5 Şubat 2022 Cumartesi

Bakı necə türkləşdi?

 19-ci əsrin əvvəllərində Qafqaz xanlıqlarının Osmanlı və Qacara qarşı ruslarla iş birliyi etmələrinin səbəbini anlamaq gərəkir. Bu iş birliyi mədəniləşmək üçün seçilmişdi. Qoxuşmuş dinci və şəriətçi tarixdən qopuş üçün ruslarla iş birliyi bir qurtuluş yolu olaraq görünürdü. Hadisəni öz zamanındakı zərurətlərə görə dəyərləndirmək lazımdır. Bir fürsət idi Rusiya. Abasqulu Bakıxanov "Gülistani-irəm" kitabında Rusiyanın Osmanlı və Qacardan daha mədəni və Qafqaz müsəlmanları üçün Rusiyanın bir şans olduğunu yazar. Rusiyanın idarəsinə keçdikdən sonra dilimizdə musiqi və ədəbiyyat doğmağa başladı. Bir lotu türk gəlib xalqın cavanlarını bir yerə toplayıb saxta ordu düzəldərək islam adına yağma və soyqırım savaşlarına apara bilmirdi. Rusiya mədəniyyəti bunu əngəllədi. Rus dövlətinin tərkibində molla-feodal sisteminin zülmünə və şəriət fətvalarına dur deyildi. Sadəcə Qarabağda ortaya çıxan musiqi və ədəbiyyat birikimi bütün Osmanlı və Səfəvi tarixində mövcud deyildir. Bütün Osmanlı və Səfəvi tarixindən bir tək Natəvan kimi şəxsiyyət yetişmədi. Hələ Axundov, Zərdabi, ... ləri söyləmirəm. Azərbaycan adında ölkənin qurucusu Rusiyadır. Bunu Rəsulzadə də açıqca yazar. C. Cabbarlı "Axundov yaradıcılığı" üzərinə yazdığı məqaləsində "Çar Rusiyasının bizə ən böyük xidməti bizi Osmanlı-sünni və Səfəvi-şiə şəriət hüququndan, şəriət qaranlığından ayırması oldu" deyə yazar. Haqlıdır Cabbarlı. Rəsulzadə daha irəli gedərək "Qafqaz türkləri" kitabında Çar Rusiyasının ordularını allah yolladı şəklində farsca bir ata sözü yazar. Səməd Vurqun "Bizim xilaskarımız rus xalqına eşq olsun" deyə yazar. Heç kimsə o zamankı Qafqaz xanlıqlarının Osmanlı və Qacara qarşı çıxışlarını S. Vurqunun "Vaqif" pyesində anlatdığı kimi doğru və dürüstcə açıqlamamış, anlada bilməmişdir. "Vaqif" əsərini dönə-dönə oxumaq lazımdır. Mollanəsrəddin dərgisi karikaturlarında rus mədəniyyətini modern xalq olmaq üçün nümunə göstərər: Bir yanda əlində çubuğu rus dirijoru tərtəmiz geyinmiş orkestri yönətir, digər yanda əlində çubuğu bir molla bitin-birənin içində pinti paltarlarıyla aşura günü başlarını yaran kütləni yönətir. Bunu dərgidə görə bilərsiniz. Dolayısıyla Rusiya olmasaydı, indi Bakı nefti fars dili və ədəbiyyatının, fars aristokratlarının əlində olacaqdı. Azərbaycandakı tarix bilgilərinin hamısı yalan və iftiradır. Saxta qəhrəmanlıq üzərinə qurulmuş. Bu saxtakarlıq 2-3 sualla yox olub gedər. Azərbaycanda Çarın heykəli qoyulmalıdır. Finlandiya kimi. Finlandiyanı da Azərbaycanla eyni zamanda Rusiya işğal edib müstəqilliklə nəticələndirdi. Ancaq indi hər Fin şəhərində Çarın heykəlləri vardır. Finlər kimi dürüst olmaq gərəkir. Mənə görə Bakıda Nərimanov heykəli yerinə, Paskeviç heykəlini qoymaq lazımdır. Qafqaziyada zatən türklər barmaq sayıydı. Olanlar da köçəriydi. Rusiya onları yerləşik həyata məcbur etdi. 1807-ci ildə Bakıda nüfus sayımı edir Rusiya. 500 ailə və üç min əhali vardı. Onlar da kişiləri türk dilini bilən tatlardı. Qadınları türkcə bilməzlər. Çünkü kişilər türklərlə irtibatda, alış-verişdi olurdular. Bakı, tarixi tat yerləşkəsi olmuşdur. Sonradan Rusiya tərkibində türkləşmişdir. Bakıxanov Bakı ölkəsində sadəcə altı kəndin türk olduğunu yazar. Bakının özünün və geri qalan 20-dən çox kəndin əhalisinin tat olduğunu yazar. Qızqalası da Sasanilər tərəfindən dəniz postu olaraq tikilmiş. Türklər tarixin heç bir dövründə qala təsis etməmişlər, bunun üçün köçəri deyil, oturaq millət olmaq gərəkirdi. Qalası olan heç bir yeləlşik yeri tarixin qədim çağlarında türk yerləşkəsi olmamışdır, ola bilməzdi. Türk dilində yerləşik həyata, şəhər həyatı və memarlığına dair bir tək söz yoxdur. Mərv, İstanbul, Dərbənd, Bakı, Səmərqənd, Buxara, ... bunların heç birisini türklər təsis etməmişlər. Neft peyda olandan sonra Bakı böyüməyə başladı. Qafqazın köçəri, kəndli türkləri iş üçün Bakıya axındılar. Bakıya 200 min İrandan türk işçi gücü axın etdi. 1918-ci ildə 400 mindən çox olan əhalinin yarısından çoxu İrandan gələn türklər işçilərdi. Yəni Bakının türkləşməsini Çar Rusiyası bərqərar etdi. Tarixin axışını doğru gözləmləmək lazımdır. Bu, o demək deyil ki, indi də Azərbaycan Rusiyanın tərkibində olmalı. Bu başqa məsələdir. Tarix isə orada öz gerçəkləriylə durmaqdadır.


Hiç yorum yok: