1 Mayıs 2020 Cuma

Dans nədir?


Dans nədir bilir misiniz? Dans sözü modərn ədəbiyyatda, rəssamlıqda, musiqidə, şeirdə və dansın özündə nəyi ifadə edər? Disdans (disdance) məsafə deməkdir, dans isə məsafəsizlik deməkdir. Dans etmək demək məsafəni ortadan qaldırmaq deməkdir. Bu üzdən sevişmək dansdır, səks də dansdır, Çünki ikisində də toxunuş və məsafəni ortadan qaldırmaq var. Toxunuş və cinsəllikdə qadın və kişi arasındakı məsafə ortadan qalxmış olar. Ancaq şeirdəki dans sözlərlə gerçəkləşər. Hər bir söz bir duyqunun daşıyıcılığı halında dans edər. Şeiri nəsrdən ayrışdıran da budur. Nəsri oxurkən duyqularımız dans etməz. Çünki nəsrdə sözlər dans etməzlər. Şeirdə sözlər disdansı, yəni məsafəni ortadan qaldıra bildikləri üçün dans edər, aralıqsız olaraq sarmaş-dolaş hərəkət edərlər. Aradakı boşluğu sözlərdən ifraz edən duyqular doldurar. Musiqidə melodilərlə disdans ortadan qaldırılaraq dans gerçəkləşər. Aradakı boşluqlar melodilərin ürətdiyi duyqu və qoxularla dolar. Dolaysıyla sənət türlərinin hamısında disdansa qarşı dans əməli və davranışı vardır. Yəni aralı olmağa qarşı aralıqsızlıq diləkləri vardır. Dini qanunlarla yönətilən ölkələdə dans yoxdur, disdans var. Rəqs zamanı qadın-kişi toxunuşmaları, əl-ələ tutmaları dinən və kültür olaraq ta uşaqlıqdan başlayaraq yasaqdır. Bu üzdən dans inanc və törələrin nəfəsi toxunan yerlərdə gəlişəməmişdir. Yalnızca xəlifələrin, sultanların saraylarında çıplaq qızlar oynadılmışlar ki, buna da dans demək olmaz, sənət demək olmaz. Qudurmuş xəlifələrin, sultanların və iqtidar sarayı ortaqlarının qadın bədəninin şəhvətini səyretmə əməli deyərlər. Halbuki, dans iki kişinin birlikdəlik əməyini və fədakarlığını gərəkdirər. Sənət olaraq tanım və tərifi budur. İki insanın (qadın-kişi) birlikdə erotik duyqular ürətmə əməkdaşlığını gərəkdirər. Bu baxımdan şeir dansdır, disdans deyildir. Musiqi dansdır, disdans deyildir. Çünki sözlər bir ölçünün və ritmin içində rəqs edərək o ölçü içində disdansı dansa dönüşdürərlər. Ölçü içində iki xəyalın arasındakı boşluq duyqu axışlarıyla dolar. Yəni o çərçivə içində depresyona qarşı sevişmə düşləri qurma, varlığı erotik gözlə görərək yaşam duyqusu ürətmə sənətinin adı dansdır. Çevrəyə nifrət və öfkə saçan milliyətçilik, vətənpərvərlik və dinçilik üzərinə qurulan "şair"lərin söz güləşdirmələrinin heç biri şeir deyildir, nəzmdir, şüardır. Çünki oxucuda qabalıqdan, qışqırtıdan başqa, ayrıca bir duyqu və ruh halı oluşduramazlar. Quran da cənnətdəki qadınları çıplaq şəkildə dans edərkən təsvir edər. Dik məməli çıplaq qızlar (Nəba-34). Bu, əslində hər bir kişinin şüuraltında gizlin olan zövq diləyidir. Kişinin psixologiyasında erotik hissiyyat ürətən mərkəz qadının məmələridir. Qadın məməsi də durmadan dans edərək bir-birinə toxunar və disdansı dansa dönüşdürərək estetik duyqu və görüntü yaradar. Qadın məmələrinin dans edərək həyat duyqusu ürətməsi bəşərin ilk romanı və yazılı macərası olan Şumərlərin "Qılgamış" kitabında da yer almışdır. Vagina erotizm ürətməz. Dik məməli qızların cənnətdə olub olmamaları kişilərin xəyal qurutuları da ola bilər. Kişilərin şüuraltındakı aşırı qadın düşgünlüyü belə bir quruntu xəyal edə bilər. Bunlar psixologiyanın incələməsi gərəkən sahədir. Biz isə sənətdə bu duyqunun yansımasını anlamağa çalışırıq. Söz qonusu budur ki, orada dik məməli çıplaq qızlar disdansı (aralıqlı bulunmayı) ortadan qaldırıb dans (aralıqsız) halında bulunurlar. Ancaq kişi və qadın şüuraltında orqasma ulaşmaq üçün aralıqsız (dans) ortamda bulunma diləyi vardır. Fitrətimizdə belə bir istək vardır. Bu dilək şeirə, musiqiyə, rəssamlığa, ... yansıdığında sənət əsəri yaranmış olar. Bu üzdən hər bir sənət əsərinin dərinliyində disdansı ortadan qaldıraraq dansa dönüşdürmə və orqasma varma amacı yatar. Ancaq bu orqasm cinsəl ilişkidə yaşadığımız kimi konkret orqasm deyildir. Bütün kainata səpilmiş, bütün ömrü təsirləndirən mücərrəd və ruhun dərinliyinə enən orqasmdır. Bu konkret olmayan və mücərrəd olan orqasm istəyinin arxasınca olan fəaliyyətə sənət deyilməkdədir. Bu mücərrəd yolçuluk dansla olar. Disdansı dansa çəvirməklə olar. Bizdəki rəqslərin hamısı disdans çərçivəsindəki rəqslərdir. Adamlar dans etmək yərinə, savaş pozisionu alırlar. Bir-birlərindən daha çox uzaqlaşırlar. Bizim rəqslərin hardasa hamısı savaşa hazırlıqdır, incəlik və qadın bədəninin erotizmi qarşısında sayqı duyqusu yoxdur. Məsafələri ortadan qaldıraraq zərif insana dönüşmə dansları bizdə yoxdur, kültürümüz buna izn verməz. Ona görə də məsələn dinçilər iqtidara gəlir-gəlməz modərn dansları yasaqlarlar. Nitəkim dinçilərin İstanbul balet sənətini yasaqlamalarının da səbəbi budur. Halbuki, baletdə qadın və kişi çıplaq deyillər.

Hiç yorum yok: