8 Haziran 2022 Çarşamba

Jankristov

 

Romain Roland deyə bir farnsız yazıçı olmuş. 4 cilddən oluşan piano üzərinə bir roman yazmış. Roman Türkiyədə tərcümə edilmiş. 1915-ci ildə bu roman Nobel ödülü almış. Bu kitabı alın və çocuqlarınızın oxumaları üçün övsiyən edin deyirəm. Musiqini bu dərinlikdə açıqlayan bir əsər görməmişəm. Əslində roman, Bethoven´in həyatından alıntılarla yazılmış. Çox dərin, şirin və gözəllik dolu bir romandır. Musiqiylə məşğul olmaq istəyən gənclər bu romanı mütləqa oxumalıdırlar. Varlıq, kainat, çevrə, ata-ana sevgisi, insanlıq üzərinə melodiyaların dalqalarında necə düşünmək olar, necə duyqulanmaq olar? Musiqi və bizim varlığı idarak etməmiz arasındaki sirli bağlar və bağlantılar nədir? Bu mövzuları və digər sosial sorunların, duyqusal sorunların ahənglərlə necə çözülməsi məsələlərini dərin və geniş fransız aydınlanması təcrübələrinə dayanaraq irdələmişdir. Ona görə bu kitabın oxunması çox gərəklidir. Bu romanı oxuyan hər insan yenidən doğulur sanki. Romanı bitirdikdən sonra hər şeyə musiqinin gözüylə baxılır. Günəş, ay, su, ... hər şey yenidən musiqinin çağrışımlarıyla görünməyə başlayır. Romain Roland´ın özü də musiqiçi olmuş. Ancaq heç vaxt yeni və sağlam bir pianosu olmamışdır. Nobel ödülü aldıqdan sonra kəndisinə yeni piano alacağını düşünməkdə ikən lazımlı ilkin ehtiyaclarını gedərmələri üçün aldığı paranı ac və möhtac sənətçi dostları arasında paylaştırır və yenə də piano almağa parası qalmır. Çox ilgi çəkici, aydınlatıcı, oyandırıcı və düşündürücü romandır. Bu romanı oxuyan bir gənc adam gələcəkdə başına gələ biləcək sayısız müşküllərin çözüm yollarını əsərdən öyrənir. Çünkü roman oxucusunu hissiyatla doldurub, doluşdurub topluma buraxmır. Hissiyyatın arxasındaki psixoloji səbəbləri göstərir. Dolayısıyla estetik fəlsəfi roman olmaqla yetinməyərək ruh hallarımızı roman diliylə incələyən möhtəşəm əsərdir. 1930-lu illərdə dünyada sovet dövlətinin ədalət propaqandası yelləri əsərkən Romain Rolland Maksim Qorkinin dəvəti üzərinə Moskvaya səfər edər. Stalinlə görüşər. Sovettlərdəki diktatorkuğu, pluralizmin olmayışı açıqca tənqid etməyə başlar. Sovet Sosialist rejiminin insan təbiətinə uyqun olmadığını yazar. Emanuel Kant kimi, Roland da Janjak Rossodan çox etkilənmişdir. Fəlsəfi əsərlər yazmasa da, fəlsəfi romanlarıyla Henri Bergson kimi filosofları etkiləmiş, Ernest Renan kimi yazarlara çox ciddi təsir etmişdir. Bu yazarın bir böyük romanı daha var. O da Jan Kristof kimi 4 cilddir. İkincisinin adı "Heyran ruhdur"dur. Bu roman tərcümə edilməmiş. Mən bunu farsca oxumuşam. Ancaq bu roman da daha möhtəşəmdir. Xüsusən xanımların bu romanı oxuması çox gərəklidir. Çünkü romanın əsas şəxsiyyəti bir xanımdır. Bir qadının ruhsal bütünlük və dərinliyi çox gözəl etik və estetik boyutda irdələnmişdir. Qadınlar və qarşılaşdıqları sorunlar. Bu roman da həyatın çətinlikləri qarşısında çarəsiz qalan bir çox qadına yardımçı olaraq onları gücləndirmiş və həyatın içinə çəkmişdir. Romain Rolland´ın Tolstoy, Qandir, Bethoven, Mikel Anjel, ... kimi böyük dahilərin həyatları üzərinə yazdığı irdələyici kitabları da vardır.

Hiç yorum yok: