Erməni siyasi aktivist Ərdəşir
Avanesiyanın xatirələr kitabından bir parça:
Təbrizdəki kommunistlər arasında
önəmli bir ixtilaf var idi. Biz Azərbaycanda türkcə yazışma və danışma tərəfdarıydıq. Lakin Təbrizin önəmli
kommunist aydınları buna qarşı çıxırdılar. Mən sovetlərdə təhsil aldığım üçün Leninin
milli məsələ ilə bağlı görüşlərini anlamış və millətlərin öz ana dillərində təhsil
almalarından yanaydım. Sərtibzadə (təbrizli) qrupu milli məsləyə qarşıydılar. Bu
üzdən toplantılarda farsca danışırdılar. Onların tərtib etdikləri toplantılara
oxumuş adamlar qatıldığından hər kəs farscanı anlayırdı. Lakin ümumxalq fars
dilini anlamırdı. Mən onlara “Azərbaycan xalqı türk dilində danışır və farsca
anlamır. Ayrıca, öz ana dillərində yazıb oxumaq və danışmaq onların haqqıdır.
Ən önəmlisi isə biz sadə xalqla irtibata girmək istəyiriksə onların öz dilində
danışmalıyıq” deyirdim. Lakin mənim və mənim kimi düşünənlərin fikrini qarşı tərəf
qəbul etməyərək farsca danışmaqdan yanaydılar. Bu mövzuda da anlaşa bilmədik. Məslən
mənim ən yaxın arxadaşım olan Əli Əmirxizi “Avanesiyan, mən özüm azərbaycanlıyam,
ancaq öz ana dilimdə danışa və yaza bilmirəm, mən farsca yazıb-danışmağa
alışmışam” deyirdi. O, mənim “türklərin öz dillərində yazıb oxuması gərəkdiyi”
fikrimə qarşı çıxmasa da, lakin türkcə yazıb oxuya bilmirdi. Bu haqda onunla
çox mübahisə edərək ona “Azərbaycan xalqının öz ana dilində yazıb oxuması onun
təbii haqqıdır, ayrıca, biz bu xalqın ana dili ilə onlarla ilişki qura bilərik,
başqa bir alternativimiz yox ki. Sən mənimlə türkcə danışa bilirsənsə, niyə öz
xalqınla da türkcə danışmayasan ki? Sən öz oğuşunda (ailəndə) türkcə
danışmırsanmı?” dedim. Zor
da olsa, onu Təbrizdəki mitinqlərdə türkcə danışmağa razı etdim. Beləcə
Əli Əmirxizi Təbrizdəki nimayişlərdə yavaş-yavaş türkcə danəşmağa başladı. Daha
sonra bəyaniyələri də türkcə yazdı. Əli Əmirxizi şair və ədib idi, lakin bütün əsərlərini
farsca yazırdı. Bu üzdən türkcə yazmaq və bəyan etmək onun üçün çətin iş idi. Özəlliklə
farsca yazdıqları yazılarının daha tutarlı və güclü olması üzündən farscaya
daha çox meyl göstərirdi. Bu şəkildə Azərbaycanda fəaliyyətlərimizdə zəhmətkeş əhali
ilə irtibatımızda türkcə dışında başqa dil qullanmadıq. Sovetlərdə təhsil
alanlar türkcənin qullanımına qarşı çıxmır, tam tərsinə türk dilinin rəsmiləşməsindən
yanaydılar. Mən fars dilini çox sevərəm və farscanı pisləməyi heç sevmərəm. Çox
təəssüf ki, firqənin iqtidarı zamanı farscaya qarşı saldırdılar. Lakin digər
xalqların da dillərinin istifadə edilməsindən yanayam.
Ərdəşir Avanesiyan, “Xatirələr”,birinci
nəşr, s. 122-123, Almaniya-1990.
Hiç yorum yok:
Yorum Gönder