Axundov
Türk milliyetçiliyinin qurucusudur. O farsca yazdıqları yaradıcılığının ilk illərinə
aiddir və ideolojidir, yəni çarpıq bilgilərdi. Önəmli olan onun türk dili üzərinə
gəlişdirdiyi əlifbadır. Fars dilində ö, ı, ü hərfləri yoxdur. Axondov əlifba sistemində bu hərflər də var.
Axundov dil və ədəbiyyat planında türkçülüyün qurucusudur. Çünkü bütün estetik
yaradıcılığı türk dilində olmuş və türkcə üçün əlifba gəlişdirmişdir. Keşkə elə
Axundovdan öncəkilər də mən türk deyiləm deyib türkcə yazsaydılar. Türkcənin ədəbiyyata
girişini sağlayan Axundovdur. Axundovdan o tərəfə bir şey yox ki. Ərəbcə
yazan ərəbci, farsca yazan farsçı, türkcə yazan da türkcüdür. Politik
milliyetçilik yeni olqudur, mədəni milliyətçiliyin omurqası milli dildir və
başqa şey deyildir. Eski çağlarda kim öz dilinde yazmışsa milli olmuşdur.
Axundov türk ədəbiyyatı üzərinə ədəbi tənqidlər yazmışdır. Millilik heç bir iş görmədən mən türkəm
demək mi? ya da mən farsam deməkmi? Dilimizdə milli dildə yazılan ədəbiyyatın dəyərləndirilməsi
ilk Axundovla başlar. Millilik bunun dışında bir şeymi sanki? Çünkü ulusun
tarixsəl, duyqusal və düşünsəl anıları dildə saxlanar. Bu dildə heç bir şey
yazılmadıqdan sonra türkçü olmanın anlamı nədir? O dövrdə orada vətən yoxdu.
Rusiya oranı bölgə-bölgə aldı və sonra birləşdirdi. Ona görə iran milliyətçiliyi
hamısında var. İran milliyətçisi olmayanları olmamış. Hadi, M. Ə. Sabir, Rəsulzadə,
.... hamısında var. İran milliyətçisi fars milliyətçisi demək deyil. Dr. Heyət
də iran milliyətçisiydi. Axundovun bir tək yazısına görə onun dünyagörüşünün
ontolojisini dəyərləndirmək olmaz. Eyləm və söyləmləri bir yerdə bir bütün
olaraq alqılanmalı. Axundov türk dilinə özgü əlifba gəlişdirmişdi. Türkcənin
tarixdə ədəbiyyata, mədəniyyətə və tarix bilgisinə girə bilməməsinin tək səbəbi
türkcəyə uyqun bir əlifbanın olmamasıdır. Əlifba millət olmanın ilkin
addımıdır. Əski yunanda dilə uyqun əlifba olmasaydı, fəlsəfə doğmazdı. Ərəb əlifbasının
dilimizin baş bəlası olmasını yazması, sırf türkcə üçün əlifba gəlişdirməsi
çağımızdakı yayqın sloqanik milliyətçilik deyil, fəlsəfi boyutda dilə xidmətdir.
Onun türkcənin doğasına uyqun əlifba gəlişdirməsi türkcənin yazqısı baxımından
böyük mədəni inqilab idi. Heç bir milliyətçilik dilə uyumlu əlifba gəlişdirmək
qədər tutarlı, tarixsəl dərinlikli, fəlsəfi olamaz. Ayrıca, onun hər türkcə əsəri
türkcəçilikdir. Türk dili onunla modern ədəbiyyata girmişdir. Millətçilik nədir
pəki? Finlərin "mən finəm" deyən ədəbiyyatı yox. Elə Axundovla eş
zamanda sadəcə olaraq fincə yazmağa başladıqları üçün millət oldular. Türkcənin
Axundov kimi bir seçənəyi yoxdur. Ona görə də Gökalp türk milli məfkurəsinin
Axundovla başladığını yazır və doğru da yazmış. İdeolojik söyləm və yazıların
tarixsəl etkisi və dərinliyi olmamışdır. Olamaz da. Onun pers kimliyini öyməsi
ideolojik yaxlaşımdır. Yəni pers olmasının nə önəmi var? Önəmli olan öz məfkurəsini
türk dilində bəyan etməsidir. Tarix üçün, ulusların milli kimliklərinin yüksəlişi
üçün gərəkli olan budur. İsmayıl Bəy Qapirali Nəcəf Bəy Vəzirova, N. Nərimanov
yazırdı ki, siz heç biriniz türk milli oyanışı yolunda Axundov kimi yaza
bilmir, onun kimi aydınladıcı ola bilmirsiniz. Doğru da deyirdi. Bu haqda 8 il
öncə yazdığım "Qafqaz türklərinin oyanış dövrü" kitabımda ayrıntılı və
bəgəli bilgilər var. Orada da yazmışam ki, ideolojik olaraq fars milliyətçisinin
qurucusu, ancaq fəlsəfi, ədəbi, filoloji, olaraq türk milliyətçiliyinin
qurucusudur. Və ideolojilər tutarsız, çarpıq, zamansal bilgilərdi. Tarixi etkiləyən
və yeni cığırlar açan estetik yaradıcılıqdır. Axundovun türkcənin
yapısına uyqun əlifba gəlişdirməsi fars milliyətçiliyimidir? Nədir bu girişimin
adı? O zaman osmanlının dili farsca deyil, türkcə. Qacarlara da məktub yazır və
türkcə üçün, sırf türkcə üçün hazırladığı əlifbanın hər iki dövlət tərəfindən ərəb əlifbası yerinə
yerləşdirməsini təmənna edir. Bu eyləmin adı nədir? Hansi qavramsallaşdırmayla
bunu nitələmək mümkündür? Zatən o dövrdə bu iki dövlət Axundov əlifbasını qəbul
etsəydilər. İndi türk dili bütünüylə İranda rəsmi dövlət dili idi və türkcə
minlərcə fəlsəfi, elmi, roman, ... kimi əsərlər tərcümə və ya yazıla bilərdi.
Türk tarixində gecikmiş bir əməli gerçəkləşdirmişdi. Əlifbasızlıq üzündən türklər
tarix boyunca itirmişlər. Bu əlifba qəbul edilsəydi türk dilində yazmaq problem
olmayacaqdı. Axundov ilk olaraq türk dilində modern qadın surətini təsvir
etmişdir. Yapıtlarında türkcə danışan, türk olan modern qzılar kəndi
yazqılarının aydınlanması üçün çabalayırlar. tabuları qıraraq sevdikləri
oğlanla bir yerdə sosial eyləmlərdə bulunur kəndi sevgiləri yolunda fədakarlıq
edirlər. Belə bir tablo Axundov öncəsi dilimizdə olmamışdır və bu əsərlərin
hamısının yazı və qonuşma dili türkcədir.
Hiç yorum yok:
Yorum Gönder