səbəb oldu ki, şiə-şüubiyyənin də amacı bu
idi.
Diqqət etmək
gərəkir ki, nə peyqəmbərin bisəti, nə vəfatı, nə Əlinin xəlifə oluşu, nə də Qədiri-Xum
məsələsinin heç biri Novruza təsadüf etməmişdir. Farslar bütün bunları hiylə ilə
təşkil etmişlər. Sasani gələnəklərinə İslami rəng qazandırmağa çalışmışlar. Bu
yolla da Abbasi xilafəti dönəmində Novruz farsların ən önəmli bayramlarına
dönüşdü. Məcusilərə aid olan gələnəklərin yox edilməyə məhkum olduğu bir dönəmdə
farslar saxta hədislər uyduraraq əski Sasani gələnəklərini canlandırmağa
çalışdılar. Səfəvilər zamanında bu saxta hədislər üzərinə daha da geniş
ideoloji və təbliğat yatırımı yatırıldı. Bu gün də davam etməkdədir.[18]
Bütün bu əfsanələr şüubiyyənin digər əsəri olan “Şahnamə”də də açıqlanmışdır.
İlk şah olan Kiyumərs Novruzda başına tac qoymuşdur və digər bu kimi tarixi
dayanağı olmayan dastanlar.
İslamdan
sonra qurulan fars dövlətlərində Novruz bayramına çox önəm verilmişdir. Şüubiyyə
fars dövlətçiliyinin gələnəyini sürdürən Səfəvilər və Qacarlarda da bu şüubi gələnək
davam etdirilmişdir. Şüubi dövlətləri olan Səfəvi və Qacar dönəmlərində
fars-Sasani nostalgiyasına dayanaraq keçirilən novruzlar heç bir türk dövlətində
daha öncə mövcud olmamışdır. “Novruz bayramı Səfəvilər dönəmində İsfahanda dövlət
qatılımı ilə keçirilirdi. Birinci Şah Abbasın əyləncələrindən biri də Novruz
günlərində yumurta toqquşdurması oynamaq idi. Novruz günlərində Səfəvi
şahlarının əmrləri üzərinə İsfahan çilçıraq olaraq bəzənirdi. Şah öz çevrəsi və
qadınları ilə gecə gəzintisinə çıxırdı.”[19]
Qacarlar dönəmində də şüubi yöntəm hər sahədə, o cümlədən Novruz qonusunda da
uyqulanırdı. “Bayram törənləri Qacar sarayında qutlanırdı. Ölkənin əyanları bu
gün sarayda hazır bulunurdu. Tehranın da imam cüməsi digər mollalarla bir yerdə
şahın kənarında öz yerlərini alırdılar.”[20]
Novruz
bir çox xalqlarda, o cümlədən türklərdə, kürdlərdə və digər xalqlarda da
olmuşdur. Doğanın dəyişimi və torpağın canlanması ilə istər-istəməz insanlarda
mutluluq duyqusu oluşmuşdur. Ancaq şiə-şüubiyyə qaynaqlarında Novruz fars
milliyətçiliyi ideologiyasının bir parçası olmuşdur. Şüubiyyə örgütlənmiş
ideoloji otoritə olaraq hər sahəyə əl atmışdır.
21.03. 2013
[1] Haşem Rəzi, Əski İran tarixi və
bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane
bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 422.
[2] Məfzəl ibni Ömər Cə´fi, Əl-həft uş şərif,
hazırlayan Mustafa Qalib, Beyrut 1964, s. 26, 27, 84, 85, 86, 87, 89, 90, 127,
140; Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər
qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s.
422.
[3] Əbuhilal əl- Əskər, Kitab-ul əvail, II
cild, Dəmeşq-1975, s. 101; Abdullah Mehdixətib, Əməvilərin Xorasan höküməti, tərcümə:
Məhmudrza Eftexarzadə, Maarifi-İslami, Tehran-1375 (h.ş); Haşem Rəzi, Əski İran
tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye
İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 422.
[4] Kitab-ul əvail, I cild, s. 391-395; Haşem
Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari
və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 422.
[5] Kitab-ul əvail, II cild, s. 101-102;
Haşem Rəzi, Əski İran tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər
qahşomari və cəşnhaye İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s.
423.
[6] Haşem Rəzi, Əski İran tarixi və
bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane
bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 423.
[7] Eyni qaynaq, s. 424.
[8] Eyni qaynaq.
[9] Məclisi, Bəhar-ul ənvar, 59-cu cild
Tehran yayını, s. 91-92, 65-ci cild, Beyrut yayını, s. 143.
[10] Abbas Qumi, Məfatih-ul cinan, V yayın, s.
412.
[11] Haşem Rəzi, Əski İran tarixi və
bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane
bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 424.
[12] Eyni qaynaq.
[13] Haşem Rəzi, Əski İran tarixi və
bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane
bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 425.
[14] Məclisi, Bəhar-ul ənvar, 59-cu cild, Bab
“Yovm-ul niruz”, s. 109-120.
[15] Haşem Rəzi, Əski İran tarixi və
bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye İrane
bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 426.
[16] Məclisi, Bəhar-ul ənvar, Əmin-ul zərb
yayını, XIV kitab, s. 206-209.
[17] İrşad-ul əvam, daş basımı, 1271-Təbriz, III cild, s. 118; Haşem Rəzi, Əski İran
tarixi və bayramları haqqında araşdırma (Pəjuheşi dər qahşomari və cəşnhaye
İrane bastan), Behcət yayınları, Tehran-1380 (h.ş), s. 428.
[18] Eyni qaynaq, s. 436-437.
[19] Seyid Əli Mirniya, Xalq kültürü (Fərhəngi-mərdum)
İran folkloru, Parsa nəşriyatı, 1369-Tehran, s. 23.
[20] Eyni qaynaq, s. 36-37.
Hiç yorum yok:
Yorum Gönder