12 Ekim 2016 Çarşamba

Aşura hadisəsi




Aşura və şiə
Şiə cərəyanının oluşumunda üç etkili amil olmuşdur: 1- Peyqəmbərin vəfatından sonra Əbubəkirin xəlifə olaraq seçilməsi. Rəvayətlərə görə, Əli peyqəmbərin dəfn mərasimi ilə məşğul ikən Əbubəkiri xəlifə seçmişlər. Şiə bunu Əliyə qarşı edilmiş haqsızlıq olaraq dəyərləndirər.  2- Siffeyn savaşından sonra 661-ci ildə xilafətin Müaviyəyə verilməsi 3- Əlioğlu Hüseynin 680-ci ildə Müaviyəoğlu Yəzid tərəfindən öldürülməsi.
Əlinin Osmanın qətlində əli olmamışdır. Ancaq Müaviyə deyirdi ki, qətli Əli planlamış. Ayişə, Təlhə və Zübeyr qatilləri yaxalamadığı üçün Əlini tənqid edirdilər. Onlara görə, Əli qatilləri cəzalandırmaq yerinə, onları dövlət vəzifəsində çalışmaqda idi. Bu üzdən də Əli və Ayişə arasında savaş olmuşdur. “Cəməl” savaşında Ayişə yenilib yaxalanar. Əli deyər ki, Ona sayqı göstərmək bizim görəvimizdir, günahı varsa, Allaha həvalə edirik. Hz. Əli xəlifə olduqdan sonra müxalifləri üç dəstədən ibarət idi: 1- Nakəsin. Öncə Əli ilə biət edib sonra biətlərindən vaz keçənlər- Təlhə və Zübeyr kimi. 2- Qasitin. İlk başdan Əlinin xilafətini qəbul etmirdilər- Müaviyyə və yandaşları kimi. 3- Mariqin. Siffeyn savaşından sonra Əlidən ayrıldılar və “xəvaric” adlandılar. Bunlar Əli üçün Müaviyədən də təhlükəli düşmənlər oldular və sonunda da xəvaricdən biri olan İbni-Mülcəm Hz. Əlini öldürdü.
Əli zamanında şiə siyasi və etiqadi bir anlam daşımazdı. Tərəfdar anlamında idi. Ərəb dilində də şiə tərəfdar deməkdir. Əli şiəsi və Müaviyyə şiəsi var idi. 28-ci surənin 15-ci ayətində və 37-ci surənin də 83-cü ayətində “İbrahim şiəsi” ifadəsi keçər. “Şiə” qavramının tərəfdar anlamının dışında siyasi və etiqadi anlam daşıması sonrakı tarixi olayların ürünü olacaqdı.
Həsən ibni Əli də öldürüldükdən sonra qardaşı Hüseyn də Müaviyəyə qarşı etirazda etmədi. Müaviyyə həyatda ikən oğlu Yəzidi varis duyurdu. Bu, İslam gələnəyini pozmaq idi. Çünkü Əbubəkir və Ömər öz oğullarını varis olaraq duyurmamışdılar. Müaviyyə Hüseyndən oğlu üçün biət almaq istəmədi. Bunu zamanın axışına buraxmışdı. Müaviyyə həm də güclü siyasətçi və düşmənşünas idi. Oğlu Yəzidə tapşırmışdı ki, Hüseyn ibni Əli və Ubeydullah ibni Zubeyrə diqqət etsin. Böyləcə Müaviyə öldü və Yəzid atasının yerinə keçdi. Yəzid Mədinənin valisinə bir məktub yazaraq Hüseyndən biət almasını istədi. Hüseyn silahlı adamlarını götürüb valinin yanına getdi və dedi ki, əgər görüşmə çox uzun sürsə içəri girib valini öldürərsiniz. Vali biət təklif etdi və Hüseyn qəbul etmədi. Düşünmək üçün bir gecə vaxt istədi. Evinə döndüyündə bilirdi ki, yarın biət etməyə getməsə öldürüləcək. Bu üzdən o gecə ailəsi ilə birlikdə gizlicə Mədinədən Məkkəyə yola düşdü. Hüseynin ağlından keçənlər bilinmir. Yəzidə qarşı savaş açma ehtimalı olmamışdı. Ancaq Yəzidi qəbul etmədiyi bəllidir. Məkkədə də Yəzid adamlarının onu və ailəsini öldürəcəyindən çəkinirdi. Hüseynə xəbər verdilər ki, paltarlarının altında silah gizlətmiş olan adamlar həcc törəni etməkdədirlər. Bunlar kəsinliklə səni və ailəni öldürmək üçün göndərilmişlər. Keçici də olsa, Hüseyn özünün və ailəsinin güvənliyini təmin etmək fikrində idi. Bu zaman Kufə ağsaqqallarının Hüseyni dəvət etmə məktubları gəldi. Kufə Hz. Əlinin də başkəndi olduğu üçün Əli soyuna sayqı var idi. Bu ana qədər Hüseynin söhbətlərində qiyam, inqilab kimi sözlər keçməməkdədir. Bunlar XX əsrdə ürətilmiş və Hüseyn adına İnqilab öncəsi düzəldilən qavramlardır. O, sadəcə ailəsinin güvənliyini düşünmüşdü. Hüseyn Kufənin durumunu yoxlamaq üçün əmisi oğlu Müslim ibni Əqili oraya göndərir. Müslümü yaxşı qarşılayırlar. Müslüm də İmama yazır ki, Kufəyə gəlsin. Bir ay sonra Kərbəla hadisəsi gerçəkləşəcəkdi. Yəzid, İbniziyadı olayı yatışdırmaq üçün Kufəyə göndərir. Hüseyn də bu arada Məkkədən Kufəyə doğru yola çıxmışdı. İbniziyad təhdidlə Kufə əhlini imam yandaşlığı yapmaqdan çıxardır və Müslim ibni Əqili də yaxalayıb öldürərlər. İbniziyad kufəliləri həm də Hüseynə qarşı silahlandırar. Hüseyni Kufəyə dəvət edənlər bu dəfə silahlanıb O´nunla savaşmaq üçün bəklərlər. Kufəyə yola düşmüş olan Hüseyn Müslümün ölüm xəbərini duyduğunda Kufəyə getmək istəməz. Ancaq Hüseyn öylə bir məkana çatmışdı ki, orada Onu və ailəsini səssizcə mühasirə edib öldürmək mümkün idi və Əməvilər bu fürsəti qaçırmaq istəmədilər. Əməvi ordusunun başında duran Hürr Hüseynin ailəsini mühasirə edər və Yəzidə biət etməsini istər. Hüseyn deyər ki, buraxın məni gedim başqa ölkəyə. Ancaq Hürr izn verməz və deyər ki, biət etməlisiniz, mənə böylə əmr verilmiş. Hüseyn bu səhrada tələyə düşdüyünü hiss edər. Artıq çıxış yolu qalmamışdı. İmam Hüseynə dayatırdılar ki, ya Şama gedəlim Yəzidlə biət et, ya da Kufəyə gedəlim Yəzidin nümayəndəsi İbniziyadla biət et. Ya da burda biət et və xəbərini biz Yəzidə göndərəlim. İmam Hüseyn burada dirənmək qərarına gəlir. Kərbəla olayı bu şəkildə gerçəkləşər. Hüseyn ölmək üçün yola çıxmamışdı. Hətta Yəzidlə savaşmaq üçün də bu yolçuluğa çıxmamışdı, çünkü savaşa çıxan ordu ilə çıxar, sadəcə yanındakı balaca yaşlı çocuqları və ailəsi ilə deyil. Ona görə də aşura günündən öncəki gün açıqca ətrafındakılara deyir ki, mən buraya savaşmağa gəlməmişdim. Ancaq durum öylə olmuş ki, geriyə dönüş yoxdur, Yəzidə də təslim olmaram. Siz istərsəniz gedə bilərsiniz. Çünkü Yəzid mənim biətimi istəyir sizin deyil. Hüseynin yanındakılar Onu yalnız buraxmır və orada Hüseynlə qalıb savaşaraq ölməyi tərcih edirlər. Hz. Hüseyn yola çıxdığında o zaman hələ həyatda olan bəzi səhabilər İmama deyirlər ki, bu yol uğurlu yol deyil, vaz keç bu yoldan. Ancaq Hüseyn başqa hesablar yapmışdı. Onları da dinləməyərək yola çıxmışdı. İbniziyadın əlinə qaçırmaması gərəkən fürsət düşmüşdü. Hz. Hüseyn öz ayağı ilə öylə bir səhraya gəlmişdi ki, orada öldürülməsinin xəbərini də kimsə duymayacaqdı. Necə ki, çox sonralar Hz. Hüseynin və ətrafındakılarının şəhadət xəbəri yayılmağa başladı. Kimsə xəbər tutmadan Əməvi dövlətinə zidd olan Hz. Hüseyn amilini ortadan qaldırmaq üçün İbniziyad uyqun fürsəti əldə etmişdi. Fürsəti qaçırmadılar və susuz bir səhrada Hz. Hüseyni ətrafındakılarla bir yerdə şəhid etdilər.
Yəzidə qarşı qiyam edən bir başqası, Ubeydullah ibni Zubeyr idi. Müaviyə oğluna ona diqqət etməsini tapşırmışdı. Ubeydullah ibni Zubeyr Mədinədə açıqca Yəzidə qarşı savaş açdı. Yəzid Mədinəni bu savaşda viran edib çoxlarını öldürdü. Ubeydullah ibni Zubeyr Mədinədən Məkkəyə fərar etdi. Yəzid Məkkədə də onu izlədi. Məkkəni mühasirə etdi. Ancaq tam bu sırada Yəzid öldü və məkkəlilər qətl edilməkdən qurtuldular. İmam Hüseynin metodu Ubeydullah ibni Zubeyrinkindən fərqli idi. Daha sonrakı dönəmlərdə şiə ədəbiyatında Hüseynin şəhadəti üzərinə çox bilgi ürətildi. Bəzən də gerçək olmayan xəyali şeyləri bu olaya yüklədilər. Kərbəla olayının hər kiçik anısına şeirlər yazıldı, rəsm əsərləri çizildi. Oradakı fədakarlıqlar sənətlə estetizə edildi. Göz yaşlarına bürünərək insanların ruhlarına daşındı. Tarixi hadisə olmaqdan çıxıb bir sənət hadisəsinə dönüşdü. Yüzillər boyunca Kərbəla olayı üzərinə məzhəbi, etiqadi, estetik yöndən əsərlər yazıldı, mifləşdirdilər. Bunun yanı sıra Kərbəla olayından siyasi amac üçün yararlanma olayı da ortaya çıxdı.  
Aşura günü sünnət əhli üçün də önəmli bir gündür. Bu gündə oruc tutarlar. Çünkü peyqəmbər ilk orucu bu ayda və bu gündə duyurmuş, ancaq daha sonra orucluq ramazan ayına keçmişdir. Bu üzdən də Aşura günü orucunu yadigar olaraq hələ də unutmamışlar. Mərakeş kimi bəzi sünni ölkələrdə günün yarısını sevinər və yarısını kədərlənərlər. Günün birinci yarısı ilk oruc sevincidir və sonrakı yarısı Hz. Hüseynin kədəri.
Bu olay gerçəkləşdiyində nə sünnilik var idi, nə də şiəlik. Yəzid Əbusüfyanın nəvəsi idi. Peyqəmbərin qarşısındakı məğlubiyyətlərini unutmamış və intiqam peşində idilər. Kərbəla faciəsində İmam Hüseyn şəxsiyətinin höküməti təhdid etməsinin yanı sıra bir də olayın kökündə Əməvilərin əski intiqam duyqusu durmuşdu. Şiə düşüncə həyatını etkiləyən İmam Hüseynin həyatı bir istisna olmuşdur. Ancaq bu istisnanı sonrakı yüzilliklərdə qanuna uyqunluğa dönüşdürdülər. Sanki bütün imamlar Hüseyn kimi davranmışlar kimi bir tablov çizdilər. Ancaq imamların heç birisi qiyam etməmişdir. Əli Müaviyə ilə barışı qəbul etdi. Həsən də o şəkildə. Sonrakı imamların da hamısı zamanın iqtidarları ilə anlaşmışlar, xilafətə qarşı çıxmamışlar. Kərbəla olayı şiənin etiqadi istiqamətə yönəlməsinə təkan verdi. Hz. Hüseyinə qarşı ədəbsizliyindən dolayı 1400-cü ildə Əmir Teymur Şamı işğal etdikdən sonra Yəzidin məzarını uçurmuş və əsgərlərinə Yəzidin qəbri yerinə işəməyə əmər vermişdi.
Şiənin Hz. Hüseyn haqqında uydurduğu bəzi iftitra və yalanlara göz atmaqda yarar var. Hz. Hüseynin mücadiləsini sonrakı yüzillərdə şiə bu kimi xurafələr dumanlığına gömmüşdür: Şeyx Müfid Cəfər Sadiqdən nəql edir: “Hüseyn Mədinədən hərəkət etdiyində bir neçə qrup mələklərdən önündə duraraq Onun xidmətində olma istəklərini dilə gətirdilər. Bir neçə dəstə müsəlman və cin də O həzrətə yardım etmək istədilər. Hüseyn cinlərə cavab olaraq dedi: “Tanrı sizlərə xeyir aqibət bağışlasın. Mən kəndi işlərimdən kəndim sorumluyam. Mənim öləcəyim yer də öncədən bəlirlənmişdir.” Cinlər Ona cavab olaraq dedilər: “Sizin buyuruğunuz olmasaydı, bütün düşmənlərinizi öldürərdik.” Hüseyn dedi: “Biz bu işdə sizdən daha güclüyük. Ancaq bütün düşmənlərimizi öldürmək istəmirik. Bu işlə yolundan azanlar üçün bəraət oluşdurmaq istəmirik. Ayrıca, haqqı arayanlar üçün də bizim həyatımız bir örnək olar” (Əllamə Məclisi, Bəhar-ul ənvar, XXXXIV cild, s. 330, Əlvəfa müəssisəsi, Beyrut, Livan.) Cəfər Sadiq söylədilər: “atam deyirdi: Hüseynlə Ömər ibni-Sə´d arasında savaş başladıqdan sonra Tanrı öz zəfər iradəsini Kərbəlada hakim qıldı. Tanrı qatından Hüseynə iki seçənək sunuldu: ya düşmənlərini yenərək qalib olmalı idi, ya da Tanrıya qovuşmağı seçməli idi. Hüseyn Tanrıya qovuşmağı seçdi.” (Seyyid ibni Tavus, Lohuf, s. 141, farscaya çevirən: Mir Əbutalibi, Dəlili-ma nəşriyatı, I nəşr, Qum- 1380). Burada bu sual ortaya çıxar: Hüseyn özü Tanrıya qovuşmağı könüllü olaraq tərcih etmişsə, bu ağlaşma mərasimləri nə üçündür? “Bəzi rəvayətlərdə də deyilir: Hüseynin yardımına bir çox mələklər gəldi. Öncə onlara savaşma izni verilmədi. İkinci kərə gəldiklərində artıq Hüseyn öldürülmüşdü. Buna bənzər rəvayətlər Cəfər Sadiqdən də bəyan edilmişdir: “Hüseynə yardım etmək üçün dört min mələk nazil edildi. Ancaq onlara savaşma izni verilmədi. Yenidən izn alıb yerə endilər. Bu zaman artıq Hüseyn öldürülmüşdü.” (Əlkafi, I cild, s. 283-284.)
Kərbəla olayından beş il sonra Muxtar Səqəfi Hüseynin intiqamını almaq üçün qiyam edər. Muxtar Səqəfinin qiyamı şiənin radikal bir ideologiya olması yolunda böyük təsir göstərər. Hz. Hüseynin oğlu Zeyn-əl Abidin Yəzidə biət etdiyi üçün Muxtar onun imamlığını qəbul etməz. Hz. Əlinin Məhəmməd Hənifə adında bir oğlunu kəndisinə imam olaraq müəyyən edər. O da siyasətdən və qiyamdan uzaq olan bir həyatdan yana idi, böylə işlərə qatılmaq fikri yox idi. Muxtar Səqəfi Sasani ordularını yenən Sə´d ibni Vəqqasın oğlu Ömər ibni Sə´d ibni Vəqqası, Hüseynin qatilləri İbniziyad və Şimri işkəncə altında öldürdü. Muxtarın və Hənifənin qətli ilə bu hərəkət durduruldu.
XX əsrin ortalarından başlayaraq İranda Kərbəla hadisəsi üzərinə fərqli düşüncələr və ideyalarla ortaya atdılar. Özəlliklə Fransada təhsil almaış Əli Şəriəti adında bir sosiloq aşura məsələsinə fərqli bucaqdan yanaşdı. Bütün ideoloji yanaşmaların sayəsində İranda Pəhləvi rejimi devrilib yerinə, indiki dinci və demokratiya düşməni rejim quruldu. Bu zaman inqilabı bütün şiələrə təqlin etmək üçün “Hər yer Kərbəla və hər gün Aşura” kimi şüarlar ortaya atıldı. Əslində isə bu gəlişmələrin Hz. Hüseyn həyatı və davranışıyla əlaqəsi yox idi. Siyasi iqtidarı ələ keçirmək üçün Hz. Hüseynin həyatı sui-istifadə edilirdi. Yəzidin Hüseyni öldürməsinə göz yaşı tökən şiə hakimlər bu dəfə rəqiblərinə qarşı tam Yəzid kimi davranmağa başladılar.

Hiç yorum yok: