18 Aralık 2021 Cumartesi

Orqasm

Doğru söyləyirsən. Eros yaşlılıq, umutsuzluq və hüzün qarşıtıdır. Eşq gözəl söz deyil, eşq sözünü Füzuli kimi qəmpərəstlər içinə etmişlər. Sevgi daha gözəl və qapsayıcı sözdür. Sevmək varlıqla sadəcə erotik ilişki qurmaq deyildir, erotizmin ürəmə qaynağını içimizdə kəşf edə bilmə sənətidir. Böyük bilgə və həzz fəlsəfəsinin qurucusu Epikuros belə deyir: "Daimi həzz və gənclik duyqusu içində yaşaya bilməmiz üçün dörd şeyi başarmalıyıq: 1- Ölümdən qorxmamaq, 2- Allahdan qorxmamaq, 3- Çətinliklərdən qorxmamaq, 4- Yaşamağın asan olduğuna inanmaq. Bu dördlük daimi həzz düşüncəsinin formuludur." Doğru söyləmirmi Epikuros? Sevgini ömrümüzün yaşanmış və xatirəyə dönüşmüş ləzzətli anları kimi düşünməməliyik. Bu, şərq insanının davranışıdır. Düşüncəmizdə, düşlərimizdə, duyqularımızda dolaşan sevgi bir insan üzərinə odaqlanmamalıdır. Təbiətdən, insanın cöhvərindən və gözəlliklərdən abstrakt həzz almaq hədəflənməlidir. Konkret həzzin adı orgasmdır. Ən ləzzətli həzz qaynağı orqasmdır. Ancaq kainat və insan cövhəriylə dünyagörüşündə təmasda bulunmaq insana konkret orqasm deyil, abstrakt orqasm yaşadar. Yəni 5-6 saniyə sürən orqasm deyil, bir ömrə zərrəcikləriylə dağılan orqasm. Böylə bir həyatı yaşamaq üçün dünyada var oluşumuzu anlamalıyıq. Yaşamaq həzz ürətə bilmənin adıdır. Gözəl rəsmin də böyləsinə gözəllik və həzz görüntüsüylə dolu-dolu görünməkdədir. Qadınlar, yaratılışın və həzzin qaynağı olan qadınlar bunun bilincinə vardıqca dünya daha da gözəlləşər. Sayqılar!


Hiç yorum yok: