**********
Avropa mədəniyətinin çökəcəyi ilə ilgili söylənti və savların
bilimsəl təməli yoxdur. Əslində bunu bilimsəl əsasa dayanmasından daha çox geri
qalmış müsəlman xalqların arzusu gibi görmək lazım. Nədən çökməlidir? Çöküşlərin
ilk nəzəriyyəsi Quranda yazılmışdır. Quranda ümmət qavramı var və bu qavram
cümlə bağlamında ən az altı mənada qullanılmışdır. Bu mənalardan biri də bəlli
bir zaman dilimində mövcud olan siyasi yönətim şəkilləridir. Siyasi bir yönətimin
doğuşu, böyüməsi imperatorluğu dönüşməsi və sonunda çökməsi. Bu sürəci Quran
ümmət qavramı ilə tanımlar. Bir peyqəmbərə, bir rəhbərə, bir dinə uyan, bəlli zaman dilimində yaşayan
toplumları və tüm insanlığı da bir yerdə ümmət qavramıyla açıqlar. Ümmətlərin
tarixdən silinməsinə örnəklər var: Məsələn Sumer, Babil, ...., Əməvillər,
Abbasilər, Səlcuqlar, Osmanlılar, Bizans, ... hər biri birər ümmət olaraq nitələnər
Quran tanımlamasına görə. Quran bu şəkildə bəyan edər: "Hər bir ümmət üçün
bəlli bir sürə bəlirləndi, sürələri dolduğunda bir saat gec və tez olmamaq üzərə
yox olarlar." Bu ideyanı İbn-i Xəldun tarix kitabında daha da geniş şəkildə
açıqlamış. Dövlətlərin doğuşu, yüksəlişi və yox oluşunu Xəldun
ayrılantılmışdır. Sırf bu üzdən də II Sultan Abdulhamit İbni-Xəldunun əsərlərini
yasaqlatmışdı! Çünkü Abdulhəmid Osmanlının əbədi olacağına inanırdı. Əslində isə
II Abdulhəmid "Müqəddimə"ni deyil, Quranı yasaqlatmalıydı, çünkü bunu
ilk bəyan edən Quran. Sonrakı çağlarda Şpinqler gibi batılı bilgələr Qurandan alınma
Xəldunun bu nəzəriyyəsini daha da fəlsəfi yöntəmlərlə bəyan etməyə çalışdılar.
Lakin modern mədəniyət niyə çökməz? Çünkü daha əski mədəniyətlərin mərkəzində
yağmacı dövlətlərin, özəlliklə yağmacı İslam dövlətlərinin mənafeyinə xidmət edən
saxta bir Allah durmaqda idi. Bu Allah cihad əmri verər, Avropada tarlalarında
çalışan əmək insanlarının qızlarını və oğlanlarını oğurlayaraq cariyə və kölə
bazarlarında satarlardı. Görüldüyü gibi bu dövlətlərin iqtisadi gəlirini insan
qaçaqçılığı, çocuq devşirmələri təşkil edərdi. Müsəlmanların qız və oğlan
oğurlayıb kölə bazarlarında sataraq pul qazanmaları avropalıları düşündür.
Çünkü müsəlmanlar qudurmuşcasına onların namusuna təcavüz edir və savaş əxlaqına
uymurdular. Qəneymət adı altında məğlub etdikləri xalqların qızlarını oğurlayıb
kölə bazaralarında satır, özlərinin şəhvət aracına dönüşdürürdülər. Bu üzdən də
müsəlmanların bu əxlaqsız saldırılarına qarşı səlib savaşları başladı. Səlib
yürüşündə tək haqlı olan səlibçilərdi. Nə işləri vardı müsəlmanların Avropa ölkələrində?
Zatən mütəcaviz müsəlman dövlətlərin təcavüzü Avropanı oyatdı və özlərini
savunmaq üçün güclənmək zorunda qaldılar. 8-ci əsrdə quçsal çöl ərəblləri
Farnsada yüz minlərcə qız-qadın oğurlayıb kölə-cariyə bazarlarında satdılar. Şarl
Martel adında bir qəhrəman qumsal çöl bədəvi ərəblərinin əllərini Fransadan kəsdi.
Yüzillər boyunca müsəlmanların Avropada qadın-qız oğurlamasına qarşı birikən
öfkə səlibçilik adında örgütləndi. Sultan Süleyman Avstryada dans edən
qadınların şəriətə ayqırı davrandıqlarını deyirdi. Nitəkim Martin Luter gibi
aydınlatıcılar Osmanlının Viyananı quşatması zamanı yazırdılar ki, Osmanlı
qalib gəlsə Avropada insanlıq qurtuluşu yolunda başlanan aydınlanma və zehni
oyanış sürəci söndürüləcəkdi. Və haqlıydılar? Sultan Süleyman nə götürəcəkdi
Avropaya? Bir an bu faciəni təsəvvür edəlim. Avustraliya yenildi və Avropa
qızlarını oğurlayıb gətirib satır, oğlanlarını qılıcdan keçirirlər. İndi gözəl
Avropada da İranın və Ərəbistanın qumsal çöllərində olduğu gibi qadınlar
daş-qalaq edilməyəcəkmi idi? Osmanlı bundan sonra nə götürəcəkdi? Kitabımı
vardı? Allahı və cihadı quruluşunun amacı sayan bütün xristian və müsələman
dövlətlər qorxunc zülm üzrində qurulmuşdur. Heç bir dövlət Allah adına qurulan
dövlətlər qədər insanlara zülm etməmişdir. Osmanlıda köllə alış-verişi 1908-ci
ildə Avropanın basqısıyla ləğv edildi. II Sultan Həmidi insan onuruna zidd olan
köləliyi ləğv etməyə zorladılar. Lakin modernitə bu tarixi alt-üst etdi. Gözə
görünməyən Allah deyə uydurma bir kimlik var və ortalıqda yoxkən də hər işə
burnunu soxur. Həm də mütəcavizlərin, sultanların, kralların, xəlifələrin şəhvətinə
sonsuz xidmətdən başqa bu Allah heç bir iş görmür. Yoxsullar pərişan zənginlər
keyf içində. Bu necə bir Allah? Gəlin bu gözə görünməyən krallar şəhvətinin bəkçisi
Allahı sosial və politik həyatdan çıxarıb yerinə insan qoyalım dedilər. Böyləcə
humanizm doğdu. Humanizmin insanlığa gətirdiyi ədalət anlayışını və özəlliklə
iqtisadi-siyasi güvəni nə xristinalıq, nə budism, nə İslam gətirmişdir. O zaman
böylə bir mədəniyət nədən çökməlidir? Yəni humanizm mədəniyəti çökəcək və sonra
Avropada müsəlman şərqin qoxuşmuş və insan haqlarını heçə sayan molla-feodal mədəniyyətinə
dönülləcək? Müsəlman şərqində dönəcək nə var? Heç bir şey. Qan içməkdən
doymayan Allah surəti yaratmışlar müsəlmanlar. Öncə bu haqsızlıq sistemi tarixdən
silinməlidir və bunu tarixdən siləcək olan da ancaq modernitədir? Amma modernitə
nədən çökməz? Çünkü modernitə tənqidə açıqdır. Müsəlman irqçi və dikatator mədəniyəti
gibi hər kiçik tənqidi baş kəsərək, düşüncələri susduraraq yox etməz. Təqnid
olan yerdə yaradıcılıq, kəndini onarma və irəliyə doğru atılım davam edər. Tənqidin
bitdiyi yerdə də qoxuşmuşluq başlar. Demokrasi, insan haqları, ədalətli gəlir
dağılımı, ərklərin paylaşımı, diktatorluğun əngəllənişi, qadın haqları, çocuk,
yaşlı və əlil haqları, ... gibi mədniyyət anlayışı çökəcək və sonra da Avropa
müsəlman şərqin əl-qol kəsən qəssablıq şəriət qanunnlarınamı dönəcək? Modernitə
özünü tənqidə o qədər açıq tutdu ki, ona antitez olaraq postmodernitə doğdu.
Ancaq postmodernitə də özünü modernitənin bir hissəsi halına gətirdi. Çünkü
modernitə postmodernitənin söyləldiklərini öz bünyəsinə yüklədi. Yəni dərhal
onu susdurub yox etmək yerinə, onunla dialoqa girdi. Dialoq olan yerdə çöküş
olmaz. Bu üzdən islamcıların modernitənin çöküşüylə ilgili uydurduqları görüşün
bilimsəl təməli yoxdur. Geri qalmış və qoxuşmuş müsəlman kültürünün yüksələcəyinə
bəslədikləri xəyallarının məhsuludur. Avropa mədəniyəti çökəcək gibi elmi bir
görüş yerinə, heç bir düşüncə ürətməyən müsəlmanlar "Avropa mədəniyyəti
keşkə çöksəydi" xəyalını daşıyırlar. Şərqdə heç bir zaman humanistik mədəniyyət
olmamışdır. Nitəkim 10-11-ci əsrdə yaşamış olan Əbureyhan Biruni də Doğu mədəniyyətinin
Çin və Hindistana aid olduğunu və İslam şərqindəki mədəniyyətin Yunana aid
olduğunu savunar. Sumer mədəniyyəti haqqında uydurulan bilgilər də fantastik.
Çox primitiv mədəniyət olmuşdur və orada qürur duyulacaq heç bir şey yoxdur.
Lakin insanlığın şəhər və siyasi həyata keçişini sağlayan ilk evrə olaraq önəmlidir.
Sumer kralı öldüyündə minlərcə cariyə və kölələrini də diri-diri onunla
basdırırdılar ki, o dünyada krala xidmət etsinlər. Bunun harası mədəniyyət
oldu?
Avropa mədəniyəti sırf avropalılara özgü mədəniyət deyil.
Nitəkim alman filosof Karl Yaspers modern mədəniyətlə digər dini və əski mədəniyyətləri
qarşılaşdıraraq şöylə der ki, dini mədəniyətlərin sınırları var, lakin modernitənin
sınırı yoxdur. Dini mədəniyətlərin tərsinə olaraq modernitə harada gözəl və
insana yararlı mədəni hadisə görsə onu alıb özününküləşdirər. İstər bu aldığı
islamda, xristianlıqda, Çində, Hinddə,... olsun fərq etməz. Göründüyü gibi
modernitə islam və xristianlıq mədəniyəti gibi özünü dar bir mühitdə həbs etməz.
Bir nümunə söyləyim. İndi Bakıya bolca ərəblər gəlir. Bakı əhalisi ərəbləlrdən
iyrənməyə başlamışlar. Bu ərəbləlrin əlində islah və qılıc olsa görün nə edərlər?
İndi düşünün bu ərəblər yüzillər öncə orduları ilə İslam adına gəldiklərində nə
qədər cinayət etmişlər? Sünnilər tərəfindən qutsanan iradəsiz və tayfabaz 3-cü
xəlifə Osmanın oğlu Əbusəid Xorasanda əsir yaxaladığı 40 min ttürkün başını kəsdi.
Bunlarmı mədəniyət qurmuşlar? Ya da Türkistanın susuz çöllərindən gəlib Yunan mədəniyyətinin
beşiklərini işğal edən biz türklərmi mədəniyyət quracaqdıq? Böylə bir şey
olurmu? Platonun, Aristotelin, Arximedin, Sokratın, Pifaqorun, ... yurdunda mədəniyət
qurmaq asan mı? Bunun üçün onlardan daha üst qatlara çıxmaq lazımdır. Sultan
Fateh İstanbulu işğal etdikdən sonra Təqiəddin diyə bir bilgə rəsədxanə qurdu.
Bu zaman İstanbulda bəzi xəstəliklər baş qaldırdı. İslam bəkçiləri şeyx-ul
islamlar Fatehə dedilər ki, rəsədxana Allahın işinə qarşdığı üçün Allah bəla
göndərir. Fatehin əmri ilə rəsədxanə top atəşinə bağlanıb yox edildi. Yəni
Avropada elmi oyanış və renesans başlakən Fateh elm ocaqlarını söndürdü. Böyləmi
qurulur mədəniyyət? İbni-Xəldun ərəbləlrin və türklərin mədəniyət qurma
imkanları yoxdur deyə yazar, çünkü onların həyat şəkli bunu icab etməz. Mövlana
Cəlaləddin Rumi, Əflaki türkləri mədəniyətləri yox edən və rumları mədəniyyətləri
quran xalq gibi təqdim edər. Zatən yox etməsəydik o mədəniyətin içində yox olub
gedərdik. Bizim dünyagörüşümüzdə bir rönesas doğmazsa, tarixi insan
anlayışımızla heç bir iş görəməyiz. Çünkü tariximizdə harada Yunan mədəniyyətinin
yetirmələri olan Farabi, İbni-Sina, Fəxri-Razi, ... gibi alimlər görmüşüksə dərhal
yox etməyə çalışmışız. Bütün tarixi bir-bir incələsək insanlığa lazım olan bir
tək evrənsəl dəyər müsəlmanlar tərəfindən icad edilməmişdir. İddiaçıların
savları sadəcə şüar. Günümüzdə bizim tarixdən bizə miras qalan nə var? Şərq
despotizmindən başqa? bütün yönətim şəklimizi
Qərbdən almamışıqmı? Anayasa, prezidentlik, qüvvələrin ayrımı, demokrasi, işçi
haqları, gündə 8 saat iş vaxtı, sendikalar, çocuq, qadın, yaşlı haqları, açıq
toplum, ədalətli gəlir dağılımı, səltənətin qaldırlması, istibdadın yox olması,
soy kimliyinin önəmsizliyi, birey haqları, iqtisadi fəaliyyət sistemi, ...
Bunların hamısını Avropadan almamışmıyıq? Yəni bunları buraxıb da Şərqin
despotizm dövrünə yenidən gerimi dönüləcək? Hətta bizim ən böyük sorunumuz
Avropa modeli demokrasi, insan haqları, açıq toplum yönətimini uyqulaya bilməməmizdir.
Bizim ağıllı dədələrimiz boşunamı
avropalaşmayı ilkələrimizə dönüşdürüb bayrağımıza daşımışlar? Şərqin
masllarından, xurafə və nağıllarından qurtulmaq üçün bu yol seçildi.
Hiç yorum yok:
Yorum Gönder