22 Şubat 2022 Salı

Axundovun Zərdabiyə məktubu

 Axundovun Zərdabiyə məktubu

Sən qəzetinin hər nömrəsində elm oxumanın üstünlüklərini biz müsəlman topluma anlatmağa çalışırsan. Durmadan “elm öyrənin, elm öyrənin!” deyə yazırsan. Çox gözəl, sözlərin faydalı, doğru və mənalıdır. Ancaq söylə ki, biz elmi harada, kimdən və hansı dildə öyrənək? Şəhərlərdə belə məktəb yoxdur. Şahanə çar məktəbinə də tüm xalqı yerləşdirmək olmaz. “Özümüz şəhərlərdə məktəb təsis edəlim” deyəcəksən. Çox yaxşı, ancaq hansı imkanlarla? Təsis etsək belə, onun müəllimlərini haradan gətirəcəyik? Türkcə, farsca və ərəbcə elmi bilgisi olan müəllimlər yoxdur. Ayrıca, bu dillərdə heç elmi bilgi də yoxdur. O zaman nə etməliyik? Deyəcəksən ki, rusca oxuyub öyrənəlim. Yaxşı, deyək ki, şəhərlərdə məktəblər açıb və rusca oxumağa başladıq. Kəndlərdə yaşayan əhali ilə nə edəcəyik? Onlara necə təhsil verəcəyik? Kəndlərdə də mi məktəb açmalıyıq? Hansı imkanla? Bu qədər gücü olan rus dövləti hələ kəndlərdə məktəb aça bilməmişkən, biz yoxsullar necə məktəb aça bilərik? “Kəndləri buraxalım və sadəcə şəhərlərdə məktəb açalım” deyəcək olsan, bunun da bir anlamı olmaz. Şəhərlərimizmi var? Bizim xalqın tam çoxu kəndli deyilmi, kəndlərdə yaşamırlarmı? Kəndlərdə yaşayan əhali dəniz, şəhərdə yaşayanlar damla qədərdir. Elm o zaman elm olur ki, pros millətində olduğu kimi, bütün xalq kütləsi ondan yararlanırlar. Ona görə də bizi boşuna danlama və əlini yaxamızdan çək! Şükr eylə ki, rus ordusu bu bölgələri işğal etdi və biz indi rahat yaşayırıq. Elm öyrənmək üçün sərmayə və ümumi səfərbərlik lazımdır. Bizimsə nə mal-mülkümüz, nə də bunu bəyan edə biləcək imkanımız vardır. Qafqaz müsəlmanlarının yarısı sünni, yarısı da şiədir. Sünnilər şiələrdən, şiələr də sünnilərdən nifrət edirlər. Biri digərinin söylədiyini heç eşitmək belə istəmir. O zaman birləşmək necə mümkün olacaq? Təhsil üçün heç bir vəsayitimiz də yoxdur. Çünkü 15 il ərzində türkcə, farsca və ərəbcə olaraq sadəcə yarım-yamalaq bir şeylər öyrənilir. İstəsək də bu dillərdə elm oxuya bilərikmi? Bu dillərdə elm və elmi qaynaqlarmı var?

Qoy sənin sözlərini Osmanlılar və qızılbaşlar dinləsinlər. Ancaq onların elmlərimi var, niyə onların elmləri yoxdur? Bütün Ərəbistan xalqı savadsızdır, yazıb-oxuması olan yoxdur. Ərəblər ya dilənçilik edərlər, ya da gücləri yetsə yağmaçılıq edərlər. Bütün Osmanlı savadsız və yazıb oxuması olan yoxdur. Bütün İran savadsızdır. İstanbulda, Tehranda və Təbrizdə bir neçə kişinin yazıb oxuması vardır. Çünkü müsəlman xalqlarının dilində yazıb oxumaq çətindir.

Qəzetinin satılmamasından da gileylənirsən. Bu mövzuda çox haqlısan. Kim almalıdır? Şəhərlərdə, kəndlərdə xanların və xanzadələrin belə yazıb oxuması olmazkən sənin qəzetini kim almalıdır? Qəzeti niyə almalılar ki, yırtıb bir kənara atmaq üçünmü almalılar? Bütün İrəvan vilayətində bir adamın türkcə yazıb oxuma təcrübəsi yoxdur. Başqa bölgələrdə yazıb-oxuması olan bir neçə kişi var ki, onlar da sənin qəzetini alırlar. Sənin arzun o zaman gerçək olar ki, bizim də çobanlarımız pros çobanları kimi yazıb oxumağı başarsınlar. Mənim bu məktubumu olduğu kimi qəzetində çap etməni xahiş edirəm.

 

 

 

Hiç yorum yok: